A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə24/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   20   21   22   23   24   25   26   27   ...   116

67 
 
aparılan arxeoloji qazıntılar bu fikrin yanlış olduğunu göstərir. Şamaxı şəhərindəki 
arxeoloji tədqiqatlar zamanı üzərində orta əsr döyüşçüsünün əl və qol hissələri rəsm 
olunmuş  bir  şirli  qab  parçası  aşkar  edilmişdir.  Tarix  elmləri  doktoru  H.Ciddinin 
fikrincə,  XI  yüzilliyə  aid  edilən  bu  saxsı  parçasında  o  dövrdə  Şirvanda  işlənən  hərbi 
geyim forması nümayiş etdirilib. 
XII-XIII  yüzilliklərin  əvvəllərində  şirli  məmulatla  yanaşı,  süjet  tipli 
təsvirlərə  şirsiz  keramika  üzərində  də  rast  gəlinir.  Bunlardan  ən  diqqətəlayiqlisi 
hazırda Nizami adına Gəncə tarix-ölkəşünaslıq muzeyində saxlanılan bir konusvari 
gil  qabdır.  Qabın  qiymətli  cəhətlərindən  biri  də  ondadır  ki,  burada  "Məni 
unutmamaq  üçün  Cahan  Pəhləvana"    sözləri    yazılmışdır.    Yazıdan  belə  bir 
nəticəyə gəlmək olur ki, həmin əşya XII yüzilliyin II yarısında hazırlanmışdır. Bu yazını 
oxumuş filologiya elmləri namizədi Əbülfəz Hüseyninin fikrincə, həmin qab hədiyyə 
kimi Eldəgiz dövlətinin başçısı məşhur Atabəy Məhəmməd Cahan Pəhləvana (1175-
1186) təqdim edilmək üçün hazırlanmışdır. 
Qabdakı yazı və rəsmlər Şərqin bir çox sənətkarlıq mərkəzlərində istehsal 
olunan  belə  formalı  məmulatın  hansı  məqsədlər  üçün  işlənməsi  kimi  mübahisəli 
məsələnin həllini yüngülləşdirir. Çox 
güman  ki,  belə  qablar  müxtəlif  
bahalı  mayelərin,  ilk  növbədə 
qiymətli  ətirlərin  uzaq  məsafələrə 
daşınması üçün istifadə edilirdi. 
XIII yüzillikdə Azərbaycan 
ərazisində  monqolların  viranedici 
yürüşləri 
nəticəsində 
ölkənin 
iqtisadi-ictimai  həyatında  inkişaf 
dayanır. 
Mühüm 
sənətkarlıq 
mərkəzləri  olan  Beyləqan,  Gəncə, 
Qəbələ və b. tənəzzülə uğrayır. Bir 
çox  sənət  sahələrində  istehsal 
dayanır və ya azalır. Bu hal xüsusilə 
süjetli  keramika  istehsalına  aiddir. 
Monqolların  yürüşlərindən  sonra 
Azərbaycanda uzun müddət heç bir 
süjetli  məmulata  rast  gəlinmir.  Ancaq  XIII  yüzilliyin  axırı  -  XIV  yüzilliyin 
əvvəllərində Azərbaycanda bu sənət sahəsinin istehsalı dirçəlir. 
Bu dövrdə Azərbaycan və onun cənub şəhərləri Yaxın və Orta Şərq aləmində 
aparıcı  mövqeləri  ələ  keçirir.  Bu,  ilk  növbədə,  ölkənin  nəhəng  Elxani  dövlətinin 
mərkəzinə  çevrilməsi  və  Cənubi  Azərbaycan  şəhərlərindən  Marağanın,  Təbrizin, 
Sultaniyyənin  həmin  dövlətin  paytaxt  şəhərləri  olması  ilə  əlaqədar  idi.  Bu 
şəhərlərdən xüsusilə Təbrizi qeyd etmək lazımdır. Elxani dövlətinin paytaxtı olan bu 
şəhər həmin illərdə özünün çiçəklənmə dövrünü keçirirdi. Demək olar ki, elə bir sənət 
sahəsi  yox  idi  ki,  bu  şəhərdə  inkişaf  etməsin.  Şəhərdə  Yaxın  və  Orta  Şərq  elm 


68 
 
aləminin  ən  parlaq  nümayəndələri  məşhur  sənət  və  söz  ustaları  yaşayırdı.  Belə 
şəraitdə  şəhərdə  yüksək  sürətlə  bədii  yaradıcılıq  inkişaf  edir,  yüksək  keyfiyyətli 
təsviri sənət nümunələri yaradılırdı. 
Bu  baxımdan  Təbriz  şəhərində  istehsal  olunan  süjetli  keramika 
diqqətəlayiqdir. Onlardan birini nəzərdən keçirək. 
XIII  yüzilliyin  sonunda  hazırlanmış  bu  qabda  dövlətli  bir  atlı  fiquru  (bunu 
onun  qollarına  bağlanmış  sarğılardan  bilmək  olar)  təsvir  olunmuşdur.  Atlının  girdə 
sifəti,  xırda  gözləri,  nöqtələrlə  göstərilmiş  burnu  və  ağzı  vardır.  Atlının  başında  şiş 
papaq, əynində xalat və şalvar, ayaqlarında balaca çəkmələr vardır. Atlının papağı 
altından iki uzun hörük görünür. Burada təsvir olunmuş şəxsin tipi, əynindəki geyim 
onun dövlətli köçəri əyan olduğunu göstərir. 
Kompozisiyada  verilmiş  at  fiquru  xüsusilə  cazibədar  işlənmişdir.  Onun 
təsvirində canlı dinamika duyulur. At elə bil öz yerində oynayır. 
Sənətkar buna onun ayaqlarının hərəkətdə, oynaq tərzdə işlənməsi ilə nail 
ola bilmişdir. 
Mərkəzdə  verilən  bu  səhnə  ensiz 
dəyirman  zolaqla  çərçivələnib,  həmin  zolaqda 
ayaqlarını qatlayaraq oturmuş yeddi insan fiquru 
verilmişdir.  Onların  eyni  tərzdə,  eyni  geyimdə 
olması,  aralarındakı  məsafənin  birliyi  bu  fiqurlara 
təsviri  deyil,  dekorativ  ornamental  məzmun  verir. 
Bu  zolaq  və  orada  təsvir  olunmuş  obrazlar 
mərkəzdəki 
səhnəni 
tarazlaşdırıb 
ümumi 
kompozisiyaya  bütövlük  verir.  Qabdakı  təsvirlər  o 
dövrdəki  miniatür  boyakarlığın  obrazları  ilə 
oxşarlıq təşkil edir və onların hər ikisində vahid 
bədii üslubun olması nəzərə çarpır. 
Cənubi  Azərbaycan  ərazisindən  tapılan 
daha  bir  qab  da  diqqətəlayiqdir.  Bu,  XIV  yüzilliyin  əvvəlində  Sultaniyyə  şəhərində 
hazırlanmış  və  hazırda  Londonda  cənab  Keyrin  kolleksiyasında  saxlanılır. 
Mütəxəssislərimizin  fikrincə,  burada  dahi  şairimiz  Nizami  Gəncəvinin  "Xosrov  və 
Şirin" poemasının əsas qəhrəmanları Xosrov, Şirin və Fərhad təsvir olunublar. Səhnə 
ağ və göy rənglərlə işlənmiş zəngin nəbati fon üzərində icra edilmişdir. Bu fonu nizamsız 
halda  səpələnmiş  xırda  gül,  yarpaq  və  qollu-budaqlı  bitki  rəsmləri  təşkil  edir. 
Kompozisiyanın  mərkəzində  Şirin,  solunda  zərli  naxışlı  paltar  geymiş  Xosrov, 
sağında isə bir qədər aralı Fərhad təsvir olunmuşdur. Süjetin yüksək ustalıqla işlənməsi 
və  nəbati  ornamentin  zənginliyi  hadisənin  gözəl  bir  bağda,  təbiət  qoynunda  baş 
verdiyini  andırır.  Səhnənin  rəng  palitrasının  göy,  mavi  və  ağ  boyalardan  ibarət 
olması  kompozisiyaya  sabit,  durğun  xarakter  bağışlayır.  Bu  qabdakı  səhnənin 
işlənməsində İran ustalarının müəyyən təsiri duyulur. Buna baxmayaraq, həm süjetin 
özü,  həm  də  buradakı  obrazların  geyim  və  bəzəkləri  həmin  qabın  Azərbaycan 
sənətkarlarının  zəhmətinin  məhsulu  olduğunu  göstərir.  Belə  tipli  səhnələrə  həmin 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə