8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə11/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

30
İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti) muxta ‑
riyyət hüququ verilib. Ali təhsil müəssisələrinin infrastrukturunun inkişafı sahəsində əhəmiyyətli
işlər görülüb, bütün universitetlərin maddi‑texniki bazası əsaslı şəkildə yeniləşdirilib.
«2009–2013‑cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət
Proqramı»nın icrası istiqamətində ölkə Prezidenti tərəfindən 10 fevral 2010‑cu il tarixli «Ali təhsil
müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə» fərman imzalanıb.
Fərmanda qeyd edildiyi kimi, sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial‑
iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin
yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu vardır. Qloballaşmanın geniş
vüsət aldığı müasir dövrdə hər bir ölkənin dinamik inkişafı, uğurlu gələcəyi, inkişaf etmiş ölkələr
sırasına daxil olması təhsilin səviyyəsi ilə müəyyən olunur. Bu baxımdan ölkənin malik olduğu təbii
sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsilin qarşısında
duran əsas vəzifədir. Bütün bu amillər respublikada ali təhsil sahəsində islahatların istiqamətinin
dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müyyənləşdirilməsi zərurətini qarşıya qoyur.
Həmin amillər nəzərə alınaraq 2010–2011‑ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası
ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində büdcə vəsaiti hesabına maliyyələşdirmə
dövlət sifarişi əsasında həyata keçirilir, dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil
müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi tətbiq edilir.
Neft gəlirlərinin insan kapitalının inkişafına yönəldilməsi baxımından «2007–2015‑ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində həyata keçirilən
tədbirlər xüsusilə diqqəti cəlb edir. 2007–2010‑cu illərdə 700‑dən artıq istedadlı azərbaycanlı gənc
dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Onlar Azərbaycan
üçün zəruri olan tibb, təbabət elmləri – genetika, mikrobiologiya, mühəndislik, kompyuter elmləri
kimi ixtisaslar üzrə təhsil alırlar.
Dünyanın aparıcı universitetlərində müxtəlif mənbələr hesabına 10000‑dən çox azərbaycanlı
gənc təhsil alır. Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı isə 7000‑i ötüb.
Dünya Bankı ilə son 10 ildə təhsil sahəsində səmərəli əməkdaşlıq və həyata keçirilən uğurlu
isla hatlar nəzərə alınaraq Azərbaycan pilot ölkə kimi müəyənləşdirilib. Digər ölkələrə Azərbaycan
təcrübəsinin öyrənilməsi tövsiyə olunub. Əgər əvvəllər təhsil islahatları sahəsində təcrübə qazan maq
üçün xarici ölkələrə təlim səfərləri edilirdisə, 2010‑cu ildən başlayaraq Dünya Bankının tövsi yəsinə
əsasən xarici ölkələrdən Azərbaycana təlim səfərlərinə gəlirlər.
Son illər ali məktəb elmi sahəsində bir sıra uğurlar əldə edilib. Ali məktəb əməkdaşları tərə ‑
findən 2009‑cu ildə 33 doktorluq, 145 namizədlik dissertasiyası müdafiə olunub. Ali məktəblərdə
ça lışan alimlər tərəfindən 323 monoqrafiya, 308 dərslik, 522 dərs vəsaiti, 1285 adda proqram və
metodik ədəbiyyat nəşr etdirilib. Ötən il xarici jurnallarda alimlərin 1736 məqaləsi, beynəlxalq kon ‑
frans ların materiallarında 1279 məruzə tezisi çap olunub. Elmi İnformasiya İnstitutu (Institute for
Scientific Information) tərəfindən tərtib edilmiş, təsir əmsalı (impakt faktoru) olan jurnallarda
ölkəmizin ali məktəb alimləri tərəfindən 200‑dək elmi məqalə dərc edilib.
Ən mühüm hadisələrdən biri – 2009‑cu ildə «Təhsil haqqında» Azərbaycan Respublikası Qanu ‑
nunun qəbul edilməsi oldu. Qanunun qəbul edilməsi zərurəti, ilk növbədə, ölkədə və dünyada dinamik
inkişaf tendensiyaları, o cümlədən təhsil sahəsində əsaslı dəyişikliklərin olması, Azərbaycanın keyfiyyətcə
yeni inkişaf mərhələsinə qədəm qoyması, Avropa və dünya təhsil məkanına inteqrasiya istiqamətində
mühüm addımlar atması ilə bağ lı dır. Təbiidir ki, bütün bu proseslər təhsil qanunveri ciliyində, ən vacibi
isə «Təhsil haqqında» yeni Qa nunda öz əksini tapmalı idi. Bu səbəbdən, qəbul edilmiş Qanun, ölkəmizdə
təhsil siyasəti və strate gi ya sının əsas istiqamətlərini əks etdirməklə yanaşı, ilk növbədə, xalqımıza,
Azərbaycanda təhsilin inkişafına xidmət edəcək, milli təhsil sisteminin dünya, Avropa təhsil sisteminə
inteqrasiyasını təmin edəcək.
Qanunda 5 yaşlıların məktəbəqədər təhsilə cəlbinin zəruriliyi, hər təhsil pilləsinə qəbul zamanı


31
məzunların əvvəlki təhsil pilləsindəki nəticələrinin nəzərə alınması, ixtisasartırma təhsilinin nəticələrinin
stimullaşdırılması, təhsil sistemində çalışanların yaş senzinin müəyyənləşdirilməsi, təhsil müəssisələrinin
maliyyələşdirilməsinin hər təhsilalana düşən xərc normaları nəzərə alınmaqla həyata keçirilməsi, ali
təhsilin üçpilləli strukturu və digər yeni məsələlər öz əksini tapıb. Qanunun icrası istiqamətində Təhsil
Nazirliyində hazırlanmış 40 adda normativ sənəd Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Sosial‑iqtisadi tərəqqisinə görə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dinamik
inkişaf göstəriciləri BMT‑nin və digər beynəlxalq qurumların müvafiq hesabatlarında da əksini tapır.
Belə ki, BMT‑nin 2010‑cu il üzrə «İnsan inkişafı hesabatı»nda göstərilir ki, 2005–2010‑cu illər ərzində
Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olub. Belə ki, 2005‑ci ildə 101‑ci yerdə
olan Azərbaycan İnsan İnkişafı İndeksinin 1,77 orta illik artım tempi ilə keçmiş sovetlər məkanında
öncül mövqeyə çıxıb. Müqayisə üçün qeyd edək ki, Çin və Hindistan kimi ölkələrin İnsan İnkişafı
İndeksinin orta illik artım tempi müvafiq olaraq 1,57 və 1,66‑ya bərabər olub. BMT‑nin 2010‑cu il
üzrə «İnsan inkişafı hesabatı»nda 34 pillə irəliləyərək 169 ölkə arasında 67‑ci pilləyə yüksələn
Azərbaycanda əhalinin savadlılıq səviyyəsi isə 99,5 faiz təşkil edir. Bütün bunlar ölkəmizdə həyata
keçirilən hərtərəfli islahatların və uğurlu təhsil siyasətinin parlaq təzahürüdür.
Göründüyü kimi, müstəqil Azərbaycanın dövlət siyasətində təhsil ən prioritet istiqamətlərdən
biridir. Odur ki, məqsədyönlü dövlət siyasəti sayəsində təhsil sisteminin inkişaf tempinin günbəgün
daha intensiv xarakter alması göz önündədir.
Təhsil sahəsindəki çoxillik fəaliyyətim zamanı onu da yəqin etdim ki, milli təhsil quruculu ğun ‑
da tarixilik, varislik, müasirlik prinsipinə əsaslanmaqla, yəni ötən əsrlərdə xalqımızın təhsil sahə ‑
sindəki malik olduğu zəngin irsi, maarifçi ziyalıların və görkəmli şəxsiyyətlərin mütərəqqi ideya və
fikirlərini öyrənməklə, onlardan müasir dövrün tələblərinə uyğun bəhrələnməklə böyük nailiyyətlər
qazanmaq mümkündür. Çünki milli‑ənənəvi təcrübə ümumbəşəri təcrübə ilə inteqrasiyada
müasirlik mahiyyəti daşıyır. Ona görə də biz ilkin olaraq təhsil tariximizi, təlim və tərbiyə təcrübəsini
mükəmməl öyrənməli, milli qaynaqları üzə çıxarmalıyıq. Bu da səbəbsiz deyil. Belə ki, təhsil
sahəsində apardığımız yeniləşmə və təkmilləşmə, ilk növbədə, milli zəmin üzərində qurulmalıdır.
Bununla yanaşı, təhsildə köklü məzmun islahatları apararkən yalnız öz bilik və təcrübəmizə deyil,
həm də bəşəriyyətin yaratdığı təcrübəyə, dünyagörüşünə və həyat fəlsəfəsinə söykənməliyik.
Bəşəriyyətin bu sahədəki təcrübəsi zəngin mənəviyyat xəzinəsidir. Həmin xəzinənin mənəvi
sərvətlərinin qiymətli bir hissəsini xalqımızın ta qədimdən bu günə qədər təhsil və tərbiyə ilə bağlı
yaratdığı nəzəriyyə və konsepsiyalar, eləcə də onların əməli fəaliyyətləri təşkil edir.
Əlbəttə, danılmaz faktdır ki, sələflərimiz şərəfli bir tarix yaradıblar. Biz onların millətin tə ‑
kamülündəki xidmətlərini araşdırıb indiki və gələcək nəsillərə çatdırmaq və bu şərəfli yolu davam
etdirməyə çalışmaqla öz mənəvi borcumuzu yerinə yetirmiş oluruq.
Beləliklə, oxuculara təqdim olunan bu kitabda ümumi və yığcam şəkildə maarif və təhsilimizin
təxminən son bir əsrdəki inkişafında və təkmilləşdirilməsində, ümumi təhsil, texniki peşə, ali və
orta ixtisas məktəbləri şəbəkələrinin yaranmasında dövlət qurumu olaraq nazirlik, komissarlıq və
komitələrin rolu açıqlanır. 
Kitabda Azərbaycan təhsilinin hazırkı səviyyəyə yüksəlməsində bu sahəyə müxtəlif vaxtlarda
rəhbərlik etmiş şəxslərin rolunu nəzərə alaraq xalqın maariflənməsi yolunda atılan addımlardan
söhbət açılır.
Ümummilli inkişafımızın təməli olan, milli dəyərlərimizin qorunmasında mühüm əhəmiyyət
kəsb edən təhsilimizdən, təhsil tariximizdən, təhsil sahəsinə rəhbərlik edən şəxslərin həyat yolundan,
fəaliyyətindən bəhs edən bu kitabın hazırlanıb ərsəyə gətirilməsi xüsusi tarixi‑pedaqoji, ictimai‑
mədəni əhəmiyyətə malikdir.
Misir Mərdanov,
Azərbaycan Respublikasının təhsil naziri, 
əməkdar elm xadimi, professor


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə