385
–Bu gecə, bu qoca, bu ocaq, — dedi.
Rejissorun yenə də halı dəyişmədi. Feyzulla sözlərini
üçüncü dəfə təkrar etdi.
Rejissor ilan çalmış kimi yerindən sıçradı:
–Ay kişi, ay yoldaş, vətəndaş, müsəlman, erməni, moltanı,
adam oğlusan axı. Ay... — deyə birdən-birə ovcuyla ağzını
bərk-bərk yumub zarıdı.
Aktyorlar onun bu hərəkətinə bələd idilər, bilirdilər ki,
ovcuyla ağzını yumanda dişinin dibindən çıxan söyüşləri
saxlayır, saxladığıyçün, də zarıyır.
–Siyavuş, sakit, ol, —deyə rəssam əlini rejissorun çiyninə
qoydu, —bir toxta görək.
Rejissor "Badamlı"nı stəkana tökmədən birbaşa şüşədən
başına çəkdi. Bir qədar sakitləşib rəssama tərəf döndü:
–Görürsən də, görürsən də mənim günümü. Sən də deyirsən
ki, bəs Brext belə gəldi, Meyerxold belə getdi. Adə, bu
məxluqnan Brext olar, bu məxluqnan Meyerxold olar? Üç
kəlmə sözü səhərdən adam kimi buna dedizdirə bilmirəm. Mən
köpək oğlu Feyzulla Kəbirlinskiynən böyük sənət yaradacam?
— Əsəbi titrək barmaqlarıyla papirosu götürüb yandırdı,
sümürüb tüstünü ciyərlərinə çəkdi. — Balam, səndən yaxşı
pinəçi olar, çayçı, aşpaz, mən nə bilim camadar, məsciddə
mürdəşir olar, amma daha aktyor yox, atam, aktyor yox.
Aktyorluq sənətdir ey, ay müsəlmanlar, açın qulağınızı eşidin,
iskusstvo. Yaradıcılıq. Tvorçestvo. Burda istedad lazımdır.
Temperament, hərarət lazımdır. Bəli, hərarət. 36,6 hərarətiylə
sənət yaratmaq olmaz. Gərək qaynayasan, yanasan ki,
yaradasan. Yoxsa səsinin zor yerinə salmaqnan iş keçməz,
atam balası, çığır-bağırnan obraz yaratmaq olmaz. Səsin
gurdur, çox əcəb, get məscidə, ol əzançı.
Feyzulla səhnədə lal-dinməz dayanmışdı. Pörtüb qıpqırmızı
qızarmışdı. Bolluca tər tökürdü. Qırx ildi səhnədəydi və qırx
ildə cürbəcür rejissorlardan, aktyorlardan bu cür sözləri,
töhmətləri az eşitməmişdi. Amma indi ona yer eləyən
386
Siyavuşun son sözləri — məscid, əzan, mürdəşir söhbəti oldu.
Teatrda hamı — Siyavuş özü də, Əlikram da bilirdilər ki,
Feyzulla ruhani ailəsindəndir, atası müfti olub. Bunu bəlkə
bircə cavan rəssam bilmirdi — teatra təzə gəlmişdi.
Rəssam pıçıldadı:
–Ay Siyavuş, sakit ol bir az, — dedi. — Axı bədbəxt
neyləsin, bacardığı budur da.
–Bəs mən köpək oğlu neyləyim? — deyə Siyavuş partladı,
— mənim təqsirim nədir ki, cavan ömrümü belə insanların
içində çürütməliyəm. İki eşşəyin arpasını bölə bilmir, gəlib
çıxıb səhnəyə.
Rəssam ərklə:
—Ayıbdır, Siyavuş, —dedi, — atan yerindədir.
—Mənim atam qələt eləyər. Mənim atam çoxdan o dünyaya,
mələklərə salam aparıb. Amma beləsi bilibitdən kimidir. Səni
də, məni də basdıracaq, arxayın ol. Yüz il yaşayacaq. Niyə də
yaşamasın? Nə dərdi, nə qəmi var? Qışqırırsan üstünə quzu
kimi boynunu bükür, lal-dinməz dayanır. Ürəyində də yəqin
hələ mənə gülür ki, gör zalım oğlu nə özünü cırır. Bax, heç
tükü də tərpənmir. Doğrudan da nə iskusstvo, nə teatr? Qırx
ildi gəlir, üç kəlmə sözünü deyir, maaşını alır, çıxır gedir
bozbaşını yeməyə. Qırx il də bundan sonra belə ömür sürəcək.
Bizik axmaq, dəridən çıxırıq, sənət, yenilik, inkişaf… Kimə
lazımdır bunlar hamısı, ay Zeynal, dünya Feyzulla dünyasıdır.
Rejissor ürəyini boşaldıb bir az sakitləşdi, yenidən papiros
yandırdı, dərin bir qullab aldı, səhnəyə baxdı. Səhnədə
Feyzulla mütilik heykəli kimi quruyub qalmışdı. Elə yazıq-
yazıq rejissora sarı baxırdı ki, Siyavuş özünü saxlaya bilməyib
güldü. Əvvəl dodağı qaçdı, gülümsündü, sonra bərkdən
şaqqanaq çəkib güldü.
—Mən ölüm Kəbirlinski, — dedi. — Elə belə məzəyçün o
replikanı bir də de.
Dəlisov xasiyyətli Siyavuşun gülüşünə cavab olaraq
Feyzulla da mağmın-mağmın gülümsədi, hətta güldü də, amma
387
sonra nə edəcəyini bilmirdi. Bilmirdi rejissorun təklifi ciddidir,
ya zarafat, məşqi davam etdirir, ya elə belə dilxoşluq edir.
Bilmədi ki, necə desin, birinci dəfə dediyi kimi (onda rejissor
bəyənməmişdi, ayrı cürə göstərmişdi). Ya rejissor əvvəl
göstərdiyi kimi, ya sonra göstərdiyi kimi, ya da tamam başqa
bir tərzdə. Ya da bəlkə zarafatla desin. "Yox, zarafatı qoy özü
eləsin, mən eləsəm, sonra xatası çıxar, bilmək olmaz düşər-
düşməzi var".
Var qüvvəsini, hafizəsini, təcrübəsini səfərbər edib gərgin
bir səslə:
–Bu gecə! Bu qoca! Bu ocaq! —dedi. Rejissorun
şaqqıltısından diksindi:
–Afərin Kəbirlinski, oğulsan oğul. Kişinin sözü bir olar, üç
saat məşqimiz — bir fındıq.
Sonra Siyavuş qəfilcə gülüşünü kəsib ciddiləşdi və birdən–
birə hamı rejissorun necə yorğun olduğunu aydın gördü. Sanki
bütün bayaqkı ehtiraslı danışıqları, odlu şikayətləri, acı sözləri,
bir qədər süni hərəkətləri — bütün bunlar hamısı bədən paltarı
tarım saxlayan kimi onu gərgin və kip saxlayırdı. İndi birdən
bütün varlığı çıxarılıb bir qırağa atılmış paltar kimi əzik,
bürüşük, aciz və yorğun göründü. Ağır-ağır:
–Yaxşı, gedin, — dedi. — Məşq qurtardı.
Feyzulla teatrdan Əlikramla birlikdə çıxdı.
Əlikram:
–Gördün hərif na özündən çıxmışdı? — dedi. —Deynən
səndən qabaq rejissor–zad görməmişik. Deynən başımızın tükü
sanı sənin kimi rejissor görüb ötürmüşük.
Feyzulla:
–Ay Əlikram, sənin başında tük var ki, o misalı çəkirsən? —
deyə zarafat elədi, amma zarafatına nə özü güldü, nə də
Əlikram. Bir müddət səssiz addımladılar.
Əlikram:
–Bəs bazara getmirsən? — dedi.
Feyzulla:
Dostları ilə paylaş: |