8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə21/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

MÜSEYİB ƏLİ OĞLU 
ŞAHBAZOV
(1898–1937)


Müseyib Əli oğlu Şahbazov 1898‑ci ildə Mahaçqala
şəhərində anadan olub.
İlk təhsilini kənd məktəbində alan Müseyib atası ilə Həş ‑
tər xana gedib, bir müddət sonra Dərbənddəki realnı məktəbdə
təhsilini davam etdirib. Həmin dövrdə burada təhsil alan
Məzahir Rzayev, İsay Yakimoviç, Kərim Məmmədbəyov və
baş qa ları ilə tanışlıq onda ictimai işlərə maraq  yaradıb.
«İşıq» dərnəyində inqilabi fəaliyyətlə maraqlanıb, Marks
və Engelsin nəzəri fikirləri ilə tanış olub, 1917‑ci il Fevral in ‑
qilabından sonra «Hümmət» təşkilatı ilə sıx əlaqə saxlayıb,
kəndlilər, ordudan tərxis olunan əsgərlər arasında təbliğat apa ‑
rıb. Dərbənddə realnı məktəbini bitirərək Həştərxana qayıdıb,
Ru siya Kommunist (bolşevik)  Partiyası sıralarına daxil olub.
Siyasi işçilər hazırlayan kursu bitirən Müseyib Şahbazov
xü susi tapşırıqlarla XIII orduya göndərilib. O, Xarkov quber ‑
79
Müseyib Əli oğlu
Şahbazov 1898‑ci ildə
Mahaçqala şəhərində
anadan olub
Xalq maarifi komis sarı
vəzifəsində çalışıb
(1935–1936)
Müseyib Şahbazov (şəkildə
solda) Dərbənd realnı
məktəbində oxuyarkən (1912)


niya sında kənd inqilab komitələri və partiya özəklərinin fəa ‑
liyyətinin möhkəmləndirilməsində bilik və bacarığını əsir ‑
gəmə yib.
Həştərxana qayıtdıqdan sonra onu Bakıya göndəriblər.
XI ordunun tərkibində Azərbaycana gələn Müseyib Şahbazov,
sonradan RK(b)P Dağıstan Vilayət Komitəsinin sərəncamına
göndərilib, Cənubi Dağıstan üzrə məsul büro katibi kimi işə
başlayıb. 1920‑ci ilin noyabrında Qaytaq‑Tabasaran mahal ko ‑
mitəsinin məsul katibi vəzifəsində işə başlayıb.
Prinsipial və genişqəlbli xüsusiyyəti ilə fərqlənən Mü se ‑
yib Şahbazov 1921‑ci ilin aprel ayında Azərbaycan K(b)P MK‑
nın xahişi ilə Bakıya göndərilib, Gəncə Qəza İcraiyyə Komi ‑
təsinin sədri, Kirovabad dairə Komitəsinin məsul katibi, ADU‑
nun rektoru vəzifələrində çalışıb. Sonradan o, Azər baycan
K(b)P MK‑nın şöbə müdiri işləyib.
Moskvada Qırmızı Professura Ədəbiyyat İnstitutunu bi ‑
tirən Mü se yib Şahbazov hərtərəfli hazırlığa malik bir ziyalı
80
Müseyib Şahbazov həyat yoldaşı
Lyubov Şahbazova 
ilə birlikdə (1921)


olaraq ma a rif və mədəniyyət məsələlərinə aid bir sıra kitab və
məqalələr müəllifi kimi tanınıb.
O, «Yeni yol» qəzetinin redaktoru olarkən bu istiqamətdə
fəalyyətini daha da genişləndirib, tükənməz enerji ilə çalışıb.
AK(b)P MK üzvü, Azərbaycan MİK və Zaqafqaziya MİK‑in
üzvü seçilən Müseyib Şahbazov ÜİK(b)P XIV qurultayının
nümayəndəsi olub, Zaqafqaziya Həmkarlar İttifaqları Şurasına
və Maarif İşçiləri Həmkarlar İttifaqı MK‑ya üzv seçilib, 1936‑cı
ildə «Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif olunub.
1935–1936‑cı illərdə Azərbaycanın xalq maarifi komissarı
işlə miş Müseyib  Şahbazov latın əlifbasına keçməyin əhəmiy ‑
yəti mövzusunda məqalələrlə çıxış edib, xalq maarifinin
inkişafı məsələlərinə geniş yer verib.
Dövrünün tanınmış publisistlərindən olan Müseyib Şah ‑
ba zov yeni insan tərbiyəsi məsələsinə xüsusi diqqət yetirib, bu
baxımdan maarif orqanlarının vəzifələrini açıqlayıb.
Xalq maarifi komissarı işlədiyi iki il ərzində sələfləri olan
xalq  ma a rifi komissarlarının başladıqları işləri davam etdirərək
ümum təhsil məktəb şəbəkəsinin genişlən dirilməsi,  tədris
müəs si sə lərinin pedaqoji kadrlarla təmin olun ması,  təhsilin
məz mu nu nun təkmilləşdirilməsi istiqa mətində xeyli iş gör ‑
məyə mü vəffəq olub.
Müseyib Şahbazov 1937‑ci ildə vəfat edib.  
81
Müseyib Şahbazov latın
əlifbasına keçməyin
əhəmiy yəti mövzusunda
məqalələrlə çıxış edib
Xalq maarifi komissarı
işlədiyi iki il ərzində
ümumtəhsil məktəb
şəbəkəsinin
genişlən dirilməsi,  tədris
müəssisələrinin pedaqoji
kadrlarla təmin olunması,
təhsilin məzmununun
təkmilləşdirilməsi istiqa ‑
mətində xeyli iş görməyə
müvəffəq olub
Müseyib Şahbazov (şəkildə
ikinci sırada soldan üçüncü)
Dərbənd şəhərində
Həmkarlar İttifaqı işçilərinin
toplantısında (1927) 


MƏMMƏDSADIQ ƏHMƏD OĞLU 
ƏFƏNDİYEV
(1902–1942)


Məmmədsadıq Əhməd oğlu Əfəndiyev 1902‑ci ildə
Türkmənistanın Aşqabad şəhərində anadan olub.
İlk təhsilini Nuxada (indiki Şəki) alan Məmmədsadıq
Əfən diyev 12 yaşında anasını, 5 il sonra isə atasını itirib. 1913‑cü
ildə Nuxa klassik kişi qimnaziyasına daxil olub. Maddi çə tin lik ‑
lər ucbatından 1919‑cu ildən təhsilini davam etdir mək lə ya naşı,
həm də mətbəədə çalışıb və Nuxa Bolşevik Təşkila tı  na üzv yazı ‑
lıb. Ordu sıralarında olarkən Bakıda hərbi mək təbdə oxuyub.
Sovet hərbi məktəbinin ilk məzunlarından olan Məm məd sadıq
Əfəndiyev 1920‑ci ildən hərbi sahədə çalış mağa başlayıb.
1920‑ci ilin ortalarından 1925‑ci ilə qədər Ümumittifaq
Fövqəladə Komissiyası orqanlarında çalışıb. Xüsusi xidmət
orqanlarının təcrübəli işçisi kimi Azərbaycanda və İranda
mühüm tapşırıqlar yerinə yetirib. Peşəkarlığına və nümunəvi
fəaliyyətinə görə Dövlət Təhlükəsizlik Komitəsinin Kollegiya
üzvü seçilib, qızıl silahla təltif  edilib.
Səhhətindəki problemlərlə bağlı 1925‑ci ildə istefaya çıx ‑
dıq dan sonra Bakı Türk Fəhlə Teatrının direktoru, Dövlət Ope ‑
ra və Balet Teatrının direktor müavini, Teatr Texniku munun
direktoru, Azərbaycan Tamaşa Müəssisələri İdarəsinin direk ‑
to ru və direktor müavini vəzifələrində uğurla fəaliyyət göstə ‑
rib, Moskva Dövlət Kinematoqrafiya İnstitutunda, Çay kovski
adına Moskva Dövlət Konservatoriyasında və Pokrov ski adına
Kommunist Universitetində işləyib.
1931‑ci ildə Moskva Qırmızı Professura Ədəbiyyat İnsti ‑
tu tuna qəbul olub. Elmi tədqiqat mövzusu üzərində işə başlasa
da, Mərkəzi Komitə tərəfindən yeni vəzifəyə təyin olunduğuna
görə dissertasiyasını müdafiə edə bilməyib.
1935–1937‑ci illərdə Azərbaycan SSR Baş Siyasi İdarəsinin
rəisi, Azərbaycan KP MK‑nın təbliğat və təşviqat, mətbuat və
nəşriyyat şöbələrinin müdiri vəzifələrində çalışıb.
1937‑ci ildə xalq maarifi komissarı təyin edilib. Bir ilə
yaxın Azərbaycan təhsilinə uğurla rəhbərlik edib.
1938‑ci ildə haqsız olaraq həbs edilib. Uzun sürən araş ‑
dırmalardan sonra 1940‑cı ildə həbsdən azad olunub.
Sonralar Azərbaycan SSR Xalq Komissarları Sovetinin so ‑
sial‑mədəni qrupunun rəhbəri, Karl Marks adına Azər bay can
Xalq Təsərrüfatı İnstitutunun direktoru və Müslüm Maqoma yev
adına Azərbaycan Dövlət Filarmo niyasının di rektoru işləyib.
Məmmədsadıq Əfəndiyev 1942‑ci ildə cəbhəyə göndə ‑
rilib və həmin il həlak olub.  
83
Məmmədsadıq Əhməd
oğlu Əfəndiyev 1902‑ci
ildə Türkmənistanın
Aşqabad şəhərində
anadan olub
Xalq maarifi komis sarı
vəzifəsində çalışıb (1937)


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə