A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə101/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   97   98   99   100   101   102   103   104   ...   168

 355 

səslənsin. 

Telefon susmuşdu. 

 

1967 




 356 

 

 



GÜRCÜ FAMİLYASI 

 

Bu nə qəribə teleqram idi: "Muradov Oqtaya 29 Bakıdayam 



Reys 203 Qarşıla"  İmzasız! 203-cü reyslə uçan təyyarə 

Moskvadan gəlir. Amma axı kim ola? Moskvadan heç kəs 

gələsi deyil. Heç kimi gözləmirəm. Bu teleqramı kim vurub 

görəsən?.. Ağlıma heç kəs gəlmir. 

Hələ yaxşı ki, teleqramı anam alıb. Bacım alsaydı, gör nə 

mərəkəydi. Düz bir il məni dolayacaqdı. 

Səhər erkən aeroflot avtobusunun yumşaq kürsüsünə 

sərələnib öz-özümə fikir eləyirdim: yaxşı, axı  mən kimi 

qarşılamağa gedirəm? 

Avtobus  şəhərin yuxulu küçələrindən keçirdi. Mən gələcək 

müsafirim haqqında düşünərək pəncərədən yatmış  şəhəri seyr 

edirdim. Yavaş-yavaş yuxudan oyanan şəhərin səhər 

mənzərələri fikirlərimi yayındırırdı  və  mən naməlum 

teleqramın müəllifi haqqında qəti bir qərara gələ bilmirdim. 

Şəhərə sübh obaşdandan baxasan. Ancaq o vaxt şəhərin əsl 

simasını, daş simasını, daş varlığını görə bilərsən. Bu zaman 

şəhər çılpaq, adamsız, hərəkətsizdir, yalxıdır, bəzək-

düzəksizdir, səssiz-səmirsiz, danışıqsız, neon reklamsızdır. 

Vitrinlər də sükuta qərq olub, afişalar da. Daşlar donub, susub, 

uyuyub. 


Tək-tənha bir piyadanın boş, adamsız, meydana damcılayan 

addımları. Asfaltı naxış-naxış  bəzəyən narın yağış — səhər 

yağışı. 

Moskvada və ölkənin başqa  şəhərlərində yaşayan bütün 

dostlarımı, tanışlarımı  xəyalıma gətirirdim — yenə bir şey 

çıxmırdı. Müxtəlif səbəblərə görə — heç biri ola bilməzdi. 

Bəlkə  mənim Bakı tanışlarımdan, dostlarımdan biridir, 

Moskvadan gəlir, yox ki, yox. Heç biri ola bilməz, bircə 

Ceyhundan başqa. 



 357 

Ceyhun kiçik qardaşımdır. Moskvada memarlıq institutunda 

oxuyur. Vaxtilə  mən də oranı bitirmişəm. Bəlkə  gələn 

Ceyhundur. Yox, ola bilməz, əvvəla srağagün onunla telefonla 

danışmışam, ovqatının təlx olmasından bildim ki, pulu yoxdur. 

Onun halını yaxşı başa düşürdüm. Özüm də belə vəziyyətə az 

düşməmişəm. Moskvada, evdən uzaqda pulun qurtara, illah da 

bayramqabağı. Ceyhuna dedim ki, darıxmasın, pul göndərərəm 

ona. Çox da olmasa, hər halda bayram xərcliyi üçün kifayət 

edər. Odur ki, çətin ağlım kəsir, bu söhbətdən sonra Ceyhun 

lapdan dura gələ Bakıya. Bir də axı  gəlsə, daha adını niyə 

gizlədir? 

Ağlıma bir fikir də gəldi. Amma bu fikir — xam xəyal idi. 

Qeyri-mümkün şey idi, baş tutan iş deyildi. Ola bilməzdi. 

Nə isə, gümanlar, fərziyyələr içində vurnuxurdum ki, bir də 

gördüm bizim avtobus aeroportun təzə binasına yan alır. Bir 

memar kimi bu bina məni heç açmır. Mən, necə deyərlər, gənc 

və yenilikçi bir memar kimi var qəlbimlə hiss edirəm ki, 

binanın layihəsini çəkməyi mənə tapşırsaydılar, elə bir şey 

tikərdim ki, hamının ağzı açıq qalardı. Sərnişinlər bu binanı 

görən kimi qəşş edib trapdan yıxılardılar. 

Bir neçə  dəqiqədən sonra açıq eyvanda dayanıb indicə 

enmiş  təyyarəyə sarı baxırdım. Təyyarənin qapısına trap 

çəkmişdilər, trapın başında hələlik tək bircə stüardessa 

durmuşdu. Mavi kostyumlu stüardessa. Sonra qapının 

haşiyəsində kök bir kişi göründü, yaşıl  şlyapası vardı. Onun 

arxasınca cavan əsgər göründü, sonra uşaqlı arvad, başqa bir 

qadın, kişi, qadın... Aman allah! Xam xəyal. Qeyri-mümkün 

olan  şey. "Ola bilməz". Bəli, odur ki, var. Ağlıma gələn və 

ağlımdan qovduğum fikir. Trapla hündür bir qadın enirdi. 

Yaraşıqlı və əzəmətli. Cavan və gözəl. Saçının qəribə burumu, 

paltarının qeyri-adiliyi dərhal onu başqalarından ayırırdı. Mən 

onu bir an içində — günəşlik, qara eynəklərini geyənə  qədər 

tanıdım. Bəlkə bu geyimdə, bu qiyafədə üstəlik qara eynəyi də 

gözündə olsaydı, heç tanımayaydım da. Amma tanıdım —



 358 

gözlərindən tanıdım. 

Hər ehtimala qarşı bütün sərnişinlərə göz gəzdirirdim, amma 

artıq yüz faiz əmin idim ki, teleqram ondandır və indi ora-bura 

döyükərək məni axtarır. 

—Salam, —dedim. 

—Oqtay, ay allah, mən də dedim, bəlkə teleqramımı 

almamısan. 

—Şeylərin hardadır? 

—Heç nəyim yoxdur, əzizim, tez məni bir yerdə gizlət. Tez 

taksi tapa bilərik? 

—Bu saat taparıq. Gedək. Xanım xarici kəşfiyyatdan 

gizlənir? 

—Taksidə hamısını danışaram. Heç inana bilmirəm ki, 

Bakıdayam. Əzizim, amma sən heç dəyişməmisən. 

Taksinin arxa yerində oturmuşduq, o, geri qaçan aeroport 

binasına, yola, hündür çıraqlara hərisliklə baxırdı. 

–Əcəb qiyamət aeroportdur. Lap Beyrutdakı aeroporta 

oxşayır. Çoxdan tikiblər bunu? 

—Üç il olar, — dedim. — Bəlkə bir deyəsən görüm axı...  

—Bu saat, bu saat, hirslənmə. Bilirsən səni görməyimə necə 

şadam. Elə səni görməkçün gəlmişəm də...  

"Belə olsaydı  nə vardı ki —deyə düşündüm, —bu cür 

xoşbəxtliyə inanmaq olar? Özü də belə asan?" 

—Çox gözəl, — dedim. — Yaxşı, bəs niyə belə gizlin, sirli? 

—Əcəb işdir, — deyə, təəccübləndi və  pıçıltıya keçdi. —

Mən ərli arvadam, ilk eşqimin vüsalına gəlmişəm, deyirsən bəs 

heç bir sirr-zad olmasın? 

Əsmər mənim uşaqlıq dostum idi. On il bir sinifdə 

oxumuşduq. Mənim qabağımdakı partada oturardı. 

Vüsal, ilk eşq, filan... yalandır. Heç vaxt mən onun ilk eşqi 

olmamışam. O da mənim. Düzdü, bir az xoşuma gəlirdi. Necə 

deyərlər, bir az kəsirdim ondan. Amma ilk məhəbbət-filan... 

Heç yadıma gəlmir, mənim ilk məhəbbətim olub, yoxsa yox... 

—Necə başa salım? Bu yaxında Bolqarıstandan qayıtmışıq. 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə