hüquqları tapdanılır. İctimai ədalətin adi əlamətləri belə,
nəzərdən itir, quru şüarçılıqla sonuclanır.
İslam aləmində ədalət prinsipi müəyyənləşdirilmişdir.
İslamşünaslar bir neçəsini qruplaşdırmışlar; məsələn:
- Bizi əhatə edən aləm - varlıq Tanrının nəzarətindədir.
Hərcmərclik törətməməlidir. İnsan yalnız özü barədə dü
şünməməlidir.
- İnsanların törətdikləri fəsad işlər Tanrıya bəllidir, be
lə halda hamı onun qarşısında cavabdehlik daşımalıdır.
- İnsanlar torpaqdan yaranmışdır və torpağa da qovu
şacaqdır: varlısı da, kasıbı da, tiranı da, ədalətlisi də. Nə
ticədə heç bir fərd digərindən ya əskik, ya da artıq olma
malıdır.
- Varlığın bütün ünsürləri Tanrının onlar üçün müəy
yənləşdirdiyi ədalətli hədlərdən və qanunlardan kənara
çıxmamalıdır.
Bu prinsiplərin sayı çoxdur. Məşhur islamşünas Möh
sün Qiraəti maraqlı tədqiqatları ilə ədalətin ictimai-mənə
vi köklərini araşdırmış və yazmışdır: "Dünyaya və insana
münasibət ədalətin qəbulu üçün olduqca əlverişli bir zə
min yaradır və yalnız mühit, ictimai quruluş və fərdi ehti
raslar bu zəmini aradan qaldırır” .
Orta əsrlərdə ədalət artıq əxlaqi və sosial təlim kimi
formalaşmışdı; təbii ki, Qurani-Kərimə əsaslanmışdır: Şər
ti deyək ki, birincisi, tərifdə, tənqiddə ifratı aşmamaqdır.
Obyektivlik hissindən uzaqlaşmamaqdır. Hədsiz tərif, yer
siz tənqid insanların psixologiyasına və cəmiyyətin inkişa
fına mənfilik gətirir. Həzrət Əli buyurmuşdur ki, əgər birini
layiqli olduğundan artıq tərif etsəniz, yaltaqlıq etmiş olar-
sız. Əgər lazımi dərəcədə tərifləməyə cəsarətiniz çatma
sa, deməli, ya aciz, ya da paxılsız.
_______________________
204
----------------------------------------
İkincisi, iqtisadi məsələlərdə ədalətlilik unudulmamalı
dır. Belə ki, insanın maddi və mənəvi ehtiyacları ən sonra
dövlət səviyyəsində ödənilməlidir. Bu gün bu təlim barədə
fikirləşməkdə əzab çəkməmək qeyri-mümkündür. Əvvəllər
tarix dərsliklərində bir şəkilli zərb-məsəl vardı: "Yeddisi
xışla, biri qaşıqla". Bir həqiqətdir ki, cəmiyyətimizdə bu iq
tisadi məsələnin həllinə diqqəti daha çox yönəltmək lazım
gəlir. Ağır fiziki və zehni əməklə yüklənmiş insanlar çətin
halətdə yaşamaq məcburiyyətində qalır. Sokratdan soru
şurlar:
- Yemək üçün hansı vaxt daha münasibdir?
- Yeməyin varsa acanda, yoxsa tapanda...
Üçüncüsü, bölgü məsələsində ədalətin gözlənilməsi
dir. Ölkə büdcəsindəki vəsait əhali arasında obyektiv, düz
gün - ədalət prinsipiylə bölünməlidir. Təəssüf ki, bu gün
belə deyil, nəticədə hər bir vətəndaş müxtəlif bölgülərə
məruz qalır.Orta təhsilli sıravi polis alimdən, həkimdən,
mühəndisdən qibtəedici qədər artıq əmək haqqı alır. Gə
lin, ayıraq məmləkətdəki zehni gərginliyini nəfa vermək,
yaşatmaq ehtirasını ortaya qoyanın aqibətini. Həzrət Əli
buyurmuşdur ki, ölkənin ən ucqar nöqtələrinə, ən yaxın
məntəqələrə ayrılan miqdarda vəsait verilməlidir. Ədalət
insanın cövhərində doğulan, formalaşan və genlərlə ötürü
lən bir hissdir, dəyərdir. O zaman pozulur, o fərdin nəfsi,
şöhrətpərəstliyi - mənəvi iştahı; o adamın öz qohum-əqrə
basını, dost-tanışını, həmyerlilərini - sosial naqisliyi özünə
diqtə edir! Və bununla ədalətlilik aşağıdan başlayaraq yu
xarıya qədər parçalanır, ovulur və itir. Və bununla da insan
vəzifəsindən asılı olmadan Tanrısından uzaqlaşır. Allah
isə ədalətli olanları sevir!
Psixi analiz göstərir ki, insan müxtəlif dini aspektlər ar-
_______________________
2 0 5
_______________________
xasında gizlənsə də, əslində bu aspektlərin nəticələri ey
nidir. Belə ki, insan həyatı, onun reallığı Buddanın, Xristo-
sun, Sokratın ideyaları arxasında gizlənsə də, son nəticə
də: məhəbbətə, ədalətə, həqiqətə can atmaqdır.
Romana qayıdaq və ədalətin tapdanmasında nata
mamlıq kompleksinin daha bir diqqəti cəlb edən prosesini
xatırlayaq. Mir Cəlal bu məqamı əsərə daxil etməkdə tarix
lər boyu qanunların şahlar, tiranlar tərəfindən idarə olun
masını xatırladır. Niyə belədir? Qanun şah deyil? Şahdır!
Bu, o vaxt yaranır, hakim dairələr hakimiyyətlərini qoru
maq üçün bir sıra əsas dayaqları əllərinə alırlar, bunlardan
biri məhkəmə sistemidir. Dövlət (hökümət) o yerdə çat ve
rir - ədaləti müdafiə etmir; deməli, bu nöqtədə ehtiyatlı ol
maq lazım gəlir. Məşhur fransız sosioloqu və filosofu Şarl
Monteskye (1689-1755) "İran məktubları” əsərində qayda-
qanunların hansı mühitdə və məkanda işlənməsi, yaxud,
əksinə məsələsinə toxunmuşdur. İki şərqli Qərb və Şərq
ölkələrində hökm sürən qayda-qanunların, sosial-hərc-
mərcliyin xaotikliyinə istehza edir. Hərçənd, filosof belə bir
pozuntunu xalqın xarakteri, mənəviyyatı, idarə üsulu, iq
lim, torpaq və sairlə bağlayır və amillər inkar olunmazdır.
Lakin ən ədalətli ölkələrdə məhkəmələr qanunları pozur
lar. Mir Cəlal romanda "Ədalət məhkəməsi" fəslində həm
insanların, həm də cəmiyyətin daxili aləmini və puçluğunu
qabarıq verir. Mən deyərdim, əsərin ən kövrək dramatik
yeridir. Məhkəmədə hakim və prokuror haqqın tərəfində
dayanmaq iradəsini iki məfhuma hörmətində təcəssüm et
dirməlidir. Ana və Vətən. Mühakiməyə məruz qalanlar
anaların övladlarıdır, Vətəni yaşadan övladlarıdır. Haqsız
cəza "müqəssirdə” , xüsusilə Vətəndən uzaqlaşmaq, la-
qeydləşmək hissi oyadır. Minlərlə soydaşlarımızın Vətən
_______________________
206
----------------------------------------
lərini tərk etməsi fikrimizin təsdiqidir. Bacısı üstündə Hacı
Rəsul tərəfindən şərə-böhtana düçar qalan Bəndalıdan
öncə, əzab çəkən onun anası Məsmə arvaddır. Mir Cəla
lın anaya müraciəti-ricəti ədalətin bədii təsvirində kədərli
bir başlanğıc olmaqla yanaşı, başlanacaq fəlakətin xəbər
darlığıdır: "Heyhat! Qoca dünya, bəzən öz gərdişini sərt
bir sükut, daş bir ürək, kor məntiq, daimi bir amansızlıqda
keçirən qoca dünya kimsə ilə hesablaşmır. Zaman vəhşi
bir təlatüm kimi bütün sahilləri aşıb hər şeyi ağzına alır,
kükrəyən dağların səsindən göylər də fəryadları eşitməz
olur. Ən müdhiş fəlakətə düşəndə də ana qəlbi böyük
dür!.."
Məhkəmənin gedişi inandırıcıdır, insan taleyilə cəmiy
yətlərin oynaması həqiqəti nəzərə çarpır. Mir Cəlal ən xır
da detallarına qədər təsvir etmişdir və mənə Lev Tolstoyun
"Anna Karenina"sındakı məhkəmə səhnəsini xatırlatdı...
Haşiyəyə çıxardım ki, romandakı detallar mənə elə
XXI əsrin müstəqil dövlətimizdəki bir sıra məhkəmə haq
sızlıqlarını xatırlatdı...Və böyük yazıçımızın uzaqgörənliyi
nə heyrət kəsildim...
Hakimlər hər bir məmləkətdə eyni zahiri görkəmdə və
xarakterdə doğulurlar. Fərqlər də ciddi deyilmiş. Belə
"bənzərlikdir - insan taleyinə biganə yanaşır; əvəzində qa
nunların özünü cəzalandırırlar". Romanda oxuyaq və dü
şünək: "Hamı boynu zəncirli, keşişsifət, uzun, çalsaqqal,
qara paltar kişinin ağzından çıxacaq hökmün nə olacağına
müntəzir idi. Hakimin zahirinə, quru, arıqca sifətinə, eh
malca hərəkətlərinə baxırsan, qocalara məxsus nazik, tut
qun səsini eşidirsən, deyirsən bunun başı gora titrəyir,
heç toyuq başı kəsməyə, bəlkə də o, məhz belə bir təsəv
vür yarada bilməyinə görə burada oturmuşdur".
_______________________
2 0 7
_______________________
Dostları ilə paylaş: |