A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə45/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   41   42   43   44   45   46   47   48   ...   137

149 

 

 



Qazların istilik keçirməsi, özlülükdə  olduğu kimi, temperatur 

artdıqca çoxalır. Bundan başqa, qazın molekulyar kütləsi artdıqca  λ 

kiçilir (cədvəl II.7). 

 

Qazların nəmliyi. Qazlar bu və ya digər dərəcədə  su buxarları 

ilə  doymuş olur. Buna qazların nəmliyi deyilir. Qazların nəmliyi, 

qazın  tərkibindən, təzyiq və  temperaturdan asılıdır. Qazların 

molekulyar çəkisi və  temperaturu artdıqca onların nəmliyi artır, 

təzyiqi çoxaldıqca isə  azalır. Nəmlik mütləq, nisbi və  xüsusi 

nəmliklə, habelə nəmliyin defisiti ilə xarakterizə olunur. 

 

Qazın vahid həcmindəki su buxarının miqdarına mütləq nəmlik 



deyilir. Qazın vahid çəkisinə  düşən  su buxarının miqdarına  nəmlik 

defisiti deyilir. Qazın verilmiş halındakı mütləq nəmliyinin onun 

həmin şəraitdə su buxarı ilə doymuş halındakı mütləq nəmliyinə olan 

nisbətinə nisbi nəmlik deyilir. 

 

   



 

 

 



 

 

Cədvəl II. 7 

 

   


 Qazlar 

 

 



t°, C 

C

saat

m

kksl

2

,



 

 

t°, C 



 

λ 

Metan 



n-Butan 

n-Heksan 

Hava  





0,0260 



0,0116 

0,6107 


0,0208 

50 


100 

20 


100 

0,032 


0,0201 

0,0119 


0,0273 

 

 



 

Mütləq nəmliyi tapmaq üçün müxtəlif empirik düsturlar 

verilmişdir, məsələn, E. V. Levıkin: 

 

             



,

/

18810



,

3

451



,

0

253



3

047


,

1

5



047

,

0



047

,

0



nm

q

T

W

P

P

P

   


 

Q. V. Ponomaryov isə 

 



150 

 

 



   

    


3

/

,



2196

,

0



exp

3

,



804

nm

q

T

p

zp

Pe

W

 

 



almışdır. Burada  T – mütləq temperatur, °K; p -  təzyiq, amap

e

  – 



verilmiş temperaturda su buxarının elastikliyi; z – inhiraf əmsalıdır. 

 

Bu düsturlarda qazın tərkibi nəzərə alınmışdır. Təbii nəm qazı 



–quru qazla su buxarının qarışığı kimi qəbul edib, bu qarışığa Dalton 

qanunu tətbiq etsək, mütləq nəmlik üçün aşağıdakı düstur alınır: 

 

 

   



 

,

10



3

r

c

c

r

e

e

q

P

z

R

z

R

p

p

p

W

 

 



burada  p

q

  –  quru qazın sıxlığı; p



e

  –  su  buxarının verilmiş  şəraitdə  

elastikliyi; R

q

, R



c

  –  quru qazın və  su buxarının qaz sabiti; z

q

, z


c

  – 


quru qazın və su buxarının inhiraf əmsalıdır. 

 

Qaz yataqlarının  əksəriyyəti üçün qazın tərkibinə  uyğun 



nəmlik  II. 4 şəklində verilmişdir. 

 

§ 5 Hidratlar və qaz-hidrat yataqları 

 

 

Müəyyən  şəraitdə    təbii qazların molekulları ilə su 



molekullarının  əlaqəsi  nəticəsində  əmələ  gələn kristalik maddəyə 

təbii qazların hidratları  deyilir. Onların kubşəkilli simmetriyaya 

malik kristalik srrukturlar əmələ gətirir. Bu strukturların növü hidrat 

əmələ gətirən qazların molekullarının diametrindən asılıdır. 

 

Molekullarının diametri  5,9  A-dən böyük olmayan qazlar 



(məsələn, metan, etan) birinci növ struktur yaradır. Belə hidratlara 

qaz hidratları deyilir. Molekullarının diametri  5,9  A° İLƏ  6,9  A° 

arasında dəyişən qazlar (məsələn, propan, izobutan) və  ya tez uçan 

mayelər ikinci növ strukturlar yaradır. Belə hidratlara maye hidratları  

deyilir. Bundan başqa, ikinci növ strukturlu hidratlar karbon, 

hidrogen, azot və  kükürd qazlarının iştrakı ilə    “ikiqat hidratlar” 

əmələ gətirir. Təbiətdə molekullarının diametri  6,9 °A-dan böyük  



151 

 

 



Şəkil II. 4 

olan hidrat məlum deyildir. Deməli, normal butan (molekulunun 

diametri  7,4  A-dir) və  daha yüksək  sıralı karbohidrogen qazları 

hidrat əmələ gətirmir. 

 

Təbii qazların hidratları öz xarici görkəminə  görə yaş qarı və 



ya buza xatırladır. Ona görə də hidratları bərk məhlul da adlandırmaq 

olar. 


 

Hammerşmidtə  görə qaz-hidrat sisteminin qaz fazasındakı su 

buxarının miqdarı qaz-su sistemindəkinə nisbətən az olur. Bu 

səbəbdən də (Dalton qanununa əsasən) verilmiş temperaturda hidrat 

üzərindəki su buxarının elastikliyi  onun su üzərindəki 

elastikliyindən kiçik adlanır. Bu nisbət pozulduqda, yəni tədqiq 

olunan hidrat buxarının elastikliyi su buxarının elastikliyindən böyük 

olduqda hidrat parçalanır. 

 

Təbii qazların hidratlarının  əmələ  gəlməsi qazın tərkibindən, 



onun su buxarı ilə doyma dərəcəsindən, təzyiq və temperaturdan 

asılıdır. Bundan başqa, hidratların yaranmasına qaz axınında suyun  

 

 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə