8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə22/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

MİRZƏ RƏHİM OĞLU 
MƏMMƏDOV
(1909–1973)


Mirzə Rəhim oğlu Məmmədov 1909‑cu ildə Lerikin Siodi
kəndində anadan olub.
Lerikdən xoş güzəran ümidi ilə Bakıya yola düşən ailə ‑
lərdən biri də Mirzənin atası Rəhim Məmmədovun ailəsi idi.
Dörd nəfərdən ibarət olan ailə Bakıda gördüklərindən dəhşətə
gəlir, 1918‑ci ilin mart soyqırımı ən ağrılı hadisə kimi Mirzənin
yaddaşında həkk olunur. Sabunçu qəsəbəsində bir nəfər onun
böyük qar da şını xidmətçi götürür.  Siodiyə qayıdandan sonra
atası, bir qə dər sonra isə anası dünyasını dəyişir. Tənhalıq və
kimsə sizlik dən cana doyan Mirzə Bakıya, qardaşının yanına gəlir.
Onu Alxas adlı bir şəxs himayəsinə götürür. Arıq cüssəli
uşaq diribaşlığı, əməksevərliyi ilə özünü sevdirir, yaşamaq
üçün bütün əzablara dözür. 
Bakıdakı 1 nömrəli uşaq evinə gələn Mirzə burada təhsil
almaqla, özü kimi taleyin məşəqqətlərini dadmış uşaqları da
oxu ma ğa həvəsləndirib.  Sonralar ədəbiyyatşünas alim kimi
tanın mış alovlu vətənpərvər Abbas Zamanov yazırdı:  «Mirzə ilə
Ba kı da kı uşaq evində tanış olub dostlaşdıq.  Bizi oxumağa hə ‑
vəslən dirirdi.  Uşaq evində böyümüş uşaqların çoxu həyatda nail
olduğumuz yaxşı nə varsa, hamısına görə Mirzəyə borcludur».
14 yaşında komsomola qəbul edilən fəal, çalışqan, meh ‑
ri ban Mirzə Məmmədov 1926‑cı ildə 2 nömrəli uşaq evinə pio ‑
ner baş dəstə rəhbəri göndərilib. 3 il sonra Moskvadakı Kom ‑
mu nist Tərbi yəsi Akademiyasına daxil olub.
Moskvadan Azərbaycana qayıtdıqdan sonra Mirzə Məm ‑
mədov Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi
Komitəsində 5 il (1932–1937) çalışıb, «Gənc bolşevik» və «Pio ‑
ner» jurnallarının redaktoru olub. O, həm partiya, həm də
dövlət işində zəngin təcrübə toplayıb, xeyirxahlığı unut mayıb,
haqqın, ədalətin tərəfdarı kimi tanınıb.
85
Mirzə Rəhim oğlu
Məmmədov 1909‑cu ildə
Lerikin Siodi kəndində
anadan olub
Xalq maarifi komis sarı
vəzifəsində çalışıb
(1938–1942; 1954–1959)
Mirzə Məmmədov 81 nömrəli
məktəbin istehsalat təlimi 
sinfinin müəllim və şagirdləri
arasında (1958)


Lənkəran Rayon Partiya Komitəsinin birinci katibi vəzifə ‑
sin də çalışanda da (katib olarkən bu regiondan SSRİ Ali So ‑
vetinin Millətlər Sovetinə deputat seçilib), 1942–1944‑cü illərdə
Azərbaycan KP MK‑nın katibi işləyəndə də, 1944–1946‑cı illər ‑
də İranda vitse‑konsul olanda da Mirzə Məmmədov daim xalq
arasında olub, adamların dərdinə qalmağı bacarıb, ən çətin
anlarda vəziyyətdən çıxmağın yollarını tapıb, israf çılığa qarşı
amansız olub. O, müharibə illərində Səməd Vur ğun, Rə sul
Rza, Heydər Hüseynov və başqaları ilə ön cəbhəyə gedərək
əsgərləri qələbəyə ruhlandırıb.
İranda diplomatik xidmətdən dönəndən sonra Azər bay ‑
can KP Bakı Şəhər Komitəsində,  Respublika Ticarət Nazir li ‑
yin də,  Nazirlər Sovetində məsul vəzifələrdə şərəflə,  m əsu liy ‑
yətlə çalışıb.
Mahir təşkilatçı kimi ürəklərdə xoş xatirələri qalan Mirzə
Məmmədov üçün xalq maarifi ən çox sevdiyi, ürəkdən bağlan ‑
dığı bir sahə olubdur. 1938‑ci ildə Azərbaycan SSR xalq maarifi
komissarı təyin olunan Mirzə Məmmədov bu vəzifədə çalış ‑
dığı 4 il ərzində də yüksək vətənpərvərlik nümunəsi göstərib,
milli ideallara bağlılığını çəkinmədən nümayiş etdirib, idarə ‑
çilikdə yerli kadrlara üstünlük verib.
O vaxt belə bir qondarma qayda qoyulmuşdu ki, Bakı şə ‑
hər xalq maarifi şöbəsinin müdiri azərbaycanlı ola bilməz. Xalq
maarifi komissarı Mirzə Məmmədov bu qaydanı pozur. Mos ‑
kvada Ali Partiya Məktəbini bitirmiş gənc pedaqoq Çim naz
Aslanovanı 1938‑ci ildə Bakı şəhər xalq maarifi şöbəsinə müdir
təyin edir. Buna görə Mircəfər Bağırov onu yanına çağırsa da,
elə bir ciddi problem yaranmır. O, 1942‑ci ildə İrana diplo ma ‑
tik işə göndərilir.
1954‑cü ildə yenidən Azərbaycanın xalq maarifi komis‑
sarı təyin edilən Mirzə Məmmədov ümumi təhsilin inkişafı,
məktəblərin tədris‑maddi bazasının möhkəmləndirilməsi, bağ ‑
ça və ümumtəhsil məktəblərinin tərbiyəçi və müəllim kadr la ‑
86
Mirzə Məmmədov xalq
maarifi komissarı
vəzifəsində çalış dığı 
4 il ərzində də yüksək
vətənpərvərlik
nümunəsi göstərib,
milli ideallara
bağlılığını çəkinmədən
nümayiş etdirib, 
idarə çilikdə yerli
kadrlara üstünlük verib
Mirzə Məmmədov respublika
elmi‑praktik konfransında (1965)
Səkildə (soldan): 2. Rəfiqə Hüseynova –
Ali məktəb, elmi idarə və maarif işçiləri
Respublika Həmkarlar Komitəsinin
sədri; 3. Mirzə Məmmədov – Azərbaycan
Elmi Tədqiqat Pedaqoji İnstitutunun
direktoru; 4. Mehdi Mehdizadə – xalq
maarifi naziri; 5. Məmmədəli Zeynalov –
xalq maarifi nazirinin birinci müavini 
və başqaları 


rına olan ehtiyacların ödənilməsi istiqamətlərində mövcud
prob lemlərin həlli üçün əsl fədakarlıq göstərib.
1959‑cu ildə xalq maarifi komissarı olarkən icbari ümumi
təhsil sahəsində gördüyü işləri, elmi araşdırmalarını nəzəri
cəhətdən ümumiləşdirərək «Azərbaycan SSR‑də icbari təhsilin
inkişafı» adlı namizədlik dissertasiyasını müdafiə edərək pe ‑
da qoji elmlər namizədi alimlik dərəcəsi alır.  Elə həmin ildə
Mirzə Məmmədov  pedaqoq, psixoloq və müxtəlif fənlər üzrə
metodist alimlərin pərvazlandıqları Azərbaycan Elmi Tədqi ‑
qat Pedaqogika İnstitutuna (indiki Təhsil Problemləri İnsti tutu)
direktor göndərilir.
İnstituta rəhbərlik etdiyi illər ərzində hər biri 15 çap
vərəqi həcmində olan «Azərbaycan dilinin metodikası», habelə
ikicildlik «Ədəbiyyatın tədrisi metodikası» hazırlanaraq nəşr
olunur. Yaradıcılıq diapazonu geniş olan Mirzə Məmmədov
pedaqogikanın tarixi və nəzəriyyəsinin aktual problemlərinə
cəsarətlə müdaxilə edib, orijinal fikir və ideyaları sayəsində
elmi ictimaiyyət arasında böyük nüfuz qazanıb.
Pedaqoji elmlərin bir çox sirlərinə dərindən bələd olan
geniş erudisiyalı alim kimi Mirzə Məmmədovun dəyərli məs ‑
lə hət və tövsiyələri elm yolunda olan gənc tədqiqatçılar üçün
böyük əhəmiyyət daşıyıb, bir növ mayak rolunu oynayıb.
Azər baycanda pedaqoji və elmi‑pedaqoji kadr hazır lığında
müstəsna xidmətləri olan görkəmli alimin ürəyinin hərarətin ‑
dən, gözünün nurundan, yüksək intellektindən onlarca təd ‑
qiqatçıya pay düşüb. Aktuallığı, miqyası ilə seçilən bu tədqi ‑
qat lardan əldə olunan nəticələr və elmi yeniliklər pedaqogi ka ‑
nın nəzəri‑təcrübi inkişafı baxımından mühüm əhəmiyyət da ‑
şıyır. Mirzə Məmmədov Moskva, Daşkənd və Tbilisidə milli
kadr ların doktorluq dissertasiyalarının müdafiə sini təşkil edib.
Ömrünün sonunadək Azərbaycan Elmi Tədqi qat Pedaqogika
İnstitutuna rəhbərlik etmiş Mirzə Məmmədov bu elm ocağının
davamlı inkişafı, yüksəlişi üçün əlindən gələni əsirgəməyib.
«Qırmızı Əmək Bayrağı», «Şərəf nişanı» ordenləri və
medallarla təltif olunub, SSRİ və Azərbaycan SSR Ali Sovet inə
deputat seçilib.
Mirzə Məmmədov 1973‑cü il mayın 5‑də dünyasını
dəyişib, İkinci Fəxri xiyabanda dəfn olun ub.
87
Mirzə Məmmədov
pedaqogikanın tarixi və
nəzəriyyəsinin aktual
problemlərinə cəsarətlə
müdaxilə edib, orijinal
fikir və ideyaları
sayəsində elmi
ictimaiyyət arasında
böyük nüfuz qazanıb


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə