8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə24/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

olunmuş məqalələri öz elmi dəyərini, aydın ideya istiqamətini
hər vaxt saxlayan qiymətli nümunələrdir. Maarif işindən ayrıl ‑
dıqdan sonra da müntəzəm olaraq müəllim və onun əməyi,
məktəb və onun müqəddəs vəzifəsi, ana dilinin tədrisi və öy ‑
rə nilməsi,  şəxsiyyətin mərifəti barəsində mülahizələr söyləyib,
pedaqoji mətbuat səhifələrində vaxtaşırı çıxışlar edib.
Akademik Mirzə İbrahimov Azərbaycan tarixini, Azər ‑
baycan pedaqoji dəyərlərini yaxşı bilən alim kimi klassik peda ‑
qo ji fikrin ənənələrini davam və inkişaf etdirərək, «təlim‑tərbi yə
insanı xeyirxah etməlidir» – hikmətli kəlamını vurğula yaraq hər
kəs üçün bu işin hələ uşaqlıqdan başlanmasını zəruri sayıb. Onun
qənaətinə görə,  «insanın vətənpərvərlik duyğusu,  ürə yin də ka ‑
mil vətəndaş olmaq üçün qüdrətli və ehtiraslı bir arzu və meylin
oyanması» təlim və tərbiyə işi ilə, onun səviyyəsi ilə bağlıdır.
Mirzə İbrahimov Azərbaycan pedaqoji fikrinin görkəmli
nümayəndəsi, ilk «Pedaqogika» dərsliyinin müəllifi, məşhur
müdərris, Ordubadda «Əxtər», Naxçıvanda «Tərbiyət» mək ‑
təb lərinin banisi Məhəmməd Tağı Sidqinin məktəbin vəzifələri
haqqında dediyi fikirləri daha da inkişaf etdirərək yazır: «Şa ‑
gir din yalnız məktəb divarları arasında deyil,  məktəbdən xa ‑
ric də, evdə, ailədə, küçədə, qonşuda və həyətdə də məktəbli
ol duğu, məktəb təlim və tərbiyəsi gördüyü bilinməlidir. Nəcib
hərəkətləri, oturuşu, duruşu, sual və cavabları, aydın və təmiz
danışığı,  parlaq və düzgün anlayışın dan onun məktəbli oldu ‑
ğu nu,  yaxud məktəb təlim və tərbiyəsi gördüyünü hər kəs
sezməlidir».
Mirzə İbrahimov sələflərindən daha irəli gedərək işlədiyi
illərdə əsl pedaqoji yenilik olan və hazırda təlim‑tərbiyə işində
əsas sayılan tələblər irəli sürüb. Bunlar şagirdlərə müstəqillik
və idrakını inkişaf etdirmək, müqayisə edə bilmək, nəticə
92
Mirzə İbrahimovun
maarif işçiləri
qarşısındakı məruzə və
çıxışları, mətbuatda
dərc olunmuş
məqalələri öz elmi
dəyərini, aydın ideya
istiqamətini hər vaxt
saxlayan qiymətli
nümunələrdir
Onun qənaətinə görə,
«insanın vətənpər vərlik
duyğusu, ürəyində
kamil vətəndaş olmaq
üçün qüdrətli və
ehtiraslı bir arzu və
meylin oyanması» təlim
və tərbiyə işi ilə, onun
səviyyəsi ilə bağlıdır
Görkəmli yazıçı, Sosialist Əməyi
Qəhrəmanı Mirzə İbrahimov
Texniki Peşə Təhsili Komitəsinin
rəhbər işçiləri arasında (1982)
Şəkildə (soldan).
Birinci sıra: 1. Vera Vilkova – Bakı Şəhər
Texniki Peşə Təhsili İdarəsinin metodisti,
2. Mirzə İbrahimov – xalq yazıçısı, 
3. Ramiz Məmmədzadə – Texniki Peşə
Təhsili Komitəsinin sədr müavini.
İkinci sıra: 1. Əli İsmayılov – Texniki Peşə
Təhsili Komitəsinin şöbə müdiri, 
2. Zülfüqar Abdullayev – Texniki Peşə
Təhsili Komitəsinin sədr müavini, 
3. Böyükağa Aslanov – Lenin ordenli
istehsalat təlimi ustası, 4. Mahmud
Quliyev – Bakı Şəhər Texniki Peşə Təhsili
İdarəsinin metodisti


çıxarmaq, biliyini tətbiq etmək bacarıqlarının aşılan masıdır.
Mirzə İbrahimov «uşağın şüurunu hərəkətə gətir məyi,  ona
düşünməyi, mühakimə ilə iş görməyi öyrətməyi» məktəbin və
müəllimin əsas vəzifəsi hesab edirdi. Cünki uşaq yaşına görə
özünün və başqalarının hərəkətinə xeyirli və zərərli, lazımlı və
lazımsız olması nöqteyi‑nəzərindən qiymət verməyə alışdırıl ‑
malıdır. Mirzə İbrahimov qeyd edirdi ki, məktəb uşaqlarda
insan həyatının yaradıcısı olan əməyə qarşı müqəddəs bir
məhəbbət və etiqad oyatmalı, onda çalışmaq, həm də səmərəli
çalışmaq vərdişi tərbiyə etməli, şagirdlərə həqiqi bilik verməli,
uşaqların hərtərəfli, ahəngdar inkişafını təmin etməli, əsl
vətənpərvərlər, vətəndaşlar yetişdirməlidir.
Mirzə İbrahimovun xalq maarifinin təşkili və idarə
edilməsi sahəsindəki fəaliyyəti, zəngin pedaqoji fikirləri maarif
və pedaqoji fikrimizin inkişafında mühüm yer tutur. O, dünya
pedaqoji fikrinin görkəmli nümayəndələrinin irsini diqqətlə
öyrənib, mütərəqqi nə varsa, onu müasirlik ruhu ilə Azər ‑
baycan pedaqogikasına gətirməyə çağırıb. Mətbu çıxışlarında
tez‑tez antik pedaqogikaya, Henrix Pestalotsi, Konstantin
Dmitriyeviç Uşinski, Həsən bəy Zərdabi, Mahmud bəy Mah ‑
mudbəyov, Abdulla Şaiq və Məhəmməd Hadinin əsərlərinə
müraciət etməsi onun ən yaxşı pedaqoji ənənələri, fikirləri
yaşatmaq və inkişaf etdirmək meyli ilə bağlıdır.
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1946–
1950), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
(1954–1958), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri
(1946–1954), birinci katibi (1965–1975), SSRİ Yazıçılar İttifaqı
İdarə Heyətinin katibi (1965–1975), Asiya və Afrika ölkələri ilə
Sovet Həmrəylik Komitəsinin sədri olub.
Azərbaycanın xalq yazıçısı (1961), SSRİ (1950) və Azər bay ‑
can SSR Dövlət mükafatı laureatı (1965), əməkdar incəsənət
xadimi (1941), Beynəlxalq Nehru mükafatı laureatı (1979) Mirzə
İbrahimov Lenin (iki dəfə), «Oktyabr inqilabı», «Qırmızı Əmək
Bayrağı» və  «Şərəf nişanı» ordenləri ilə təltif edilib. Dəfələrlə
SSRİ və Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1981‑ci
ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
1993‑cü ildə vəfat edən görkəmli yazıçı, dramaturq, alim,
ictimai və dövlət xadimi Mirzə İbrahimov Fəxri xiyabanda
dəfn olunub. 
93
Mirzə İbrahimov «uşağın
şüurunu hərəkətə gətir ‑
məyi, ona düşünməyi,
mühakimə ilə iş görməyi
öyrətməyi» məktəbin və
müəllimin əsas vəzifəsi
hesab edirdi
Mirzə İbrahimovun xalq
maarifinin təşkili və idarə
edilməsi sahəsindəki
fəaliyyəti, zəngin
pedaqoji fikirləri maarif
və pedaqoji fikrimizin
inkişafında mühüm yer
tutur


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə