şündürür. Sabir indii yalnız körpə balalara, ana qucağın
dan yenicə ayrılmış uşaqlara yox, həm də səhərdən axşa
madək mədənlərdə çalışan fəhlələrə dərs verir...Mir Cəlal
bu məqamları üslubuna xas təsvirə gətirir: "Yolayrıcı isə
çox get-gəlli bir yer idi, xüsusən, gecə vaxtı mədənlərdən
qayıdan fəhlələr ikibir-üçbir iri addımlarla yeriyərək qayım
dan danışır, sanki yolları örtən qatı qaranlığı səs ilə parça
lamaq istəyirdilər. Məktəb yanına çatanda qaravul kimi
tək, dimdik dayanan adama yaxınlaşanda səslərini dəyi
şir, təmkinlə salam verib ötürdülər. Onlar Tahirzadəni tanı
masalar da, məktəb binasını tanıyırdılar. Buraya Bakıdan
yenicə gəlmiş adamın ehtiramını gözləməyi vacib bilirdi
lər. Tahirzadə bunların övladını oxudurdu, gələcək üçün
oxudurdu". Lakin bu məsələdə konflikt meydana çıxır və
mentalitetimizi əyaniləşdirir. Bu şəxs türk Əhməd Kamal
dır. Əhməd Kamalın məqsədi maarifçiliyin, təhsilin azəri-
lərdən kənarlaşdırılmasıdır. Ona görə də yersiz mübahisə
lər ortaya atılır. Bunun bir səbəbi itaətkarlığa meyilli olma
sında, pedaqoqluqdan kənarda dayanmasıdır. Digər səbə
bi siyasi səciyyə daşıyır. Xüsusilə, yaşlılar oxuyub dövra
nın gedişi-gəlişindən bixəbər olaraq işləsinlər. Maraqlı
dialoqda bunu görürük:
”- Mirzə Ələkbər, siz məktəb təsisini qolay bir əməlmi
zənn ediyorsunuz? Əfəndim, belə təsisat üçün para lazım
dır, para!.. Mü
Əhməd Kamal müdirlər demək istəyirdi. Sözün özünə
qayıtdığını düşünüb, sanki sözünün hecasını dəyişdi:
- Para lazımdır!.. Müəllimlər, xadimlər, nəzarətçi
lər...həpsi para istər! Axşam yanan hər bir fənər üçün pa
ra lazımdır. Səndən qələm, dəftər, kitab tələb edəcəklər,
hər addımda para, yenə də para! Nərədən bulacaqsan!
_______________________
.180
---------------------------------------
- Cəmiyyəti - xeyriyyədən!
- Cəmiyyəti - xeyriyyə iflas ərəfəsində ikən böylə təkli
fi nahaq irəli sürmək olurmuya?
- Fəhlələrin oxumağa böyük ehtiyacı var, onların zeh
nini işıqlandırmaq lazımdır. Heç olmazsa qəzet oxuya bil
sinlər.
- Fəhlələrin mədəsi dolsun, zehnində heç bir şey lazım
olmaz!.."
Əhməd Kamalın şəriətlə, islamla bağlı söhbəti, müba
hisəsi, əlbəttə - Məşədi Hüseynlədir. O, əvvəlcə mütərəq
qi danışır, bütövlükdə müsbət obrazdır, Bəndalıya münasi
bəti xatırlamaq kifayətdir. Məşədi Hüseyn burada haqlıdır:
"Dədəmizin 15-20 il bundan qabaqkı məişəti köhnə idi,
qəribə gəlirsə, bundan əvvəlki qaydaları, özü də Azərbay
can yox, ərəb qaydalarını indii dördəlli tutmaq əqilli adam
işi deyil. İndi bizə əsri-hazirin tələbləri lazımdır. Yoxsa qo-
dim əyyamın gülməli-gülməli nağılları yox! Mən belə qanı
ram, belə də ola gərək". Məşədi Hüseyn burada haqsızdır:
"Məsələn, siz Həzrət Ömərin Afrikanı tutmağından elə da-
nışırsız ki, bilmək olmur, hədisdir, ya tarixdir. Mən ayrı cür
eşitmişəm. Həzrət Ömər orada minlərlə kitab yandırıb!"
Tarixi mənbələrə əsaslansaq, Ərəb dövlətlərində ilk ki
tabxana yaradan məhz Həzrət Ömər olmuşdur. Və bu tə
şəbbüs az sonra yaxın Şərq ölkələrinə yayılmışdır. Mir Cə
lalın Həzrət Ömərə münasibəti birtərəflidir, bu da ya yazı
çının islam tarixinə lazımınca az bələdliyi, ya da ideologi
yanın tələblərilə əlaqədardır. Romanın poetikasından da
nışırıqsa, hər şeyi ideal nəzərdə görmək bitərəflidir. Əh
məd Kamal: "Əqilli adamlar o zaman da Ömərin səhvləri
nə qarşı çıxıblar, kitabları yandırmamaq üçün dəstə ilə
onun yanına məsləhətə gəliblər: "Bu ki, kitablardakı mət
ləblər məhz Qurandakı vacib mətləblərdir" - deyiblər.
______________________
181
---------------------------------------
Omər isə: "Madam ki, o mətləblər Quranda var, ayrı kitab
lar nəyə lazım” demiş, yandırmağında davam etmiş"
Tahirzadənin Əhməd Kamalla söhbəti uzun mətləbdir
və öz millətinin tərəqqi naminə düşüncələridir.
Mir Cəlal romanda bu motivə daha yetərli üstünlük ve
rirsə, ehtiyac varmıdır o, inqilabçı kimi nəzərə çatdırılsın,
daha doğrusu, siyasi nöqtələrdə görünsün. Belə bir tələbi
yazıçıdan ummaq əsassızdır. Cəmiyyətə təpədən dırnağa
can rəzalət, haqsızlıq, aldanış və s. mənfi əxlaq hakimdir-
sə, Sabir obraz olaraq öz mənəvi-sosial vəzifəsini nüma
yiş etdirir. Əsərin poetikasında biz bu işığı görmək istəmi
şik. Sabir kənddən şəhərə gələnləri alqışlayır ki, onların
özlərinin biliyi, savadı artır, az-çox bu keyfiyyətlər varsa,
dərs deyir və yenidən kəndə qayıtmaqla bu işığı gətirirlər.
Şamaxı mühitinə diqqət yetirək: Azərbaycanda ilk məktəb
lər orda da açılmış, böyük maarifpərvərlər (A.Səhhət, Se
yid Əzim, S.M.Qənizadə, Sabir, Çemyayevski və b.) ora
da yetişmiş və Bakı, Gəncə, Tiflis şəhərləriylə sıx əlaqədə
bulunmuşlar. Sabir Bakıya gəlib "Molla Nəsrəddində özü
nü tapmasaydı o, dahilik zirvəsinə çata bilməzdi. Səhhət
də, Şirvani də eləcə. Mir Cəlal bu mühüm məsələni Sabi
rin diliylə verir: "Elm və maarif kəsb edənlərimizin ümdə
arzusu özlərini şəhərə salıb isticə, mənfəətli qulluq yap
maqdır. Kəndlərimizdə əcəlsiz, dərmansız, müalicəsiz
ölənlərin həddi-hesabı yoxdur...Çox böyük kəndlərimiz var
ki, içində məktəbi yoxdur...müsəlman balaları tərbiyəsiz
və elmsiz qalıb avam ataları və babaları kimi dünyadan bi
xəbər zülmət, zəlalət içində zindənkarlıq edirlər"...Qəzet
də verilən bu mətn cəmiyyətin oyanışa böyük ehtiyac duy
duğuna işarədir. Əhməd Kamalı bu məqalə tutur və onun
müəllifi ilə maraqlanır və eşidəndə ki, Firudin bəy Köçərli
dir, dərhal fikrini dəyişir: "Elə məqalələr ilə məşğul olmaq
_______________________
182
----------------------------------------
dansa, kəndisini müsəlman edən bəzi müdavimlərin qəti
tədbirini qılmaq lazımdır" - deyir.
Tənqidi fikrin Əli bəy Hüseynzadəyə münasibətində
bəzi maraqlı, qeyri-standart məqamlar var ki, romanın
poetikasında "açılması" zəruridir. Məsələnin tarixinə eks-
kur edək - əks təqdirdə yazıçının Əli bəy Hüseynzadənin
tarixi obrazını müəmmalar içərisində axtarmış olarıq.
Əli bəy Hüseynzadə xalqımızın nadir şəxsiyyətlərin
dən ən danılmazıdır. O, öz ana dilini, ədəbiyyatını, milli
mətbuatını dərindən sevmiş və iki dövlət, bir qardaş sim
volunu hələ inqilabdan əvvəl vurğulamışdır. "Fyüzat" jur
nalının naşiriydi, dövrünün intellektual adamı kimi, hətta
Qərbi Avropa, Türk dünyası onu yaxşı tanıyırdı. XX əsrin
ilk on illiyində o, yaxınlaşmaqda olan irticanı sezmiş və
Türkiyəyə üz tutmuşdur. Məhz Əli bəyin türkpərəstliyi So
vet hökümətinin Azərbaycandakı siyasətilə üst-üstə düş
məmişdir. Hətta bəzi ədiblərimiz, ziyalılarımız ona qarşı
çıxmışlar. Mir Cəlal ictimai mühitdəki durumu, ziyalılar -
ictimai xadimlər arasındakı qütbləşmələrin bir-birlərinə
zidd mövqelərini təsvir etmişdir. İnkar edilməz bədii fakt
dır ki, romanda Əli bəy Hüseynzadə fenomeni ideoloji as
pektin təsirindən müsbət obraz kimi yerini almır. Yazıçı
onu torpağına, xalqına qarşı soyuq, Türkiyəyə can atan, öz
şəxsi planlarını həyata keçirən bir xadim kimi təqdim et
mişdir. Və bunu müəllif hətta sistemləşdirmişdir. Birincisi,
o, İstambuldan qaçaq düşmüş bir jurnalist, mühərrir kimi
yenə oraya üz tutur. İkincisi, vaxtilə Əli bəyə etibar edən,
fəaliyyətinə şərait yaradan Hacı Zeynalabdin Tağıyev on
dan üz çevirir. Üçüncüsü, Əli bəyin Bakıdan getməsində
müxtəlif maraqların rolu vardır və islampərəstlikdə də gü
nahlandırılır. Dördüncüsü, hər kəs fərdi fəaliyyətilə ictimai
arenada görünmək istəyir. Mir Cəlal Əli bəyin şəxsiyyəti
______________________
183
----------------------------------------
Dostları ilə paylaş: |