F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2
proses ancaq magistratura pill
əsindən başlayır. Xüsusi elmi yaradıcılıq qabi-
liyy
əti hiss olunan tələbələrə universitetdə qalaraq
növbəti mərhələdə təh-
silini davam etdirm
ək təklif olunur. “Elmi axtarış” xəstəliyinə yoluxduqdan
sonra is
ə gənc kadrlar yollarını öz istəkləri əsasında seçirlər.
İstər ali təhsil, istərsə də elmi-tədqiqat müəssisələrində bütün ölkələr-
d
ə hamı tərəfindən qəbul olunmuş bir bölgü göstərmək çətindir. Amma hər
halda mü
əyyən ümumi cəhətlər vardır ki, bu da təhsil sistemindəki təsnifatın
elmin daxili t
əsnifatına əsaslandığını göstərir. Qeyri-elmi fəaliyyət sahələri
üçün kadr ha
zırlığı da həmin sahələrin nə dərəcədə elmi biliklər əsasında
t
əşkil olunmasından asılı olaraq elmlə bilavasitə əlaqədardır.
Elmd
ə fənlər
üzrə bölgüdən başqa, digər meyarlar üzrə də təsnifat
aparılır.
Elmi t
ədqiqatın xarakterinə, məqsəd və funksiyalarına görə elmi fənlə-
ri ad
ətən iki fərqli istiqamətdə qruplaşdırırlar:
fundamental və
tətbiqi. Ənə-
n
əvi yanaşmaya görə, fundamental tədqiqatlar təbiətin obyektiv qanunauy-
ğunluqlarının aşkarlanmasına yönəlmişdir və cari tələbatdan, istehsalın kon-
kret sifa
rişlərindən asılı olmayaraq, elmin daxili məntiqindən, özünün qoy-
du
ğu suallara cavab axtarışından çıxış edir. Fundamental elmlərin xarakteri
el
ədir ki, biliklərin mənimsənilməsi
metodoloji prinsiplər, elmi-fəlsəfi dün-
ya
görüşü ilə sıx surətdə bağlıdır. Burada çox geniş miqyaslı elmi nəzəri ba-
za t
ələb olunur. Fundamental elmi tədqiqatlar min illərdən bəri əldə edilmiş
bilikl
ər, çox müxtəlif konsepsiyalar və onların sistemləşdirilməsi, dünyanın
ümumelmi m
ənzərəsinin və elmi paradiqmaların dəyişilməsi ilə nəzəri sis-
teml
ərdə bir geriyə qayıdış, bütün əvvəlki nəzəriyyələrin və prinsiplərin
yenid
ən nəzərdən keçirilməsi, yenidən sistemləndirilməsi tələb olunur.
T
ətbiqi elmlər isə fundamental tədqiqatlar sayəsində əldə edilmiş nə-
z
əri biliklərin praktik ehtiyaclara uyğun surətdə yönəldilməsinə, nəzəriyyə
il
ə texnologiya arasında körpü atılmasına xidmət edir. Lakin
bu məsələdə iki
f
ərqli mövqe, fikir ayrılığı da vardır. Belə ki, əksər mənbələrdə bu anlayışlar
bizim yuxarıda izah etdiyimiz mənada işlədilsə də, bəzi müəlliflər “funda-
mental” sözünü “xüsusi
əhəmiyyətli”, “önəmli” mənasında, yaxud təməl el-
mi s
əviyyə mənasında işlətməklə tətbiqi elmlərin daha fundamental olduğu-
nu sübut etm
əyə çalışırlar.
1
1
Bax:
Н.В.Карлов. О фундаментальном и прикладном в науке и образовании, или
Невозведи дом свой на песке // Вопросы философии, 1995, № 11;
М.В.Рац. К вопросу
- 116 -
Elmşünaslıq
Fundamental v
ə
tətbiqi bölgüsü əslində nəinki fənn daxilində,
hər bir
t
ədqiqat daxilində də aparıla bilər. Məsələn, yazılan dissertasiya işlərinin
çoxu, h
ətta tətbiqi məsələlərə həsr olunsa da, giriş hissəsində problemin nə-
z
əri-fundamental tərəfləri işıqlandırılmış olur. Bu cür fəndaxili və təd-
qiqatdaxili bölgül
ərlə yanaşı, bəzi fənləri bütövlükdə fundamental elmlərə,
dig
ərlərini isə tətbiqi elmlərə aid etmək praktikası da yayılmışdır. Məsələn,
ümumi bir f
ənn kimi fizika, kimya, biologiya, coğrafiya və s.-dən bəhs olu-
nark
ən çox vaxt fundamental elmlər nəzərdə tutulur. Həmin fənlərdən ayrıl-
mış tətbiqi elmlər isə nisbətən dar sahələri əhatə etməklə ayrıca adlar altında
t
əsnif olunurlar; məsələn,
elektrotexnika, tətbiqi mexanika, spektroskopiya,
aşkarlar kimyası və s. Akademik D.İ. Bloxintsev belə hesab edir ki, alimin
f
əaliyyətini fundamental və tətbiqi sahəyə ayırmaq praktiki olaraq qeyri-
müm
kündür. Əslində konkret elmi fəaliyyətin tərkibində onlar bir-birini ta-
mamlayırlar (11, s. 77). A.Zotov və M.Xolmyanski də belə hesab edirlər ki,
t
ətbiqi elmlər bütöv elmin üzvi tərkib hissəsidir və onu fundamental tədqi-
qatlar
dan ayırmaq olmaz (16, s. 67). V.V. Çeşev də həmin mövqedə duraraq
ya
zır ki, fundamental elmi tətbiqi elmlə qarşılaşdırmaq yox, hər
bir tədqi-
qatın idraki əsasları kimi dəyərləndirmək olar. “Fundamental elmdə baş ve-
r
ən proseslər həm texnoloji, həm də sosial-mədəni əlaqələrlə vasitələnirlər”
(25, s. 69).
“D
əqiq elmlər” ifadəsi çox vaxt “təbiət elmləri”nə yaxın mənada işlə-
nir. Lakin f
ərq bundan ibarətdir ki, bura riyazi elmlər də daxil edildiyindən
daha geniş planda götürülür. Son vaxtlar bəzi ictimai elm sahələrində də
riyaziyyat geniş miqyasda tətbiq olunur. Bu sırada ilk
növbədə iqtisadi
n
əzəriyyələri göstərmək mümkündür. Görünür, buna görə də, iqtisadi fən-
l
ərin də dəqiq elmlər sırasına daxil edilməsi təklif olunur. Həm də belə
t
əkliflər indi Azərbaycanda da səslənməkdədir.
1
D
əqiq elm nümayəndələri öz tədqiqatlarını ancaq öz dar ixtisas sahə-
l
ərinin bazasında apardıqlarına görə və elmi biliklərin ciddi determinasiya-
sından çıxış etdiklərinə görə çox vaxt onların başqa elm sahələri ilə,
xüsusən
о фундаментальном и прикладном в науке и образовании // Вопросы философии,
1996, № 9;
Б.И.Пружинин. О пользе фундаментальности или быть ли в России
большой науке // Вопросы философии, 1996, № 12.
1
A.Hacıyev. Elm cəmiyyətdə ən yüksək yerdə olmağa layiqdir
// “Azərbaycan” qəzeti,
15 may, 2010.
- 117 -