qarşıdakı inqilaba da bel bağlamırdı, ona görə də başını
götürüb xaricə üz tutdu. Sovet qurulanda Mirzə Cəlilin ar
zuları alt-üst oldu, başı ağrıdı və gizlincə, daxilində yeni
hökümətə nifrət bəslədi.
Mir Cəlal Mirzə Cəlilə rəğbəti naminə Əlibəyin Molla
Nəsrəddin idarəsinə getdiyinin bir sıra səbəblərini yozur:
Belə ki, birincisi, Əlibəyin şəxsən Mirzə Cəlillə görüşmək
ehtiyacı idi, üzbəüz danışsınlar. İkincisi, Əlibəy fürsət dü
şərsə Mirzə Cəlilə məsləhət şərtiylə bir neçə söz demək
istəyirdi, yəni Bakı qəzetlərinin çoxu yığışandan sonra be
lə bir jurnalın tirajı, hörməti qalxa bilərdi. Buna görə də
"Molla Nəsrəddin" satirik janrla bərabər, ciddi, fəlsəfi sə
ciyyəli məqalələr də versin. Üçüncüsü, Əlibəyin fikrincə,
Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar kimi qələm sa
hiblərini "ittihad məskəninə qaçırmaq, müəyyən dərəcədə
olsa da Mirzə Cəlildən ayırmaq təşəbbüsü faydasız ol
maz". Dördüncüsü, "Molla Nəsrəddin" idarəsinə getməklə
onun nüfuzu artar. Diqqət yetirsək, yazıçının ehtimal etdi
yi bu səbəblərdə Əlibəy Hüseynzadə şəxsiyyətinə və dün
yagörüşünə qarşı iradı yoxdur. Əlibəyin Mirzə Cəlillə söh
bətində "Çətin yazılsa, anlaşılması oxunmayacaq e tira fı
nı Mir Cəlalın xatırlaması tamamilə yerinə düşür. Bu gün
də biz böyük mühərririn və alimin, ictimai xadimin osman
lı ləhcəsi qarşısında təslimçiliyilə barışmırıq: "o halda ya
zılarını nə üçün ana dilində yox, xalis osmanca yazır, qə
liz söz və ibarələrlə doludu" - iradında haqlıdır. "Sadə yaz
mağın özü də bir məharətdir" - deyən Əlibəyə Mirzə Cəlil:
"Cənab Əlibəy, mən sizin kimi bir qüdrətli qələm sahibinin
bu sözlərini tamamilə ciddi hesab edirəm" cavabında da
Hüseynzadəyə hörmətini gizlətmir.
Aşağıdakı dialoqa diqqə yetirək:
”- Mən səmimi və aydın deyirəm: "Molla Nəsrəddin"
_______________________
188
----------------------------------------
məcmuəsinin dili bir məharətdir və hər kəsə hər vaxt mü-
yəsssər olmayan bir məharətdir. Mən bunu sizin hüzuru
nuzda yox, hər bir şəraitdə deyə bilərəm.
Mizə Cəlil təşəkkür deyib əlavə etdi:
- Belə bir meylin müsəlmanlara və xüsusən, biz azər
baycanlılara faydalı olduğunu möhtərəm mühərririmiz
ümid edirəm ki, gələcəkdə də qələm sahiblərinin nəzərinə
çatdırmaqda səylərini əsirgəməyəcəklər.
- Əlbəttə, əlbəttə!.."
Əlibəy başını aşağı salıb susurdu. Bir xeyli düşünən
dən sonra, sanki çətinliklə müəyyən etdiyi bu cavabı ver
di:
"-Müsəlmanın qələm sahiblərinə çox şərtləri əlcəmdir!
Məqalələrin şəklindən məzmunu, mətalibin əhəmiyyəti da
ha çox şərtdir.
Mirzə Cəlil bir nəzakət əlaməti olaraq müsahibinin sö
zünü təsdiq üçün onun bir an əvvəlki cavabını təsdiq etdi:
- Əlbəttə, əlbəttə!"
Əlibəy Hüseynzadə ilə Mirzə Cəlilin söhbətlərinin -
mübahisələrin birinci tərəfi baxımından fəlsəfi məsələlər
münasibətdir, zəmanənin dərkində filosofların əsərləri çox
iş görməyə qadirdir və bir sıra filosofların adını çəkir. İkin
ci tərəfin mövqeyi isə əksinədir, amma M.F.Axundovu al
qışlayır, nicat yolunu xalqda, ziyalılarda, maariflənmədə
axtarır. Və "Molla Nəsrəddin”i təbliğ edir: "Məcmuə oxucu
lara təzə mətləblər deyir, o deyir ki, nicat filosofların əlin
də deyil. Camaatın öz əlindədir".
Şübhəsiz, biz iki dünyabaxışı ilə qarşılaşırıq. Əlibəy
Hüseynzadə dərin zəka, intellekt sahibi, Yaxın Şərqdə,
Türkiyədə və hətta Qərbdə tanınan alim, mühərrir, dilçi, fi
losof və ilaxır sahələri özündə təcəssüm etdirir. Mirzə Cə
lil böyük jurnalist, yazıçı və dramaturqdur, hər ikisi vətən
_______________________
189
----------------------------------------
lərini sevirlər. Mir Cəlal ona görə də hər iki müdrik yazarı
açıq, səmimi mübahisələr meydanında verir. Və xoşniy-
yətlə ayrılırlar.
Maraqlı məqama diqqət edək: Romanın ən kuliminasi-
ya nöqtəsi adlandırardım - "üz-üzə” söhbəti. İki müxtəlif
baxışlı, amma bir Vətənli dahi şəxsiyyətlər eyni fikrə gələ
bilmirlər, yollar həm siyasi, həm də fiziki cəhətdən ayrılır.
Yazıçı incəliklə azərilərin soy-gen xüsusiyyətlərinə işarə
vurur. Tarixi maraqlarımızı əsrlərlə itirə-itirə gəlmişik, nə
yin ucbatından? Birləşə bilməməkdən - əsas mahiyyət
dən. Bu gün dünyanın xəritəsinə baxaq. Müsəlman dövlət
ləri səpələnmişlər və bir-birlərinə söykənmişlər. Lakin
xristian fundamentalizmi, başda ABŞ və Rusiya dövlətləri
olmaqla müsəlmanları məhv etməkdədir. Yadıma vaxtilə
ibtidai sinif dərsliklərimizdə oxuduğumuz "Aslan və iki
öküz" təmsili - hekayəsi düşdü: Aslan hiss edir ki, nəhəng
öküzləri yeyə bilməyəcək, deməli, bir bəhanə ilə bir-birin
dən ayırmaq lazımdır. Edir və ayrılıqda hər ikisini ye
yir...Biz nə vaxtacan bir yumruq halında birləşməyəcəyik?
Qarabağ torpağımız da mahiyyətcə belə bir sevdanın qur
banı olmamışmı?
"Yolumuz hayanadır" romanının poetikasında belə bir
məsələ də görünür: hər bir xalq, millət mövcud irtica, əda
lətsizlik və sair qlobal mənfi emosiyalarla barışmamalı
dır
Bir az kövrək hissin təsirinə düşək və oxucumuzu yor
mayaq: Romanda "Bir gəncin manifesti”ndəki Sona - Mər
dan xətti, bir növ adektvat şəklində Məsmə - Bəndalı xət
tini xatırladır. Sona - Mərdan: ana-bala məhəbbəti və oğu
lun peşəkar inqilabçı səviyyəsinə yüksəlməsi. Məsmə -
Bəndalı: ana-bala (və üstəlik Əntiqə qızı) məhəbbəti, lakin
oğlu peşəkar inqilabçı ola bilmir. Bacısı üstündə qaçıb giz
_______________________
190
----------------------------------------
lənsə də həbs olunur. Mərdandan fərqli, Bəndalı qüvvətli,
mərd, qorxmaz cavandır, işləməkdən yorulmur. Məşədi
Hüseynlə sexdə işləyəndə bunu görürük. Bəndalı heç cü
rə bacısı Əntiqənin restoranda oxumasını qəbul etmir və
tamamilə haqlıdır. Baxmayaraq misilsiz səslidir. Maraqlı
dır, Sona (eləcə Bahar) Mərdanla son olaraq görüşə bilmir,
Bəndalı isə kəndə gəlib Məsmə ilə görüşür. Yazıçı bu gö
rüşü sənətkarlıqla, qələmin kövrək "xasiyyəti"ylə təsvirə
gətirir: "Bəndalı...anasını yastıq kimi qoltuğuna vurub tax
tın üstünə gətirdi. Yanını qoyanda taxt çoxdan bəri görmə
diyi bir ağırlığa məruz qaldığından cır-cır cırıldadı. Bənda-
lı yerdə çömbəldi, anasını körpə uşaq kimi dizi üstündə
oturtdu: qaranlıq olsa da, gözlənilməz olsa da Məsmə bu
əlləri dərhal tanıdı. Bu doğma əllər quru umuzlarına toxu
nan kimi qanı qaynadı, qəlbi tərpəndi, gözünə işıq, bədə
ninə deyəsən gəlinlik qüvvəti, təravəti gəldi".
Bu kiçik parçada ana qüdsiyyətindəki fəhm duyğusu,
məhəbbət hənirtisi oxucuda anaya qarşı sevgi oyadır.
Nankor övladların ürəyinə işıq süzülür. Ana da borclu qal
mır: "Ana bu əlləri nə gördü, nə yoxladı. Ancaq o, işlək fəh
lə biləklərindən, uzun və iri barmaqlardan gələn doğma,
isti, bakir övlad hissləri isti bir cərəyan kimi vücuduna ax
dı, onun bütün yorğun müztərib əsəblərini dindirib dilə gə
tirdi".
Mir Cəlalda nədənsə analar oğul itkisinin nisgilini çə
kirlər. Bahar, Bəndalı analarına dərd bağışlayırlar. Bənda-
lı özü günahkardır və canını xilas etməyə çalışır. Anasıgil-
də olarkən onu satırlar, yasavullar onu qaranlıqda evdə
haqlayırlar. Bu igid cavan məharətlə vuruşur. Maraqlı o idi,
Bəndalı anasını döyüş yerindən məharətlə çıxarmışdı.
Bəndalı nəhayət öldürülür. Artıq bu, etiraz idi üsul-idarəyə
qarşı. Bəndəlinin meyitini arabaya qoyub, üstünü ot ilə ör
_______________________
191
________________________
Dostları ilə paylaş: |