362
—Ah, nə qədər həssassınız. Qəlbiniz nə qədər incədir. Bir
şey dedim? Daha nə deyəcəksən? Dur bir söy də məni. Bir
buna bax, sən allah. Mən atıla-atıla ordan durub gəlmişəm
bura, elə bilirsən asan məsələ idi mənimçün? Gəlmişəm ki, o
uzaq axşamı qaytarım, o axşam ömrümun ən xoş günlərindən
biri idi. Bu cənab isə özünü çəkib oturub, qoyub özünü dağ
başına, heç bu gün ad günü də deyil.
Mən güldüm.
—Əzizim, — dedim, — inan ki, sənin gəlməyinə
dünyalarca sevinirəm. Bu mənimçün bayramdır, ən gözəl
hədiyyədir. Səmimi deyirəm. Amma mən yazıq, mən biçarə
neyləyim ki, dünyaya bu gün yox, sabah gəlmişəm. Əşi, bunun
nə əhəmiyyəti var? Əsas odur ki, sən gəlmisən. Bir şey
danışmırsan axı, elə sirli görkəmin var ki, mən də qorxuram bir
şey soruşum.
—Yaxşı, qulaq as — Bu, yeni bir maska idi. Qayğısızlıq,
şən, oğlanvari şıltaqlıq maskası. — Moskvadakı, bolqar
attaşesinin arvadı çoxdandır mənə təklif edirdi ki, Zaqorska
gedək. Mən də razılıq verdim, sonra bir rəfiqəmi ona qoşdum,
özüm də gəldim bura.
—Allah, sən saxla, bircə diplomatik əngəllər çatmırdı.
—Heç bir əngəl–flan yoxdur. Biz Camalla çoxdan Bakıya
gəlməyə hazırlaşırıq. Bilirsən neçə ildir burdan çıxanıq. Bura
gələndə də gərək azı bir ay qohumlara-tanışlara qonaq gedək.
Bir də axı neçə il xaricdə yaşayandan sonra gəlirik, adı
böyükdür. Dünyanın yarısını gəzmişik. Hədiyyə-flan, özün
bilirsən də... Mən daha bu illər ərzində hamıyçün hədiyyə alıb
hazırlamışam, amma heç macal eləyib gələ bilmirik. Yəqin bu
il də gələ bilməyəcəyik. Bir aya yenə gedirik xaricə. Amma
mənim... — birdən o lap uşaq kimi dodaqlarını büzdü, — İçəri
şəhər yaman düşmüşdü könlümə.
Onlar İçəri şəhərdə yaşayırdılar. Tez-tez gedərdim evlərinə.
Köhnə pilləkənin altında iki göz kiçik otaq. Otaqların birinin
pəncərəsi balaca, çirkli həyətə açılırdı. İkinci otağın yerli-dibli
363
pəncərəsi yox idi. Bu otaq indiki kimi yadımdadır. Balaca,
lampanın zəif işığında ədəbiyyatdan ifadə yazıya hazırlaşardıq,
qış aylarında Əsmərin anası kerosinkanı gətirərdi otağa — bir
az qızınmaq üçün. Anası deyərdi ki, evdə kişi olsaydı, bu
otağın divarını deşib küçəyə pəncərə açmaq olardı. Belə
pəncərədən dəniz görünərdi.
Müharibə çağının başqa uşaqları kimi, Əsmərin də uşaqlığı
çətin olub.
—Bəs niyə deməmisən Camala?
—Qəribə sual verirsən. Camalı tanımırsan? Yadından çıxıb?
O heç dəyişməyib.
Yox, mənim yadımdan çıxmamışdı. Əsmər məktəbi bitirən
kimi Camalla nişanlandı. Camal Əsmərə köhnə sinif
yoldaşlarıyla görüşməyi qadağan etmişdi.
Hətta sinifdə oxuyan vaxtda da mən hərdən Camalın acıqlı
baxışlarını tuturdum. Əsmər yoldaşlarıyla çox deyib güləndə.
Bizim yaşımız — bizim ümumi vətənimiz idi və bu vətəndə
Camal qərib idi. O bunu duyurdu. Ancaq mən bunu sonralar
başa düşdüm.
Əsmər Xarici dillər institutuna daxil oldu. Camal orda dərs
deyirdi, bir ildən sonra evləndilər, Camal ailəsindən ayrı, tək
yaşayırdı, Əsmər də onun evinə köçdü. Bir gün Əsmər bizə
zəng elədi və hamımızı qonaq çağırdı. — TAncaq düz 12-də
ha"
Biz hamımız gəldik — oğlanlar, qızlar, bir yerdə böyümüş,
bir-biriylə qapaz-qapaz oynayan uşaqlar. İndi də gözümün
qabağındadır, ö gün.
Başqa bir aləmə düşmüşdük. Tərtəmiz, hədsiz səliqəylə,
hədsiz zövqlə bəzədilmiş bu mənzil tamam başqa bir dünya idi.
Bu aləmin hər detalı, hər əşyası qeydi-adi idi və Əsmər də bu
aləmin bir əşyası idi. Amma nigaran, öz yerini tapa bilməmiş,
narahatlıqla bu yeri axtaran əşyası, sanki o yeri tapıb, əbədi o
yerdə sabitləşmak, hərəkətsizləşmək, donub qalmaq istəyən bir
əşyası.
364
Əsmər Camalın adını belə çəkmədən: "Leksiyadadır, —
dedi, — ikiyə qədər leksiyada olacaq. İki saat vaxtımız var",
Bu sözlərdən hamı özunü daha da pərt, narahat hiss etdi. Ən
çox da Əsmər özü.
Əsmər qızlara mənzili göstərirdi. Biz oğlanlar isə otaqda
qalmışdıq, eşidirdik ki, hardasa siyirtmələr çəkilir, cürbəcür
mexanizmlər və cihazlar quruldayır, hardasa su axıdılır. Biz
özümüz də ağzımızı açıb servantın içinə tamaşa edirdik.
Servantın içi növbənöv ekzotik içkilərlə və çeşid-çeşid xarici
markalı siqaretlərlə dolu idi.
Sonra Əsmər hamımızı masanın arxasında oturtdu. Özü
mətbəxə keçib, bir boşqab gətirdi. Boşqabda isə... İndi də bunu
xatırlayanda boğazım qəhərlənir — boşqabda yeddi dənə ucuz
kağıza bükülmüş dondurma var idi — hərəmizə biri. Əsmər
düşüb, onları bizimçün almış və buz dolabının bir güncündə
gizlətmişdi. O bizi bircə buna qonaq edə bilərdi.
O an ömrümdə ilk dəfə mənə elə gəldi ki, Əsməri sevirəm
və birdən istədim onu götürüb burdan qaçam, heç bilmirəm
hara, bəlkə yenə İçəri şəhərə.
Bundan sonra onu görmədim, bəlkə də təsadüfən bir–iki
dəfə küçədə rastlaşmışdıq, bilmirəm, hər halda yadımda
qalmayıb. Bir qədər sonra onlar Bakıdan köçüb getdilər.
—Bax deyəsən şəhərə çatmışıq. Evləri görürsən, bu lap təzə
rayondur.
—Biz hara gedəcəyik?
—Bizə, əlbəttə, bizə.
—Yox, yox, nə danışırsan? Evdə anan, qardaşın.
—Bacım, —dedim, — qardaşım Moskvadadır. Oxuyur.
—Harda?
—Memarlıq institutunda.
—Sənin kimi, hə? Yaxşı, de görüm işindən razısan?
—Necə deyim, ümumiyyətlə razıyam. Bilirsən illər
keçdikcə adamın ağlı gəlir başına. Daha özünü bəşəriyyətin
dahisi hesab eləmirsən, Dərk eləyəndə ki, sən də başqaları
Dostları ilə paylaş: |