106
piyada batalyonu, 3 eskadron və 200-dək kazak vardı. İlk döyüş Gəncənin iki verstliyindəki Quluqobu adlı
yerdə baş verdi. Cavad xan düşmənə ciddi müqavimət göstərdi. Lakin düşmən onu sıxışdırmağa başladı. Cavad
xan Gəncə qalasına çəkildi. Sisianov 1804-cü il yanvarın 3-də səhər qalaya hər tərəfdən od yağdırmağa başİadı.
Qarabağ qapısı tərəfdən hücum edən general S.A.Portnyakin qoşuna komandanlıq edirdi. Cavad xanın
burada
toplanan əsas qüvvələri iki dəfə Portnyakinin hücumunu dəf edə bildi, yalnız üçüncü hücumda ruslar şəhərə
daxil ola bildilər.
Düşmənin digər hissəsi Tiflis qapıları səmtdən hücum edirdi. Onlar əsas qülləni tutduqdan sonra döyüş
daha da şiddətləndi. Gəncəlilər şir kimi müqavimət göstərir, rusların
üzərinə dolu kimi güllə, daş və ox
yağdırdılar. Hücum zamanı xanın döyüşçülərindən 500 nəfəri öldürüldü, 500 nəfəri əsir ahındı.
Qala bürclərinin birində Cavad xan topun üzərinə qalxaraq əlində siyirmə qılınc rusların hücumunu
fövqəladə mətanətlə dəf edirdi. Lakin mətanətli Cavad xanı ruslar qətlə yetirdilər. Elə həmin gün oğlu
Hüseynqulu ağa da döyüş meydanında vuruldu. Şəhər çar qoşunları tərəfindən zəbt edilib dairəyə çevrildi.
Gəncə işğal edildikdən sonra qalanın müdafiəçiləri arasında olan Cavad xanın arvadı Bəyimxanım
ərinin və oğlunun meyitlərini döyüş yerindən saraya gətirilməsinə nail olmuşdu.
Bu zaman Sisianov ağlaşma
səsinə xanın cənazəsi olan otağa gəlib çıxdı. Sisianovu görən Bəyimxanım onu qılıncla öldürməyə cəhd
göstərdi. Bu hadisənin şahidi olan bir rus generalı yazırdı ki, "Pavel Dmitriyeviçin yanında yavəri olmasaydı, o
qəhrəman tatar (azərbaycanlı-red.) xanın qəhrəman zövcəsinin qılıncından salamat qurtarmayacaqdı. Biz qalanı
zəbt etmişdiksə də, bu tatar qadını özünü qalib kimi aparırdı və əmr etdi ki, onun otağından çıxaq. O nə ərinin,
nə də oğlunun meyitləri üstə ağlamırdı. Yanaqlarında bir qətrə də olsun göz yaşı görmədim. Ağlayanlar saray
adamları idilər... İgid xanın dəfnindən bir gün sonra biz onun zövcəsinə başsağlığı verməyə gəldik. O, başdan-
başa
qara paltar içində idi, bizə qatil kimi baxırdı. Buna onun haqqı vardı..."
Xan və onun oğlu yanvarın 5-də Şah Abbas məscidinin həyətində dəfn edildilər. Amansız düşmənlə
qeyri-bərabər döyüşdə həlak olmasına baxmayaraq, Cavad xanın qəhrəman-lığı Azərbaycan tarixinin
unudulmaz səhifələrindəndir. Gəncənin işğal edilməsi çar Rusiyası üçün böyük əhəmiyyətə malik oldu.
Azərbaycanın digər xanlıqlarının taleyi də faktik olaraq həll edildi. Rus qoşunlarının Xəzər sahillərinə çıxıb
Həştərxanla əlaqələri təmin etməsinə şərait yarandı. Cənubi Azərbaycana da yol açıldı.
Ona görə də çar hökuməti Gəncə xanlığı üzərində qələbəni yüksək qiymətləndirərək,
onu xüsusi qeyd
etmişdi. Bu qələbəyə həsr edilmiş medal təsis olundu. Gəncə xanlığı ləğv edildi. Qədim Azərbaycan şəhərinin
adı I Aleksandrın arvadı çariça Yelizaveta Alekseyevnanın şərəfinə Yelizavetpol adlandırıldı. Gəncə sözünü
dilinə gətirənlər isə cərimə edilməyə başlandı. Gəncə xanlığından asılı olan Samux hökmdarı Şirin bəy də
Rusiyanın hakimiyyəti altına gəlməyə məcbur oldu və ildə Rusiyaya 1000 çervon xərac verməyi öhdəsinə
götürdü.
Rus qoşununun işğalçılıq hücumları sultan Türkiyəsi və şah İranını narahat etdi. Rusiyanın
Cənubi
Qafqazda güclən-məsi İngiltərənin və Fransanın mənafelərinə zidd idi. Türkiyənin və İranın vasitəsilə rus
qoşunlarını Cənubi Qafqazdan çıxarmaq məqsədilə onları Rusiyaya qarşı müharibəyə təhrik edirdilər. Bu
məqsədlə onlar Türkiyəyə və İrana hərbi yardım edirdilər. İngiltərə tərəfindən qızışdırılan şah İranı 1804-cü ilin
mayında Rusiyadan öz qoşunlarını Cənubi Qafqazdan çıxarmağı tələb etdi, rədd cavabı aldıqdan sonra 1804-cü
ilin iyunun 16-da Rusiya ilə İran arasında müharibə başlandı. Müharibə hər iki tərəfdən ədalətsiz idi, çünki özgə
torpaqlarının ələ keçirilməsi uğrunda gedirdi. Eyni vaxtda İranla bərabər Rusiya Azərbaycan xanlıqlarına qarşı
da müharibəni davam etdirir, onların ərazisini
işğal edir, yerli xal-qın mənafeyini tapdalayırdı. Rusiyanın ələ
keçirdiyi torpaq-ların etnik mənsubiyyətə görə vahid inzibati ərazidə birləşdirilməsi də Balkanlarda olduğu
kimi, dövlət qurumları yaratmağa səy etməmək idi. Beləliklə, İran öz qoşunlarmı, əsasən, Ermənistanın şərq
torpaqlarında cəmləşdirmişdi. General Sisianov öz qoşunlarını həmin istiqamətə apardı. Onun məqsədi İrəvan
qalasını ələ keçirmək idi. Çoxsaylı İran qoşunları ilə toqquşmada qələbə qazana bilməyən Sisianov geri
çəkilməyə məcbur oldu. İran qoşunu da itkiyə məruz qaldığından hücumu davam etdirmədi.
1805-ci ilin yazında Gəncə yaxınlığında düşərgə salmış Sisianov İbrahimxəlil xandan, onun öz xarici
siyasətində kimə arxalanması haqqında son sözünü deməsini tələb etdi. Xanlığın siyasi taleyi həll olunurdu. Ya
Rusiya ilə, ya da İranla birləşməli idi. İbrahimxəlil xan Rusiyanı seçməyə məcbur oldu. 1805-ci il mayın 14-də
Gəncə yaxınlığında Kürəkçay adlı yerdə Sisianovla İbrahimxəlil xan arasında müqavilə" ("andlı öhdəlik")
imzalandı.
Bu müqaviləyə görə, Qarabağ xanı Rusiya çarının vassalı olmağa razılıq verir, xarici dövlətlər ilə
müstəqil münasibətlər saxlamaq hüququn-dan Rusiya çarının xeyrinə imtina edir, çar xəzinəsinə hər il 8 min
çervon bac verməyi öhdəsinə götürürdü. Şuşa qalasın-da və xanlığın ərazisində Rusiya qoşun dəstələri
yerləşdirilirdi, İbrahimxəlil xan öz nəvəsini Tiflisə baş komandanın qərargahında girov saxlanmaq üçün
göndərməli idi. Çar qoşunları general-leytenantı hərbi rütbəsi alan İbrahimxəlil
xan birbaşa çar baş
komandanına tabe edilirdi. Bununla ya-naşı, çar hökuməti xanın və onun qanuni varislərinin daxili idarə etmək
hüquqlarına heç vaxt toxunmayacağım öhdəsinə götürürdü.
Şəkidə hakimiyyət uğrunda mübarizədə Rusiyanın köməyinə arxalanmaq istəyən Səlim xan Kürəkçay
sahilində düşərgə salmış Sisianovun iqamətgahına gəldi, yeznəsi İbrahimxəlil xandan bir həftə sonra, 1805-ci il
mayın 21-də Şəki xanlığı da Rusiyanın hakimiyyəti altına keçmək barədə müqavilə imzaladı. Bu müqavilənin