392
bilmirəm, vallah necə deyim.
Feyzullanın ürəyi düşdü. "Yox, bu gün bilmirəm nədir,
mənimki gətirmir. Gətirməyəndə gətirmir də. Görəsən yenə nə
olub, səsim kimin xoşuna gəlməyib".
—Nədi, qızım, de görüm, utanma.
–Bilirsiz Feyzulla dayı, bu verilişimizi kənar müəllif yazıb,
nabələddi, tülkü rolunu götürüb qadına verib, heç bir şeyi də
dəyişmək olmaz, çünki əhvalatı elə bunun üstündə qurub.
Feyzullanın bir an boğazı qurudu. Sonra özünü ələ alıb:
–Bəs necə olsun, —dedi, — deməli bundan sonra tülkü
qadın olacaq?
–Yox, yox, yox, — deyə Səfurə tələsik danışmağa başladı
—heç elə şey olar, biz ölməmişik ki, heç qoyarıq? Bircə bu
səfər, bircə dəfə gələn səfərdən yenə gəlib öz rolunuzu
oxuyacaqsınız.
Məcid:
—Bu səfər tülkü arvad çıxıb, —dedi. —Gələn səfər yenə
döndərib eləyəcəklər kişi.
Səfurə ona baxıb məzəmmətlə başını buladı. Feyzulla:
–Neynək, —deyə stula çökdü. —Qoy oturub nəfəsimi
dərim. Bu sizin dik lap adamın kələyini kəsir.
Məcid:
–Tülkü, tülkü, tənbəki, quyruq üstə nəlbəki, —dedi.
Səfurə yerinə qayıtdı. Elə bil ağır yükü çiynindən atmışdı.
Feyzulla stulda oturub töyşüyə–töyşüyə nəfəs alırdı. Dəsmalını
çıxarıb, alnında, bığ yerində puçurlanmış təri sildi.
Dəhlizdə hay-küy qopdu. Gur bir səs eşidilirdi:
–Salam, mirzə, salam, necəsən krasavitsa, xoş gördük,
göyçək oğlan, özün necəsən e, canından, başından muğayat ol.
Səfurənin gözləri parladı. Sevinclə:
–Gəldi, çıxdı, —dedi.
Qapı taybatay açıldı. Hündür gənc bir oğlan içəri daxil oldu.
Cavadın saçları, çatma qaşları və nazik bığları zil qara, gözləri
isə ala idi. Bu təzad onun yaraşıqlı sifətində qəribə bir ifadə
393
yaradırdı —yarıtəkəbbürlü, yarısadəlövh, bir qədər çoxbilmiş,
bir qədər məsum. Şıx geyinmişdi, qızartdaq məxmər
pencəyinin altından qar kimi ağ ipək köynək, köynəyin
yaxasında qırmızı zolaqlı qalstuk görünürdü. Saçlarını
həmişəki kimi yağlayıb səliqəylə dala daramışdı. Barmağında
iri qaşlı üzük parlayırdı. Cavad:
–Bütün əhli–məclisə atəşin salamlar, —dedi. —Səfurə
xanıma xüsusi Privet, Kəbirlinski, Məcid, eşq olsun.
Məcid irişib:
–Privet, Məstan pişik, — dedi.
Səfurə:
–Gəl çıx da, — dedi. — Gözləməkdən gözümüzün kökü
saraldı ki...
Cavad:
—Canınçun, maşını gücnən qovmuşam, — dedi. — Sizdən
artıq olmasın, yaxşı bir məclisdəydim. Yarımçıq qoydum,
durdum. Yalvardılar ki, getmə, dedim xeyr, siznən oturan
Cavad Cabbarov idi, hər həftənin bu günü bu saatı mən dönüb
oluram Məstan pişik, ministr də gəlsə məni burda
saxlayammaz. Qapını bağlasaz, pəncərədən atılıb qaçaram.
Gərək cumam radioya.
Hamı gülüşdü. Məcid:
–Məstan pişik, —dedi, —çoxdan görünmürsən, otağımızda
siçan əmələ gəlib.
Cavad ciddi bir təəccüblə:
–Bıy ay Məcid, bəs nə əcəb tutub yeməmisən? — dedi, hamı
yenidən gülüşdü.
Cavad gülüşlərinə ara verib:
–Yaxşı, Səfurəcan, — dedi, — yarımca saat vaxtım var,
balamın ölmüşünə kinostudiyada dublyajım vardı, sənin
xətrinçün keçirtdim sabaha.
Kəbirlinski:
–Düz deyir, Səfurə xanım, —deyə sözə qarışdı. — Mən
allah şahidi.
394
Cavad:
–Görürsən ki, — dedi, — deyir yalançının şahidi yanında
olar. Yaxşı, tez yazaq, gərək qaçam məktəbə, məni görüşə
çağırıblar.
Səfurə:
–Bu saat yazacağıq. — dedi. — On dəqiqədən sonra studiya
bizimdir. Hələlik al mətnlə tanış ol.
Cavad mətni götürub gözucu baxdı, səhifələrə ötəri nəzər
salıb bir–bir çevirirdi.
Səfurə yavaş səslə:
–Bura bax, Cavad, camaat cürbəcür sözlər danışır, —dedi.
Cavad:
–Nə sözlər? —deyə soruşdu.
–Nə bilim, sən bilərsən. Deyir guya Zərifəylə...
–Allahu–əkbər, —deyə Cavad kağızları bir qırağa qoydu, —
belə müsibət olar, evində yatıb durasan, camaat səninçün söz
çıxarda. Canımçün elə şey yoxdur. Gicəm arvadımı, uşağımı
atam. Canınçün Səfurə, — o da səsini lap yavaşıtdı, —axşam
oturmuşam evdə, televizora baxıram, zəng olur. Arvad gedir
telefona, bir də görürəm dili–dodağı əsir. Deyirəm, ay qız, nə
olub? Deyir bəs, al, qulaq as. Bəli, alıram, zənən xeylağıdır.
Zəng eləyib arvadıma yanıq verir ki, bax bu saat ərin mənim
yanımda kefdədir, səni də maymaq kimi qoyub evdə. Deyirəm
gördün, indi özün görürsən ki, necə ağ yalan olur. Durduğu
yerdə adama necə söz çıxarırlar. Görürsən ki, burda,
oturmuşam, nə deyir? Bax, bütün şayiələri də bu cür
uydururlar. Kimə deyirsən? Sıxır gözünün qorasını ki, bir şey
olmasa deməzlər. Deyir, kaş sən çaş, çopur olaydın, mənim də
canım rahat olaydı. Neynirəm belə göyçək əri ki, ömrüm
çəhənnəmə dönsün. Eh, nə isə... —o, mətni götürdü. —Yaxşı,
gəl yazaq da, baxdım mətnə. Elə çevir tatı, vur tatıdır.
Səfurə:
–Gedək, —dedi.
Dəhlizdən keçərkən Cavad:
395
–Bəs Kəbirlinski nə oldu? — deyə soruşdu.
Səfurə əhvalatı ona danışdı.
Cavad ayaq saxladı.
–Yox, yaxşı deyil, Səfurəcan, —dedi, — allah onsuz da onu
döyüb, siz də belə eləyirsiz. Sinli kişidi, o boyda yolu durub
gəlib bura.
–Yaxşı, mən neyləyim, yoxdur da bu səfər rolu.
Onlar bir neçə addım da atdılar. Sonra Cavad yenə dayandı,
geri döndü:
–Kəbirlinski, ay Kəbirlinski, — deyə çağırdı.
Kəbirlinski otaqdan çıxdı.
–Gəl bəri.
Kəbirlinski onlara tərəf tələsdi. Səfurə narahatlıqla:
–Ay Cavad, — dedi, — axı sənə söz dedim, yoxdur e rolu.
Cavad əlindəki mətn kağızlarını divara söykəyib cibindən
qələm çıxartdı:
–Gəl bura, Kəbirlinski, —dedi, — bu saat səninçün bir şey
düzəldərəm. Tülkü olmasın, çaqqal olsun, nə eybi var, hə? Təki
on bir manat gəlsin, ay zalım. Stavkan neçədir?
Kəbirlineki:
–Yeddi manat, —dedi
–Yeddi? Zərər yoxdur. Yeddi manat da puldur. Çaqqalnan
necəsən?
–Çaqqal?
–Həmişə tülkü olmusan, bir gün də çaqqal olarsan, —deyə
Cavad şaqqıldadı —Ay lotu, vur bura.
Kəbirlinski də gülümsündü.
–Yox, axı, —deyə nə isə kəkələdi...
–Sən heç ürəyivi sıxma, —deyə Cavad əlindəki mətnə
əlavələr edirdi. —Bax burda qoy tülkü desin: çaqqal sən də
burdasanmış. Aha, çaqqal da deyir: hə, hə, tülkü lələ, mən də
burdayam, hə, hə. —O, sanki çaqqalı yamsılayırmış kimi
əcayib bir səs çıxartdı.
Səfurə:
Dostları ilə paylaş: |