8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə16/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

dövlət xadimi, ictimaiyyətçi, diplomat, hərbçi, həkim, müəllim
kimi və digər sahələrdə doğma xalqa hər zaman layiqincə xid ‑
mət ediblər. Onlardan İsa Sultan Şahtaxtinski, Məhəm mədağa
Şahtaxtlı, Əbülfət Şahtaxtinski, Leyla xanım Şahtax tinskaya,
Baxşəli ağa Şahtaxtinski, Behbud bəy Şahtaxtinski, Həbibulla
bəy Şahtaxtinski, Elmira xanım Şahtaxtinskaya, Toğrul Şahtax ‑
tinski, Məhəmməd Şahtaxtinski və Aleksis Şah taxtinski nəinki
Azərbaycanda, eləcə də dünyada xalqımızı layiqincə təmsil
edərək, öz dövr lərinin nüfuzlu simalarından olublar.
Repressiya dalğası onu 1941‑ci ildə yaxalayıb. Həmid bəy
Şah taxtinski 1944‑cü il fevralın 3‑də Arxangelsk vilayətində
dün yasını  dəyişib.
49


NURMƏHƏMMƏD BƏY ƏDİLXAN OĞLU  
ŞAHSUVAROV
(1883–1958)


Nurməhəmməd bəy Ədilxan oğlu Şahsuvarov 1883‑cü
ildə Zəngəzur qəzasının (indiki Laçın rayonunun) Minkənd
kən din də anadan  olub.
İbtidai təhsilini kənd məktəbində başa vurmuş Nurmə ‑
həm məd bəy Şahsuvarov 1899–1903‑cü illərdə Qori Müəllimlər
Se mi nariya sında oxuyub.  Bir müddət Gəncədə rus dili müəl limi
işlədikdən sonra 1912‑ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitu ‑
tunu bitirib. Həmin il Kiyev Universitetinin hüquq fakültəsinə
da xil olub və ali məktəbi eksternat yolu ilə 1915‑ci ildə bitirib.
Dağıstan Vilayəti Xalq Maarifi İdarəsi üzrə Teymur xanşura (in ‑
diki Buynaksk) şəhərinə inspektor təyin edilib.
1917‑ci ildə Rusiyada fevral burjua inqilabı zamanı bitərəf
Nurməhəmməd bəy Şahsuvarov siyasi hadisələrdə yaxından
iştirak edib. 1918‑ci ilin yayında Şimali Qafqazda yaşayan
xalqların milli azadlıq hərəkatı nəticəsində yaradılan Dağlı
Respublikasının xalq maarifi naziri təyin olunub.
51
Nurməhəmməd bəy
Ədilxan oğlu Şahsuvarov
1883‑cü ildə Azərbaycanın
Zəngəzur qəzasının
Minkənd kəndində
anadan olub
Xalq maarifi və dini
etiqad naziri vəzi fəsində
çalışıb (1920)
Nurməhəmməd bəy Şahsuvarov
Dağlı Respublikasının xalq
maarifi naziri vəzifəsində
işləyərkən (1918)


1919‑cu il iyunun əvvəlində Bakıya gələn Nurməhəm ‑
məd bəy Şahsuvarov Azərbaycan Demokratik Respublikası
Nazir lər Şurasının sədri, 4‑cü Hökumət Kabinetində xalq
maarifi və dini etiqad nazirinin müavini vəzifəsini icra etməyə
başlayıb. O, Azərbaycanın şəhər və kəndlərində ana dilində
məktəb və seminariyaların açılması və digər mütərəqqi təd bir ‑
lə rin həyata keçirilməsində böyük əmək sərf edib.  Azərbay ‑
canın ilk ali məktəbi olan Bakı Dövlət Universitetinin təşki ‑
lində Nurməhəmməd bəy Şah suvarov xüsusi xidmət göstərib.
«İttihad» partiyasının üzvü Nurməhəmməd bəy Şahsuva ‑
rov Na zirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin 2‑ci Höku ‑
mət Kabinetində xalq maarifi və dini etiqad naziri təyin olunub,
25 gün sonra – martın 30‑da bütün kabinet ilə birlikdə istefa verib.
1920‑ci il aprelin 27‑də baş verən hadisələrdən sonra Nur ‑
mə 
həmməd bəy Şahsuvarov Azərbaycan SSR xalq maarifi
komis sa rının müavini təyin olunub.  O,  həmin dövrlərdə Bakı da
pe daqoji  və Səmədağa  Ağamalıoğlu adına torpaq və geode zi ya
texnikumlarında rus dilindən dərs deyib. Sonralar Bakı Döv lət
Universitetində rus dili kafedrasının müdiri, Azərbay can Neft
və Kimya İnstitutunda isə rus dili müəllimi işləyib.
Keçmiş Sovetlər Birliyində 1930‑cu illərdə tüğyan edən
repressiya dalğası ondan da yan keçməyib. 1940‑cı ildə qon‑
darma ittihamlarla həbs olunan və Krasnodar diyarına sürgü ‑
nə göndərilən Nurməhəmməd bəy Şahsuvarov orada da öz
ixti sası üzrə dərs deyib. Üç il sonra – 1943‑cü ildə sürgündən
Ba kıya qayıdıb, Azərbaycan Tibb İnstitutunda rus dili kafed ‑
rasının müdiri və müəllimi işləyib. Azərbaycanda rus dili sa ‑
həsində bir mütəxəssis kimi məşhur olub.
Nurməhəmməd bəy Şahsuvarov Feona Kuzmişina adlı
xanımla ailə həyatı qurub, bu izdivacdan Cahangir adlı oğlu
dünyaya gəlib. Cahangir bəy Şahsuvarov Moskvada yaşayıb,
ali təhsil alıb, Moskva Yerin Fizikası İnstitutunda çalışıb, fizika‑
riyaziyyat elmləri doktoru olub. Onu da xa 
tırladaq ki,
Nurməhəmməd bəyin təmsil olunduğu Şahsuvar lılar nəslin ‑
dən çoxsaylı alimlər çıxıb. Onun qardaşı Mürsəl bəy Azər ‑
baycan Xalq Cüm huriyyətinin xaricə təhsil almağa gön dərdiyi
100 azərbay canlı tələbədən biri olub.
Öz dövrünün tanınmış şəxsiyyətlərindən biri olan Nur ‑
mə həmməd bəy Şahsuvarov 1958‑ci il avqustun 11‑də Bakıda
və fat edib.   
52
O, Azərbaycanın şəhər
və kəndlərində ana
dilində məktəb və
seminariyaların
açılması və digər
mütərəqqi tədbirlərin
həyata keçirilməsində
böyük əmək sərf edib


AZƏRBAYCANIN 
XALQ 
MAARİFİ 
KOMİSSARLARI


DADAŞ XOCA OĞLU  
BÜNYADZADƏ
(1888–1938)


Görkəmli dövlət xadimi Dadaş Xoca oğlu Bünyadzadə
1888‑ci ilin aprel ayında Bakının Fatmayı kəndində anadan olub.
1908‑ci ildə 8 aylıq pedaqoji kursa daxil olan Dadaş
Bünyadzadə, eyni zamanda gecə kursunda rus dilini öyrənib.
Elə həmin ildən bolşevik partiyasının üzvü olub. 1908‑ci ildə
İran inqilabçılarına yardım üçün Təbrizdə olub. İrandan qayı ‑
dan kimi Tiflisdə həbs edilib. Üç ay sonra həbsdən azad olu ‑
naraq Bakıya gəlib. 1911‑ci ildə yenidən həbs olunaraq Tür ‑
küsta na sürgün edilib. 1918‑ci ildə Həştərxana gedən Da daş
Bünyadzadə quberniya komitəsinə üzv seçilib, tatar dilin də
çıxan «Tartış» («Mübarizə») qəzetinin redaktoru olub. 1918‑ci
və 1921‑ci illərdə Moskvada Leninlə görüşüb.  Azərbay can da
so vet hakimiyyəti qurulduqdan sonra Dövlət Plan Komis si ‑
yasının sədri, ZSFSR xalq torpaq komissarı, Azərbay can SSR
XKS‑nin sədri və digər mühüm vəzifələrdə çalışıb.
Dadaş Bünyadzadə Azərbaycan K(b)P MK‑nın, YİK(b)P
Zaqaf qazi ya Ölkə Komi tə sinin,  Azərbaycan SSR,  ZSFSR və
SSRİ MİK‑in üzvü seçilib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ya ‑
ra dılan Maarif Komissarlığı bəzi sənədlərdə Xalq Maarifi Fəh ‑
lə‑kəndli Müfəttişliyi Komissarlığı kimi qeyd olunub.
1920–1922‑ci illərdə bu komissarlığa Dadaş Bünyadzadə
baş çılıq edib.  Sovet Azərbaycanının ilk xalq maarifi komissarı
olan Dadaş Bünyadzadə 1920‑ci il mayın 23‑də respublika hö ‑
kuməti adından xalq maarifi sahəsində dövlətin əsas prinsiplə ‑
rini elan edib.
Dadaş Bünyadzadə ötən əsrin 20‑ci illərində nəşr olunan
«Xalq maarifi» jurnalının 1‑ci nömrəsində dərc olunmuş
«Maarif və dövlət» adlı məqaləsində maarif komissarı olaraq
yazırdı: «Şuralar hökumətinin başlıca və əsaslı qanunlarından
biri də elmi, maarifi və sənayeni dirçəltməkdir. Bundan sonra
oxumaq, yazmaq, bilmək, sənət öyrənmək hamıya borcdur.
Belə ki, elmsiz və sənətsiz bir adam tapılmayacaqdır».
Dadaş Bünyadzadə Azərbaycanda maarif işində tez bir
zamanda yüksəliş əldə etmək üçün müəllim hazırlığını,  mək təb ‑
lə ictimaiyyət arasında üzvi əlaqə yaradılmasını ən mühüm və zifə
hesab edirdi. O yazırdı: «Azərbaycanda istənilən dərə cədə elm və
maarifi inkişaf etdirmək üçün 25 min müəllim, 10 min mürəbbi
lazımdır. Halbuki bütün Azərbaycanda ancaq 2500 müəllim və
1000 mürəbbi vardır… Belə bir mühüm və müqəd dəs işi meydani‑
icraiyyəyə qoymaq üçün kəndlilərin və fəhlə lə rin özləri iştirak
etməlidir, özləri işə girişməlidir… Bu işdə zəh mətkeşlər iştirak
etməsələr, bunların hamısı bir parça kağız üzərində qalacaqdır».
Respublikada müəllimə olan ehtiyacı ödəmək üçün XMK
1920–1922‑ci illərdə qısamüddətli kurslar açır, müəllimlərin
55
Dadaş Xoca oğlu
Bünyadzadə 1888‑ci ilin
aprel ayında Bakının
Fatmayı kəndində anadan
olub
Xalq maarifi komis sarı
vəzifəsində çalışıb
(1920–1922)
Dadaş Bünyadzadə
Azərbaycanda maarif
işində tez bir zamanda
yüksəliş əldə etmək üçün
müəllim hazır lığını,
məktəblə ictimaiyyət
arasında üzvi əlaqə
yaradıl masını ən mühüm
vəzifə hesab edirdi


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə