8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə9/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

sisələrinin fəaliyyətinin qiymətləndirilməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması,
təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının
tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya‑
kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin infor ma siyalaşdırılması,
məktəbəqədər, texniki‑peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya
ehtiyacı olan uşaqların təhsilinin təşkili, de‑institutlaşdırma və digər istiqamətlərdə əhəmiyyətli
nailiyyətlər əldə olunub.
Azərbaycan təhsilinin inkişafına yüksək dövlət qayğısının təzahürü olan aşağıdakı dövlət
proqramlarını göstərmək olar:
– «Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud mək təb ‑
lə rin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Dövlət
Proqramı (2003–2007‑ci illər)»;
– «Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqla təmin olunmasına
dair İnkişaf Proqramı (2005–2009‑cu illər)»;
– «Dərsliklə təminat Proqramı (2003–2005; 2006–2015‑ci illər)»;
– «Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud)
uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005–2009‑cu illər)»;
– «2005–2009‑cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə
İnkişaf Proqramı»;
– «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə 
Proq ram (2006–2010‑cu  illər)»;
– «Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi
(de‑institutlaşma) və alternativ qayğı Dövlət Proqramı (2006–2015‑ci illər)»;
– «Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı Proqramı (2005–2007‑ci illər)»;
– «Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı 
(2007–2010‑cu illər)»;
– «2007–2015‑ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı»;
– «Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı 
(2007–2012‑ci illər)»;
– «2008–2012‑ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaş dırıl ‑
ması üzrə Dövlət Proqramı»;
– «2009–2012‑ci illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar
üzrə Dövlət Proqramı»;
– «2009–2013‑cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı»;
– «2009–2014‑cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı»;
– «Azərbaycan Respublikasında 2009–2015‑ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın
həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı».
Ayrı‑ayrı təhsil pillələri və səviyyələrində də ciddi inkişaf meyilləri özünü büruzə ver mək də ‑
dir. Məktəbəqədər təhsilin uşaqların intellektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyətinin
formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malik olması tədricən cəmiyyət
tərəfindən qəbul edilməyə başlanıb. Respublikamızda 20 il ərzində heç bir məktəbəqədər təhsil
müəssisəsi tikilmədiyi halda, 2008‑2010‑cu illərdə ilk dəfə olaraq ölkə üzrə 40 yeni uşaq bağçası
tikilib istifadəyə verilib, 44 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilib, müasir avadanlıqlarla
26


təchiz olunub. Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhərində bağçalara cəlb olunmuş
uşaqların sayı 8,6 min nəfər artıb, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötüb. Müstəqillik
tariximizdə ilk dəfə olaraq uşaq bağçaları üçün müasir tələblər səviyyəsində 151 adda təlim vəsaitləri
hazırlanıb müəssisələrə çatdırılıb.
Azərbaycanda 2000‑dən çox yeni məktəb binasının tikilməsi, əsaslı təmiri və müasir ava daq ‑
lıqlarla, o cümlədən kimya və fizika laboratoriyaları ilə təmin edilməsi təhsil tariximizdə ən əla mət ‑
dar hadisələrdəndir. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fon ‑
dunun müstəsna xidmətlərini xüsusilə qeyd etməliyik. Fondun təşəbbüsü ilə 2005‑2010‑cu illərdə
300‑dən çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilib,
əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. Fondun təşəbbüsü ilə 2010‑cu ildə
Gürcüstanda azərbaycanlı soydaşlarımızın yaşadığı bölgələrdə 3 məktəb əsaslı təmir və bərpa edilib,
müasir avadanlıqlarla təchiz olunub.
Təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi üçün investisiya xərcləri birbaşa
Təhsil Nazirliyinə ayrılır. Bu məqsədlə Təhsil Nazirliyi nəzdində Əsaslı tikinti idarəsi yaradılıb. İn ‑
 vestisiya qoyuluşlarının ilbəil artırılması sayəsində 2008‑ci ildə bu xərclər 220 milyon manata
yüksəlib. Eyni zamanda, məktəblərin avadanlıqlarla təminatı da Təhsil Nazirliyinə ayrılmış vəsaitlər
hesabına mərkəzləşdirilmiş şəkildə həyata keçirilir.
Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası,
onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı, istilik sisteminin bərpası
nəticəsində ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin, yəni bütün şagirdlərin 80 faizinin təlim
şəraiti yaxşılaşdırılıb. Məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində ikinövbəli
məktəblər 73 faizdən 44‑ə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21‑ə enib.
Müstəqillik illərində aparılan genişmiqyaslı işlər yalnız təhsil infrastrukturunun yeni ləş ‑
dirilməsi ilə bağlı deyil. Bu sahədə əhəmiyyətli nailiyyətlərin əldə edilməsi və müasir tələblərə
uyğun şəraitin yaradılması məzmun islahatları üçün də əlverişli zəmin yaradıb. Dünya Bankının
maliyyə yardımı ilə həyata keçirilən islahatyönümlü tədbirlərin böyük əksəriyyəti ümumi təhsilin
məzmununun yeniləşdirilməsinə və mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəlib.
Bütün bu tədbirlərin əsas məqsədi şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud
«yaddaş məktəbi»ndən «təfəkkür və düşüncə məktəbi»nə keçmək və bu əsasda ümumi təhsilin
müasir modelini qurmaqdan ibarətdir.
2006‑cı ildə Nazirlər Kabineti tərəfindən «Ümumi təhsilin Konsepsiyası (Milli kurikulum)» təsdiq
edilib. 2008‑2009‑cu tədris ilindən ümumtəhsil məktəblərinin I siniflərində tədrisə yeni fənn
kurikulumları və müasir dərsliklərlə başlanılıb, bu proses 2010‑2011‑ci dərs ilindən I, II və III sinif ləri
əhatə edib. Yeni kurikulumların tətbiqi ilə əlaqədar I siniflərdə işləyən 27 minədək müəllim xüsusi
proqram əsasında öyrədici təlim kurslarından keçirilib və nümunəvi tədris materialları ilə təmin edilib.
Yeni məzmun yeni nəsil dərsliklərin hazırlanmasını zərurətə çevirib. 2003‑2010‑cu illərdə milli‑
mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 45 milyon nüsxə dərslik
çap edilib. Təhsil tariximizdə ilk dəfə olaraq yeni kurikulum tətbiq edilən I – III siniflər üçün dərslik
komplektləri (şagird üçün dərslik, iş dəftəri, müəllim üçün vəsait) hazırlanıb, Dərslikləri Qiy ‑
mətləndirmə Şurası tərəfindən qiymətləndirilib və müsbət rəy alındıqdan sonra çap edilib.
Məktəb kitabxanaları uşaq ensiklopediyaları, Azərbaycan və xarici ölkə yazıçılarının əsərləri
ilə təmin edilib. Heydər Əliyev Fondunun yaxından köməyi ilə ayrı‑ayrı fənlər üzrə 140 adda 1,4
milyon nüsxə tədris‑əyani vəsait hazırlanaraq məktəblərə verilib. Məktəblər 19 adda 351 min nüsxə
xəritə ilə təmin edilib. 
Dünya təcrübəsinə uyğun olaraq ölkəmizdə məktəbdaxili, milli və beynəlxalq qiymətləndir mə ‑
ni əhatə edən yeni qiymətləndirmə sisteminə keçilib. Təhsil tariximizdə ilk dəfə olaraq məktəbdaxili
qiymətləndirmənin diaqnostik (konkret bir mərhələdə təhsilalanın nailiyyətlərinin səviyyəsinin
müəyyən edilməsi), formativ (təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr
27


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə