A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə49/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   45   46   47   48   49   50   51   52   ...   137

165 

 

 



 

              Şəkil II.15                                           Şəkil II. 16 

Qazın mayedə həllolma prosesini müvazinət əmsallarının köməyi ilə 

də öyrənmək olar. Müvazinət əmsalı  k = y/x, burada y – 

komponentin qaz fazasındakı molyar miqdarı; x-həmin komponentin 

maye fazasındakı molyar miqdarıdır. Müvazinət əmsalını təyin 

etmək üçün xüsusi qrafiklər mövcuddur. 

 Qeyd 


etmək lazımdır ki, neftin əsas xüsusiyyətləri sayılan 

özlülük, sıxılma, termik genişlənmə, sıxlıq və s. onda həll olan qazın 

miqdarından asılı olaraq dəyişir. 

 

              § 8. Doyma təzyiqi və onun təyinedilmə üsulları 



 

 Doyma 


təzyiqi (p

d

) – qazlı maye qarışıqlarında (sistemlərində) 



ilk qaz qabarcıqlarının ayrılmasına uyğun gələn təzyiqdir. Qarışıqda 

p>p

olduqda, sistem birfazalı  (maye şəklində),  p


olduqda isə 



ikifazalı (sərbəst qaz və maye) vəziyyətdə olur. Deməli, doyma 

təzyiqi birfazalı termodinamik müvazinətli sistemin, ikifazalı sistemə 

keçməsi üçün keçid təzyiqdir. 



166 

 

 Neft-mədən praktikasında qazlı mayelər sistyeminin tətbiqi 



çox böyükdür. Bu sahədə çox az texnoloji proses tapılar ki, orada bu 

və ya digər formada qazlı maye sisteminə rast gəlinməsin. 

 Sistemdə  sərbəst qaz fazasının yaranmsı onun termik və qaz-

hidrodinamik xassələrinə  böyük təsir göstərməklə bu və ya digər 

texnoloji prosesin effektivliyinə edir.  

 

 Bu 



cəhətdən doyma təzyiqinin baxılan qaz-maye sistemi üçün 

düzgün təyin edilməsi, texnoloji proseslərin düzgün aparılması üçün 

əsas şərtlərdən biridir. 

 

Qazıma nəticəsində məhsuldar qatın açılışı və mənimsənilməsi 



prosesində, neftdən qazın ayrılmasını təmin edən hidrostatik təzyiqin 

seçilməsində, açılmış lay rejiminin və  növünün təyin edilməsində, 

qutyuların istismarında optimal iş rejiminin seçilməsində, qazlı maye 

sisteminin nəql olunmasında, nəhayət, yüksək neftvermə  əmsalını 

təmin etməklə  layın işlənməsini sürətləndirən təsir üsullarının 

düzgün seçilməsində  və s. doyma təzyiqinin düzgün təyin edilməsi 

böyük əhəmiyyətə malikdir. Doyma təzyiqinin qiyməti, əsas etibarilə 

laboratoriya şəraitində təyin edilir. 

 

Laboratoriya şəraitində istənilən lay nefti üçün doyma təzyiqi 



həmin laydan çıxarılmış qazlı maye nümunələri əsasında təyin edilir 

(bəzən müəyyən çətinliklərlə  əlaqədar olaraq lay şəraitinə  uyğun 

qazlı maye laboratoriya şəraitində süni üsullarla hazırlanır). 

 Qeyd 


etmək lazımdır ki, son illər doyma təzyiqinin quyuların 

və layların tədqiqat materialları əsasında tapılması üçün bəzi cəhdlər 

edilmişdir. 

 

Lobaratoriya  şəraitində  p

d

-nin təyin edilməsi. Laboratoriya 

şəraitində doyma təzyiqi bir neçə üsul ilə təyin edilir. 

 

Həcm üsulu, doyma təzyiqinin təyin edilməsi üçün ən sadə və 

ikifazalı sistemlərin eyni bir təzyiqdə  müxtəlif sıxılmaya məruz 

qalmalarına əsaslanır. Burada qazlı maye sistemi üçün hal dəyişikliyi 

p –V  sistemində öyrənilir. Yeni fazanın yaranması p – V  asılılığında 

dəyişikliyə səbəb olur (şəkil II. 17) . Şkildə A nöqtəsinə uyğun təzyiq 



p

d

-dir. Sərbəst qazın yaranması ilə  sıxılmanın  



)

1

(



dp

dV

V

 güclü 



167 

 

artması, qazlı maye sisteminin həcminin sonrakı artımı  təzyiqin 



qiymətində nəzərə çarpacaq dəyişiklik yaratmır. 

 

 



   

Şəkil II. 17.                                      Şəkil II. 18. 

 

 Qeyd 


etmək lazımdır ki,  p

d

-nin qiyməti,  əyrinin hər iki 



qanadına çəkilmiş toxunanların kəsişmə  nöqtəsinə  uyğun gələn 

təzyiqdir. Belə ki, əyrinin AB hissəsi birfazalı, AC hissəsi isə ikifazalı 

sistemin halını xarakterizə edir.  

 

Bu üsulla doyma təzyiqin asan tapılmasına baxmayaraq nəticə 



etibarilə onun qiyməti dəqiq olmur. 

 

Özlülüyün  dəyişməsinə  əsaslanan üsul ilə doyma təzyiqinin 

təyini üçün qazlı maye sistemi özlülüyünün təzyiqdən asılılq  əyrisi 

μ=μ  (p) qurulur (şəkil II. 18). μ=μ  (p) asılılığının  A minimumuna 

uyğun təzyiq  p

d

-dir. Qeyd etmək lazımdır ki, çoxkomponentli qazlı 



maye sistemləri üçün, adətən,  μ=μ  (p) asılılığının minimumu 

“yayılmış”olduğundan, doyma təzyiqinin bu üsulla təyin edilməsində  

(30÷40)% xətaya yol verilə bilər. temperaturun artması  və  qazın 

neftdə pis həll olması hallarında xətanın qiyməti xeyli artır. Elə buna 

görə də həmin üsuldan az istifadə edilir. 

 

Ultrasəs dalğaları üsulu ilə doyma təzyiqinin təyin edilməsi 

məsələsi-ultrasəs dalğalarının mühitdə 

yayılmasının mühitin 




168 

 

strukturunun qeyri-bircinslilik dərəcəsindən asılı olmasına  əsaslanır. 



Belə ki, doyma təzyiqindən yuxarı  vəziyyətlərdə  qazlı maye 

sistemində ultrasəs dalğalarının yayılması bircinsli mühitlərdə 

olduğu kimidir. Təzyiqin  p

d

 qiymətərində mayedən ayrılan qaz, 



mühitə qeyri-bircinslilik xassəsi verir və ultrasəs dalğalarınn akustik 

parametrlərinin nəzərə  çarpacaq dərəcədə  dəyişməsinə  səbəb olur. 

Ikifazalı sistemin yaranması ilə  səsin sönməsi halı baş verir (şəkil 

II.19) 


 

 

   



 

 

Şəkil II. 19 



 

 

Təzyiqin  p=p



d

 qiymətində sistenmdə akustik rəqslərin 

sönməsi iki dəfədən çox  olur. Belə mühitdə səsin sürəti sabit qaır. 

 

Bu üsul, yuxarıdakı üsullara nisbətən çox  dəqiqdir. Ondan 



əsasən məsaməli mühit şəraitində doyma təzyiqinin təyin 

edilməsində istifadə olunur. 




Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə