nə ictimaiyyətin geniş marağını obyektiv təsvir etməklə,
onun nüfuzunu təsdiq etmiş olur: "Şəhərin Çəmbərəkənd
tərəfində, küləktutan birdikdirdə yerləşən mədrəsənin qa
bağında dəstə-dəstə qonaqların gəldiyini, görüşüb danış
dığını, şənliyi andıran bir izdihamı görmək olardı. Bu gün
cümə günü idi. Dərs yox idisə, mədrəsənin qabağında ca
maatın görünməyi, əlbəttə ki, bir mərasimi, ya bir fövqəla
də hadisəni andırırdı. Məktəbin sinif otaqları açılıb birləş
dirilmiş, bəzənmişdi".
Əli bəyin şərəfinə hazırlanmış ziyafət əsərə təsadüfi
daxil edilməmişdir: Burada ziyalılarımızın xarakterlərindən
irəli gələn naqislik, şöhrətpərəstlik, mənafeçilik, qısqanclıq
kimi xüsusiyyətlərin sanki baxışıdır. Bu ziyalılar müxtəlif
bir sahəni təmsil edirlər, dünyagörüşləri müxtəlifdir. Onlar
bir konkret qərara gələ bilərlər və xalqın yolunu bələdləş-
dirməyə gücləri çatır. Lakin biz bunu görmürük. Halbuki
onlar borclu idilər: "Ancaq bugünki ziyafətin əsil məziyyə
ti başqa şey idi. Hüseynzadə cənablarının İstambul səfəri
nə Bakı əyaniləri və şəriət məddahları çox böyük məna ve
rirdilər, heç bir Hacını heç bir zaman Bakıdan Məkkəyə, ya
heç bir vəkili dumaya belə yola salmamışdılar".
Mir Cəlal öz təhkiyəsində ehtiyatlı tərpənirsə, obrazla
rın nitqində Əli bəy Hüseynzadənin şəxsiyyətini, intellekti
ni nəzərdən qaçırmır. İran hökümətinin konsulu Mir Hü-
seynxan Sənddövlənin sözlərindən: "Hüseynzadə cənab
ları müsəlmanların tarixinə, məişətinə, dini-islamın ehka
mına kamilən vaqif bir alim və ədibdir. Onun dar-ül-ülum
olan İstambuldakı gələcək məsaisi və fəaliyyəti də səadət
və tərəqqi istiqamətində olacaqdır".
Tahirzadənin nitqi isə tamam başqa bir planda, bu
günlə yanaşanda fərdi mövqedəndir. Tarixi faktlar əlimdə
olmadığından, çətinlik çəkirəm deym ki: Sabirlə Əli bəyin
_______________________
184
----------------------------------------
şəxsi münasibətləri olmuşmu və hansı mənəvi mövqe
dən? O, bu böyük simanı inkar edir və çox kəskin ifadələr
işlədir. Lakin bu yanaşma şairin vətəndaşlığından, vətəni
ni sevməsindən irəli gəlir. Və bu məsələdə onun arqu
mentləri inandırıcıdır. Bu sima Osman ləhcəsini ədəbi -
mətbu dilinə gətirmiş, təmiz ana dilimizə alternativ olmuş
dur. Mən təsəvvürə gətirirəm: Böyük Hüseyn Cavidin də
rin fəlsəfi-bədii düşüncələri Azərbaycan dilində, şeiriyyət
ləhcəsində yazılsaydı...bədii kəşflərlə qürurlanırdıq!
Tahirzadə haqlıdır: " Onun xidmətləri "Fyüzat"da,
"Kaspi"də və nəhayət "Səadət" mədrəsəsində olmuşdur.
Təəssüf ki, bu xidmətlərdə bəziləri maarifdən kasıb olan
qafqazlıları hərəkətə gətirə, irəli apara bilmədi. Çünki Əli
bəy cənablarını çoxlarımız başa düşmədik, indi də başa
düşmürük və ədəbiyyatının beş yüz illik təcrübəyə malik
olduğunu dəfələrlə eşitmişik. Bəs biz necə? Tarix yollarını
addımlayaraq iyirminci əsrə ayaqyalın, əliboş gəlməmişik,
yoxsa bizim də mədəniyyət dünyasında az-çox haqqımız
var. Bizim iztirablar çəkmiş xalqımızın mübarizə qüdrəti,
dil və ədəbiyyatımızın təcrübəsi məgər azdırmı? Güman
edirəm ki, bunu heç kəs inkar etməz. Bəs nə üçün öz ana
dilimizdə, azərbaycanlıların şirin, sadə, aydın dilində da
nışmırıq?" Ritorik və pafoslu səslənsə də, həqiqətdir və bu
məsələdə Əli bəy Hüseynzadə itirmişdir!
Mir Cəlal Əli bəydən fərqli olaraq Nəriman Nərimanov
obrazını sərrast mizanlarla yaratmışdır. Bu böyük siyasi
xadim, ədib, həkim inqilabı alqışlamış, təbliğ etmiş və az
sonra səhvlərinin qurbanına çevrilmişdir. Stalindən qat-
qat intellektli, uzaqgörən, əqidəli olan Nərimanovun gəlişi
təmtəraqlı deyilsə, bəzi qrup insanların diqqətindədir.
Maraqlı bir detaldır: Əli bəy Hüseynzadəni Bakı icti
maiyyəti yola salır, Nərimanı bir qrup inqilabçılar qarşıla
_______________________
185
________________________
yır. Ona görə ki, Nərimanov Çarın düşməni, Leninin silah
daşıdır. Bu gün necə də paradoks görünür! Nərimanov
mövcud quruluşu dağıtmaqda düzgün yol seçmişdi və Çar
Rusiyasının millətinin başına gətirəcəyini belə təsəvvür
etmirdi. Ona görə də qəlbən inanırdı və dediyi: "Bu yolun
hamar olmadığını mən bilirəm. Azadlıq heç vaxt, heç yer
də verilməz, o, ancaq alınar!" - devizi həqiqətin açarıdır.
Onu görənlər içərisində Bəndalı da var və görcək: "Nəri
man bu imiş?" sualı dilindən qopur. Yazıçı Nərimanın port
retini çəkir: " Kraxmallı köynəkdə, qalstukda, səliqə ilə
düymələnmiş, jilet üstündən sanki bu saat ütüdən çıxmış
boz kostyumu var idi. Saçını yana daramışdı. Alın tərəfdən
başının tükü seyrəklənmişdi. Toplu bığları, çənəsinin
ucunda saqqalı var idi. Sifətində gərginlik, gözlərində isə
həyəcan, intizar duyulurdu " Bu dəfə mən sual etdim:
Bəndalı kimi bir kəndli, savadsız, yolu bilinməyən fəhlə -
kəndlinin Nərimanovla görüşməsi bu qədər zəruri imiş?!
Nərimana ünvanlanan şüarlar da bu dərəcədə gərəkli
imiş?
Mir Cəlal Əli bəylə "xüdahafizləşmək" fikrinə elə də tə
ləsmir. Nə üçün? Artıq o, Bakını tərk etmişdir, yolu İstam
buldadır, sonrası hələlik özünə də bəlli deyil. Lakin Əli bəy
Tiflisə gedərkən Mirzə Cəlillə görüşür. Söhbətin əsası be
lə bir sual doğurur: "İki ziyalı, ədib, mühərrir - çalxalanan,
demokratik qüvvələrin yetişdiyi zəmanədə hansı haqlıdır:
Hüseynzadə, yoxsa Mirzə Cəlil? Hansı söz beşiyi "Fyü-
zat", yoxsa "Molla Nəsrəddin" önəmlidir?” Sual qəfil doğ
du və özüm üçün də cavabı sadə keçməyəcəkdir:
Oktyabr İnqilabı yavaş-yavaş gəlir öz ideoloqları ilə.
Nəriman doktor da irəlidədir. Yazıçılar, qəzetçilər, maarif
çilər və ilaxır təbəqələr qeydiyyatda olduqları hökümətin iç
simasını açır. Hüseynzadə ciddi elmi-publisist məqalələr
_______________________
186
----------------------------------------
yazır, mədəniyyətə, dilə, əxlaqa toxunur - intellektual sə
viyyədə. İctimai fəaliyyəti yerində. Mirzə Cəlil də sakit da
yanmır, jurnal buraxır, hekayələr, pyeslər yazır və xırda
azəriləri yükün altına hey çəkir, "miskinliyini" göstərir, is
lam dinindən sui-istifadə edənləri soyundurur, kəfənsiz
qəbiristanlığa göndərir. Bir narazılıq da yaranır ki, milli
bəylərimiz təhqirə gətirilir, hətta eləsi olur axurda gizlənir!
Mirzə Cəlil belə hekayələri nə yaxşı ömrünün sonlarında
yazmamışdır? Mirzə Cəlil istədiyini jurnalda çap etdirirdi,
şirin, dadlı dilimizdə, Sabiri, Əli Nəzmini, Qəmküsarı yığır
dı başına. Əli bəy "Fyüzatı" idrakda götürürdü, dilinin da
dını qaçırırdı, təlqin edirdi...Sualımı xatırladım: Hansı haq
lıdır?
Əli bəy Hüseynzdənin Mirzə Cəlillə Tiflisdə görüşü
oxucuda belə bir qənaət doğurur ki, yazıçı risqə getməsə
də, böyük şəxsiyyəti "açmaq" istəyir və "zamanın iki məş
hur qələm sahibi" - deyir. Gəliş gözlənilməz olsa da, fikir
prulyalizmi əqidə baxımından maraq doğurur. Müəllif nis
bətən onların amallarına işarə vurur: "Əli bəy türklük, is
lamlıq deyib bağırırdı (son sözü yumşaq da demək müm
kündü - A.E.). Molla Nəsrəddin xalq, vətən, zəhmət deyib
camaatı oyadırdı". Mirzə Cəlil də, Əli bəy də xalqımızın in
kişafı yolunda tarix yazmışlar. Lakin Çar höküməti hər iki
sinə arxa çevirmişdi. İmkan vermirdi azəri türkləri türkçü
lüyü, islamçılığı inkişaf etdirsinlər və birləşsinlər. Əli bəy
Hüseynzadə bu yolda ən böyük əngəldi. Sovet imperiyası
da bu siyasi yolu davam etdirdi, əgər Əlibəy 37-ci ildə və
tənində olsa idi. Güllənəcəkdi. Mizə Cəlil jurnalıyla və bə
dii əsərləriylə millətini oyatmağa çalışırdı və həmvətənin
dən fərqli olaraq, türkçülüyə rəğbəti yoxuydu, yeri gələndə
qamçılayırdı. Mirzə Cəlil həm də inqilaba inanırdı və Sa
biri söz silahı kimi irəli buraxmışdı. Əlibəy isə Çara da,
_______________________
187
----------------------------------------
Dostları ilə paylaş: |