8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə6/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   49

Dənizçilik Məktəbi, Mirzə Fətəli Axundov adına ikiillik Azərbaycan Müəllimlər İnstitutu, Dövlət
Pedaqoji Xarici Dillər İnstitutu təşkil olunub.
Eləcə də Azərbaycan Politexnik İnstitutu, Bakı Ali Partiya Məktəbi, Ali Ümumqoşun
Komandirləri Məktəbi, Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradılıb,
Sumqayıt Ali Tex niki Məktəbi, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan, Xankəndi
filialları fəaliyyətə başlayıb. 
Həmin müəssisələrin fəaliyyətinə elmi əsasda pedaqoji və dövlət nəzarətinin gücləndirilməsi
tələbatı bu sahəyə cavabdeh olan hökumət qurumunun yaradılmasını tarixi zərurətə çevirmişdi. Ali
məktəblərin, texnikumların maddi‑texniki bazaları möhkəmləndirilməli, pedaqoji kadrların tərkibi
keyfiyyətcə yaxşılaşdırılmalı, xalq təsərrüfatının müxtəlif sahələri üçün yüksəkixtisaslı, geniş
dünyagörüşlü mütəxəssislər hazırlanmalı idi.
Bu illər Azərbaycanda xalq təsərrüfatının coşqun inkişafı, əhalinin mədəni səviyyəsinin
yüksəlişi dövrünə təsadüf edir. Respublikada ağır, yüngül və yeyinti sənayesinin bir çox sahələri,
eləcə də mədəni‑maarif müəssisələrinin şəbəkəsi geniş inkişaf yoluna çıxmışdı. Sözsüz ki, bu inkişafı
ali və orta ixtisas təhsilli kadrlarsız təsəvvür etmək çətin olardı. Məhz buna görə də SSRİ Nazirlər
Soveti 1959‑cu ilin iyununda ali və orta ixtisas təhsili müəssisələrinə rəhbərliyin yenidən qurulması
haqqında xüsusi qərar qəbul etdi. 
Həmin qərarda göstərilirdi ki, ölkədə ali və orta ixtisas təhsili sistemini daha da inkişaf
etdirmək və təkmilləşdirmək, habelə bu işdə müttəfiq respublikaların səlahiyyətini və məsuliyyə tini
artırmaq məqsədilə ümumittifaq tabeliyində olan ali və orta ixtisas təhsili müəssisələri
respublikaların ixtiyarına verilsin. Həmin qərarla əlaqədar olaraq 1959‑cu ildə digər müttəfiq
respublikalarla yanaşı, Azərbaycanda da Ali və Orta İxtisas Təhsili Komitəsi yaradıldı. Bu qurum
1964‑cü ildən müstəqil nazirliyə çevrildi.
O dövrdə respublikada 100 min tələbəni əhatə edən 13 ali məktəb fəaliyyət göstərib və 105
fakültə, 450 kafedra olmaqla 131 ixtisas üzrə mütəxəssislər hazırlanıb. Üç‑dörd ildə ali məktəblərin
sa yı 16‑ya, fakültələrin sayı 130‑a, kafedraların sayı isə 512‑yə çatdırılıb, ali məktəblərdə 148 ixtisas
üzrə mütəxəssislər hazırlığına başlanılıb. Təkcə 1976‑cı ildə ali məktəblərimizdə 4 yeni fakültə, 14
kafedra və 18 ixtisas açılıb. 
Ulu öndər Heydər Əliyevin səyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Pedaqoji Xarici
Dillər İnstitutu (1972), Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu (1972), Xankəndi
Dövlət Pedaqoji İnstitutu (1973), Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (1975), Azərbaycan
Texnologiya İnstitutunun (1981) yaradılması ilə ali təhsil sistemindəki boşluqlar aradan qaldırıldı. Xarici
ölkələrdən respublikamıza təhsil almağa gələn əcnəbi tələbələrin sayı nəzərə çar pacaq dərəcədə artdı.
Sözsüz ki, Azərbaycan təhsilinin, o cümlədən ali təhsilin 1969–1982‑ci illərdəki inkişafı
Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycan KP MK‑nın avqust (1969) plenumunda digər
məsələlərlə yanaşı, ali təhsil müəssisələrində mənəvi iqlimin sağlamlaşdırılması və neqativ halların
ara dan qaldırıl ma sı yollarının geniş təhlilini vermiş, Ali və Orta İxtisas Təhsili Nazirliyinin və ali
məktəb rektorlarının qarşısında ali təhsil müəssisələrinin fəaliyyətinin köklü şəkildə yenidən
qurulması kimi ciddi və təxirəsalınmaz vəzifələr qoymuşdu. Bütün bunlar ali təhsilin inkişafının
əsas istiqamətlərini müəyyənləşdirdi.
O illərdə görülən işlərin millətin mənəvi təkamülündəki rolunu, dövlətçilik baxımından
əhəmiyyətini, mahiyyətini və perspektivlərini dərk etmək üçün bəzi statistik məlumatlara nəzər
salmaq yerinə düşər: 1969–1970‑ci tədris ilində respublikadan kənara 60 nəfərlik plana qarşı cəmi 47
nəfər ali təhsil almağa göndərilmişdisə, 1978‑ci ildən başlayaraq respublikadan kənara hər il 800–900
tələbə göndərilməsinə nail olunmuşdu. 1969–1970‑ci tədris ilində ölkədən kənarda təhsil alanların
40 faizi azərbaycanlı idisə, 1970–1980‑ci illərdə bu rəqəm 97,6 faizə çatmışdı.
Həmin illərdə Azərbaycanın xalq təsərrüfatının inkişaf tempinə uyğun olaraq respublikamız
üçün ənənəvi olmayan ixtisaslar üzrə də mütəxəssis hazırlığına başlanıldı. Eləcə də SSRİ‑nin 50‑dən
20


ar  tıq böyük şəhərinin 170‑dən çox nüfuzlu ali məktəbində respublikamız üçün zəruru ehtiyac
duyulan 250‑dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin təhsil alması təmin edilirdi.
Onların yüksəkixtisaslı kadr kimi formalaşması üçün respublika rəhbərliyi tərəfindən hər cür qayğı
göstərilirdi. 
Onu da qeyd edək ki, Azərbaycanda ali və orta ixtisas təhsilinin inkişafında ayrı‑ayrı vaxtlarda
komitə sədri və ya nazir vəzifələrində çalışmış Şirəli Məmmədov, Abdulla Qarayev, Züleyxa
Hüseynova, Danil Quliyev və Qurban Əliyevin böyük xidmətləri olub.
1988‑ci ildə Azərbaycanda təhsilin müxtəlif pillələrini əhatə edən üç qurum –  Ali və Orta
İxtisas Təhsili Nazirliyi, Xalq Maarifi Nazirliyi və Texniki Peşə Təhsili Komitəsi birləşdirilərək Xalq
Təhsili Nazirliyi, 1993‑cü ildə isə Azərbaycan Respublikası Təhsil Nazirliyi yaradılıb.
Doğrudur, sovet hakimiyyəti illərində müstəqil dövlət siyasətimiz, aydın milli ideologiyamız
olmayıb, xalqın milli təfəkkürünün daşıyıcıları olan on minlərlə ziyalı günahsız ittiham edilib, ölüm
və cəza maşını fasiləsiz işləyib. Ancaq bu, heç də o demək deyil ki, məktəbimiz, təhsilimiz inkişaf
etməyib. 
Sovet dövründə təhsilimiz inkişaf etməsəydi, ötən əsrin 90‑cı illərində imperiya hakimiyyə ti ‑
nin təzyiqi bir az zəifləyən kimi, uzun illərdən bəri zamanın diktə etdiyi təhsil siyasəti əsasında
tərbiyə almış millətimizin indiki nəsli milli ruhla azadlıq mübarizəsinə qalxardımi? Bu istiqlal
mücadiləsinin kökü haradandır? Milli ruhu olmayan nəsil yetişdirməyə xidmət edən məktəb gəncliyi
bu müba rizəyə hazırlaya bilərdimi? Əlbəttə yox! Ulu öndər Heydər Əliyevin təbirincə desək, «1920–
1991‑ci illərdə Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, təhsili, elmi və mədəniyyəti də böyük inkişaf
yolu keçmişdir. Dünyəvi teatr, müasir məktəb və demokratik mətbuatın bünövrəsi XIX əsrdə qoyulsa
da, bu 70 ildə ölkəmizdə savadsızlıq ləğv olunmuş, tam orta icbari təhsil tətbiq edilmiş, təhsil
müəssisələrinin, o cümlədən ali məktəblərin inkişaf etmiş şəbəkəsi yaranmış, Elmlər Akademiyası
formalaşmış, minlərlə qəzet və jurnal çap olunmağa başlamışdı».
Bu gün ölkə həyatının bütün sahələrində təhsilimizin sovet dövrünün yetirməsi olan insanlar
uğurla çalışırlar. Müstəqilliyimizin ilk illərində təməli qoyulan hər bir iş istisnasız olaraq bu insanlar
tərəfindən həyata keçirilib. Ona görə də təhsil tarixinə nihilist meyillərlə yanaşmaq qətiyyən düzgün
deyil. Bugünkü nailiyyətlərimiz boş yerdən yaranmayıb. Onun möhkəm bünövrəsi var.
Keçmiş İttifaq tərkibində olduğumuz 70 ildə təhsilimiz çox ziddiyyətli inkişaf yolu keçib. Bu
tarixi yaradan, həyatını xalqın maariflənməsi kimi nəcib işə həsr edən ziyalıların adı Azərbaycanın
tarixinə, onun təhsil salnaməsinə əbədi həkk olunub. Bu gün Azərbaycanın təhsilinə rəhbərlik edən
şəxs kimi, bir ziyalı kimi, nəhayət, bir vətəndaş kimi çalışıram ki, gələcək nəsil bu insanların
Vətənimiz qarşısındakı xidmətlərindən xəbərsiz qalmasınlar. 
Bu kitabın yazılmasında əsas məqsəd Azərbaycan təhsilinə müxtəlif illərdə rəhbərlik etmiş,
təhsilimizin inkişafında xidmətləri olan şəxslərin xatirəsinin əbədiləşdirilməsi və ötən əsrin
əvvəllərindən bəri təhsilin tərəqqisi baxımından keçilmiş şərəfli inkişaf yolu barədə ictimaiyyəti
daha dolğun məlumatlandırmaqdır.
Son yüz ilə nəzər salarkən bir daha aydın olur ki, qazandıqlarımız itirdiklərimizdən daha
çoxdur. Mən təhsil naziri kimi müxtəlif ölkələrdə, o cümlədən qonşu İran və Türkiyə respub ‑
likalarında dəfələrlə xidməti səfərlərdə olmuşam. Bu səfərlər zamanı bir fakt məni həmişə
qürurlandırıb: Azərbaycanda insanların təhsil səviyyəsi hər iki ölkədəkindən qat‑qat yüksəkdir.
Sovet dövründə ən ucqar kəndlərimizdə belə, məktəblər fəaliyyət göstərib və Azərbaycanda savadsız
adam yoxdur. Bütün bunlar bizim bugünümüz üçün etibarlı zəmin olubdur. Əgər belə olmasaydı,
biz öz müstəqilliyimizi bərpa edib Azərbaycanı uğurla irəli apara, daha böyük nailiyyətlərə, cəsarətli
islahatlara imza ata, təhsilimizi, mədəniyyətimizi, iqtisadiyyatımızı müasir tələblər səviyyəsində
inkişaf etdirə bilməzdik.
Bu gün sabaha bünövrə olduğu kimi, bugünün də bünövrəsi dünənimizdir. Dünənin qiy mə ‑
ti ni düzgün verməsək, sabaha möhkəm özül yarada bilmərik.
21


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə