1
Ali
məktəblər üçün dərs vəsaiti
«Елм вя тящсил»
Бакы – 2013
Nizami Xudiyev
II cild
SEÇİLMİŞ
ƏSƏRLƏRİ
AZƏRBAYCAN ƏDƏBİ DİLİ
LÜĞƏT TƏRKİBİNİN İNKİŞAFI
(SOVET DÖVRÜ)
2
Elmi redaktoru:
Q. Ş. Kazımov
filologiya elmləri doktoru, professor
Rəyçilər:
A.M.Qurbanov
AMEA-nın müxbir üzvü,
filologiya elmləri doktoru, professor,
T.İ.Hacıyev
AMEA-nın müxbir üzvü,
filologiya elmləri doktoru, professor
Xudiyev N. M.
X-90 Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı (sovet
dövrü). Dərs vəsaiti. Bakı, «Elm və təhsil», 2013, 480 səh.
Dərs vəsaitində sovet dövrü Azərbaycan ədəbi dili
lüğət tərkibinin tədqiqi məsələləri işıqlandırılır. Əsərdə
terminologiya, orfoqrafiya, orfoepiya məsələləri şərh edil-
məklə yanaşı, lüğət tərkibinin inkişafı, konkret dil materialı
əsasında hər bir dövrün səciyyəvi əlamətləri üzrə nəzərdən
keçirilir, habelə lüğət tərkibinin zənginləşmə yolları
haqqında ilk dəfə ətraflı məlumat verilir. Kitabda tərcümə
ədəbiyyatının dili, Cənubi Azərbaycan ədəbi dili lüğət
tərkibinin ümumi mənzərəsi barədə də ilkin araşdırmalarla
tanış olmaq mümkündür.
2013
098
4602000000
−
N
грифли няшр
©
«Elm və təhsil», 2013
GİRİŞ
Azərbaycan ədəbi dilinin tarixi qədimdir; bu tarixin
müxtəlif dövrlərinin sistemli şəkildə araşdırılması Azər-
baycan filoloji fikrini həmişə məşğul etmiş və etməkdədir.
Ədəbi dilin tarixi eyni zamanda onu daşıyan xalqın təfək-
kürünün, mənəviyyatının tarixidir, ona görə də ədəbi dilin
təkamül mənzərəsini elmi əsaslarla canlandırmaq olduqca
çətin, lakin şərəfli bir işdir.
Hər hansı xalq o zaman öz tarixinin sahibidir ki, onu
yaxşı bilmiş olsun; dilin tarixi də ümumi tarixin tərkib
hissəsi kimi geniş araşdırmalar aparmağı tələb edir.
Əlbəttə, Azərbaycan ədəbi dilinin tarixi ilə bağlı araşdır-
malar vardır, lakin ölkəmizin ictimai-mədəni həyatında baş
verən yüksəlişlə, yenidənqurma və onun tələbləri ilə əlaqə-
dar bu sahədə işi yeni vüsətlə davam etdirmək lazımdır.
Azərbaycan ədəbi dilinin tarixi üç dövrə bölünür:
I. Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında
formalaşması və inkişafı dövrü (VII-VIII əsrlərdən XIX
əsrin 20-ci illərinə qədər).
II. Azərbaycan ədəbi dilinin milli dil əsasında sabit-
ləşməsi dövrü (XIX əsrin 20-ci illərindən XX əsrin 20-ci
ilinə qədər).
III. Azərbaycan ədəbi dilinin sosialist milli dili
əsasında normalaşması dövrü – sovet dövrü (XX əsrin 20-
ci ilindən müasir dövrümüzə qədər)
1
.
Məlum olduğu kimi, Azərbaycan ədəbi dilinin tarixi
1
Azərbaycan ədəbi dili tarixinin dövrləşdirilməsi ilə bağlı müxtəlif fikirlər
vardır. Prof. Ə. Dəmirçizadə və prof. T. Hacıyevin bölgüləri daha geniş
yayılmışdır. Ə. Dəmirçizadə dilxarici, T. Hacıyev dildaxili amillərə daha çox
üstünlük vermişdir. Yuxarıda I dövr müstəsna olmaqla, Ə. Dəmirçizadənin
bölgüsünə əsaslanmışıq. Bax: Ə. Dəmirçizadə. Azərbaycan ədəbi dili tarixi,
B., Maarif, 1979, səh. 100.
4
«Kitabi-Dədə Qorqud»dan başlayır. «Kitabi-Dədə
Qorqud»un dili isə təxminən V-IX əsrlərin dili hesab
olunur (yaxud abidənin əsas dil-üslub potensialı qeyd
edilən dövrə aiddir), başqa sözlə, V-IX əsrlərdən etibarən
Azərbaycan dili ədəbi səviyyədə işlək olmuşdur. Bu dövrdə
ədəbi dilimizin yazılı abidələri, şübhəsiz, yaranmışdı, lakin
hələlik onların heç bir nümunəsi bizə məlum deyil.
Görünür, VII, VIII, hətta IX əsrləri əhatə edən ərəb işğalına
qarşı mübarizə dövründə yazılı mənbələr ya məhv edilmiş,
ya da Azərbaycandan kənarlara aparılaraq itib-batmışdır.
Onu da qeyd edək ki, tədqiqatçılar bu cür mənbələrin tapı-
lacağı barədə nikbin fikirdədirlər. Ola bilməz ki, «Kitabi-
Dədə Qorqud» kimi nəhəng bir abidəni yaradan xalq V-IX
əsrlərdən XIII əsrə qədər sussun…
1
XI-XII əsrlər müsəlman intibahı
dövründə Azər-
baycan xalqının oynadığı rol məlumdur, lakin bu dövrdən
heç bir mənbənin qalmaması, fars, eləcə də ərəb dilində
yazıların çoxluğu diqqəti cəlb edir. Necə olur ki, Azərbay-
can xalqı müsəlman intibahında yüksək elmi, eləcə də
ədəbi-bədii istedadı ilə iştirak edir, lakin bunlar Azərbaycan
dilində öz izlərini saxlamır? Dildən kənarda ədəbi-normativ
təfəkkür yoxdursa, deməli, istedad da yox-dur; azərbaycanlı
isə müsəlman intibahında məhz azərbaycanlı təfəkkürü (və
dili) ilə iştirak etməli idi – bu baxımdan da XI-XII əsrlərə
aid Azərbaycan dili mənbələrinin mövcud olmaması sirdir.
XIII-XVI əsrlərdə ədəbi dilin klassik nümunələri
yaranır: tədrici inkişaf ədəbi-bədii dili Həsənoğlu səviy-
yəsindən Füzuli səviyyəsinə yüksəldir. XVI əsrin sonu,
XVII əsrin əvvəllərindən etibarən ədəbi dil demokratik
1
Бах: В.Гукасян, В.Асланов. Исследования по истории азербай-
джанского языка дописьменного периода, Баку, изд. «Элм», 1985.
Й.Йусифов, С.Кяримов. Топонимиканын ясаслары. Бакы, «Маариф», 1987.