A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə111/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   107   108   109   110   111   112   113   114   ...   168

 388 

–Yox, — dedi. 

—Niyə? 

–İşim var. 



—Nə işin? 

"Allahu-əkbər, işə düşmədik?" — deyə Feyzulla fikirləşdi. 

Əlikrama demək istəmirdi ki, kinostudiyaya gedirəm, 

dublyajım var, bilirdi ki, bunu bilən kimi Əlikramın ürəyinin 

qurdları baş qaldıracaq. Amma ayrı bəhanə tapıb yalan deyə də 

bilmirdi. Yalan demək, bəhanə uydurmaqda həmişə  çətinlik 

çəkirdi, — fantaziyası çatmırdı. Köhnə aktyorlar Feyzullanın 

bu cəhətini bilir və  dərhal uşaq kimi onun yalanının üstünü 

açırdılar. İndi də: 

–Elə belə, — deyə mızıldandı. Əlikram əl çəkmədi. 

–Yenə olsun, — deyə qırsaqqız olub yapışdı. 

–Kinostudiyaya gedirəm. Dublyajım var, — Feyzulla birdən 

düzünü dedi. 

—Ay kişi, bu qədər pulu hara yığırsan? Buna sandıq–zad 

tab gətirməz. 

–Bəxtəvərlikdən dəm vurursan, Əlikram. Yaxşı, sağ ol. 

Mənim avtobusum gəldi. 

Avtobusun dal qapısı düz onların qarşısında dayandı. Amma 

açılmadı. Hələ qabaq qapıdan adamlar bilet alıb düşürdülər. 

Avtobus konduktorsuz işləyirdi. Sərnişinlər düşüb qurtardı, dal 

qapı açıldı  və Feyzulla özünü birtəhər tünlük avtobusun içinə 

saldı. 


Əlikram: 

–Mən ac qalaram, amma dublyaja getmərəm. Əsil aktyorçun 

dublyaj xalturadır, — dedi, amma Feyzulla bu sözləri eşitmədi. 

Yəni elə  Əlikram da bu sözləri daha çox özüyçün deyirdi, 

çoxdandı onu dublyaja çağırmırdılar. 

Feyzullanın ayaqları sızıldayırdı, səhərdən məşqdə ayaq üstə 

idi, həm də anadangəlmə yastıayaq idi, amma avtobusda 

oturmağa yer yox idi. Meşin, nikelli dəmir, tər iyinə qeyri-

müəyyən bir iy də — məhz şəhər nəqliyyatına məxsus olan bir 



 389 

iy də qatışırdı. Nədənsə bu iy Feyzullanın yadına müharibə 

illərini saldı. Yastıayaq olduğu səbəbdən Feyzullanı davaya 

aparmamışdılar. Teatrın işçilərinin bir çoxu, o cümlədən 

Feyzulla ixtisara düşmüşdü. Hə, hə, indi bildi ki, neçin bu iy 

ona müharibə illərini xatırlatdı, dava vaxtı düz üç il Feyzulla 

tramvayda konduktor işlədi. Dava qurtarandan sonra yenə 

teatra qayıtdı.  

Avtobus studiyaya tərəf yaxınlaşdıqca adam seyrəldi, 

Feyzulla oturdu. İki dayanacaq arasındakı yolu oturaq gəldi. 

Kinostudiyada liftə keçib dördüncü mərtəbənin duyməsini 

basdı. Lift üçüncü mərtəbədən keçəndə bugünkü dublyajın 

rejissoru Ağa Mehdi pilləkəndən Feyzullanı görüb: 

–Kəbirlinski, Kəbirlinski, — deyə çığırdı. 

Kəbirlinski dördüncü mərtəbədə liftdən çıxıb pilləkənlə 

aşağı düşdü. Ağa Mehdinin yanında Feyzullanın tanımadığı 

gənc, yaraşıqlı bir rus qızı vardı. Zərif  ətir iyi Feyzullanın 

burnunu çaldı. "Yəqin o Moskvadan gələn artistka budur", —

deyə Feyzulla düşündü. Ağa Mehdi: 

–Kəbirlinski, nahaq zəhmət çəkmisən, — dedi. — Dublyajı 

keçirtdik sabaha. Cavad bu gün gələ bilmir, məşğuldur, —

sonra yanındakı aktrisaya müraciətlə əlavə etdi, — vot odin iz 

tex samıx gkzemplərov, o kotorıx mı tolğko çto qovorili. 

Aktrisa gülümsündü. Gülüşü uzun məşqlər boyu cilalanıb 

kamilləşmiş məstedici bir təbəssüm idi. 

–Oçenğ priətno, — dedi və  əlini Kəbirlinskiyə uzatdı: —

Lena. 

Feyzulla lap özünü itirdi, əl verən kimi, tələsik  əlini çəkib 



cibinə saldı, dəsmal çıxarıb üz-gözünü sildi. 

Ağa Mehdi: 

–Amma dəsmalından olmaz, — dedi. — Satıb eləməli olsan, 

bizə xəbər elə. 

Ağa Mehdinin kefi yaman kök idi. Aktrisa deyəsən söhbətin 

nədən getdiyini anladı, Feyzullanın dəsmalına baxdı, 

pıqqıldayıb güldü. 



 390 

Ağa Mehdi aktrisaya: 

–Platok Dezdemonı, — dedi və hər ikisi yenə güldü. 

Kəbirlinski daha da özünü itirdi, tələsik dəsmalını cibinə 

qoydu, vəziyyətdən çıxmaq üçün: 

–Deməli dublyaj sabaha qaldı? — dedi. 

–Bəli, saat ikiyə. Gələ bilərsən? 

–İkidə? 


Cib dəftərçəsini çıxarıb baxmağa başladı. Axır illər 

yaddaşına arxayın olmurdu. Müxtəlif gündəlik işlərini, 

saatlarını  əski  əlifbayla balaca, qara, kağızları didilmiş cib 

dəftərçəsinə qeyd edərdi. 

Ağa Mehdi aktrisanın qoluna girib pilləkəni düşməyə 

başladı. Qanrılıb Kəbirlinskiyə: 

–Gələ bilməsən, zərər yoxdur, —dedi, — bir adam tapıb 

yazaram, bir də özünü zəhmətə salma. 

Kəbirlinski dəftərçəsini büküb: 

–Yox, gələ bilərəm, boşam, —deyə rejissorun ardınca 

qışqırdı. Ağa Mehdi laqeyd səslə: 

 –Lap  yaxşı. Gələ bilərsən, gəl, — deyə  aşağıdan cavab 

verdi və aktrisaya nə isə pıçıldayıb bərkdən güldü. Aktrisa da 

güldü və Feyzulla, onun sözlərini aydın eşitdi: 

–A vı ihite tipaj. Vot vam pojaluysta otliçnıy tipaj. 

Prekrasnaə tupaə, morda. 

–Da, no krome mordı, nujen eşe xotə bı minimalğnıy talant.  

Kəbirlinski ağır-ağır pilləkənləri düşdü. Ürəyində 

kinostudiyanın telefonlarını söydü. Üç gün zəng eləyəsən 

düşmək olmur. Telefonlar ağıllı-başlı  işləsəydi, zəng eləyib 

bilərdi, bir də bica yerə yorta-yorta bu boyda yolu gəlməzdi. 

"Bu gün mənimki gətirmir.  İndi gedək görək radioda 

başımıza  nə  gəlir?"  Radioda  üçdə olmalıydı, indi ikinin 

yarısıydı. 

Evə gedib-gəlməyə çatmazdı. Evə radiodan sonra getsə 

yaxşıdır. Xörəyə. Dünən arvad ağzından qaçırtdı — deyəsən bu 

gün bozbaş bişirəcək. Amma nə olardı! Bozbaşdan ləzzətli 



 391 

xörək var? Yox, bozbaşı  tələsik, atüstü yemək olmaz. Gərək 

kamal-ədəblə oturasan, yavaş-yavaş çörəyi doğrayasan, suyu 

hopsun çörəyin canına, qaşıqla kartofu, əti yaxşıca  əzəsən, 

üstünə  də sumağı  səpəsən, başlayasan baş soğanla yeməyə, 

bəh, bəh, bəh. 

Bu fikirlərdən Feyzullanın lap ağzı sulandı, kinostudiyanın 

bufetinə girib kolbasa çörək aldı, qurdunu öldürdü. 

Radionun yanında dizeldən düşdü, dik qalxıb binaya girdi, 

pilləkənlərin  yarısını çıxıb dayandı, nəfəsini  dərdi, tərini sildi. 

Neçə il idi hər həftə bu gün, bu saatlar Feyzulla radioya —

yazılışa gəlirdi. Daimi uşaq verilişində tülkü rolunun ifaçısı idi. 

Redaksiyaya girib salam verdi. 

–Salam gözəl qızlar, iyid oğlanlar, —dedi, —mən hazır. 

Bu, ənənəvi salam idi. 

Küncdə oturmuş balaca boylu, kök, kürən oğlan —Məcid: 

–Tülkü lələyə  eşq olsun! — dedi. — Bəs Məstan pişik 

hardadır? 

–Gələr, gələr, — deyə Feyzulla onu sakit elədi. — Nə 

darıxırsan, maşını ayağının altında, harda olsa özünu yetirəcək. 

Məstan pişik rolunun daimi ifaçısı  gənc aktyor Cavad 

Cabbarov səhnənin təzə parlayan ulduzlarından idi. Səhnədə 

Hamleti, Elxanı, Otellonu, oynasa da radiodakı bu kiçik 

rolundan — onu balacalara sevdirən Məstan pişik rolundan 

imtina etmirdi. Səliqəylə  hər həftə yazılışa gəlir, radio 

işçilərinin onu Məstan pişik adlandırmasından qatiyyən 

incimir, əksinə xoşlanırdı. 

Verilişin redaktoru Səfurə Feyzullanı görəndə bir balaca 

pərt kimi oldu. Məcid: 

–Tülkü lələ, — dedi, — Səfurə xanımın sənə sözü var, 

amma utanır deməyə. 

–Bıy, niyə utanır ki, mən bəyəm özgəyəm. 

Səfurə: 

–Yox, ona fikir verməyin, Feyzulla dayı, — dedi, — özüm 

indi deyəcəyəm. Məsələ belədir, deyir bir iş var, iki əməl. Heç 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə