375
adam tələsəndə sağla solu çaşdıranda idman müəllimimiz
deyərdi ki, solu-sağı yadında saxlaya bilmirsənsə, yadında
saxla arpa bu yana, buğda o yana. Bu da onun zarafatı idi. Biz
taksiylə Əsmərgilin evinə çatıb maşından düşdük. Qapılarının
ağzında ayrılanda Əsmər birdən diqqətlə (indiki vaxtım olsaydı
deyərdim ki, işvəylə) mənə baxıb xəbər aldı:
–Bəs sən mənə bir şey demək istəmirsən?
Yenə də görünür ki, fikir axınımız bir mənzilə çatdı və
Əsmərin sözlərinə bu səfər də təəccüblənmədim:
–Yadında o axşam mənim çəkməmin dabanı çıxmışdı, sən
də məni ötürürdün. — Bir az susandan sonra əlavə etdi. —Hər
şey başqa cür ola bilərdi.
Ancaq mən keçmişi çözələmək istəmirdim. Uşaqlıqdan biz
daima nə isə itiririk. Bəzən adam lap mat qalır. Adam harda,
haçan bu qədər şey yığıb ki, elə hey itirə-itirə yenə də nə nə isə
saxlayır.
—Acmamısan ki, hələ?
—Hələ yox. Bir-iki saatdan sonra.
—Yaxşı. İndi saat ikidir. İki saat da vaxtımızı öldürək.
—Əcəb nəzakətlisən. Deməli, mənimlə sən vaxtını
öldürürsən.
—Yaxşı, sözdən söz çıxartma. İstəyirsən, gedək kinoya.
—Kinoya? Gedək.
Biz filmin lap əvvəlinə çatdıq. Sənədli film idi. "Yaponiya
müharibələrdə". Mən sənədli filmləri xoşlayıram — bu filmdə
isə yapon xronikasının nadir kadrları vardı: ölümə məhkum
pilotlar —kamikadzelər uçuşqabağı. Adamın əti ürpəşirdi.
—Bir onların sifətlərinə bax, —deyə Əsmər qulağıma
pıçıldadı. —Dəhşətdir.
Uçuşdan qabaq onların hamısına sake-yapon arağı
verirdilər, təyyarəyə qalxa–qalxa onları çəkən kino-kameraya
baxarkən bilirdilər ki, qarşıda onları yalnız ölüm gözləyir və
artıq heç bir şey onları bu ölümdən qurtara bilməz.
–Görəsən, onlar havaya qalxanda nə düşünürmüşlər? —deyə
376
Əsmər soruşdu. — Fikirlərini dəyişmirlərmiş ki?
Ona diktor cavab verdi:
–Kamikadzelər yerdən qalxan kimi həyatla əbədi
vidalaşırdılar. Geri qayıtmaqçün onların təyyarələrinə benzin
tökmürdülər.
Sağ əlimdə Əsmərin barmaqlarının əsəbi titrəyişini duydum.
Sonra sağ yanağımda onun saçlarını, sağ çiynimdə onun başını
hiss etdim. Lap yaxından onun vurduğu ətrin xoş, məstedici
qoxusu gəldi. Məndə dəli bir uşaq istəyi oyandı, onu öpmək
istədim, amma yenə də, neçə il bundan qabaqkı kimi öpmədim.
İşıq yandı. Film qurtardı.
–Bu dəhşətdən sonra yaxşıca nahar eləmək lazımdır, —deyə
o, qayğısız və şən gülümsədi. — Yaman acmışam. Yaxşı kabab
yemək istəyirəm. Deyirlər burda əntiqə bir kababxana açıblar.
–Hə. Biri var Binəqədidə. Amma ora uzaqdır. Biri də
Bayıldadır. Gedək ora.
–Gedək.
Kababxana kişilərlə dolu idi. Əsmər qadın çinsinin yeganə
nümayəndəsi idi. Onun qeyri-adi görkəmi, geyimi hamının
diqqətini cəlb edirdi və bizi hər tərəfdən süzürdülər. Hamı bir
balaca, ya əməlli-başlı dəm idi və biz bu baxışların tən
ortasında dayanmışdıq. Hələ ki, ancaq baxırdılar, amma
qorxurdum söz-zad da atsınlar, odur ki bura gəldiyimizə lap
peşman olmuşdum. Yaxşı ki, bufetçi məni tanıdı, məsələni
dərhal başa düşdü və bizə yanaşıb pəncərə qabağındakı
masanın arxasına apardı. Mən arxam dənizə tərəf oturdum.
Əsmər isə arxası camaata, üzü dənizə oturmuşdu və mən sifariş
verən müddətdə çiynim üstündən dənizə və üfüqdə görünən
çatılmaz Nargin adasına baxırdı.
–Nə içəcəyik?
–Şampan, — dedi. — Bilirəm, bu lap görməmişlikdir,
kababla şampan içməzlər, amma mən istəyirəm. Yadındamı o
axşam, sizdə...
Bəli, yadımda idi. Yadımda idi ki, o axşam bizdə Əsmər
377
həyatında ilk dəfə şampan içmişdi. Amma onun uşaqlıq
xatirələrinin sentimental qüssəsi məni yavaş-yavaş
əsəbiləşdirirdi. Həyatın pozulmaz məntiqinə görə keçib
gedənləri qaytarmaq cəhdi kimə gərəkdir. Əsmər niyə bütün
olub keçənləri qaytarmaq, xatirələri oyatmaq istəyir. Bura niyə
gəlib? Ötən günlərinə ziyarətəmi? Kimə lazımdır bu ziyarət?
Hiss edirdim ki, ovqatım getdikcə təlx olur, qarşıdakı
pəncərədən səkiyə mismar kimi vurulmuş dümdüz ağaclara
baxırdım və qanım daha da qaralırdı.
Kabab gətirdilər, göy-göyərti, turşu...
–Yüz ildir kəvər yeməmişəm, —deyə Əsmər ləzzətlə kəvərə
girişmişdi. Xidmətçi şampanları açırdı.
–Sənə gülməli bir şey danışım. Bir dəfə balaca bir
diplomatik məclis vardı. Camal da xidmətçini gözləmədi,
şampanı özü açmağa başladı. Tərs kimi şampanın tıxaçı sıçradı,
gedib düşdü Latın Amerikası ölkələrindən birinin səfirinin
boşqabına. Camalın rəngi-rufu qaçdı, mən də qorxumdan
əsirdim. Amma allaha şükür, səfir baməzə adam imiş, zarafata
saldı, keçib ketdi. —Əsmər bir qurtum şampan içdi. —Yaxşı,
sağ ol, içək sənin sağlığına.
–Yox, bir dayan, tələsmə. Birinci tost sənin sağlığına. Mən
çox şadam, çox, lap çox şadam ki, sən gəlmisən.
Birinci badəni içən kimi başa düşdüm ki, bu gün mənə
şampandan bir şey olmayacaq, daha əsaslı bir şey lazımdır.
–Etiraz etmirsənsə mən özümçün araq sifariş eləyim.
–Elə də.
Araq stəkanını başıma çəkdim və hiss etdim ki, bütün
təfərrüatlar, xırda detallar hamısı əriyib gedir və əsas şeylər
qalır. Mənim xəyalımda da keçmiş oyanırdı, tikə–tikə, parça-
parça oyanırdı. Amma qeyri-real uşaqlıq illərinin keçmişi yox.
O keçmiş illərin ərzində hissi varlığını itirmişdi, sadəcə
hadisələr, faktlar sadalığı kimi qalmışdı, ona görə də heç bir
duyğu oyatmırdı. Mənim xəyalımda yaxın keçmiş —hələ solub
sönməmiş, uzaqlaşıb itməmiş keçmiş —təhsil illərim, Moskva
Dostları ilə paylaş: |