Bu gün nəsr yaradıcılığının qabaqcıl nümunələri göstə
rir ki, yazıçı sərbəstdir, sxematikliyi qəbul etmir, hadisələr
istənilən məqamlarda dəyişilir, yeni hadisələr gəlir və oxu
cunu daima intizarda, maraqda saxlayır. Digər iradlar da
təxminən sosializm realizm ədəbi metodundan törəmə
rəylərdir. Romanın bir maraq doğuran və müasirləşdirən
keyfiyyəti yalnız Sabir Tahirzadənin ətrafında hadisələrin
cərəyan etməməsidir. Bakı, Tiflis, Şamaxı ətrafındakı
olaylar, obrazların taleyi, ədiblərin fikirlərindəki qeyri-yek-
nəsəklik və ilaxır yazıçının xüsusilə, proqnozlaşdırdığı ide
yaları açır, hətta son nöqtəni qoymur...Çünki praqmatik
süjetdə təsvir predmeti və psixoloji metillopik-əlaqəlilik
başqa formalarda təzahür edir, obrazlar əşyalaşır. Roman
da ideyanın (fikrin) psixoloji-sosioloji "açılışı” dialoqlarda
verilir. Dialoq ümumiyyətlə, Mir Cəlalın yaradıcılığında
əsas yer tutan üslubi elementdir. Bunun vasitəsilə obraz
lar həm səciyyələnir, həm də müəllif təhkiyəsini tamamlayır.
Roman janrının nəzəriyyəsindən danışan ədəbiyyatşü
naslar, xüsusilə, M.Baxtin F.M.Dostoyeviçidən bəhs edər
kən "dialoq - roman" anlayışının adını çəkir, "Sokrat dialo
q u n u fərqləndirir: "Sokrat dialoqu"nun iki əsas üsulu:
"sinkriza" və "anakriza"dır. M.Baxtin yazır ki, sinkriza de
dikdə, müəyyən bir predmetə olan müxtəlif nöqteyi-nəzər
lərin müqayisəsi başa düşülür. Bu dialoqda söz və fikirlə
rin müqayisəsi texnikası əhəmiyyət daşıyır. Anakriza isə
həmsöhbətdən söz almaq, sözə qoşulmaq, fikrini ifadə et
məyə, yeri gələrsə sona qədər söyləməyə təhrikləyir. Mir
Cəlal elə "Bir gəncin manifesti"ni dialoqla başlayır. Və iki
uşaq arasındakı dialoq sonralar konfliktə "açar" olur. "Yo
lumuz hayanadır"da ilk səhifədə dialoq verilir:
- Nə xəbər var?
_______________________
212
----------------------------------------
- Sağlıq - səlamətlik!
- Genə, az-çox?
- Mətləb uzundur, nəyin danışım?
- Necə bəyəm?
- Eşidərsiz, Allah qoysa özünüz eşidərsiz.
- Bir balaca ucundan-qulağından!!".
Bu, təsadüfi səciyyə daşımır, romanın süjeti boyu ha
disələrin mahiyyətini açmağa yönəlir. Sabirdən götürül
müş bu dialoq şəhərdəmi, bölgədəmi - harada olursa - in
sanları sərvaxtlığa, nəyinsə baş verməsinə hazırlayır.
Tahirzadə ilə Mirzə Abbasqulu arasında uzun bir dia
loqda iki həmfikirin: Abbas Səhhətlə Ələkbər Sabirin məf
kurə birliyi açılır. Amma bu dialoq personajların bir-birin-
dən söz almasına xidmət göstərmir.
Tahirzadənin Axundla dialoqunun mərkəzində onların
bir-birlərindən söz almaq istəyi dayanmışdır. Axundun bic-
məkirli sözləri Tahirzadənin sərbəst və məntiqli cavabları
ilə tamamlanır. Axund Tahirzadənin ərizəsini Seyidə verir,
o isə kağıza nəsə yazır, üzünü Axunda tutur, yəni müsahi
bin yaşını, işini, təhsilini öyrənmək istəyir. Bu sükutu Ta
hirzadə başa düşür, təmkini pozmur. Sonra Seyid Tahirza
dənin xəttinə baxır: - Bu çeşidli xətti siz harada öyrənmi-
siniz?
- Bən də Xorasanda iki dəfə olmuşam. Xətlərə bələ
dəm.
- Ziyarət ya ticarətmi?
- Həm ziyarət, həm ticarət. Qohumlarımız var idi. Yo
lum düşürdü...
Dialoq davam edir. Axund da qoşulur. Axund daha də
rinə gedir, siyasətə, haqq yoluna çıxır. Tahirzadə konkret
sözünü kəsir.
_______________________
2 1 3
----------------------------------------
Axund ağa, bu sözdür, haqq yolunda heç bir müza
yiqə yoxdur.
- Afərin, afərin, haqq yolunda!
- Xeyr, haqq yolunda bən də canımdan, canımdan keç
məyə hazıram! Dilim, qələmim, qüvvətim, lazım olsa ca
nım, qanım ilə elə haqqa xidmət etməyə and içmişəm. Ye
nə də içə bilərəm..."
Romanda dialoqlar əsasən Tahirzadə tərəfindən quru
lur: Məsələn, Əhməd Kamal çox səciyyəvidir və iki dünya
görüşü, iki milli mənlik şüuru açılır. Əlibəy Hüseynzadə ilə
Mirzə Cəlil arasındakı dialoqda bu məsələ daha dərin ma
hiyyətlə sonuclanır. Biri "Fyuzat"çı, digəri "Molla Nəsrəd
din’^ . Hər iki fərd istər mətbuat tariximizdə, istərsə icti
mai fikrin inkişafında misilsiz rol oynamışdır.
Mir Cəlalda dialoq hadisələrin gedişini ağırlaşdırmır,
əvəzində iki, yaxud üç müsahib fikirlərini sərbəst söyləyir.
Bu üslubi gediş romanda hətta bir fəsli əhatə edir. Məsə
lən, "Sorğu-sual" - dialoq lakonik və məqsədin ritorik şər
hinə ağırlıq gətirmir.
"Yolumuz hayanadır" romanında təsvir də geniş və
mənaçalarlıdır. Və bu üslubi keyfiyyət yazıçının yaradıcılı
ğı üçün xasdır. Xatırlatsaq ki, hadisələr təbiətin qoynunda,
dənizin, çayın, dağın və s. ətrafında baş verir - müəllif
üçün təsvir elə bir çətinlik törətmir. Roman əsasən şəhər
də, divarlar arasında, iki dialoqda xarakterlərin səciyyə
ləndirilməsinə yönəldilmişdir. - Mir Cəlal antitezalarda,
mübahisələrdə qroteksiliyin çərçivəsini gözləyir, fərdi təs
vir boyalarına üstünlük verir. Hacı Rəsulun arvadı Münəv-
vər xanımdakı kübarlığa meyletmə, özünü kişisinin gözün
də əzizləmək həvəsi; Əntiqənin müəmmalı gəlişi onun
özünə diqqətini əyaniləşdirir. Oxuyuruq: "Münəvvər xanım
______________________ 2 1 4 --------------------------------------
qapı-pəncərəni örtüb, sement döşəmənin sərin yerində qı
çını qıçının üstünə aşırıb kart falı açırdı. Niyyəti ondan iba
rət idi ki, görsün Hacı onu çox istəyir, ya Çərkəz qızı Na
ziləni. Evin sükutu, sərinliyi, hərdənbir işıq axtaran milçək
lərin zəif səslə uçub pəncərədən getməsi Münəvvər xanı
ma ləzzət verirdi. O, günlərlə cənnət kimi yaylaqlara, bağ
lara getməkdənsə, şəhərdə qalıb tənha otağında səhər-ax
şam ərini qəbul etməyi üstün tuturdu. Bəzən də gün qal
xanda süpürgə götürüb ərini və milçəkləri otaqdan çıxar
dandan sonra əllərini yana açar, başını yumşaq balınca
qoyar, türkmən xalçasının rahat-farağat elə uzanardı, gö
rən deyər çarmıxa çəkilib. İstinin bu vaxtında qapıları ör
tüb gecənin sərinliyini evdə saxlaya bilməsinə bir hünər
kimi baxıb xoşlanar, ərinin, ümumən kişilərin belə yaxşı
lıqları dərk edib qiymətləndirməməsinə təəssüf edərdi".
Yazıçının plastik təsvir, obrazın cinsinin davranışına
xas ədalarını canlı verməsi oxucu yaddaşı üçün kifayətli-
dir. Daha bir təsvirlə kifayətlənəcəyəm. Bəndalı ayrılıqdan
sonra anasının yanına, dədə ocağına gəlir. Amma suçu
ucbatından narahat olur, hissləri kövrəlir. Bu məqamlarda
obrazı yalnız təbiətin gözəlliyi, duyğululuğu oyandıra bilər.
Oxuyuruq: "Belə sakit, aylı gecələri Bəndalı özü çox sevər
di. O, bu gecələrdə sanki daha çox yaşamış, çalışmışdı.
Belə vaxtlarda bəzən mal itirib örüşləri gəzərdi, bostanda
dizəcən çirməkli, bel əlində arxdan-arxa hoppanır, bənd
bərkidər, su açardı. Yayda, xırmanda taxıl oğurlanmasın
deyə, küləş üstündə uzanıb isa-musa quşunun çağırışları
nı ləzzətlə dinlərdi. Görünməz, ancaq səsindən seçilən
durna karvanlarının "Bağdad ellərinə" uçduğunu həsrətlə
xatırlayardı. Özü də hiss etmədən yuxu gözünə dollar, kir-
_______________________
.2 1 5
_______________________
Dostları ilə paylaş: |