8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə15/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

dövriy yəyə bura xılan pulların qiymətdən düşməməsi və de ‑
val vasiya ya uğramaması üçün böyük səy göstərib. 
O,  1920‑ci il fevralın əvvəlində Bakı bonla rının Zaqafqa ‑
zi ya pullarına dəyişdirilməsini dayandırmaq barədə qərar
verdi. Aprel işğalından (1920) bir həftə əvvəl Batuma ixrac
edilən neft və neft məhsulları üçün rüsumların yalnız Azər ‑
baycan pulu ilə ödənilməsi haqqında sərəncam imzaladı.
1920‑ci ilin iyununda Bakıda həbs olunaraq, əvvəlcə Vla ‑
di qaf qaza,  sonra isə Moskvaya göndərildi.  Uzun sürən istin‑
daq və işgəncələrdən sonra azadlığa çıxan Rəşid xan Qap lanov
1920–1930‑cu illərdə Moskvadakı Şərq Xalqları Univer sitetində
«Os manlı imperiyası tarixi»ndən dərs deyib,  eyni zamanda,
vəkil kimi fəaliyyət göstərib.
Sonra Rəşid xan Qaplanov yenidən repressiyaya məruz
qalıb, 1937‑ci ildə dünyasını dəyişib. 
45
Azərbaycan Xalq
Cümhuriyyətinin 5‑ci
Hökumət Kabinetində
Rəşid xan Qaplanov
maliyyə naziri təyin
olunub, dövriyyəyə bura ‑
xılan pulların qiymətdən
düşməməsi və
devalvasiyaya
uğramaması üçün böyük
səy göstərib


HƏMİD BƏY XƏLİL OĞLU 
ŞAHTAXTİNSKİ
(1880–1944)


Dövrünün tanınmış siyasi və ictimai xadimi Həmid bəy
Xəlil oğlu Şahtaxtinski 1880‑ci il martın 12‑də Azərbay canın
Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olub.
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərin ‑
dən olan Həmid bəy Şahtaxtinskinin adı XX əsr Azərbaycan döv ‑
lətçiliyi və təhsili tarixində şərəfli yerlərdən birini tutur. 1918‑ci il
mayın 28‑də Azərbaycanın müstəqilliyini elan etmiş Milli Şura nın
üzvü olan Həmid bəy İstiqlal Bəyannaməsinin qə bu luna səs ver ‑
miş, 1918‑ci il  dekabrın 7‑dən  fəaliyyətə başlayan Azər baycan
Par lamentinin üzvü kimi milli dövlətçilik tarixinə imza atmış bö ‑
yük tarixi şəxsiyyətlərdən biridir. O, həm görkəm li təhsil təş ki ‑
latçısı, böyük maarifçi kimi də milli təhsil tariximizə öz şərəfli
adını həkk edib, Xalq Cümhuriyyətinin 2, 3, 4‑cü hökumət
kabinetlərində maarif nazirinin müa vi ni, 5‑ci Hökumət Kabine ‑
tində isə (24.12.1919–01.04.1920) maarif və dini eti qad naziri kimi
Azərbaycanın milli təhsil salnaməsinə şanlı səhifələr yazmışdır.
Həmid bəy Xəlil oğlu Şahtaxtinski ilk təhsilini mol laxa na ‑
da alıb. Naxçıvan 3‑cü dərəcəli şəhər məktəbini bitirən Hə mid
bəy İrəvan Müəllimlər Seminariyasına daxil olub, 1899‑cu ildə
oranı uğurla bitirib. Yüksək istedadı ilə seçilən Həmid bəy se ‑
minariyada saxlanılıb, rus və Azərbaycan dilləri müəllimi ki mi
pedaqoji fəaliyyətə başlayıb. Seminariyadakı pedaqoji fəa liy yət ‑
lə yanaşı, o, Müsəlman Xeyriyyə Cəmiyyə tinin üzvü kimi azər ‑
bay canlılar arasında maarifin yayılmasına köməklik göstərib.
Ali təhsil almaq arzusu ilə Odessaya gedən Həmid bəy
Şahtaxtinski, oradakı Novorossiysk Universitetinin hüquq fa ‑
kül təsinə daxil olub. Təhsil illərində həmin universitetdə azər ‑
baycanlı tələbələr tərəfindən yaradılmış «Azərbaycan Həm ‑
yerliləri» təşkilatının (xatırladaq ki, vaxtilə bu təşkilatda Nəsib
bəy Yusifbəyli, Nəriman Nərimanov, Xosrov bəy Sulta nov və
başqaları fəaliyyət göstəriblər) rəhbərlərindən biri kimi siyasi
fəaliyyətə başlayıb. 1912‑ci ildə həmin universitetin hüquq fa ‑
kül təsini bitirən Həmid bəy Gəncəyə gəlib, şəhərin ictimai‑
siyasi və mədəni həyatında yaxından iştirak edib. 
1914‑cü ildə Gəncə quberniyasının xalq məktəbləri ins ‑
pek toru vəzifəsinə təyin edilən Həmid bəy maarifçiliklə yana ‑
şı, Gəncə şəhər dairə məhkəməsində andlı müvəkkilin yardım ‑
çısı (müavini) vəzifəsində vəkilliklə də məşğul olub. O, 1916‑
cı ildə  Bakıya köçərək, şəhər dairə məhkəməsində eyni vəzifə ‑
də vəkillik fəaliyyətini davam etdirib. 
1917‑ci ildə Rusiyada baş verən Fevral çevrilişindən sonra
Həmid bəy həmin ilin payızında yaradılan «İttihadi‑İslam»
(«İslam Birliyi») partiyasına üzv olub. Həmin ilin avqustundan
Cənubi Qafqaz Təhsil Dairəsi üzrə inspektor kimi təhsilin
idarə olunmasında fəal iştirak edib. 
47
Həmid bəy Xəlil oğlu
Şahtaxtinski 1880‑ci il
martın 12‑də
Azərbaycanın Naxçıvan
qəzasının Şahtaxtı
kəndində anadan olub
Naxçı van 3‑cü  dərəcəli
şəhər məktəbində
təhsilini başa
vurduqdan sonra
İrəvan Müəllimlər
Seminariyasında oxuyub
Xalq maarifi və dini
etiqad naziri vəzifəsində
çalışıb (1919–1920)


Həmid bəy Şahtaxtinski Azərbaycanda Xalq Cümhuriy ‑
yəti qurulduqdan və Müvəqqəti hökumət Tiflisdən Gəncəyə
köçdükdən sonra (16.06.1918) ölkənin maarif və dini etiqad
naziri vəzifəsindən istefa verənədək (05.04.1920) Azərbayca ‑
nın maarif sisteminə rəhbərlik edənlərdən biri kimi təhsil
müəssisələrinin milliləşdirilməsinə, ölkənin şəhər və kənd lə ‑
rin də ana dilində məktəb və seminariyaların açılmasına böyük
əmək sərf edib. Azərbaycanın ümumtəhsil məktəbləri üçün
milli dərsliklərin hazırlanması, Azərbaycan dilində elmi ter ‑
mi nologiyanın tərtibi üzrə hökumət komissiyalarının sədri
olmuş Həmid bəy yeni Azərbaycan Əlifbası üzrə Dövlət Ko ‑
mis  siyasının üzvü kimi də təhsil quruculuğu və əlifba isla ‑
hatları işinə əvəzsiz töhfələr verib. 
Məktəb islahatı sahəsində məsələləri müzakirə etmək,
müəyyən təkliflər hazırlayıb hökumətə təqdim etmək məqsə ‑
dilə Nazirlər Şurasının qərarı ilə 1919‑cu il avqustun 20‑dən
sentyabrın 1‑dək Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin
III qurultayına maarif nazirinin müavini Həmid bəy Şah tax ‑
tinski rəhbərlik edib, qurultayda geniş nitq söyləyib.
Qurultayın  Xalq Maarifi Nazirliyinə təqdim etdiyi təklif ‑
lər əsasında məktəb islahatı, o cümlədən ümumi təhsilin məz ‑
mun ca milliləşdirilməsini nəzərdə tutan proqram və dərslik
islahatı üzrə Dövlət Proqramı hazırlamaq məqsədilə 1919‑cu
il noyabrın 7‑də Xalq Maarifi Nazirliyi yanında Həmid bəy
Şahtaxtinskinin sədrliyi ilə Hökumət Komissiyası yaradılıb.
Həmin Komissiya yeni məzmunlu milli dərsliklərin hazırlan ‑
ması işinə böyük töhfələr versə də, Aprel işğalı nəticəsində
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəbindən həmin
islahat proqramını axıradək reallaşdırmaq mümkün olmayıb. 
Həmid bəy Şahtaxtinski bunlarla yanaşı, Bakı Dövlət
Universitetinin yaradılmasında xüsusi xidmətlər göstərib,
universitetdə rus dili və ədəbiyyatından dərs deyib, bir müd ‑
dət prorektor kimi tədrisin təşkilinə böyük əmək sərf edib. 
Sovet hakimiyyəti illərində də Həmid bəy universitetdə
prorektor (1920–1925) kimi fəaliyyətini davam etdirib, Bakı
Xalq Maarifi şöbəsinin nəzdindəki ikiillik Müəllimlər İnstitu ‑
tunda dərs deyib. O, 1928‑ci ildə Tiflisdəki Zaqafqaziya Uni ‑
ver sitetinin tibb fakültəsini bitirib, Azərbaycan Tibb İnstitutun ‑
da (1930–1940)  professor kimi çalışıb.
Həmid bəy əslən Şahtaxtı kəndindən olan xalası qızı Sə ‑
kinə xanımla evlənib, bu izdivacdan 4 qız övladı (Məsmə, Ley ‑
la, Aliyə və Səidə) dünyaya göz açıb. Onların hamısı yük sək
təhsil alıb və Bakıda yaşayıblar. Hazırda Leyla xanımın qızı,
Səkinə xanımın isə oğlu Bakıda yaşayırlar.
Məlum olduğu kimi, Azərbaycan tarixində Şahtaxtinski
so yadını daşıyan ziyalıların özünəməxsus yeri və böyük
xidmətləri vardır. Bu məşhur nəslin nümayəndələri görkəmli
48
Həmid bəy Şahtax ‑
tinski Azərbaycanda
təhsil müəssisələrinin
milliləşdirilməsinə,
ölkənin şəhər və
kəndlərin də  ana
dilində məktəb və
seminariyaların
açılmasına böyük əmək
sərf edib
Azərbaycan
müəllimlərinin III
qurultayına maarif
nazirinin müavini
Həmid bəy Şah tax ‑
tinski rəhbərlik edib,
qurultayda geniş nitq
söyləyib


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə