Köşkünün mənzərəsini ilk dəfə seyr edəndə nə qədər se
vinmişdisə. məktəb binasını görəndə də o qədər məyus ol
muşdu. Keçmiş məktəb müdirinin qarasına ürəyində töh
mət yağdırmışdı".
Əntiqə bundan sonra bərbad məktəbin təchizatı ilə ra
yon icrakomunun, rayon katibinin qapılarını döyür. Və bir
sual təbii ki, mərhum ədibimizin yoxluğunun məqamına
düşür: XXI əsrdə sivili xarici təhsilə inteqrasiya oluruqsa,
bəs bu vəziyyəti nə ilə əlaqələndirmək olardı? Mir Cəlal
hökümətin müəllim işinə qarışmasını məqbul sayır: daim
diqqətində olmalıdır. Lakin yazıçının xəyalına gəlməzdi ki,
indi yerli icra strukturları təhsili tamamilə öz hegemonluğu
altına almışlar, kadrların təyinatını da öz iradələrinə tabe
etmişlər.Mən özümə onu təsəlli verərdim ki, Mir Cəlal po
vestin davamını qələmə alardı...
Əntiqə Mirzə Cəlillə son dəfə üzbəüz gəlir: Zaqafqazi
ya ədiblərinin üç respublika səyahətində, respublika nü
mayəndələrinin ezamiyyətində. Mirzə Cəlili Hüseyn Ca
vidlə birlikdə görür, əlbəttə Şamaxıda yox: "Əntiqə çama
danı arabaya qoydu. Mirzə Cəlil ona diqqətlə baxan qıza
nəzər salıb, ixtiyarsız dilləndi:
- Əntiqə xanım, siz də buradasınız, xoş gördük!
Onlar əl-ələ verib görüşdülər. Əntiqə qızlara məxsus
utancaqlıqla müəllimin yanına gəldi.
- Mirzə, - dedi, - məktəbi qurtardım, işə təyin olunmu
şam.
- Mübarək olsun. Buradamı çalışırsan?
- Yox, Köşküyə, Yasamal rayonuna gedirəm.
- Nə işə?
- Müəllimliyə.
...Mirzə Cəlil yoldaşlarına tərəf döndü, Süleyman Sani
ni səslədi:
_______________________
226
----------------------------------------
- Müəllim yoldaşlar, - dedi, - təğbrik eləyin, semina-
rist Əntiqə kəndə qızları oxutmağa gedir. Sizin pyeslərə
belə qəhrəmanlar lazımdır. Kitablarda, qəzetlərdə axtar
mayın, tanış olun". Və povestə sevimli ədibimiz və drama
turqumuz Süleyman Sani Axundov gəlir və Əntiqəyə "Qor
xulu nağıllar" kitabnı bağışlayır.
Povestdə Mirzə Cəlil tamam başqa bir ampulada, pe-
daqoq-müəllim nəzərində təqdim olunur. Mirzə Cəlil vaxti-
lə Uluxanlı məktəbində dərs demişdi. Sonralar Tiflis və
Bakıda ədəbi, jurnalist fəaliyyətinə başlamışdı. Əsərdə
Əntiqəni müəllim kimi qarşılayır. O isə gənc müəlliməyə
öyüd-nəsihət, pedaqoji məsləhət verir: "Kənddə indi ayrı
cür dərs demək, günün vacib məsələlərini uşaqlara çatdır
maq lazımdır. Köhnə müsəlman ailələrində qadınlara vəh
şi münasibət hələ var. Orada qızlar sənin kimi müəlliməni
görüb məktəbə artıq meyl edəcəklər. Körpə balaları hələ
məktəbdən ayıranlar var". Bu sözlər və özünün bu peşəyə
həvəsi, üstəgəl dağlar, dərələr, gül-çiçəklər - bütün bu şai
ranə mənzərə ruhən onu qanadlandırır. Axı, daxili stimul
da təbiətin təsiri güclüdür və Mir Cəlal yaradıcılığında bu
vasitədən istifadəni unutmamışdır. Əntiqə xəyalına, ro
mantik dünyasına qapılır: "Əntiqə bu fikir və təsəvvürlərlə
ətrafa gül-çiçək, lalə, xətmi, kəklikotu ətri saçan yaşıllıqla
rı, addımbaşı quşlar, uçan, oynayan kolluqları seyr edərək
dağlara doğru gedir. Ona elə gəlirdi ki, kəndə, işə, dərs
deməyə yox, səmanın qucağına, günəşə doğru qalxır.
Vaxt
gələcək ki, dağlara əmud vuran qızıl şüaların birindən
yapışıb qalxacaq, qanadlanacaq, bütün aləmə, Yaxın Şərq
ölkələrinə, birinci növbədə çadra altında inləyən məzlum
qadınlara görünəcək, oradan qızıl şüalarla səslənəcəkdir” .
Xəyaldan ayrılır: arabaçı malakan Vasilinin mehriban
______________________
2 2 7 — ----------------------------------