A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə28/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   24   25   26   27   28   29   30   31   ...   116

76 
 
Nəbati ornamentlərlə bəzədilmiş daş abidələrin ən gözəl nümunələrinə bu 
əsrlərdə Bakıda və Abşeron yarımadasında  yerləşən  bəzi  kəndlərdə  (Bülbülə  kənd 
məscidi və s.) rast gəlinir. Belə məşhur abidələr sırasına ilk növbədə XV əsrə aid edilən 
Şirvanşahlar  sarayını  daxil  etmək  olar.  Şirvanşahlar  sarayı  bir  sıra  binalardan  ibarət 
kompleks təşkil edir.  Bu  kompleks  içərisində  bəzək  sahəsində  ən  maraqlı,  ən  gözəl 
abidə divanxana və Şirvanşahların türbəsidir. Burada tətbiq olunmuş oyma bəzəkləri 
öz bədiiliyi və zərifliyi ilə insanı heyran edir. 
Divanxana və türbənin naxışları yerli ağ daşlar üzərində oyulmuş yarpaq və 
müxtəlif  çiçəklərin  mürəkkəb  toxunmasından  ibarətdir.  Təbiətdə  təsadüf  edilən  bir 
çox  nəbati  formaların  üzərindən  götürülüb  və  stilizə  edilərək  istifadə  olunmuş  bu 
ornamentlər  şaxələr  üzərinə  ötürülmüş,  şaxələrdə  əksər  yerlərdə  piçək  adlandırılan 
spiral xətti şəklində çəkilmişdir. Qeyd etmək lazımdır ki, spiralvari piçəklərin burada 
geniş  tətbiq  olunması  dövrün  ornamental  sənətinin  ən  səciyyəvi  xüsusiyyətlərindən 
idi.  Ümumiyyətlə,  Bakı  Şirvanşahlar  sarayı  bəzəkləri  ornamentlərinin 
kompozisiyasına və işlənməsinə görə müxtəlif dövrlərdə yarandığını göstərir. Qeyd 
etmək  lazımdır  ki,  nisbətən  əvvəl  düzəldilmiş  bəzəklər  öz  quruluşu  və  icra 
olunmasına görə sonrakılardan daha zərif, daha böyük sənətkarlıqla işlənmişdir. Biz 
bu bəzəkli daş oymaların işlənmə texnikasını nəzərə alsaq, görərik ki, sənətkar burada 
əsasən  üç  əməliyyatdan  istifadə  etmişdir.  Birinci  növbədə  o,  daşda  istədiyi  çeşni 
əsasında  naxış  səthini dərinləşdirir,  sonra  alınan  müəyyən  təsvir  üzərində  işləyir  və 
nəhayət, alınmış naxışların xırdalıqlarını dəqiqləşdirir. 
Divanxana qapısının tağı üzərindəki naxışlar həm kompozisiyası, həm də icra 
cəhətdən sarayın bəzəklərinin ən yaxşılarındandır. Qabarıq naxışlar ətrafında oyulmuş 
çuxurlar dərin  kölgə salaraq bu bəzəkləri aydınlaşdırır və onların  zərif  rəsminin  gözə 
çarpmasını  təmin  edir.  İlk  baxışda,  bu  bəzəklərin  mürəkkəb  görünməsinə 
baxmayaraq, onların müəyyən qaydalar əsasında qurulduğunu təyin etmək olar. 
Daş  üzərini  oyma  üsulu  ilə  bəzəmə  xüsusiyyətlərindən  biri  də  onların 
üzərinin  yalnız  naxış  və  rəsmlə  deyil,  bədii  yazılarla  da  həkk  etdirilməsidir.  Bu 
yazılar,  əsas  etibarilə  əvvəllər  ideoloji,  sonralar  isə  get-gedə  daha  çox  dekorativ 
rolunu oynayaraq hər hansı bir səthin üzərindəki kompozisiyanı naxışla əlaqələndirir. 
XV  yüzillikdən  başlayaraq  memarlıq  abidələrimizin  bədii  tərtibatında 
canlıları  təsvir  edən  oymalara  təsadüf  edilmir.  Bundan  sonra  adətən  gül-çiçək 
ornamentlərindən təşkil edilmiş bəzəklər təsvirli oymaları əvəz etməyə başlayrr. 
Daş  üzərindəki  təsvirli  oymaların  sıradan  çıxmasına  təkcə  bədii  üslubun 
dəyişməsi  yox,  memarlıq  abidələrimizdə  bu  əsrdən  başlayaraq  rəngli  kaşıların  da 
geniş istifadə edilməsi təsir göstərir. 
Daş  üzərində  tətbiq  olunmuş  oyma  bəzəklərin  eynisinə  bu  dövrdə  gəc 
üzərində  də  rast  gəlirik.  Bunlardan  XIII  əsrə  aid  Şeyx  Xorasan  türbəsinin  və  Pir 
Hüseyn  xanəgahının  mehrablarını  xüsusilə  qeyd  etmək  lazımdır.  Gəc  üzərindəki 
oyma  bəzəklər  öz ornamental  xüsusiyyətlərinə  görə  daş bəzəklərinə  bənzəsə də,  bir 
çox xüsusiyyətlərinə görə  ondan seçilir. Onu da  qeyd etmək lazımdır ki,  gəc daşa 
nisbətən xeyli yumşaq materialdır. Məhz buna görə də gəc üzərində sənətkar daha 


77 
 
maraqlı və çox əməliyyat apara bilir. 
Gəc  üzərində  iş  əsas  iki  əməliyyat  əsasında  görülürdü.  İlk  növbədə,  gəc 
hələ  qurumamış  (yumşaq  ikən)  sənətkar  onun  üzərində  iti  bir  alətlə  istədiyi  rəsmi 
çəkir,  qalınlığını,  dərinliyini  verir.  Gəc  quruduqdan  sonra  isə  hazır  rəsmin  və 
ornamentin xırdalıqları (detalları) üzərində işləyərək əlavələr edir. Bu əməliyyat öz 
zərifliyi ilə daş üzərində aparılan işdən daha çox zərgərlikdə tətbiq olunan döymə 
və şəbəkə işlərini xatırladır. 
XI-XV  yüzilliklərdə  Azərbaycanda  xalq  sənətkarlığının  maraqlı 
sahələrindən  biri  olan  metal  sənəti  də  yüksək  inkişaf  mərhələsi  keçmişdir.  Bu 
dövrlərdə metaldan müxtəlif növlü silahlar, cürbəcür formalı ev avadanlıqları və s. 
sənət nümunələri hazırlanmışdır ki, bunların da bir çoxları dövrümüzə qədər gəlib 
çatmışdır.  Əvvəlki  dövrlərdə  olduğu  kimi,  yenə  də  Gəncə,  Şamaxı,  Naxçıvan, 
Təbriz metal məmulatı hazırlayan mərkəzlərdən idi. 
Mənbələr göstərir ki,  Gəncə sənətkarları bu əsrlərdə  silah (qılınc, qalxan 
və s.) və xüsusilə memarlıq abidələrində tətbiq olunan metal pəncərə barmaqlıqları, 
darvaza  düzəltməkdə  xüsusilə  mahir  olmuşlar.  Buna  misal  olaraq  zəmanəmizədək 
gəlib çatmış Gəncə şəhərinin tunc darvazasını göstərmək olar. Ərəb dilində kufi xətti 
ilə bəzədilmiş biri o birisinə cilalanmış böyük dəmir çərçivələr bu nəhəng darvazanın 
əsasını  təşkil  edir.  Məlum  olduğu  kimi,  bu  bəzəkli  dəmir  darvaza  1139-cu  ildə 
hərbi  qənimət  kimi  Gürcüstan  şahı  I  Dmitrinin  Gəncəyə  basqını  zamanı  hərbi 
qənimət kimi Gürcüstana aparılmışdır. Hazırda bu darvazanın bir tayı Gürcüstanda, 
Kutaisinin Kelati monastırında saxlanılır. 
XII  yüzillikdə  Gürcüstanın  mədəni  həyatında  xüsusi  rol  oynayan  Kelati 
monastırında gürcü şahları qarətlər zamanı  əldə  edilmiş nadir sənət  nümunələri və 
qiymətli  əlyazmaları  saxlayırdılar.  XIII  yüzillikdə  erməni  tarixçisi  Kirakos 
Qandziyskinin  verdiyi  məlumata  görə,  1139-cu  ildə  Gəncədə  baş  vermiş  zəlzələ 
vaxtı  gürcü  şahı  Dmitri  basqınla  şəhəri  qarət  etmiş  və  hərbi  qənimət  kimi  dəmir 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə