A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə69/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   65   66   67   68   69   70   71   72   ...   168

 247 

demək haqqıyçün, ömrü boyu bellərini büküb qara torpaqdan 

başqa heç bir şey görməyən insanların başını qaldırıb günəşə, 

aya, ulduza baxa bilmələriyçün mübarizə etmək lazımdır. 

Qurban, Hüseyn, Əyyub mübarizə yolunu seçdilər. Bu yol 

Qurbanı və Hüseyni dar ağacına gətirdi, Əyyub isə... 

On dörd il idi ki, Kazım  Əyyubun aqibətindən xəbərsizdi. 

Ümid güzgüsünün hifz olunmuş parçasında o, tez-tez Əyyubun 

əksini görürdü. 

Bəli,  Əyyub sağ qalmışdı. Amansız qisasın cəllad  əli ona 

dəyməmişdi. 

Kazım məhbəsdən çıxandan sonra Əyyubun yaşadığı balaca 

daxmaya getdi, ona mərkəzi xiyabanda ikimərtəbəli evi nişan 

verdilər. 

Mübarizə yolunun çoxlu kəsələri var. Bu kəsələrə düşüb 

geriyə  də qayıtmaq, başqa yollara gedib çıxmaq da 

mümkündür. 

Əyyub indi fars dilində ruznamə buraxır. Günəş  əvəzinə 

"şəms", yağış əvəzinə "baran" yazır və isbat eləməyə çalışır ki, 

gec-tez hamı belə deyəcək. 

Kazım ikimərtəbəli evin qapısından içəri girdi. Əyyub əvvəl 

onu tanımadı, sonra tanıdı, sevindi, sonra pərtləşdi, nədənsə 

pörtdü. Kazım da sıxılırdı. Çünki danışmağa söz tapmırdılar. 

Bu ağır sükuta son qoymaqçün Əyyub ailəsindən danışmağa 

başladı. Onun iki uşağı vardı. Arvadı Şəmsiyyə xanım fars idi, 

özü də yüksək rütbəli Tehran məmurlarından birinin qızı idi. 

Əyyubun gənclik büdrəmələrindən sonra onun taleyi üçün bu 

nigahın  əhəmiyyəti çox böyük idi. Xoşbəxtlikdən  Şəmsiyyə 

xanım məhdud milli hisslərdən çox yüksəkdə dururdu. Onun 

üçün azəri və fars anlayışları yox idi və məhz buna görə də o, 

uşaqlarını fars dilində tərbiyələndirirdi. 

Əyyub Kazımı çöl qapısına qədər ötürdü. Həyətdə iki 

bağban  əyilib qan-tər içində yer qazırdılar.  Əyyub onlara 

göstərişlər verdi. Kazım düşündü: görəsən başlarını qaldırıb 

günəşə baxmağa bunların macalı olurmu?  



 248 

–Ərbab nə buyuracaq? 

Xidmətçi Kazıma yanaşmışdı. Kazım: 

–Çay gətir, – dedi. 

–Baş üstə, – xidmətçi getdi. 

Kazım yenə  ağır fikirlərə  qərq oldu. Əyyubgilə bir həftə 

bundan qabaq getmişdi. Məhbəsdən çıxdığı bir aya yaxındı. 

Bəs o nəyi gözləyir, axı nəyi gözləyirdi? Məhbəsdən çıxdıqda o 

sanki özgə bir zamana, yad bir ölkəyə düşmüşdü. O heç kəslə 

ünsiyyət bağlaya, ülfət tapa bilmirdi. Onun varlığı, heç kimə, 

heç nəyə  gərək deyildi. Onun həyatının heç bir mənası, 

məqsədi yox idi? Bəs o niyə yubanırdı.  İlk gənclik illərində 

nigaran, qorxunc, vahiməli bir meyl kimi keçən, məhbəs 

illərində get-gedə durulan, aydınlaşan, sabitləşən, azadlığa 

çıxdıqdan, bir ayda şahid olduğu bütün bu şeyləri gördükdən 

sonra qəti qərar halına gələn bu fikri – intihar fikrini həyata 

keçirməyi niyə yubandırır, bu gündən sabaha keçirir, tərəddüd 

edir, günü günə satırdı? 

O nə gözləyirdi, nə istəyirdi? O niyə yaşamaqdan, 

dirilikdən, həyatdan belə  bərk-bərk yapışmışdı? Məqsədi 

nəydi? 

Mubarizə, azadlıq, ədalət. O heç vaxt belə yüksək məqsədlər 



haqqında düşünmürdü. Mihin sağ olsaydı Kazım hər səhər 

onun saçlarını öpər, öpə-öpə Mihini yuxudan oyadardı – tək elə 

bir buna görə yaşamağa dəyərdi. Fəqət Mihin də yox idi. 

–Bu da çay, buyurun, ərbab. 

Kazım qarşısındakı isti çaya baxırdı. Amma isti çay, bürkü 

çayxana,  Əyyubun ikimərtəbəli evi, on dörd illik məhbəs 

gecəsi, pəncərədən görünən on dörd gecəlik ay, gündə belədən-

belə gedən Amerika maşınları, sıldırım qaya, intihar qərarı – 

hər  şey, hər  şey harasa dala çəkilmiş, dumanlanmış, itmişdi. 

Kazım Mihini düşünürdü. Qısa sürən xoşbəxt günlərini 

düşünürdü. 

...O zaman Kazım siyasətdən uzaq bir tələbə idi. Alman 

fəlsəfəsi, rus, fransız romanı, italyan incəsənəti, Şərq musiqisi, 



 249 

bir də  qəlb munisləri – Nizami, Hafiz, Füzuli... Kitablar, 

albomlar, vallar... Kazımın aləmi, Kazımın varlığı bu idi. 

Dostlar onu siyasətə  cəlb etmək istəyirdilər. O, Xəyyamın bir 

rübaisini misal gətirərək boyun qaçırırdı. Dostlar ona milli 

istiqlaliyyətdən danışırdılar. O cavab verirdi: Milli hiss məhəlli 

hissdən nə qədər yüksəksə, ümumbəşəri hiss də milli hisdən o 

qədər yüksəkdir. Və əlavə edirdi – Göte bunu hələ XIX əsrdə 

deyib.  İndi isə XX əsrdir. XX əsrdə millətlər yoxdur. XXI 

əsrdə isə dillər də olmayacaq. Mən nə azəriyəm, nə fars, nə 

ingilis, nə çinli. Mən bəşər oğluyam. Mən Füzulini azəricə 

oxuyuram, amma o mənimlə könlün dilində, tərcüməyə 

ehtiyacı olmayan bir dildə – Hafizin, Petrarkanın, Heynenin 

dilində danışır". 

Kazım indi bu fikirləri xatırlayıb gülümsündü və sonra onu 

istintaq edən sərhəngi xatırladı. "İranda bir millət var – fars 

milləti, bir dil var – fars dili". – Sərhəng onunla nə Götedən 

söhbət eləyirdi, nə də Xəyyamdan. O harın bir qüvvətin dilində 

danışırdı. 

Acı məhbəs xatirələri bataqlıq kimi onun fikrini çəkir, lakin 

Mihinin işıqlı surəti yenidən Kazımın yaddaşında alışır, bayraq 

kimi dalğalanır, onun xəyalının üzərinə xoş bir axşam təəssüfü 

çökərək uzaqlara aparırdı. 

"Axır ki, bir dəfə dostları tovlayıb onu yığıncağa apardılar. 

Təbrizdə yenicə açılmış Darülfünunun böyük salonunda 

toplanış vardı. Gənclər alovlu çıxışlar edirdi. Kazım sanki 

bütün bu sözləri birinci dəfə  eşidirdi. Otaq mübahisələrinin 

tezisləri böyük salon dolusu bir izdihamı  təlatümə  gətirən 

çağırış, qüdrət olmuşdu. Kazımın başında bütün aləm 

qatışmışdı. Bir tərəfdən  Şopenhauer və onun kədəri, bir 

tərəfdən  Şah  İsmayıl Xətai və onun Azəri dilində verdiyi 

fərmanlar. 

Yığıncaqdan sonra müsamirə oldu. Xanəndələr aşıqları, 

rəqqasələr xanəndələri  əvəz edirdilər. Sonra səhnəyə Mihin 

qalxdı. O, xalq mahnısı oxudu. 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə