A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   72

 
107
də şərtləri Qarabağ xanlığı ilə bağlanan müqavilənin, demək olar ki, eyni idi. 
Az sonra Səlim xan öz əvvəlki qeyri-məhdud hakimiyyətini bərpa etməyə çalışdı. 1806-cı ilin iyununda 
Şuşa qalasında çar zabiti Lisaneviçin əmri ilə Səlim xanın bacısı və əri İbrahimxəlil xan, bütün ailəsi ilə birlikdə 
qətlə yetirildi. Qara-bağda gözlənilmədən baş vermiş bu faciə  Səlim xanın Rusiya himayəsindən imtina 
etməsinə  səbəb oldu. O, Şəkidə yerləşən rus qarnizonuna basqın etdi. Rus qoşun dəstəsi Gəncəyə qayıtmalı 
oldu. Tezliklə, Abbas Mirzə Şəkiyə 300 sərbaz və ləzgilərdən muzdlu qoşun yığmaq üçün Səlim xana 30 min 
çervon pul göndərdi. Sisianov 1806-cı il sentyabrın 9-da general Bulqakova yazırdı ki, Bakım ələ keçirəndən 
sonra "Kür boyu irəliləyərək xəyanət etmiş Şəki xanını cəzalandırsın". Həmin ildə Şamaxı xanı Mustafa xan da 
ona kömək etməli, müqabilində Şəki xanlığı ərazisinin bir hissəsi Mustafa xana verilməli idi. Səlim xan nəyin 
bahasına olursa-olsun öz hakimiyyətini saxlamağa çalışırdı. Lakin çarizm Səlim xanı kənar etməyi qət etdi və 
general Nebolsinin başçılığı altında Şəkiyə qoşun göndərdi. 
Abbas Mirzədən aldığı pul ilə avar və ləzgilərin topladığı qoşunun Səlim xana köməyi olmadı. 1806-cı 
il oktyabrın 22-də Şəki yaxınlığında baş vermiş döyüşdə Səlim xan basıldı və ailəsi ilə birlikdə xanlıqda olan 
Gəldək kəndinə qaçdı. Səlim xanın nəsli xan olmaq hüququndan məhrum edildi. Xanlığı idarə etmək üçün 4 
bəydən ibarət müvəqqəti idarə yaradıldı. Səlim xan hər  şeyin  əldən çıxdığını görərək Abbas Mirzənin 
düşərgəsinə qaçdı. Çar hökuməti İran şahından üz döndərərək Rusiyaya köçmüş Cəfərqulu xanı Şəkiyə hakim 
təyin et-di. Lakin yenə də Şəki əhalisi sakitləşmədi. Aşağı və Yuxarı Göynük kəndlərinin əhalisi üsyan etdi və 
Cəfərqulu xana tabe olmayacaqlarmı bildirdi. Ələ keçmiş 40 nəfər üsyançı öldürüldü. Başqa kəndlərdə  də 
narazılıq artdı. Əhalinin bu çıxışı obyektiv olaraq çarizmin müstəmləkə siyasətinə qarşı, habelə ona can-başla 
qulluq edən satqın yerli feodal hakimlərə qarşı yönəldildi. 1807-ci ilin sonuna yaxın Cəfərqulu xana qarşı 
müvəffəqiyyətsiz sui-qəsd oldu. Çar hökuməti  əhalini qorxutmaq üçün Şəkiyə  əlavə bir batalyon qoşun 
göndərdi. Beləliklə, Şəkidə də çar idarə-üsulu bərqərar oldu. 
Şamaxı, Bakı  və Quba xanlıqlarının işğal edilməsi. Qarabağ  yə  Şəki xanlıqlarının Rusiyaya 
qatılmasından bir ay sonra İran qoşunu Tiflis üzərinə yeridi. Onlar yolüstü İrana tabe olmaq təklifini rədd etmiş 
Qazax camaatmı tənbeh etmək fikrinə düşdülər. Qazaxlılar İran vəliəhdi Abbas Mirzəyə təkcə ciddi müqavimət 
göstərmir, hətta hücuma keçib onu qaçmağa məcbur etdilər. Bir İran tarixçisi yazır ki, "Qazax əhalisi İrəvana 
doğru gedən farslara müqavimət göstərdi. Qazaxlılar  İrəvan düzünə  qədər olan 18 fərsəxlik (hər fərsəx 6 km 
bərabərdir-red.) məsafənin hər fərsəxində İran qoşun-larına tələ düzəldirdilər. Onlar şahzadəyə (Abbas Mirzəyə- 
red.) silahdan atəş açdılar". General Sisianov Rusiya-İran müharibəsində Rus qoşunları tərəfindən iştirak etmək 
üçün yerli əsilzadələrdən atlı dəstələr təşkil edirdi. Bu atlı dəstələrə nökərlər və maaflar da daxil idilər. 
İranla müharibə aparan çar qoşunları Azərbaycanın digər xanlıqlarmı  da  tabe  etmək üçün ölkənin 
içərilərinə doğru irəliləməkdə davam edirdi. Sisianov Şamaxı, Bakı və Quba xanlıqlarını tezliklə ələ keçirmək 
fikrində idi. "Qarabağnamə"nin müəllifi yazır ki, "Sisianovun indi qarşıda duran başlıca məqsədi dənizlər 
(Kaspi və Qara) arasmdakı yerləri  ələ keçirməkdən ibarətdir. Sisianovun qoşunları  Şamaxı üzərinə yeridi. 
Şamaxı xanı tərəddüd edirdi. Hələ 1804-cü ildə və 1805-ci ilin yazında Şirvanın Rusiyanın hakimiyyəti altına 
keçməsi barədə Sisianovla Şamaxı xanı Mustafa xan arasında danışıqlar olmuşdu. Sisianov Mustafa xandan 
Qarabağ  və  Şəki xanlıqlarının qəbul etdikləri  şərtləri eyni ilə  qəbul etməsini tələb edirdi. Lakin Mustafa xan 
gəlirinin bir hissəsinin Rusiya xəzinəsinə verilməsi tələbindən əl çəkməyi və Şəki xanlığı torpaqlarının Şirvana 
qatılmasında ona kömək etməyi Sisianova təklif etdi. Şamaxı xanı eyni zamanda Qarabağ xanlığına qatılmış 
Cavad torpaqlarının geri qaytarılacağı haqqında təminat verməsini və  həm də ona Rusiyadan daimi maaş 
verilməsini xahiş edirdi. Lakin xanın bu tələbləri çar hökumətini təmin etmirdi. Ona görə  də 1805-ci ilin 
noyabrında Sisianovun qoşun dəstəsi Mingəçevir yaxınlığında Kürü keçib Şamaxı istiqamətində  hərəkət etdi. 
Mustafa xan Sisianovun şərtlərini qəbul etməyə məcbur oldu. Lakin o, Şamaxı xanlığının Rusiyanın hakimiyyəti 
altına keçməsi barədə müqaviləyə qol çəkmək üçün Sisianovun düşərgəsinə getmədi. Belə olduqda, Sisianov 
qoşunlarmı  Şamaxı yaxınlığındakı  ərazidə  cəmləşdirməyə başladı. Mustafa xan, öz növbəsində, Fitdağdakı 
qalada gizlənərək hücumu dəf etməyə hazırlaşırdı. Lakin dekabrın ortalarında tərkibində Qarabağ erməniləri 
olan rus qoşunu ilə Şamaxı xanının qoşunu arasında elə bir ciddi hərbi əməliyyat olmadı. Mustafa xan xanlığın 
Rusiyanın hakimiyyəti altına keçməsinə razılıq verməli oldu. Öz şəxsi təhlükəsizliyini nəzərə alan xan 
müqaviləni Sisianovun düşərgəsində yox, Fitdağla düşərgə arasındakı çöldə imzalamağa razı oldu. Bu 
müqaviləyə görə,  Şamaxı xanı başqa dövlətlərlə  əlaqələrini kəsməyi, öz gəlirindən Rusi-ya xəzinəsinə 8 min 
çervon ayırmağı, rus hökuməti üçün Kürün mənsəbində istehkam tikilməsinə  şərait yaratmağı, rus qoşununu 
ərzaqla təchiz etməyi, yolların təhlükəsizliyini təmin etməyi öhdəsinə götürdü. Beləliklə, 1805-ci il dekabrın 25-
də  Şamaxı xanlığı Rusiyanın tərkibinə qatıldı.  Şimali Azərbaycan xanlıqları içərisində  ən böyük və  zəngin 
xanlıqlardan biri olan Şamaxı xanlığının Rusiya tərəfindən işğalının Rusiya üçün böyük iqtisadi-siyasi və hərbi-
strateji əhəmiyyəti var idi. Sisianov Şamaxı xanlığını tutduqdan sonra, 1805-ci ilin qışında Bakıya doğru hərəkət 
etdi. Sisianov öz dəstəsini geri Zavalşinin desant dəstəsi ilə birləşdirərək, 1806-cı ilin yanvarında Bakıya 
yaxınlaşdı və Rusiyanın hakimiyyəti altına keçmək haqqmda müqavilə layihəsini Hüseynqulu xana gön-dərdi. 
Hüseynqulu xan Sisianovun təklif etdiyi şərtləri qəbul etdiyini, Bakı qalası darvazalarının açarlarını Sisianova 
vermək istədiyini və "bir neçə məxfi söz demək istədiyini" bildirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə