8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə19/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

68
Maqsud Məmmədov 
Azərbaycan Dövlət Univ
ersitetinin rektoru olarkən (1930)


Ko 
missarlığında işləyib, 1929–1930‑cu illərdə Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin)
rektoru olub.
1930–1931‑ci illərdə Azərbaycan xalq maarifi komissarı
vəzifəsində çalışıb. Maqsud Məmmədov Azərbaycan xalqının
təhsil və mədəni səviyyəsinin yüksəlməsinə yönəlmiş partiya
kursunun uğurla həyata keçirilməsi üçün böyük güc və enerji
sərf edib.
1931‑ci ildə Azərbaycan K(b)P MK‑nın katibi təyin edilən
Maqsud Məmmədov 1933‑cü ilə kimi bu vəzifədə çalışıb.
1933–1934‑cü illərdə Azərbaycan Partiya Tarixi İnstitutunun
direktoru olub.
Partiya işində zəngin təcrübəsini nəzərə alaraq onu ye ‑
nidən Mərkəzi Komitədə işləməyə dəvət edirlər. 1936–1937‑ci
illərdə Azərbaycan K(b)P MK‑nın şöbə müdiri işləyib, 1937‑ci
il iyulun 29‑dan sentyabrın 19‑na qədər «Azərnəşr»in direkto ‑
runun səlahiyyətlərini icra edib. Respublikanın həyatında fəal
iştirak edən Maqsud Məmmədovun həmin dövrdə gördüyü
işlər mətbuat səhifələrində öz əksini tapıb, onun müx təlif
məsələlərlə bağlı çıxışlarına geniş yer verilib.
Marksizm‑leninizm ideyalarının fəal təbliğatçısı olan
Maqsud Məmmədov Azərbaycan K(b)P MK‑nın büro üzvü
seçilib, 1933‑cü ildə Azərbaycan Dövlət Nəşriyyatında ilk dəfə
Azərbaycan dilində nəşr olunan «V. İ. Lenin. Seçilmiş əsərləri»
altıcildliyinin redaksiya heyətinin tərkibinə daxil edilib.
Həmçinin V. İ. Leninin Azərbaycan dilində nəşr olunmuş digər
seçilmiş əsərlərinin redaktor və tərcüməçilər qrupunun tərki ‑
bində təmsil olunub.
1925–1927‑ci illərdə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi ‑
nin, 1930–1934‑cü illərdə Azərbaycan K(b)P Bakı Komitəsinin,
1931‑ci ildən Azərbaycan K(b)P MK‑nın, 1931–1933‑cü illərdə
Ümumittifaq K(b)P Zaqafqaziya Diyar Komitəsinin üzvü seçilib.
O, 1937‑ci ilin sentyabrında Xalq Daxili İşlər Komissarlığı
tərəfindən həbs olunub, repressiyaya məruz qalıb.
Maqsud Məmmədov 1938‑ci ildə vəfat edib.
69
Respublikanın həyatında
fəal iştirak edən Maqsud
Məmmədovun həmin
dövrdə gördüyü işlər
mətbuat səhifələrində 
öz əksini tapıb, onun
müxtəlif məsələlərlə bağlı
çıxışlarına geniş yer
verilib


AĞA İSMAYIL OĞLU  
SULTANOV
(1901–1936)


Ağa İsmayıl oğlu Sultanov 1901‑ci ildə Bakı şəhərində
anadan olub.
Güzəranın ağırlığına görə ibtidai təhsildən sonra dəmirçi
yanında şagird kimi sənət öyrənməyə başlayıb. 1917‑ci ildə
inqilabi hərəkata qoşulub, 1919‑cu ildə bolşevik partiyası
sıralarına qəbul edilib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
Hacıqabul və Şamxor (indiki Şəmkir) qəza inqilab komitələ ‑
rinin sədri (1920–1933), Azərbaycan diviziyasında şöbə rəisi və
partiya komissiyasının katibi, Stalin rayon Partiya Komitəsi
təşkilat şöbəsinin müdiri, Gəncə mahal Partiya Komitəsinin
katibi, AK(b)P MK‑nın ikinci katibi vəzifələrində çalışıb.
1931‑ci ildə Ağa Sultanov Azərbaycan Sovet Sosialist Res ‑
pub likasının xalq maarifi komissarı təyin edilir. Bu dövr
respublika tarixində çox mürəkkəb bir dövr idi. Ümumtəhsil
məktəblərinin sayı artırılmalı, pedaqoji kadr hazırlığı kəmiyyət
və keyfiyyətcə yaxşılaş dırılmalı, elmi‑metodik təminat istiqa ‑
mətində köklü işlər görülməli idi. Sələflərinin başladıq ları işi
davam etdirməklə yanaşı, Ağa Sulta nov yeni uğurlar naminə
Xalq Maarifi Komissarlığı əməkdaşlarının imkan larını səfər ‑
bərliyə almış, məktəb tikintisi, tədris ocaqlarının maddi‑texniki
təchizat  sahələ rin  də  nailiy yətlər  qaza nılmasına  çalışmışdır.
1933‑cü ildə Gürcüstana göndərilib, Axalsix rayon Partiya
Komitəsinin katibi vəzifəsində çalışıb. Gürcüstan K(b)P MK və
ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin üzvü olub. Gür cüstan
SSR və ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib.
Ağa Sultanov 1936‑cı ildə dünyasını dəyişib.  
71
Ağa İsmayıl oğlu
Sultanov 1901‑ci ildə Bakı
şəhərində anadan olub
Xalq maarifi komis sarı
vəzifəsində çalışıb
(1931–1933)
Ağa Sultanov məktəb
tikintisi, tədris
ocaqlarının maddi‑texniki
təchizatı sahəsində dönüş
yaratmağa nail olub


MAHMUD SƏFƏR OĞLU  
AĞAYEV
(1897–1937)


Mahmud Səfər oğlu Ağayev 1897‑ci ildə Bakıda anadan
olub.
1910‑cu ildə ibtidai rus‑tatar (rus‑Azərbaycan) məktəbini
bitirib. Atası ilə İrana gedib, bir müddət orada yaşayıb. 1912‑ci
ildə Azərbaycana qayıtdıqdan sonra dərzi sənətinə yiyələnib.
Fəal ictimai işlərə qoşulub, 1917‑ci ildə bolşevik partiya ‑
sının üzvlüyünə qəbul olunub. 1922–1925‑ci illərdə Moskvada
Kommunist Universitetində, 1929–1933‑cü illərdə isə Qırmızı
Professura Ədəbiyyat İnstitutunda oxuyub.
Dövrünün mötəbər ali məktəblərində təhsil almış Mah ‑
mud Ağayev Azərbaycana qayıtdıqdan sonra əvvəlcə AK(b)P
MK‑nın orqanı  olan «Bolşevik»  jurnalının redaktoru və zi fə ‑
sində çalışıb. Sonra o, «Kommunist» qəzetinə redaktor təyin
edilib. Mətbuat sahəsindən AK(b)P Bakı Komitəsinə şöbə
müdiri göndərilib, respublika marksizm‑leninizm kurslarının
direktoru vəzifəsində çalışıb. AK(b)P MK və Azərbaycan SSR
MİK‑in üzvü olub. 
Mahmud Ağayev 1934‑cü ildə Azərabycanın xalq maarifi
komissarı vəzifəsində çalışıb.
1934‑cü il sentyabr ayının 3‑də SSRİ XKC və ÜİK(b)P MK
ibtidai, natamam orta və orta məktəbdə tədris işinin təşkili və
daxili intizam haqqında qərar qəbul edib. Bundan sonra hər
bir sinifdə dərslərin miqdarı müəyyənləşdirilir, məktəblərə
qəbul, sinifdən sinfə keçmə, şagirdləri rəğbətləndirmə və
cəzalandırma, şagird bileti, şagirdlər üçün qaydalar və s.
haqqında mühüm tədbirlər həyata keçirilib.
1934‑cü ildə xalq maarifi sahəsində ən mühüm məsələ
ibtidai və orta məktəblərin quruluşundakı dəyişikliklərlə bağlı
idi. XKS və ÜİK(b)P MK‑nın 15 may 1934‑cü il tarixli qərarına
əsasən ibtidai məktəblər 4 sinifdən (I–IV), natamam orta
məktəblər 7 sinifdən (I–VII) və orta məktəblər 10 sinifdən (I–X)
ibarət təşkil edilib.
Mahmud Ağayev xalq maarif komissarı işlədiyi dövrdə
məktəblərdə bədən tərbiyəsi dərsləri, davamiyyət, şagirdlərin
ictimai işləri, dərsin müddəti, tənəffüslər, ev tapşırıqlarının
həcmi, məktəblərdə dərsin başlanması və s. məsələlərlə
əlaqədar mühüm sənədlər qəbul edilib.
Mahmud Ağayev 1937‑ci ildə vəfat edib.
73
Mahmud Səfər oğlu
Ağayev 1897‑ci ildə
Bakıda anadan olub
Xalq maarifi komis sarı
vəzifəsində çalışıb (1934)
İbtidai, natamam orta və
orta məktəbdə tədris
işinin təşkili və daxili
intizam haqqında qərar
qəbul edib


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə