8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə12/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   49


AZƏRBAYCANIN  
XALQ MAARİFİ
VƏ DİNİ ETİQAD
NAZİRLƏRİ


34
NƏSİB BƏY YUSİF BƏY OĞLU 
YUSİFBƏYLİ
(1881—1920)


35
Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli 1881‑ci ildə Gəncədə
anadan olub.
Qədim milli və tarixi ənənələr yaşadılan Gəncədə elin
hörmət və ehtiramını qazanmaq hər ailəyə, hər kəsə qismət
olmayıb. XIX əsrin 80‑ci illərində belə nüfuzlu ailələrdən biri
də Nəsib bəyin atası Yusif bəy Yusifbəylinin ocağı idi. Sankt‑
Peterburqda ali təhsil almış Yusif bəy Yusif bəylinin həyat yol ‑
da şı Cəmilə xanım məş hur Xanbudaqovlar nəslindən idi. Onun
atası Böyük bəy Xan budaqov 1840‑cı illərdə Şəkidən Gəncə ya ‑
xınlığındakı Borsun lu kəndinə köçərək orada məskun laşıb.
Gəncə klassik gimnaziyasını bitirdikdən sonra 1902‑ci
ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olan Nəsib
bəy Yusifbəyli təhsil almaqla bərabər, həm də milli azadlıq
hərəkatına qoşulub, azərbaycanlı tələbələrin «Həmyerlilər»
təşkilatının rəhbərlərindən birinə çevrilib. Universitetdə baş
verən hadisələrə görə tədris ocağı bağlanır, fəal tələbələr ciddi
təqiblərlə üzləşirlər. Nəsib bəy Yusifbəyli çar xəfiyyələrinin
təqibindən yaxa qurtarmaq üçün 1906‑cı ildə Krımın Bağ ‑
çasaray şəhərinə köçüb, böyük tatar mütəfəkkiri və publisisti
İsmayıl bəy Qaspıralının (1851–1914) «Tərcüman» qəzetində
çalışıb. İctimai‑siyasi mövzulu məqalələri ilə oxucu audito ‑
riyası qazanan Nəsib bəy Yusifbəyli Qaspıralının qızı Şəfiqə
xanımla (1886–1975) ailə qurub. Bu nikahdan Niyazi və Zəhra
adlı iki övladı olan Nəsib bəy buradakı təqiblərdən yaxa
qurtarmaq üçün İstanbula köçüb (1908), publisistik fəaliyyətilə
bərabər, həm də «Türk dərnəyi» cəmiyyətinin təşkili ilə məş ğul
olub. Bir il sonra Vətənə dönüb, Gəncə şəhər bələdiyyəsin də
çalışıb. 1911‑ci ildə «Mədrəseyi‑ruhaniyyə» məktəbində çalışıb,
«Molla Nəsrəddin» jurnalına və qəzetlərə məqalələr göndərib,
«Müsəlman xeyriyyə cəmiyyəti», «Müsəlmanların maarif 

lənməsi cəmiyyəti», «Aktyorlar cəmiyyəti»nin fəaliyyətində
Nəsib bəy Yusif bəy oğlu
Yusifbəyli 1881‑ci ildə
Gəncədə anadan olub
1906‑cı ildə Krımın
Bağçasaray şəhərinə
köçüb, böyük tatar
mütəfəkkiri və publisisti
İsmayıl bəy Qaspıralının
(1851–1914) «Tərcüman»
qəzetində çalışıb
Xalq maarifi və dini
etiqad naziri vəzi fəsində
çalışıb (1918–1919)
Nəsib bəy Yusifbəyli ən yaxın
məsləkdaşları ilə birlikdə


yaxından iştirak edib. Bu zaman Məmməd Əmin Rəsulzadə ilə
tanış olub və ictimai‑siyasi fəaliyyətə başlayıb.
Bu illər ərzində, sözün həqiqi mənasında, qısa bir ömrə
sığmayan ictimai‑siyasi işlər görüb. Mirzə Fətəli Axundovun
anadan olmasının 100 illiyi münasibətilə Gəncədə Azərbaycan
dilində ilk kitabxana təsis edib. «Türk Sosial‑Federalist İnqilabi
Komitəsi» adı ilə fəaliyyətə başlamış (1905) təşkilatın əsasında
qardaşı Həmid bəy Yusifbəyli, Ələkbər bəy Rəfibəyli, Ələsgər
bəy Xasməmmədovla birlikdə «Qeyrət» təşkilatını yaradıb.
Azərbaycanın taleyində son dərəcə mühüm rol oynayan
Gən  cə Milli Komitəsinin sədri kimi fəaliyyət göstərib.  Mühüm ha ‑
disələr tarixi kimi, onun həyatında 1917‑ci ilin izi qalıb. Belə ki, fev ‑
ral burjua inqilabından sonra dərin siyasi‑hüquqi təfək kür sa hi bi
olan Nəsib bəy «Türk Ədəmi‑Mərkəziyyət» partiya sını yaradıb.
Rusiya Müəssislər Məclisinə (Parlamentinə) Gəncədən
üzv seçilən Nəsib bəy Yusifbəyli 1918‑ci il aprelin 22‑də elan
olun muş Zaqafqaziya Demokratik Federativ  Respublikasının
xalq maarifi naziri təyin edilib. Həmin il mayın 27‑də Tiflisdə
yaradılmış Milli Şuranın üzvü olan Nəsib bəy, Fətəli xan Xoy s ‑
kinin təşkil etdiyi Hökumət Kabinetində də məhz xalq maarifi
və dini etiqad naziri vəzifəsini icra edib.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan
Nəsib bəy Yusifbəyli çağdaş milli dövlətçilik tarixinə «Müstəqil
Azərbaycan» ideyasının müəllifi və onu gerçəkləşdirən gör ‑
kəm li siyasi və dövlət xadimlərindən biri kimi daxil olmuşdur.
O, həm də XX əsr Azərbaycan təhsil, elm və mədəniyyəti ta ri ‑
xinə şanlı səhifələr yazmış böyük maarifçi,  gələcək nəsillərə
örnək olan əsl milli ziyalı kimi tanınmışdır. Milli hökumətə bir
ilə yaxın rəhbərlik etmiş Nəsib bəyin adı Xalq Cümhuriy yə tinin
banilərindən olan Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy
Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev kimi məş hur
dövlət xadimlərinin adları ilə yanaşı çəkilir. Məşhur 1918‑ci il 28
may tarixli «İstiqlal Bəyan na məsi»ni imzalayan səkkiz istiqlal
36
Nəsib bəy Yusifbəy li
Həmid bəy Yusifbəyli,
Ələkbər bəy Rəfibəyli,
Ələsgər bəy Xasməmmə ‑
dovla birlikdə «Qeyrət»
təşkilatını yaradıb
Nəsib bəy Yusifbəyli
1918‑ci il aprelin 22‑də
elan olun muş Zaqafqaziya
Demokratik Federativ
Respublikasının xalq
maarifi naziri təyin edilib
Azərbaycan Xalq
Cümhuriyyətinin 4‑cü Hökumət
Kabinetinin rəhbəri Nəsib bəy
Yusifbəyli (birinci sırada 
ortada) hökumət üzvləri ilə
birlikdə (1919)


mücahidindən, Milli Şura üzvlərindən biri olan Nəsib bəyin
Xalq Cümhuriyyətinin qurulmasındakı tarixi xid mət lərindən
danışarkən  Məmməd Əmin Rəsulzadə hələ 1929‑cu ildə ya zır ‑
dı: «Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində
formulə etmək şərəfi mərhum Nəsib bəyin dir... Bu, Nəsib bəy
ismini (adını) Azərbaycan tarixində ölməz və unudulmaz bir
isim halına  qoymaq üçün kafidir...»
1919‑cu ilin mart ayında yeni hökumətin rəhbərliyinə keç ‑
diyi üçün xalq maarifi və dini etiqad naziri vəzifəsindən kənar ‑
laş sa da, bu sahəni diqqətdən kənarda qoymayıb. Fətəli xan
Xoy ski nin rəhbərlik etdiyi hökumət istefaya gedəndən  sonra
yeni hö kumət təşkil edən baş nazir Nəsib bəy Yusifbəyli daxili
işlər naziri vəzifəsini də icra edib. 1920‑ci ilin martına qədər
dünyanın böyük dövlətləri Azərbaycanın istiqlaliyyətini tanıyıb,
çoxminli ordu for ma laşdırılıb,  Nəsib bəyin təklifi ilə Bakı Dövlət
Universi teti açılıb, 100 nəfər azərbaycanlı gənc xaricdə oxu mağa
göndərilib, torpaq islahatı haqqında qanun layihəsi ha zır lanıb,
Azərbaycanın milli pulu döv riyyəyə buraxılıb.  Azər baycan
Müəllimlərinin III Qurul ta  yı nın keçirilməsində də Nə sib bəyin
xüsusi rolu qeyd olunmalıdır. 
Milli hökumətin Tiflisdən Gəncəyə gəlişinin ilk günlərin ‑
dən aktiv milli təhsil siyasəti və  quruculuğuna girişən maarif
na ziri, böyük ziyalı Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq
Maarifi və Dini Etiqad Nazirliyinin strukturu təsdiq edilir,
ölkə də fəaliyyət göstərən bütün maarif və mədəniyyət ocaqla ‑
rı, mək təblər onun tabeçiliyinə verilir. Nəsib bəyin maarif
sahəsin də atdığı ilk addımlardan biri yüksək vəzifələrə azər ‑
bay can lıları irəli çəkməsi olub. Qaynaqlar göstərir ki, 1918‑ci
ilin təkcə avqust ayı ərzində azərbaycanlıların sıx yaşadığı
Gəncə, Şuşa, Cavanşir, Zəngəzur qəzalarının xalq maarifi
müfəttiş li yin də çalışan milliyyətcə erməni və rus rəhbər maarif
işçiləri və zi fə lərindən azad edilib, onların yerinə milli kadrlar
təyin olunub.
37
Nəsib bəyin təklifi ilə
Bakı Dövlət Univer siteti
açılıb, 100 nəfər
azərbaycanlı gənc xaricdə
oxumağa göndərilib
Azərbaycan Xalq
Cümhuriyyəti Nazirlər
Şurasının iclası (1918)


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə