8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə20/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

MƏMMƏD İSMAYIL OĞLU 
CUVARLİNSKİ (CUVARLI)
(1902–1937)


Məmməd İsmayıl oğlu Cuvarlinski 1902‑ci ildə Qaryagin
qəzasının (indiki Füzuli rayonu) Cuvarlı kəndində anadan olub.
Həyatın ağrı‑acısını çox tez dadıb. 1911‑ci ildə ikisinifli
kənd məktəbinə daxil olan Məmməd maddi çətinliklərlə bağlı
təhsilini yarımçıq qoyaraq atası kimi fərdi  təsərrüfat  sa hə lə rin ‑
də çalışıb, ailəsinə kömək edib. Qəlbində oxuyub‑öyrənməyə
böyük həvəs və istəklə 1916‑cı ildə Gəncə əmək məktəbinə ge ‑
dib. Peşə qazan maq arzusu da baş tut mayıb. Əvvəl şəhər ida ‑
rəsində, sonra isə quberniya komissarlığında gözətçi işləyib.
Məmməd Cuvarlinski sosial‑demokratların bolşevik frak ‑
 si yasına meyil edib,  inqilabi təbliğat və təşviqatla məşğul olub,
əhali arasında intibahnamələr yayıb.  Bolşeviklərin ide ya larını
öyrənən Cuvarlinski siyasi dünyagörüşünü genişlən dirib.
Böyük Oktyabr sosialist inqilabı, Bakıda baş verən tarixi
hadisələr onun ictimai şüuruna güclü təsir göstərir. Gəncə yerli
hökuməti onu bolşevik olduğuna görə işdən çıxarır. Məmməd
Cuvarlinski 9 aya qədər fəhləlik etdikdən sonra doğma kən ‑
dinə qayıdıb, Qaryagin qəzasındakı kəndlərdə kəndliləri
yadelli istismarçılara, yerli zülmkarlara qarşı mübarizəyə çağı ‑
ran təbliğat işi aparıb.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
Məmməd Cuvarlinski  komsomol təşkilatçısı kimi fəallığına
gö rə 1920‑ci ilin sentyabrında bolşevik partiyasına qəbul edilib.
Qar yagin Qəza İnqilab Komitəsinin təlimatçısı təyin edilən
Cuvarlinski bir il sonra Azərbaycan Kommunist (bolşevik) Par ‑
tiyası Mərkəzi Komitəsinin sovet‑partiya məktəbinə gön dəri lir,
oranı bitirdikdən sonra Azərbaycan K(b)P Qaryagin Qəza İn‑
qilab Komitəsinin təbliğat‑təşviqat şöbəsinə rəhbərlik edib.
Moskvada ÜİK(b)P MK yanındakı partiya işçiləri hazır ‑
layan kurslarda hazırlıq keçib, 1926–1929‑cu illərdə Gəncə,
75
Məmməd İsmayıl oğlu
Cuvarlinski 1902‑ci ildə
Qaryagin qəzasının
Cuvarlı kəndində anadan
olub
1930‑cu ildə Azərbaycan
Maarif İşçiləri Həmkarlar
İttifaqı Mərkəzi
Komitəsinin məsul katibi
kimi fəaliyyət göstərib
Xalq maarifi komis sarı
vəzifəsində çalışıb
(1934–1935)
Sovet şairi Maksim Qorki Bakıda
olarkən (1928)
Şəkildə (soldan). Birinci sıra: 2. Məmməd
Cuvarlinski, 3. Maksim Qorki və
başqaları


sonra Quba dairə komitəsində təşkilat şöbələrində müdir
işləyib, 1930‑cu ildə Azərbaycan Maarif İşçiləri Həmkarlar
İttifaqı Mərkəzi Komitəsinin məsul katibi kimi fəaliyyət
göstərib.
Sonralar Sabirabad rayon Partiya Komitəsində katib,
Dövlət Plan Komitəsində bölmə rəisi, Azərbaycan K(b)P MK‑
nın sovet ticarət şöbəsi müdirinin müavini, «Partiya işçisi»
jurnalının məsul redaktoru kimi çalışıb. O, eyni zamanda
pedaqoji işlə məşğul olub, 1932–1934‑cü illərdə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun sosialist təsərrüfatı nəzəriyyəsi
kafedrasına rəhbərlik edib. Sosialist təsərrüfatı və partiya qu ‑
ruculuğu məsələlərindən dərs deyən Məmməd Cuvar linski
1933‑cü ildə dosent elmi adına layiq görülüb.
Məmməd  Cuvarlinski  həyatı boyu  Azərbaycanda ma a ri ‑
fin inkişafına layiqli töhfələr verib. Belə ki, xalq maarifi komis ‑
sarının müavini kimi o, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı
İnstitu tu nun yaradılmasına böyük  əmək sərf edib.
Azərdaycanda ictimai mövzuda məqalələrlə dövri mət ‑
buatda mütəmadi çıxış edib, məktəb və maarif haqqında bir
ki tabça, iyirmiyə qədər məqalə yazıb. 1934–1935‑ci illərdə
Azərbaycanın xalq maarifi komissarı işlədiyi zaman Məmməd
Cuvarlinski ümumtəhsil məktəb şəbəkəsinin yaradılması,
pedaqoji kadr hazırlığının yaxşılaşdırılması və s. istiqamət ‑
lərdə tədbirlərin həyata keçirilməsində biliyini, bacarığını,
qüvvə və əməyini əsirgəməyib.
Mədəniyyət və maarifin inkişafında xalq maarifi
komissarı kimi özünəməxsus xidmətləri olan Məmməd Cu ‑
varlinski «Bakinski raboçi» qəzetinin 15 yanvar 1931‑ci il tarixli
nömrəsində dərc edilən məqaləsində kənddə mədəni‑maarif
işlərinin təşkilində, inkişafında kənd müəllimlərinin rolunu
ayrıca qiymətləndirib. O yazırdı ki, kənd müəllimi təbliğat ‑
çıdır, mühazirəçidir, maliyyə işçisidir, sözün geniş mənasında,
76
Məmməd Cuvarlinski
ümumtəhsil məktəb
şəbəkəsinin
yaradılması, pedaqoji
kadr hazırlığının
yaxşılaşdırılması və s.
istiqamət lərdə
tədbirlərin həyata
keçirilməsində
əməyini əsirgəməyib
Məmməd Cuvarlinskinin
xatirəsinə həsr olunmuş tədbir
zamanı (1987)
Səkildə (soldan): 1. Aben Kərimov –
Məmməd Cuvarlinskinin tələbəsi,
professor, 2. Şura Cuvarlı  – Məmməd
Cuvarlinskinin qızı


kənd ictimaiyyətçisidir. Kənd müəllimi – bizim sovet müəllimi
– kənddə partiya və sovet hökumətinin fəal bələdçisidir.
Xalq maarifi komissarı işləyərkən musiqi sənətinin in ‑
kişafı ilə də yaxından maraqlanıb. Bir faktı qeyd etmək yerinə
düşərdi ki, böyük Azərbaycan bəstəkarı Müslüm Maqo mayev
xalq maarifi komissarı Məmməd Cuvarlinskiyə yazdığı mək ‑
tu bunda özü nün ye ni operası haqqında məlumat verib: «İndi
yeni türk (Azər bay can –  red.) operası üzərində işləyirəm».
Məmməd  Cu var lin ski  cavab olaraq bəstəkarın fikrini alqışlayıb,
ona uğurlar diləyib.
Fövqəladə enerjili, narahat təbiətli, prinsipial şəxsiyyət
Məmməd  Cuvarlinski qısa ömrünü maarif və mədəniyyəti mi ‑
zin inkişafına sərf edib.
Onun təşəbbüskarlığı, xalqına bağlılığı, ağır repressiya il‑
lərində acı nəticələrini verib. Mir Cəfər Bağırov tərəfindən mil‑
lətçi adlandırılan Məmməd Cuvarlinski 1937‑ci ildə Azər bay ‑
can Kommunist Partiyası MK‑nın bürosundan və partiya işin ‑
dən xaric olunub. Bu haqsızlığa etiraz edən Məmməd Cuvar‑
linski Moskvaya şikayətə getsə də, onu qabaqlayan Mir Cəfər
Ba ğırovun göstərişi ilə həbs edilərək Bakıya qaytarılıb.
Məmməd Cuvarlinski repressiyaya  məruz  qalıb, 1937‑ci
ildə  dünyasını  də yişib.
77
Xalq maarifi komissarı
işləyərkən musiqi
sənətinin inkişafı ilə də
yaxından maraqlanıb.


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə