A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   72

 
109
edərək, Lənkəran qalasını tutdu. Bunun ardınca 4 minlik İran qoşunu  Şəki xanlığına hücum etdi. Lakin 
oktyabrın 19-dan 20-ə keçən gecə general P. Kotlyarevski 2 min nəfərlik ordu ilə Aslanduz təpəsində Abbas 
Mirzənin böyük ordusuna hücum edib, tam qələbə  əldə etdi. Bu döyüşdə  İran qoşunundan ölənlərin və 
yaralananların sayı 120 nəfər idi; 16 nəfər isə zabit əsir alındı. Rus ordusundan da xeyli ölən və yaralanan var 
idi. 1813-cü il yanvarın 1-də Lənkəran qalası ruslar tərəfindən hücumla alındı. 
Rusların qələbəsi Fətəli  şahı Rusiyanın qəddar düşməni olan Abbas Mirzəni ordu komandanlığından 
kənar etməyə  məcbur etdi. İngilis məsləhətçiləri rus qüvvələrinin  İranın içərilərinə doğru irəliləməsindən 
qorxuya düşərək  şahı sülh bağlamağa təhrik etdilər. Beləliklə, birinci Rusiya və  İran müharibəsi  İranın tam 
məğlubiyyəti ilə qurtardı. 
1813-ci il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində sülh müqaviləsi imzalandı. Bu müqaviləni İran 
tərəfindən şahın vəkili Mirzə Əbdülhəsən xan Şirazi və Rusiya tərəfindən Qafqazın yeni baş komandanı Rtişşev 
imzaladılar. Gülüstan sülhünün şərtlərinə görə: 
Talış  Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ,  Şəki xanlıqları Rusiya imperiyasının tərkibinə qatıldı. 
Bununla vahid Azərbaycan iki yerə bölündü. İran  Şərqi Gürcüstana, Qazax və  Şəmşəddil sultanlıqlarına və 
Dağıstana olan iddialarından  əl çəkdiyini bildirdi. Irəvan və Naxçıvan xanlıqları  hələlik  şahın hakimiyyəti 
altında qalırdı. Xəzər dənizində yalnız Rusiya hərbi donanma saxlaya bilərdi. Rusiya-İran ticarəti üçün əlverişli 
şərait yaradıldı. Rusiya tacirləri daxili gömrük vergisindən azad edilirdilər. 
Gülüstan sülh müqaviləsi Azərbaycanın Rusiya tərəfindən iki yerə bölünməsinin başlanğıcını qoydu. 
Beləliklə, birinci Rusiya-İran müharibəsinin başa çatması  və Gülüstan sülh müqaviləsinin bağlanması 
ilə Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının əslində birinci mərhələsi başa çatdı. 
Birinci Rusiya-İran müharibəsində  məğlubiyyətə  uğramış, Gülüstan sülh müqaviləsini imzalamağa 
məcbur olmuş İran Cənubi Qafqazı əldən verməsi ilə heç cür razılaşmaq istəmirdi, Rusiya ilə yeni müharibəyə 
hazırlaşırdı. Bu işdə  İngiltərə bütün vasitələrlə  İrana kömək edirdi. O, 1814-cü il-də  İranda Rusiyaya qarşı 
müqavilə bağladı. Bu müqaviləyə əsasən İngiltərə hökuməti Iran qoşunlarını nizama salmaq üçün İrana ingilis 
zabitləri göndərir, bu qoşunları silahla təchiz edir, başqa şəhərlərdə silah zavodları tikdirir və s. Şah hökuməti 
özünü dirçəlmiş hesab edib, Gülüstan sülh müqaviləsinin şərtlərinə yenidən baxmağı Rusiya hökuməti-nə təklif 
etdi. Lakin danışıqlar nəticə vermədi.  İran Türkiyəni Rusiyaya qarşı sövq etmək, Rusiya ilə birgə mübarizə 
aparmaq üçün Türkiyə hökuməti ilə danışıqlara girdi, Türkiyənin Rusiya ilə münasibətlərmi kəskinləşdirmək 
üçün bütün vasitələrə əl atdı. Şah hökuməti öz xanlıqlarını itirdikdən sonra İrana qaçmış xanlardan da istifadə 
etmək, onların vasitəsilə Azərbaycan əhalisini Rusiyaya qarşı qaldırmaq fikrində idi. 
1826-cı ilin əvvəlində  Şah sarayı Rusiyada-Peterburqda dekabristlərin üsyanı  xəbərini aldı.  Şah 
hökuməti bu üsyanın Rusiyada daxili çəkişmələrə gətirib çıxaracağını, bunun isə Rusiya dövlətinin zəifləməsinə 
səbəb olacağını zənn edərək müharibəyə hazırlığı sürətləndirdi. 1826-cı il iyulun 16-da 60 minlik İran ordusu 
Azərbaycanın  Şimal torpaqlarına soxuldu. İkinci Rusiya İran müharibəsi başlandı.  İran  şahı, həmişə olduğu 
kimi, bu dəfə də birinci Qarabağa soxuldu. Yenə də ilk həmlə obyekti Şuşa qalası oldu. İran qoşunlarının bir-
birinin ardınca edilən həmlələrinə, şəhərin top atəşinə tutulmasına baxmayaraq, Şuşanı tutmaq mümkün olmadı. 
Qalanın müdafiəsinə Rus qarnizonu ilə birlikdə,  şəhər  əhalisinin bir hissəsi də qalxmışdı. Qadınlar və  qızlar 
qalanın müdafiəsində ərlərinə, atalarına, qardaşlarına kömək edirdilər. Şah qoşunları Şuşanı 48 gün mühasirədə 
saxladılar, lakin onu ala bilmədilər.  İran qoşunları Azərbaycanın başqa torpaqlarına da  hücum etdilər.  
Lənkəranı,  Salyanı aldılar,  əhalinin xeyli hissəsini əsir apardılar. İran qoşunları ilə Azərbaycana gəlmiş keçmiş 
xanlıqların  İrana qaçmış xanları  Gəncə,  Şamaxı,  Şəki və s. kimi şəhərləri  ələ keçirib öz xanlıqlarını  bərpa 
etdilər. Həmin yerlərdə olan az saylı rus qoşun dəstələri geri çəkilməyə məcbur oldular. Azərbaycan ərazisinə 
girmiş  şah qoşunları  əhaliyə amansız divan tutur, cavan kişiləri, qız-gəlinləri  əsir aparırdılar. Bir müşahidəçi 
yazırdı ki, "Şirvan əyalətini tamamilə dağıdılmış gördüm. İran süvariləri dəhşətli qarətlər törətmişdilər... Bir çox 
kəndlər boşalmışdı". Fürsətdən istifadə edən rus komandanlığı  pərakəndə  vəziyyətdə olan qüvvələri 
birləşdirərək, strateji təşəbbüsü ələ aldı və əks hücuma keçdi. Ümumən, İran qoşunu Şimali Azərbaycana daxil 
olan kimi çarizm əleyhinə üsyan dalğası genişləndi. XIX əsrin başlanğıcından etibarən işğal olunmuş 
Azərbaycan torpaqlarında çarizmin həyata keçirdiyi müstəmləkə siyasəti, ictimai və milli zülm həddini aşmışdı. 
Bütün bunlar ölkədə çar hökumətinə qarşı güNdən-günə nifrəti artırdı. Hərəkatın əhalinin müxtəlif zümrələrini 
əhatə etməsinə baxmayaraq, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə əsas məqsədə çevrilmişdi. 
Ona görə do üsyanlar bütün ölkəni əhatə edirdi. 1826-cı il iyulun 28-nə keçən gecə  Gəncədə üsyan başlandı. 
Şəhərdəki Rus qoşunu darmadağın edildi. Uğurlu xan Gəncəyə daxil oldu. 
Talış xanlığında da azadlıq uğrunda mübarizə genişlənirdi. Xanlıqda yerləşən Xəzər dəniz batalyonunun 
komandanı mayor Ilyinskinin özbaşınalığı  nəticəsində 1826-cı il iyunun 4-də Mir Həsən xan İrana qaçmışdı. 
Onun qayıtması ilə Lənkəranda da üsyan baş verdi. 
Bakı xanlığında da həyəcanlar başlanmışdı. Lakin möhkəm qala divarları rus qoşununa keçmiş Bakı 
xanı Hüseynqulu xanın hücumlarını dəf etməyə imkan verdiyindən, şəhərdə həyəcanlar asanlıqla yatırılırdı. 
Şirvanda, Qubada, Şəkidə və digər yerlərdə baş vermiş üsyanlar Ölkəni təlatümə gətirmişdi. Geniş xalq 
kütlələrinin üsyanlarda fəal iştirakı qələbələrin rəhni idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə