250
Kazım Mihinə baxır, onun səsini eşidirdi və nədənsə ona elə
gəlirdi ki, bahar çağı iydə ağaclarını iyləyir, iydə ətri duyur.
Elə bil kimsə yüz illər boyu qoca Şərq şairlərinin yaratdıqları
ən xəfif, ən kövrək məhəbbət beytlərini onun qəlbinə
pıçıldayırdı.
Müsamirədən sonra Qurban Kazımı Mihinlə tanış elədi...
Onlar yuxulu Təbriz küçələriylə gedirdilər. Mihin zümzümə
edirdi, iydə ağaclarının iyi gəlirdi. Onlar yağışa düşdülər.
Mihin bir ağacın altında dayandı, ağacın yarpaqlarından,
budaqlarından onun başına damcı-damcı su yağırdı. Kazım
yağışın lap altında dayanıb Mihinə şer oxuyurdu: nə
Petrarkadan, nə Hafizdən, Füzulidən oxuyurdu:
Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz,
Bu həm bir qəm ki, el tənindən əfqan eyləmək olmaz.
Nə müşkül dərd olursa, bulunur aləmdə dərmanı
Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz.
Yağış şiddətlənir, Kazım bu qəzəli oxuyur və başa düşürdü
ki, Mihinə aşiq olmuşdur, bir də o həqiqəti dərk edirdi ki,
Füzuli də, Petrarka da, Hafiz də könlün dilində yazmışlar.
Lakin aşiq olanda italiyalı sevgilisinə Petrarkadan oxuyur, fars
Hafizi yada salır, Kazım isə bu yağışlı axşam qədim
Azərbaycan şəhərinin ağacları altında qaragözlü bir qıza
Füzulinin ölümsüz beytlərini pıçıldayırdı.
Mihinlə Kazım evləndilər. Kazımın qəlbini sarsıtmış Mihin,
onun əqidəsini, siyasətdən gen gəzmək əqidəsini sarsıda
bilməmişdi. Əksinə o, Mihinə təsir göstərməyə çalışırdı.
"Mübarizəyə qarışma, istedadını, səsini, təbəssümünü siyasətə
qurban vermə", – deyirdi.
Daş qayaya rast gəlmişdi. Mihini qayəsindən döndərmək
mümkün deyildi. O, tez-tez fədailər qarşısında çıxış edir,
Təbriz radiosuyla inqilabi mahnılar oxuyurdu.
...Bir-birindən ağır səhnələr Kazımın gözləri qarşısında
251
canlandı. Aləm dağılırdı. Minlərlə insanın ümidi, fərəhi, əməyi
Tehran sərbazlarının təpiyi altında yerlə yeksan olur, əzilirdi...
Xaraba qalmış evlər, söndürülmüş ocaqlar, dərbədər olmuş
ailələr...
Kazım öz taleyindən arxayın idi – heç bir vaxt siyasətə
qarışmamışdı, ona zaval yoxdu. O vicdan əzabı çəkirdi.
Dostlar, qardaşlar, ən yaxşı adamlar qurban gedərkən kənarda
qalmaq, öz başını girləmək, sakit yerdə daldalanmaq kişilikdən
deyildi. Nə etməli, vaxtında onlara qoşulmadı, indi də onların
taleyinə şərik çıxa bilməz. Kazım nə biləydi ki, bütün bunlara
baxmayaraq on dörd il məhbəsdə yatmalı olacaq. O, düşünən,
ziyalı, savadlı bir Azəri idi – deməli, şahənşah səltənətinin
düşməniydi. Onun təqsiri – mübariz dostları idi. Onun günahı –
arvadı Mihin idi. Səsini, təbəssümünü, istedadını inqilabın
sərəncamına vermiş müğənni Mihin.
Şah qoşunları Təbrizə soxulduqları gün aləm qatışmışdı.
Kazım böyük müsibətlə evlərinə çata bildi. O, dəli kimi otağa
atılıb Mihini soruşduqda qoca anası: – gəlməyib, – dedi, –
görəsən harda qaldı – qarı əllərini göyə qaldırdı, – Allah sən
özün xətadan saxla.
Kazımın gümanı yalnız radio binasına idi. Lakin Radio
mühasirə edilmişdi. O, binaya yaxın düşə bilmədi. İki saatdan
sonra Kazımı da apardılar.
Məhbəsə çatan qırıq məlumatlardan aydın olurdu ki,
mübarizlərin çoxu son gülləyə qədər vuruşmuş, son gülləni öz
gicgahına sıxmışlar. Lakin ələ keçənlər də olub.
Kazım ələ keçmiş qadınlarla əsgərlərin vəhşi rəftarından çox
şey eşitmişdi, çox şey bilirdi. Mihin haqqında, mühasirə
olunmuş radio binası haqqında düşünərkən o həmişə Mihini
həlak olmuş bilmək istəyirdi. Kazım xəyalən eşitdiyi fəryadlara
– şərbazlar əlində çapalayan Mihinin fəryadlarına dözə
bilmirdi. Bəzən o yuxuda Mihini görürdü. Kazım təhqir
olunan, iztirab çəkən arvadının imdadına yuxuda belə çata
bilmirdi. O, bu vahiməli yuxudan oyanır, dəhşət onu basırdı,
252
doğrudanmı, Mihin bu vəhşilərin əlindədir, min əzaba,
işgəncəyə dözür. Yox, yox, – Kazım özünü sakit edirdi –
"Mihin ölüb, rahatlanıb, dincəlib".
Kazım Mihinin xəyali qəbrini gözləri önündə canlandırırdı.
Bu onun təsəllisi idi.
Kazım indi o məzar haqqında düşünürdü. Bu qəbir daşı tək
Mihinin deyil, onun, Kazımın da ömrünün sonluğu, ömrünün
axırıncı mənzili idi.
Kazımın ümidi də, inamı, ömrünün mənası, məqsədi də
məhz bu daşa dəyib çilik-çilik olmuşdu. Bu xəyali məzardan o
yana yol yox idi. Kazım bunu bilirdi. Bəs ona nə qalırdı? Gec
də olsa Kazım çox mətləbləri anlamışdı. O, xalqının qeyrətini
yox, cəzasını çəkmişdi. O, məhbəsdən çıxdığı bu müddətdə
dövlətin narahat, nigaran bir tələsikliklə apardığı farslaşdırma
siyasətini görürdü, lakin Kazım bu siyasətə qarşı duranların
iyini-sorağını belə eşitməmişdi. O bilirdi ki, təkbaşına
mübarizə etmək ağılsızlıqdır. "Bəlkə, heç lazım da deyil" –
deyə acı-acı sual edirdi. Tamam bədbinləşmişdi.
Kazım ətrafdakı söhbətləri dinləmir, lakin ayrı-ayrı sözləri
eşidirdi. "Günəş, çörək, yağış". Birdən Kazıma elə gəldi ki, bu
sözləri yalnız bax bu adamlar, bir də o özü – Kazım işlədir,
başa düşür. Bu çayxananın çölündə, bütün bu şəhərdə, bu
ölkədə, bu dünyada heç kəs, heç kəs bu dildə danışmır. Beş
dəqiqədən sonra bu adamlar gedəcək, Kazım bir də heç vaxt
onlara rast gəlməyəcəkdi.
Kazıma elə gəldi ki, ölməsə, bir az da çox yaşasa yer üzündə
bu sözləri bilən, bu dili anlayan yeganə adam olacaq, o, bu
aqibəti istəmirdi. Lakin o bu ehtimala qarşı mübarizə yollarına
da bələd deyildi. İndi o, yalnız bircə şey istəyirdi: intihar
etmək.
Çayxana dolur, boşalır, kimsə gəlir, kimsə kedir...
Künçdə oturub dərin fikirlərə dalmış, bayaqdan bəri yalnız
bircə stəkan çay içib hərəkətsiz oturmuş adam heç kəsin
diqqətini cəlb etmirdi... Kazım fikirlərindən ayrılıb adamlara,
Dostları ilə paylaş: |