176
Şəkil II.23
Lobaratoriya şəraitində doyma təzyiqini təyin edərkən təzyiqin
dəyişmə sürətinin qiymətindən asılı olaraq doyma təzyiqinin qiyməti
dəyişə bilər. bu qazın neftdən ayrılma prosesinin kinetikası ilə
əlaqədardır. Belə ki, təzyiq yüksək sürətlə dəyişdikdə qazın neftdən
ayrılması prosesində gecikmə halı yaranır. Bu səbəbdən maye və qaz
fazaları arasında termodinamik müvazinət vəziyyəti pozulur.
Lay
təzyiqinin bərpa olunma sürətinin müxtəlifliyi də təzyiqin
artması ilə neftdə müvafiq miqdarda qazın həll ola bilməsi ilə izah
edilə bilər. Bunu qiymətləndirmək üçün neftdə qeyri tarazlıq
şəraitində həll olan qazın miqdarını hesablamaq üçün aşağıdakı
ifadədən istifadə edək:
,
1
dt
dp
b
V
(II.
20)
burada b – təcrübi əmsal; α- müvazinət vəziyyətində qazın neftdə
həllolma əmsalıdır.
177
Bu
tənliyi V= const şəraitində (yəni eyni miqdar qazı müxtəlif
sürətlərdə neftdə həll etdikdə) həll edib, p=p(t) asılılığını təyin edək.
(II. 20) tənliyinin başlanğıc şərti t = 0 olduqda p = p
0
olmalıdır.
Onda:
V
p
V
p
in
bV
t
0
.
Tutaq ki, təzyiqi p
0
= 2,0 MPa – dan 3,0 MPa – ya qaldırmaq
lazımdır. Bu halda V = 0,7 m
3
/m
3
olur. Həllolma əmsalı α = 0,07
m
3
/m
3
. MPa – dır. b – nin müxtəlif qiymətlərində (1; 10; 100san.
MPa
-1
) p-nin p
1
- ə bərabərolma vaxta t
1
hesablanmışdır (şəkil II. 24).
1,2,3 əyriləri b-nin 1,0; 10 və 100 qiymətlərinə uyğundur. əyrilərdən
görünür ki, neftdə eyni miqdar qazı müxtəlif sürətlərdə həll etdikdə
sürət artdıqca təzyiqin bərpa müddəti də artır.
Qeyd
etmək lazımdır ki, doyma təzyiqi həcm üsulu ilə
termodinamik müvazinət vəziyyətində tapıldığından, bu üsul başqa
üsullara nisbətən daha dəqiq olur. Termodinamik müvazinət
vəziyyəti, qazlı maye tutan yüksək təzyiqli qabın p – V asılılığının
hər bir vəziyyətində ardıcıl olaraq çalxalanması ilə başa çatdırılır.
Belə halda qaz-maye fazaları arasında müstəvi ayırıcı səth yaranır.
II. 25 şəklində qaz – maye sisteminin yerləşdiyi qabın
çalxalanan və çalxalanmayan halına uyğun izotermik genişlənmə
asılılığı göstərilmişdir. Qazın ayrılması çalxalanmayan halda kiçik
təzyiqdə, yəni 2 nöqtəsinə uyğun p
2
– də baş verir , 1 nöqtəsinə
uyğun p
1
təzyiqi isə qaz-maye sisteminin çalxalanan halında yaranan
vəziyyətə uyğun sistemin əsl doyma təzyiqidir. Belə halın baş
verməsi, yəni doyma təzyiqlərinin fərqlənməsi, əsas etibarilə ayrılan
ilk kiçik diametrli qaz qabarcıqlarının qaz fazasını yaratmasının
gecikməsidir.
178
Şəkil II. 24 Şəkil II.25
Maye
və qazın fiziki-kimyəvi tərkib və xassəsindən asılı
olaraq (p
1
– p
2
) qiyməti böyük həddə dəyişə bilər. Məsələn, Bakı
neftləri üçün (p
1
– p
2
) = (1,4÷4,0) MPa həddində dəyişir.
Qaz-maye sistemi yerləşən qabın ardıcıl çalxalanması ilə p
1
–
p
2
fərqi azalır və sıfra yaxınlaşır. Əgər neft – qaz sərhədindəki səthi
gərilməni
, ayrılmış qazın radiusunu R ilə işarə etsək
R
2
2
1
ümumi müvazinət şərtini yazmaq olar. Buradan görünür ki, -nın
azalması ilə (məsələn, qazın tərkibində azot olduqda) p
1
– p
2
fərqi də
azalır.
Doyma
təzyiqinin ultrasəs vasitəsilə təyinində göstərilən bu
amilin təsiri xüsusilə böyük ola bilər.
Beləliklə, doyma təzyiqi termodinamik müvazinət
vəziyyətində təyin edilməlidir. Təcrübə nəticəsində müəyyən
edilmişdir ki, təzyiqin düşmə sürətinin 0,77·10
-4
MPa/san və daha
kiçik qiymətlərində maye-qaz fazaları arasındakı termodinamik
müvazinət halı pozulur.
179
Qeyd
etmək lazımdır ki, neft və qazın, həmçinin qarışığın
yerləşdiyi mühitin fiziki-kimyəvi xassəsindən asılı olaraq təzyiqin
termodinamik müvazinət halına uyğun dəyişmə sürəti də müxtəlif
olur.
Yuxarıda qeyd olunanlardan əlavə, doyma təzyiqinin
qiymətinə məsaməli mühiti təşkil edən süxurların da təsiri böyükdür.
Ümumiyyətlə, sübut olunmuşdur ki, eyni qazlı nüft nümunəsi üçün
məsaməli mühitdə təyin edilən p
d
– nin qiyməti məsaməsiz mühitdə
tapılan qiymətindən böyük olur. Məsaməli mühiti təşkil edən
süxurun fiziki-kimyəvi xassəsinin də doyma təzyiqinə təsiri
böyükdür. Belə ki, məsaməli mühitdə gilli hissəciklərin olması
doyma təzyiqini xeyli artırır. Gilli hissəciklərin artması ilə p
d
də artır.
Məsələn, kvars qumundan təşkil olunmuş məsaməli mühitdə doyma
təzyiqi, məsaməsiz mühitə nisbətən 0,5 – 0,7 MPa, qum və 30% gilli
mühitdə isə 4,0 MPa çox olur (qazlı maye kimi təbii qazla
Izooktan, kerosin və distillə edilmiş su götürülmüşdür).
II. 26 şəklində məsaməli mühitdəki gilin miqdarından asılı
olaraq doyma təzyiqinin mühitdəki gilin miqdarından asılı olaraq
doyma təzyiqinin artma qiymətinin dəyişməsi göstərilmişdir.
Şəkildən göründüyü kimi, məsaməli mühitdə gilin 30% - dən çox
olması doyma təzyiqinin artım qiymətinə təsir etmir.
Şəkil II. 26
Dostları ilə paylaş: |