A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə56/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   52   53   54   55   56   57   58   59   ...   137

193 

 

hesablamalarında, itərsə  də istismarda nəzərdə  tutulmalıdır. Lay 



boyunca neftin xassələrinin dəyişməsinin bir çox səbəbləri vardır. 

Belə  ki, yatağın geoloji quruluşunun, onun yer üzərinə  çıxmasının, 

kimyəvi, bakterioloji və layda gedən fiziki-kimyəvi proseslərin neftin 

tərkibinin və xassələrinin dəyişməsinə bilavasitə  təsiri vardır. 

Məsələn, layın günbəzindən qanadlara doğru xüsusi çəkinin artması, 

neft-su konturunda gedən oksidləşmə hesabına baş verir. Oksidləşmə 

prosesi, yer üzərinə  çəxışı olan laylarda, neftin kimyəvi tərkibinin 

dəyişməsinə daha çox təsir göstərir. Yer üzərinə çıxışı olan laylarda 

deqazasiya prosesi nəticəsində də neftin tərkibi dəyişir. 

 Neftin 


xassələri temperaturun dəyişməsi və karbohidrogenlərin 

xüsusi çəkilərinə görə paylanması hesabına da dəyişə bilər. 

 Neftin 

xassələrinin lay boyunca dəyişməsinin bir səbəbi də 

miqrasiya prosesində  layda neftin süzülməsi ilə  əlaqədar olaraq, 

qanad hissələrdən  günbəzə  doğru baş verən ağır hissəciklərin 

adsorbasiya olunmasıdır. 

 

 



§ 15 Neftin parafinlə doyma temperaturu və 

onun təyin edilməsi 

 

 Neftin 



parafinlə  doyma temperaturu termodinamik müvazinət 

şəraitində  birfazalı neftin ikifazalı (neft və  bərk parafin) hala 

keçməsini xarakterizə edir. 

 Neftdən ayrılmış  bərk faza, parafinlə birlikdə qatran, asfalten 

və s. maddələri də  özündə  cəmləyir. Yatağın işlənməsi prosesində 

parafin layda, quyuda, yerüstü avadanlıqda və s. çökə bilər. Parafinin 

çökməsi ilə  mübarizə  aparmaq üçün müxtəlif təzyiqlərdə parafinin 

ayrılmasını  təmin edən kristallaşma və ya neftin parafinlə doyma 

temperaturunun düzgün təyin edilməsinin böyük əhəmiyyəti vardır. 

Bu baxımdan aşağıdakı hallarda rast gəlinir: 




194 

 

Təzyiq



Pg

D

o



y

m

a



 t

e

m



p

e

ra



tu

ru

C



o

 

Şəkil II. 35 



 

 

1) layda temperatur. Neftin parafində doyma temperaturuna 



bərabər və  ya ona yaxındır. Bu zaman neft parafinlə  doymuş hesab 

edilir; 


 

2) layda temperatur, neftin parafinlə doyma temperaturundan 

böyükdür; layda neft parafinlə doymamış hesab olunur; 

 

3) layda neftin tərkibində parafinin miqdarı yox 



dərəcəsindədir. 

 

II. 8 cədvəlində  bəzi neft yataqları üçün parafinlə doyma 



temperaturu göstərilmişdir. 

 

 



 

   


 

 

 



 

 

Cədvəl II. 8 

 

 

Neft yatağı 



Lay 

temperaturu,ºC 

Doyma 

tempraturu, ºC 



Qazsız neftdə 

parafinin 

miqdarı,% 

Üzen 


Bitkovski 

Bavlinski 

Romaşkinski 

Dolinski 

Jetıbay 

Üst-balıkski 

65 

48-53 


35-40 

35-38 


50-85 

80-100 


80 

59-65 


42-45 

28 


18-22 

35 


52-57 

29 


26-yaqədər 

10-15 


3-4 

4-5 


7-10 

20 


— 


195 

 

 



 

  II. 35 şəklində neftin parafinlə doyma temperaturunun təzyiqdən 

asılılıq  əyrisinin xaraktri göstərilmişdir.  Şəkildən göründüyü kimi, 

təzyiqin doyma təzyiqindın başlayaraq artması parafinin kristallaşma 

temperaturunu artırır. Digər tərəfdən təzyiqin doyma təzyiqindən 

kiçik qiymətlərində  də  qazın ayrılması  nəticəsində parafinlə doyma 

temperaturunun artması baş verir. Deməli,  əgər layda neft parafinlə 

doymuş, yaxud ona yaxın vəziyətdədirsə, onda təzyiqin artması və ya 

azalması, parafinlə  doyma temperaturunu artıraraq layda parafinin 

çökməsinə şərait yaradacaqdır. Layda temperatur azaldıqda da həmin 

hadisə baş verəcəgdir. 

 Parafinlə doyma temperaturynu təyin etmək üçün gözlə 

müşahidə, refraktometrik, fotometrik, ultrasəs üullarından istifadə 

olunur. 


 

Gözlə  müşahidə  ilə parafinin doyma temperaturunu təyin 

etmək üçün neft soyudulur və  parafinin kristallaşmasının 

başlanğıcına uyğun gələn temperatur, yəni doyma temperaturu, qeyd 

edilir. Parafinin kristallaşması prosesini mikroskopla müşahidə 

etmək olar. Belə  müşahidə  zamanı kristallaşmanın kinetikası  və 

kristalların ölçüləridə oyrənilir. Kristallaşma prossesi, həm atmosfer, 

həmdə laya uyğun təzyiq və temperatur şəraitində öyrənilə bilər. 

 

Refraktometrik üsul ilə neftin parafinlə doyma temperaturunun 

təyin, kristallaşma anında işıq  şüasının sınmaya məruz qalan 

temperatur dəyişikliyinin yazılışına  əsaslanır. Bunun üçün tədqiq 

olunan neft üçün sınma göstəricisinin temperaturdan dəyişmə asılılığı 

-  n



t

D

 = f (t)  qurulur  (şəkil II. 36). Qrafikin fazalı keçid nöqtəsində 

sınma göstəricisinin sıçrayışlı  dəyişməsinin müşahidə  olunması, 

cismin maye haldan bərk hala keçməsinə  sübutdur. Bu üsulla neftin 

parafinlə doyma temperaturunun təyini üçün refraktometrin olması 

tələb edilir. 

 

Fotometrik üsul ilə doyma temperaturunun təyini, neftdən 

keçən işıq selinin intensivliyinin dəyişməsinin qeyd olunmasına 

asaslanır. Bu dəyişiklik, neftdə  parafin kristallarının  əmələ  gəlməsi 




Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə