A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə102/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   98   99   100   101   102   103   104   105   ...   168

 359 

Camalı Yaxın Şərq ölkələrindən birinə göndərirlər. 

Camal onun əridir. Böyük diplomatdır. Doğrudan, məcazi 

yox, hərfi mənada. Yalançılar sözü, Avropanın bütün 

ölkələrində işləyib. Az qala səfirdi, attaşedi nədi. Yox, əlbəttə, 

səfir yox, amma axır vaxtlar deyəsən, doğrudan da attaşe 

işləyirdi. 

Adamlarda qəribə bir xasiyyət var — bir-biriylə əlaqələrini 

dramatik  şablon üzrə qururlar. Məsələn,  əvvəl mən filankəs 

haqqında çox yaxşı fikirdə idim, sonra onu tanıdım, gördüm nə 

yuvanın quşudur. Və yaxud: əvvəl o məni açmadı, amma sonra 

gördüm ki, qızıl kimi adamdır. 

Bu  şablonun, bu sxemin səbəbi, məncə, ondadır ki, hər 

adam sövqi-təbii bir dramaturqdur. Hər adamda dramatik 

inkişaf ehtiyacı, xarakteri açmaq, süjet hərəkəti yaratmaq, nə 

bilim daha nə ehtiyacı var. O ki, qaldı Camalla mənim 

münasibətlərimə — burda heç bir dramatik inkişaf, dəyişmə, 

xarakterin açılması  və bu kimi şeylər yox idi. Əvvəlcədən 

Camal məni açmadı. Ondan sonra da heç vaxt fikrimi 

dəyişmədim. Xoşuma gəlmədi, vəssalam, bir dəfə  gəlmədi və 

həmişə, daima gəlmirdi... Yəni sözün düzü, axır vaxtlar son 

yeddi-səkkiz ildə heç onunla görüşməmişdik də. Bir dəfə ötəri, 

Moskvada ona rast gəldim. Dedi ki, Əsmər doğum evindədir. 

Vəliəhd gözləyirik. Yadımdadır, elə beləcə dedi: vəliəhd 

gözləyirik. 

Sonralar Bakıda bildim ki, qızları olub. 

Əsmər Bakı torpağına düşəndə üzündə  həyəcan, bir qədər 

süni, bir qədər qeyri-təbii çılğınlıq vardı, amma indi yavaş-

yavaş bu həyəçan, bu çılğınlıq qrim təkin onun üzündan 

yuyulub-silinir, yerinə azacıq  əsəbi nigaranlıq ifadəsi gəlirdi. 

Amma, kim bilir, bəlkə bu da onun maskalarından biri idi. 

Sənin neçə maskan var, — deyə vaxtilə  mən ondan xəbər 

alardım. O vaxtlar, mənim belə suallar vermək yaşım çatmışdı, 

amma bu suallara özümün cavab tapmaq vaxtı hələ qarşıda idi. 

—Bura bax, — deyə o, həvəslə sükutu pozdu, amma bu 



 360 

həvəs özü bir qədər saxta idi, — bilirsən, hamıdan qaçmışam. 

Ərimdən, qızımdan, dostlarımdan, hətta dərzimdən — bu gün 

gərək onun yanına gedəydim. Düzdü, tamam, qaçmamışam, 

bircə günlüyə. Gecə uçuram geri. Gəldim sənin ad gününü 

təbrik edəm, amma görürəm sən çox da elə sevinmirsən. 

—Boşla görək, həddindən artıq  şadam ki, gəlmisən. 

Fədakarlığını da lazımınca qiymətləndirirəm, həm də ki, 

hadisələri qabaqlayırsan. Mənim bu fani dünyaya qədəm 

basdığım gün bu gün deyil, sabahdır. 

—Necə yəni sabah? Bu gün 29-u deyil? 

—Elədir. Amma mən 30-da anadan olmuşam. 1 May 

bayramına hədiyyə kimi. 

—Yox, — bu sözü elə qəti dedi ki, az qala məni də şübhəyə 

saldı, mənim lap yaxşı yadımdadır ki, sizə ayın 29–da 

gəlmişdim. 

"İlahi, gör nəyi yadında saxlayıb? — deyə düşündüm və hiss 

etdim ki, qəhərlənirəm. Qəhərlənirdim ki, bu qadın, indi mənə 

tamamilə yad olan bu qadın, Diorun geyimlərilə  bəzənmiş bu 

qranddama mənim baş tutmamış ilk sevdam —uzaq və 

unudulmuş  uşaqlıq rəfiqəm o axşamı, 29 aprel axşamını, 

illərin, ölkələrin, yad üzlərin, yad sözlərin içindən keçirib 

saxlamışdır. Lap mənim özüm təki. Axı  mən də o axşamı 

dolaşıq ömrümün illəri, günləri içində itirib atmamışdım.  İndi 

də o axşam — rəngləri, səsləri, qoxularıyla birlikdə içimdədir. 

O il biz məktəbi bitirirdik, anam icazə verdi ki, bütün sinfimizi 

qonaq çağırım. Ad günümü də 30-dan 29-a, şənbə gününə 

keçirtdik.  İndi neçə illərdən sonra o axşam burada taksidə 

bizim aramızda — Əsmərlə  mənim aramda idi. O axşam 

Əsmərin mənə  gətirdiyi nərgizlər, bir də onun qısa vurulmuş 

saçları. Məhz o axşam Əsmər uşaqlıq illərinin uzun hörüklərini 

kəsdirmişdi. 

Yadımdadır, bizim riyaziyyat müəllimimiz Babayev 

lövhənin qabağında bizə teoremi izah edərkən qəfilcən susardı, 

fikrə gedərdi, sonra əzbərdən Ömər Xəyyamın, ya Füzulinin bir 



 361 

beytini deyərdi. O, Şərq poeziyasının bilicisi, aşiqi idi. Əsmərin 

uzun hörüklərinə o, — Şəbi Yelda deyərdi Sonra da bizə başa 

salardı ki, Şəbi Yelda ilin ən uzun gecəsi — 22 dekabr 

kecəsidir.  Əsmərin saçlarını  qısa kəsilmiş görəndə kişinin az 

qaldı dili tutulsun. Düz bir həftə  dərsdə ancaq riyaziyyatla 

məşğul olduq. Babayev indi ancaq teoremlər isbat edir, həll 

etdiyimiz məsələləri yoxlayır, tapşırıqlar verirdi. Bir həftə 

sonra lövhə qarşısında yenə bir teoremi izah edərkən. O, birdən 

dayandı, bizə  tərəf çevrildi və  Əsmərə baxdı: —İndi sənin 

saçların 22 iyun gecəsidir, — dedi. 

Bu obrazın  Şərq poeziyasına heç bir dəxli yox idi. Onu 

bizim riyaziyyat müəllimimiz icad etmişdi. 

Əntiqə kişi idi Babayev. Kök, yekəpər, ürəyiaçıq, gah hirsli, 

üzünü görmə, gah xoş, mehriban, gah acıqlı, gah şən. Həmişə 

də  səsli-küylü. Amma öləndə sakit öldü. Sakit və  səs-küysüz. 

Səssiz-səmirsiz dayanan saat kimi. Çoxumuz onun ölümünü 

neçə ay keçəndən sonra bildik. Belə uzun müddətdən sonra 

başsağlığına getmək gülünc çıxardı. Getmədim. 

—Sən bildin ki, Babayev ölüb?! 

O, qəmlənmədi, elə belə  — üzünə kədər maskası taxdı. 

—Hə, yazıq. Camal dedi mənə. 

Camal da bizim müəllimimiz idi. O bizim məktəbə gələndə 

biz doqquzuncu sinifdə idik. Camal bizdən vur-tut yeddi-səkkiz 

yaş böyük idi. Bizə ingilis dili dərsi deyirdi. 

—Yaxşı, bir danış görüm nə var, nə yox. Necə keçir ömrün? 

—Belə də, — deyə həvəssiz cavab verdim və hiss etdim ki, 

cavabımın soyuqluğu ona toxundu, odur ki, dərhal soruşdum: 

—Sən danış. Sən necə yaşayırsan? 

—Əla — dedi. — Əladan da əla.  Əsas etibarilə xaricdə 

ömür keçiririk. Amma Moskvada da həyatımız əla keçir. Yeni 

evdə üç otaqlı  mənzil. Telefonu, altında qarajı, vannada qara 

kafel, döşəməsi plastik... 

—Sənə  nə olub? Niyə özündən çıxmısan. Məgər mən sənə 

bir şey dedim? 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə