türlər, sual doğur: Soydaşını öldürənlər kim idi, yaxud Bən
dəlinin öldürdüyü kim idi? Yazıçı bu təzadlı hadisə ilə azə-
rilərin tabeçilik, kütlə psixologiyasını vermişdir. Məsələnin
kökü dərinə çıxır: İnsanın ruhi orqanizmlər kompleksi fər
din psixologiyasını necə dəyişdirir və bu prosesdə din yar
dıma çatırmı? Məşhur fransız psixoloqu Qustav Lebon
(1841-1931) bu məsələləri araşdırıb belə qənaətə gəlmiş
dir ki, ruhi orqanizmlər də növlərin anatomik əlamətləri ki
mi dəyişməz əsas xüsusiyyətlərə malikdir. Bununla belə,
onun asanlıqla dəyişən ikinci dərəcəli xüsusiyyətləri də
var ki, elə bu sonuncular da asanlıqla bu ətraf mühiti, şə
raiti, tərbiyəni və müxtəlif amilləri dəyişdirə bilər. Bəndəli
ni tutmaq bu qədər problemdir? Yox, məsələ ondadır biz
lər yuxarının əmrini (rəsmi), yaxud tapşırığını (şifahi) dər
hal yerinə yetirməyi özümüzə borc, şərəf hissi kimi qəbul
edirik.
Kəblə İsrafilin qorxa-qorxa dediyi: "Adam da elə igidə
güllə atarmı ə! Allah kəssin divan qulluğunu, müsəlman
deyilikmi?.. Nə isə dünyadı da!" - sözləri təsdiqləyir ki, ci
nayətə əl atmaqda bizlərə dinimiz də acizdir. "Dünyadır
da" ifadəsi ilə hökümətin, rəhbər şəxslərin qarşısında
müstəqilliyimizi bir daha əyaniləşdiririk!
Mühitin təsiridir bu cılız xüsusiyyətlər, biz belə doğu
lub, tərbiyə almamışıq. Yeri gəlib, ayağa qalxmışıq, kəskin
etirazımızı ifadə etmişik. Nikolay hakimiyyəti sanki sadə
lövh hökümətmiş, lakin müsəlmanları müti ruhda tərbiyə
etməkdə fəndkir dövlətmiş. Maraqlıdır, o dövrü əks etdirən
nəsr əsərlərində bu keyfiyyət verilmişdir. Ona görə də Çar
mühiti müsəlman əyalətlərini, icmalarını həmişə nəzarət
də saxlamış və effemer siyasəti yaratmışdır. Mən yenə
Qustav Lebondan iqtibas gətirəcəyəm, o, göstərir ki, əgər
mühitin insana təsiri böyükdürsə, deməli, o, əlavə və mü
_______________________
192
----------------------------------------
vəqqəti xüsusiyyətlərə, yaxud xarakterin gizli qalmış key
fiyyətlərinə təsir edir. Əsl həqiqətdə dəyişikliklər (effemer)
bir o qədər əhəmiyyət daşımır; ən əməlisaleh adam belə
aclıq hissinin təsirilə vəhşilik dərəcəsinə çata bilər; bu
hiss də onu cürbəcür xəyanətlərə, bəzən də öz əzizlərini
belə yeməyə sövq edir. Belə olan təqdirdə demək olarmı
ki, adət və xarakter tamamilə dəyişmişdir? - Bu tezis - əs
lində mülahizə son dərəcə bir sıra mətləblərə aydınlıq gə
tirə bilər.
"Yolumuz hayanadır" romanında müsbət və mənfi ob
razlar xaraktercə müxtəlif olduğu dərəcədə amal, məqsəd
yolunda bir o qədər də ayrılırlar. Birincisi, insan xislətin
dən, gen xüsusiyyətlərindən irəli gəlir. Biz müsəlmanlarda
bu xarakter sabitdir. Məsələn, valideyn: ana və bala mə
həbbəti - Bəndalı və Məsmə arvadın hərəkət stixiyas kifa
yətdir. Kəblə İsrafilə nifrətlə dediyi: "Mən səni igid adam
eşitmişdim. Sən demə, hədər söz imiş. O söz igidə yaraş
maz ki, sən deyirsən!" - sözlər ana dilindən qopmuşdur.
Tahirzadə, Mirzə Cəlil, Əlibəy Hüseynzadə - bu ziyalı qay-
maqlarımız mühiti başa düşürlər, lakin fərqli şəkildə. Onlar
sistemlə barışmırlar və öz idrakları ilə düşünür və mübari
zə aparırlar. Təəssüf, bir araya şüurlu olaraq gəlmirlər.
Şübhəsiz, bu məsələdə yazıçı göstərməsə də etnik,
gen xüsusiyyətlərimizdən gəlmə cəhətlər də az deyil. Ta
hirzadə Bakıya gəlsə də, siyasi dünyagörüşü, zamanın hə
rəkət dinamikasını həzm etmək gücündə deyil. Kənd mü
hiti onun qanına işləmişdir. O, kəskin, güclü şeirləri İlahi
vergi, təblə yazmışdır. Mirzə Cəlil savadlıdır, oxumuşdur,
Qori Müəllimlər Seminariyasını qurtarmışdır və mənsub
olduğu xalqın milli xüsusiyyətlərinə yaxşı bələddir və inqi
labın bəhrəsinə inanır. İstəyir milləti avamlıqdan, ətalət
dən qurtula, daha kəsdirmir ki, bədii əsərlə yüz illərlə zeh-
______________________ 1 9 3 _______________________
niyyətə, şüura işləmiş mənfi emosiyaları aradan qaldır
maq qeyri-mümkündür və azı 50-100 il lazımdır! Əlibəy
Hüseynzadə soydaşlarından tamamilə fərqli adamdır.
Onun səviyyəsi ətrafındakılardan çox üstündür və bu, fakt
dır, amma türkpərəstdir, zahirən yaxşıdır və türkük. Unu
dur ki, bu mənsubluq hələ bir millət kimi bizim dilimizi, in
tellektimizi, mədəniyyətimizi, hətta əxlaqımızı təsiri altına
almamaldır və mümkün arzu deyil.
Bu üç şəxsiyyətdən Sabir istisna olmaqla ikisi Çar ha
kimiyyətinin devrildiyinin şahidinə çevrildilər: İnqilab Ça
rın kiçik "övladr’nı doğdu, hətta qeyri-demokratiklikdə Çar
Rusiyasının başçısı Romanova rəhmət oxudular! Mirzə
Cəlil səsini çıxara bilməzdi; iş işdən keçmişdi. Əlibəy Hü
seynzadə isə Azərbaycana alim-dilçi statusunda qonaq ki
mi gəldi. Əlibəyin osman ləhcəsinə meylinin bəzi tarixi
köklərinə varmaq maraqlı olardı və bu pərəstişkarlıq bəlkə
də haqq qazandırardı: 1897-ci ildə Kipr adası uğrunda
Türkiyə-Yunanıstan müharibəsi başladı və adada yaşayan
yunanlar Osmanlı imperiyasından muxtariyət hüququ tələb
etdilər. Əlibəy müharibəyə münasibətində osmanlılara
rəğbətini gizlətmirdi, qələbə arzulayırdı. Müharibə Doma-
kos yaxınlığında türklərin qələbəsilə nəticələndi. Və bu,
Türkiyənin beynəlxalq nüfuzuna müsbət təsir etdi. Əlibəy
bu qələbədən sonra Osmanlı imperiyasına daha çox rəğ
bət bəslədi və düşünürdü ki, daha Avropa dövlətləri də Os
manlı imperiyasının qarşısında acizdilər. Deməli, "Turan”
dövlətinin yaranması üçün real imkanlar var. O, ümidliydi
ki, türklər Yer kürəsindəki torpaqların yarısına belə sahib
ola biləcəklər. Böyük dövlət qurumu olan Osmanlı imperi
yası öz tərəqqisinin ən yüksək pilləsindədir. Hegemonluq
onun əlində birləşəcəkdir. Lakin Əlibəy Hüseynzadə səhv
______________________ 194--------------------------------------
edirdi. Sultan Əbdülhəmid höküməti çürüməyə doğru ge
dirdi. Siyasi ab-hava, daxili çarpışmalara hissiyatı ilə Əli
bəy 1897-ci ildə pantürkçü kimi İtaliyaya üz tutdu...Gəlin
baxaq, Əlibəyin bu daxili hisslərini və siyasi məlumatlığı-
nı Mirzə Cəlildə, Tahirzadədə axtarmağa dəyərmi?
Tahirzadə ilə əlaqəli iki olay - epizod üzərində dayan
maq Mir Cəlalın poetikasına xas mətləb üçün dəyər. Birisi
Tahirzadənin xəstəliyi ilə, digəri onun Tiflisə səfəridir.
Bunlar nə hökümət, nə də ziyalılar səviyyəsində bizim küt
lə psixologiyasında, laqeydlik, əfəllik hissində yaşamağı
mıza tam əsas verir. Mən ikinci məsələdən başlamaq is
tərdim. Tahirzadə Tiflisə gələrkən Mirzə Cəlilin qonağı
olur. Və onun xahişi ilə Nəbatat bağına M.F.Axundovun
qəbrini ziyarət eləmək xahişinə əməl olunur. Söhbəti təfər
rüata qurban vermək istəməzdim. Məsələ dahi Mirzə Fə
təlinin qəbrinə, görkəmli şəxsiyyətimizə münasibətə ya-
naşmpdır və Mir Cəlal "Qızıl Hacıda" fəslini əbəs romana
daxil etməmişdirV " Dağın döşündə ot-ələfin əhatə etdiyi
bir qəbir üzərində uzun və enli, yazılı qaradaş yüksəlmiş
di. Qəbrin üstünə məktəblilərin, artistlərin gətirdiyi gül
dəstələri qoyulmuşdu. Güllər solsa də, lentdəki yazılar bəl
li idi. Tahirzadə yenicə bağlanmış gül dəstəsini qəbrin üs
tünə qoydu və bir xeyli sakit dayanıb baxdı. Daşın yazıla
rını qar-yağış döyüb qaraltmışdı. Yaxından diqqət yetirmə
sən oxuya bilməzdin".
Artıq bu təsvir bizim təsəvvürümüzə aydınlıq gətirir.
Gürcüstan torpağına tapşırılan azərbaycanlı dahiyə müna
sibət - şagirdlər və artistlərdir - gül dəstələri qoyanlar. Hər
çənd, məlum olmur azərbaycanlı uşaqlarıdır, yaxud aktyor
larıdır? Sabirin xəyala dalması bəlkə də dahi şairi özü ba
rədə, ölümündən sonra onun abidəsinə bəslənəcək sayqı-
_______________________
195
________________________
Dostları ilə paylaş: |