8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə18/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   49


RUHULLA ƏLİ OĞLU 
AXUNDOV
(1897–1938)


Ruhulla Əli oğlu Axundov 1897‑ci il yanvarın 13‑də Bakı ‑
nın Şüvəlan kəndində müəllim ailəsində anadan olub.
Dörd yaşı olanda atası vəfat edib, çətinliklərlə böyüyüb. Əv ‑
vəl cə kənd məktəbində təhsilə başlayan,  sonra Bakı şəhər I realnı
məktəbində oxuyan sakittəbiətli, mütaliəyə meyilli Ruhulla
Axun dov 1916‑cı ildən mətbəədə korrektor və tərcüməçi işləyib.
1917–1920‑ci illərdə inqilabi mübarizədə iştirak edib, bol ‑
şevik partiyası sıralarına qoşulub. O, «Bakıətrafı fəhlə, əsgər və
matros deputatları şurasının əxbarı» (1918), «Hürriy yət» (1919),
Azər baycan dilində çıxan gizli bolşevik «Kommunist»  qəzet ‑
lərinin (1919) redaktoru olub. 1920–1921‑ci illərdə Mos kva da
V.İ.Le nin lə görüşüb.  Sonralar  AK(b)P BK‑nın katibi,  AK(b)P MK
katibi,  «Azərnəşr»in direktoru,  ÜİK(b)P Zaqaf qa zi ya Ölkə
Komitəsinin katibi kimi mühüm vəzi fələrdə çalışıb.
Marksizm‑leninizm klassiklərinin əsərlərinin,  Kom mu ‑
nist Partiyasının ikinci proqramının Azərbaycan dilinə tərcü ‑
mə sində iştirak edib, «Kənd füqərası», «Bakinski raboçi», iki ‑
cild lik «Rusca‑türkcə lüğət»in redaktoru olub.  Azərbaycan SSR
və SSRİ MİK‑in üzvü, ÜİK(b)P‑nin bir neçə qurul 
tayına,
Kominternin II konqresinə nümayəndə seçilib. Lenin ordeni
ilə təltif edilib.
1927–1930‑cu illərdə Azərbaycanın xalq maarifi komissarı
olan Ruhulla Axundov hələ Azərbaycanda sovet hakimiy ‑
yətinin qurul duğu ilk illərdə yazırdı ki,  tarix Azərbaycanın
öhdəsinə Yaxın Şərq zəhmətkeşlərinin avanqardı olmaq kimi
bir vəzifə qoyulub. Bəs, savadsız Azərbaycan lazımi mədəni
səviyyəyə çatmadan Şərq ölkələrinin rəhbəri ola bilərmi?
1923‑cü ildən yeni əlifbanın tətbiqi məsələsində fəallıq
göstərən Ruhulla Axundov  Yeni Əlifba Komitəsinin orqanı
olan «Yeni yol» qəzetinin səhifələrində bu mövzuda bir sıra
məqalələrlə çıxış edib.
Xalq maarifi sahəsində məktəbəqədər tərbiyə müəssi ‑
sələrinə özək kimi dəyər verən Ruhulla Axundov  tədris plan
və proqram larının keyfiyyətini yaxşılaşdırmağı vacib sayırdı.
O, Azərbaycan K(b)P‑nin VIII qurultayında xalq maarifi
haqqında məruzə edib, bu sahədəki nailiyyətlərdən danışıb,
məcburi pulsuz təhsili həyata keçirməyin, məktəbə 
qədər
tərbiyə müəssisələ rinin,  kənd yerlərində yeddiillik məktəb‑
lərin sayının artırılması zəruriliyini göstərib. Ruhulla Axundov
həmin qurultayda stabil tədris proqramları, ideyaca daha
sağlam dərsliklər yaratmaq, texniki təhsilə diqqəti artırmaq,
müəllimlərin maddi vəziyyətini yaxşılaşdırmaq və s. mühüm
məsələlərdən də bəhs edib.
63
Ruhulla Əli oğlu Axundov
1897‑ci il yanvarın 13‑də
Bakının Şüvəlan kəndində
müəllim ailəsində anadan
olub
1923‑cü ildən yeni
əlifbanın tətbiqi
məsələsində fəallıq gös‑
tərən Ruhulla Axundov
bu mövzuda bir sıra
məqalələrlə çıxış edib
Xalq maarifi komis sarı
vəzifəsində çalışıb
(1927–1930)
O, Azərbaycan K(b)P‑nin
VIII qurultayında (1927)
xalq maarifi haqqında
məruzə edib


Ruhulla Axundov Azərbaycan xalq maarifi komissarı
olarkən SSRİ XKS və ÜİK(b)P MK‑nın qərarı ilə əlaqədar kənd
məktəb lərində kənd təsərrüfatı təmayülü üzrə geniş tədbirlər
həyata keçirilir, şagirdlərə aqronomluq və zootexnik ixtisasları
üzrə minimum biliklər verilən məktəblər üçün torpaq sahələri
ayrılır, şagirdlərin ictimai‑faydalı əməyinə xüsusi diqqət
yetirilir.
1929‑cu ildə savadsızlıqla mübarizə daha da güclənir,
Azər bay can XMK bu məqsədlə bir sıra tədbirlər həyata keçirir:
kurslar təşkil edir, kitabların qiymətini ucuzlaşdırır. 1929–1930‑
cu illərdə Azərbay canda ümumtəhsil məktəblərinin sayı təx ‑
mi nən 2000‑ə çatdırılır. Bütün bu tədbirlərdə xalq maarifi
komissarı, ictimai xadim, vətənpərvər alim kimi Ruhulla
Axundov fəal iştirak edib.
Azərbaycanda yeni əlifbanın tətbiqini böyük nailiyyət ‑
lərdən sayan Ruhulla Axundov Azərbaycan ədəbi dilinin
inkişafına böyük qayğı göstərib. 1928‑ci ilin yanvarında maarif
komissarının təşəbbüsü ilə I Ümumazərbaycan imla konfransı
keçirilib, imlanın təkmilləşdirilməsi, vahid imla prinsiplərinin
tətbiqi kimi məsələlər geniş müzakirə edilib.
Gəncləri sevən, onlara qayğı ilə yanaşan görkəmli maarif
xadimi və istedadlı alim Ruhulla Axundov bədii ədəbiyyat
sahəsinə gələn gənclərin yaradıcılığına istiqamət verib, onları
hər cür qərəzkar hücumlardan qoruyub.
O, həyatının son illərində Partiya Tarixi İnsti tutunda,
SSRİ Elmlər Akademiyasının Azərbaycan filialın da rəhbər
vəzifələrdə çalışıb.
Ruhulla Axundov repressiyaya məruz qalıb, 1938‑ci ildə
vəfat edib.  
64
1929‑cu ildə savad ‑
sızlıqla mübarizə daha
da güclənir, Azərbay can
XMK bu məqsədlə bir
sıra tədbirlər həyata
keçirir: kurslar təşkil
edir, kitabların
qiymətini ucuzlaşdırır
Ruhulla Axundov
Azərbaycan ədəbi
dilinin inkişafına
böyük qayğı göstərib



MAQSUD MƏMMƏD OĞLU 
MƏMMƏDOV
(1897–1938)


Maqsud Məmməd oğlu Məmmədov 1897‑ci ilin de kab ‑
rın da İrəvan şəhərində anadan olub.
İrəvan kişi gimnaziyasını bitirib. Azərbaycan Politexnik
İnstitutunda, Yakov Sverdlov adına Kommunist İnstitutunda
təhsil alıb. 1936‑cı ildə Moskvada Qırmızı Professura İnstitu tu ‑
nun üçüncü kursunda oxuyarkən Bakıya çağırılıb.
Maqsud Məmmədov 1916‑cı ildən ictimai və siyasi hə yat ‑
da fəal iştirak edib. 1917‑ci ilin Fevral inqilabından sonra şa gird
komitəsi təşkil edərək proletar və zəhmətkeş ailələrdən olan
şagirdləri ətrafına toplayıb. Komitə tez‑tez nümayişlər təş kil
edib və şagird qəzetinin nəşrinə nail olub. 1920‑ci ilin sent ‑
yabrından Azərbaycan Kommunist Partiyası sıralarına qoşulub.
Əmək fəaliyyətinə 1915‑ci ildə İrəvan şəhərində müəllim
kimi başlayıb. 1920–1923‑cü illərdə Bakı Şəhər Xalq Ərzaq
Komis sarlığı İdarəsinin rəisi vəzifəsində çalışıb. 1925–1927‑ci
illər də Naxçıvan Muxtar Respublikası Fövqəladə Xalq Maliyyə
67
Maqsud Məmməd oğlu
Məmmədov 1897‑ci ilin
de kab rın da  İrəvan
şəhərində anadan olub
1930–1931‑ci illərdə xalq
maarifi komissarı
vəzifəsində çalışıb
Maqsud Məmmədov həyat
yoldaşı ilə birlikdə (1921)


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə