can atıldıqda Q.Lebonun fikrincə: "Beləliklə, dini ruh milli
ruhun əmələ gəlməsi üçün zəruri olan, tədriclə baş verən
irsi nailiyyətləri o saat əvəz edir. Hər hansı bir etiqada
uyan xalq, əlbəttə ki, ruhunu dəyişmir, lakin onun bütün
bacarığı bir məqsədinin təntənəsinə yönəlir, elə buna gö
rə onun qüdrəti çox böyük olur".
Mən xırdalanmağı xoşlamıram, o mənada romanda
Sabirə ianə toplayanların adlı-sanlı simalar olduğu verilən
siyahıdan bəllidir. Lakin paradoks bucaqlar, kəsişməyən
paralellər yox deyildi. Müəllifin şəhadətinə görə, ailəsinə
göndərilən maddi yardım dərmanlara belə çatmırdı, üstə
gəl geniş tərkibli ailənin dolanması da nəzərə alınmırdı,
tək işləyənsə şair idi...Bakıda onlarla milyarderlər yaşadı
ğı halda, olmazdımı şairi müalicə üçün xaricə göndərsin
lər? Bakı nefti, milli sərvətlər bir şairi yaşadardı!
Təbii ki, Allahın ömür payına qarışmaq istəməzdim.
Allah da istəyir müalicə səmərə versin. Mir Cəlal ürək ağ
rısı ilə bu nüansı diqqət mərkəzinə gətirir: "Şairin vətənin
dən hər yana, dünyanın hər yerinə axan sərvət aşıb-daşır
dı. Bakının, Azərbaycanın sərvəti Parisdən, Berlindən, Pe
terburqdan belə qazanc hərislərini çəkib gətirmişdi. Bu
torpağın üstü ilə çox yerlərdə kaşənələr, saraylar tikilirdi.
Dəmir yollar, fabriklər salınırdı, restoranlarda, barlarda ax
şamdan səhərə, səhərdən axşama qədər uzanan kef məc
lislərinin, "milyonlar səltənəti"nin səsi, sədası səhnələr
dən, təntənəli musiqidən, kino ekranlarından, roman səhi
fələrindən gəlirdi".
Mən bu sətirləri oxuyanda Mir Cəlalın ruhuna bir daha
rəhmət dilədim, bir də onun üçün ki, 50 il öncə soydaşla
rını və elə bu illərdə Azərbaycanda doğulan indiki məmur
elitanı, biznesmenləri - bu təbəqələri - bir daha milli sərvə-
______________________
- 2 0 0
---------------------------------------
tə qayğıya, xaricilərin ayaqları altına səpələməməyə və bu
sərvətlə xarici banklara gizli pul yatırtmamağa çağırdığı
üçün.
Bu gün yazıçı uzaqgörənliyi onun nəsr poetikasının
daha bir qatını üzə çıxarmağa bizə imkan yaradır. Azad ol
duq, Müstəqillik qazandıq, məhz əllinci illərdə doğulanlar
milli sərvətlərimizi, xüsusilə, neftimizi, balığımızı, kürümü
zü talan edir, xaricə valyutaya dəyişir, tör-töküntüləri belə
xalqdan gizlədirlər. Mərhum böyük insan, şəxsiyyət, alim,
yazıçı Mir Cəlal, o restoranlar da, barlar da cəh-cəlalta
işindədir, xeyli modernləşdirilmiş və daha cəlbedicidir! İn-
dii neçə-neçə ziyalılarımız, alimlərimiz, elə barənizdə qə
ləm çalan mənə də bir parça çörəyi əsirgəyirlər. Heç səsi
mi də eşitmirlər. Mən Sizin, ey böyük ədib, bu cəsarət na
minə yaradıcılığınızın məhz poetikasını araşdırdım və
zəhmətimi Sizin saf ruhunuza bağışlayıram - halal edirəm.
Sabah xəstələnərəmsə əgər - bir kimsə mənə yardım əlini
belə uzatmayacaq, hökümətdəki məxsusi məmurlar isə
üzünü yana çevirəcəklər! Necə ki...Aşağıdakı real təsviri
yazıya köçürmək istəyi yarandı məndə: "Səhərin gözü açı
landa, çıraq kimi sönən şairin evindən fəryad, vaveylə sə
si qopdu. Həyəti dolduran adamlar, əmərhumun uşaqları,
dost-qohumları, qonşuları səs-səsə verib ağlayırdı
lar...Dörd adam heç bir vəchlə ovunmurdu. Şairin böyük
qızı atasını qucaqlayıb hönkürtü vurur, nalə çəkirdi. Məs-
mə isə yanıqlı sözlərlə sanki qardaşını haraylayır, köməyə
çağırırdı"
Seçilmiş insanları itirmək dəhşətdir və yaxınlaşan sivi
lizasiyanın bünövrəsindən bir daşın düşməsi deməkdir.
Mən böyük psixoloq Qustav Lebonun sərrast fikrinə qayı
dıram: "Bütün xalqlar və nəsillər isə yalnız və yalnız qoca
_______________________
2 0 1
_______________________
bəşər ağaclarının sehirli çiçəkləri olan bu gözəl dühaların
işığında görünürlər. Hər hansı millətin yeganə şöhrəti yal
nız onlardır və cəmiyyətin ən aşağı üzvünə kimi hamı on
larla fəxr edə bilər. Lakin onlar təsadüfən, ya möcüzə ilə
meydana gəlmir, uzun keçmişin tacı, öz dövrünün və irqi
nin bütün bəşəriyyətin və tərəqqinin yüksəlişinə şərait ya
ratmaq deməkdir".
Biz isə tarixən dahilərimizi qorumağı bacarmamışıq!..
Mən Y.İsmayılovun qeyd etdiyi kimi: "Məsmə - Əntiqə
- Bəndalı xətləri daha çox Sabir surətini, o zamanı - dövrü
və mühiti səciyyələndirməyə köməkçi xətlər kimi əsərə
gətirilmişdir” - fikrini inkişaf etdirib deyərdim ki, Mir Cəlal
daha dərinə getmiş, mövcud quruluşda ədalətin həm hö
kümət, həm də hakimlər tərəfindən pozulduğuna, insan
hüquqlarının tapdalanmasına daha həssas və diqqət kəsil
mişdir. Bu xəttə belə bir kontekstdən yanaşmaq ədalətli
olardı. Həqiqətənmi, insan, bəşər övladı şəxsi maraqlar
müstəvisində həyatını qurban verməlidir?
Biz bədii əsərdə qoyulan problemlərə qiymət verəndə
onun keçmişinə və gələcəyinə biganə qalmamalıyıq. Əgər
biz azəri-türklərdə mənfi emosiyalar kompleksində mühi
tin ədalətsizlik sindromu görünürsə, əksi keçmişdən gəl
miş, zaman-mühit onu kəməndində sıxmışdır. Lakin möv
cud ictimai-siyasi hakimiyyət yeni nəsli də bu ruhda tərbi
yə etmişdir. Və gəlib XX əsrdə dayanmışdır. Deməli, bu
ədalətsizlik sindromunun haqla, Allah ruhu ilə əvəzlənmə
sinə fikir verilməmişdir. İnsan özünü onda anlayır - görür
acizdir, ağılı isə ona kömək edə bilmir. Və o elə bir məx
luqdur ki, "absalyut” həsrətindən darıxmağı bacarır. Böyük
filosof Yunqa görə, insan yeganə canlıdır ki, öz şəxsi hə
yatı başdan-başa dəhşətli, ağır problemlərlə doludur və is-
_______________________
202
----------------------------------------
tər-istəməz bu problemlərin həllinə borcludur, daha doğru
su, məhkumdur; o, təbiətlə əvvəlki harmoniyaya qayıda
bilməz. Yeganə çıxış yolu ağlını inkişaf etdirməkdir. Psixo
loq belə vəziyyətlərdə dinə söykənir. Mir Cəlal hər iki ro
manında birbaşa, yaxud dolayısı ilə "ədalət problemini"
qoymuşdur.
Bir dəfə Pifaqordan soruşurlar:
- Oğlum olsa necə tərbiyə edim?
- Ədalət olan ölkədə doğulsa bəsdir.
Doğrudanmı hələ antik zamandan insanlar ədalətin
yoxluğundan narahatçılıq hissi keçirmişlər? Belədir ki, da
hi alimin fikrini öyrənmişlər...Ədalət üçün bu gün də bur
numuzun ucu göynəyir, həsrətini çəkirik. Bu sözün mahiy
yətində dayanan nədir ki?!
"Ədalət" insanlara xeyir-bərəkət verməklə bərabər, Al
lahın yolu ilə getməkdir. İnsanlar fitrən ədaləti sevmişlər.
Maraqlıdır, hətta despotlar, hökmdarlar, quldurlar belə, bu
sözə sığına bilirlər və o məqamda yadlarına düşür ki, ”Ə-
dalət" sözü var axı! Deyək ki, oğrular (quldurlar) xeyli pul-
sərvət əldə edəndə və bunları bölüşdürmək lazım gələndə:
Mallarımızı ədalətlə bölək, - deyirlər. - Ədalət elə bir məf
humdur, dövlətin bütün sferalarında ortaya çıxır; istər qa
nunların verilməsində, istərsə bu qanunların ədalətli tətbi
qində. Bax, ikinci proseslərdə ədalətlilik prinsipi özünü
göstərir. Cəmiyyətdə yüksək pafosla danışanlar, vəd pay
layanlar günbəgün çoxalır; belələri bu sözlərində prinsip-
siz mövqe tutarkən, ədalətli bir iş görməkdə iqtidarsız olur
lar. Şəhid valideynidir, yaxud Vətəni üçün əlil olmuşdur.
Hər iki təbəqə əzilirsə, haqqı tapdanır və qiymətsiz əşya
səviyyəsində yanaşılırsa...demək, ədalətdən söz açmağa
dəyməz. Bu odur, rəsmi dairədə ədalət pozulur, insanlıq
------------------------------------- 2 0 3 ______________________
Dostları ilə paylaş: |