A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə22/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   18   19   20   21   22   23   24   25   ...   116

62 
 
yarımgünbəzlə  nəhayətlənir.  Bu  yarımgünbəz  zəngin  stalaktitlər  quruluşuna 
söykənmişdir.  Baştağın  timpanları  giriş  yolunun  üstündəki  səth  üzərində  oyma 
naxışlarla, qabarıq nəbati ornamentlərlə bəzədilmişdir. Güman edilir ki, giriş yolunun 
üstündə abidənin tarixinə dair yazılar olmuş, lakin nə vaxtsa silinib atılmışdır. 
 
Bu  abidənin  nə  vəzifə  daşıdığı  mübahisəlidir.  Güman  edilir  ki,  bu  binada 
Şirvanşahlar  dövlət  şurasının  iclaslarını  keçirirmiş.  Bu  vaxt  salonda  şah  və  saray 
əyanları, həyətdəki eyvanda isə varlı şəhər sakinləri, dəvət edilmiş vətəndaşlar və s. 
əyləşirmiş. 
Divanxananın  XV  əsrin  nadir  bir  abidəsi  kimi,  Azərbaycan  memarlığında 
xüsusi  yeri  vardır.  Bu  binanın  bir  sıra  bədii  memarlıq  keyfiyyətləri  onu  incəsənət 
irsimizin görkəmli abidələri sırasına daxil etmişdir. Onlardan kompozisiya tamlığını, 
memarlıq  formalarının  kamilliyini,  dekorativ  ünsürlərin  yaradılmasındakı  ecazkar 
ustalığı,  memarlıq  kütlələri  arasındakı  müvazinətin  düzgünlüklə  tapılması  və 
onların  daxili  boşluqla  üzvi  surətdə  uyğunlaşdırılmasını,  ümumi  tikintidə  ayrı-ayrı 
memarlıq  ünsürlərinin  düzgün  miqyasda  yerləşdirilməsini  və  s.  göstərmək 
lazımdır. 
Bu  binanın  portal  bəzəyilə  Şirvanşahlar  türbəsindəki  baştağın  dekorativ 
kompozisiyası,  ayrı-ayrı  dekorativ  ünsürlər  Divanxana  salonunda  altıguşəli 
medalyonlarda və türbədəki portal medalyonlarında güzgü əksliyilə yazılmış qabarıq 
"Əli"  sözləri  və  s.  arasındakı  yaxın  yaradıcılıq  üslubu  yerli  Şirvan  memarlıq 
məktəbinin sənət xəzinəsindən xəbər verir. 
 
 
 
 
 
 
DEKORATİV SƏNƏTLƏR 
 
Orta  yüzillik  tarixinin XI əsrdən XV  əsrin sonunadək  davam edən ikinci 
dövrü feodalizm quruluşunun tam inkişafı dövrü sayılır. 
Bu  zaman  təsərrüfat  və  mədəniyyət  yüksək  inkişaf  dövrü    keçirir.   
Sənətkarlıq  qədimdə  olduğundan  daha  yüksək səviyyəyə qalxır, köhnə şəhərlər 
dirçəlir, yeniləri yaranırdı. Onlar sənətkarlıq, ticarət mərkəzlərinə çevrilirdilər. 
XI-XV yüzilliklər ərzində Azərbaycan xalqı bir çox yüksək səviyyəli bədii 
sənətkarlıq  nümunələri:  xalça,  parça,  zərgərlik,  saxsı,  kaşı  və  s.  yaratmışdır  ki, 
bunların əksəri hazırda dünyanın ən zəngin muzeylərində nümayiş etdirilir. 
XI-XV  yüzilliklərdə  Azərbaycanda  olmuş  bir  çox  xarici  ölkə  səyyahları 
Gəncədə,  Bərdədə,  Naxçıvanda,  Şamaxıda,  Bakıda,  Təbrizdə  və  Ərdəbildə 
misgərlik, dulusçuluq işi ilə məşğul olan xalça, parça toxuyan, böyük emalatxana-
ların olduqlarını qeyd edirlər. 
Qeydlərə  görə,  Azərbaycanda  istehsal  olunan  bədii  sənət  nümunələri  bu 


63 
 
dövrdə  Qərbi  Avropada  sənət  nümunələrindən  xeyli  yüksək  səviyyədə  idi. 
Mənbələrdən  məlum  olur  ki,  o  dövrdə  hər  bir  sənətin  özünəməxsus  sexi  varmış. 
Sexlərin başında usta dururdu. 
Bütün Yaxın Şərqdə olduğu kimi, Azərbaycanın şəhərlərində də sənətkarlar 
müəyyən ixtisas üzrə ayrı-ayrı məhəllə və  ya bazarlarda yerləşirdilər. Bu məhəllə 
və bazarlar həmin sənətin adı ilə adlanırdı. Məsələn, zərgərlər, misgərlər, bəzzazlar 
məhəlləsi, dəmirçi, başmaqçı, dabbağ, dülgər bazarı və s. 
XII yüzillikdə Azərbaycan şəhərlərində sənətkarların təşkilatları var idi. Bu 
təşkilatların  üzvləri  əxilər  (qardaşlar)  adlanırdılar.  Onlar  dini  pərdə  altında  fəaliyyət 
göstərirdilər.  Əxilər  emalatxana 
sahiblərinə  və  sələmçilərə  qarşı 
mübarizə  edir,  ehtiyac  içərisində 
olan  təşkilat  üzvlərinə  və  başqa 
şəhərlərdəki 
məsləkdaşlarına 
kömək  üçün  vəsait  toplayırdılar. 
Bəzi 
mənbələrə 
görə, 
XII 
yüzillikdə 
yaşamış 
böyük 
Azərbaycan  şairi  Nizami  də 
əxilərə 
rəğbət 
bəsləmişdir. 
Aydındır  ki,  digər  Yaxın  Şərq 
ölkələrində 
olduğu 
kimi, 
Azərbaycanda  da  sənətkarlıq  öz 
dövrünə görə yüksək inkişaf etmiş 
və  çiçəklənmişdi.  Ticarət  yolu 
üzərində  yerləşən  Azərbaycan 
şəhərləri  getdikcə  böyüyür  və 
sənətkarların sayı artırdı. 
XI-XV  yüzilliklərdə  Azərbaycanda  dekorativ-tətbiqi  sənətin  demək  olar 
ki,  bütün  sahələri  inkişaf  etmişdi.  Bu  növlərdən  bəziləri  (dulusçuluq,    misgərlik,  
ipəkçilik  sənəti  və  s.),  bir  çox  sexləri  olan  böyük  emalatxanalar  əsil  mənada  geniş 
sənaye istehsalına çevrilir, öz məhsulları ilə xarici ölkə bazarlarında şöhrət qazanırdı. 
Lakin  xalq  sənətimizin  bu  dövrlərdə  elə  növləri  olmuşdur  ki,  həm  yerli  xammalın 
azlığından, həm də ölkədə ona az ehtiyac olduğundan nisbətən zəif inkişaf etmişdir. 
Təsadüfi deyildir ki, biz bu dövrlərdə yaradılmış sənət nümunələrinin bəzilərinə az, 
bəzilərinə  isə  çox  rast  gəlirik.  Düzdür,  həm  respublikamızın,  həm  də  xarici  ölkə 
muzeylərinin  eksponatları  arasında  bu  dövrdə  Azərbaycanda  yaradılmış  bəzi  bədii 
sümük  əşyalarına,  taxta,  dəri  məmulatlarına  və  s.  rast  gəlirik.  Lakin  bu  el  sənəti 
növlərinin  az  olması  bizə  onların  haqqında  dəqiq  fikir  irəli  sürməyə  hələ  imkan 
vermir. 
XI-XV yüzilliklərdə Azərbaycan dekorativ sənəti növləri içərisində keramika 
mühüm  yer  tuturdu.  Ölkəmizin  müxtəlif  yerlərində  son  25-30  il  ərzində  aparılan 
çoxlu  qazıntı  nəticəsində  tapılmış  saxsı  nümunələri  sübut  edir  ki,  Azərbaycanda 


64 
 
XI-XV  yüzilliklərdə  keramika  istehsal  edən  bir  neçə  mərkəz  (Mingəçevir,  Gəncə, 
Beyləqan,  Bakı,  Təbriz  və  s.)  olmuşdur.  Keramika  sənəti  mərkəzləri  içərisində  bu 
dövrdə ən görkəmli yeri Beyləqan tuturdu. Buradan tapılmış külli miqdarda müxtəlif 
bədii saxsı qablarla yanaşı, kürələr, formalar, möhürlər (emalatxanaların damğası) və 
s.  əşyalar  bu  gözəl  sənət  nümunələrinin  Azərbaycanda  istehsal  olunduğunu  bir  daha 
əyani surətdə təsdiq edir. 
Azərbaycanda  istehsal  olunan  XI-XV  yüzilliklərə  aid  saxsı  qabların 
bəzilərində emalatxana damğası ilə yanaşı,  onu hazırlayan ustanın da adı yazılırdı. 
Məsələn,  Gəncədə  tapılmış  bir  saxsı  qabın  üzərində  "Əhməd  Əbubəkr  oğlu 
Gəncəvi", Beyləqandan tapılmış bir sıra qabların üzərində isə "Əli Əziz oğlu", "Nəsr", 
"Xəttab", "Rüstəm", "Seyidəli" və s. adlara rast gəlirik. 
Azərbaycan keramika sənəti nümunələri həm istifadə  edilməsinə, həm də 
bir  çox  bədii  xüsusiyyətlərinə  görə  iki  böyük  qrupa  bölünür.  Bunlardan  birincisi 
məişətdə  istifadə  edilən  saxsı  məmulatları,  ikincisi  isə  memarlıqda  tətbiq  edilən 
kaşılardır.  Qazıntı  zamanı  əldə  edilən  saxsı  məmulatları  göstərir  ki,  bu  əsrlərdə 
Azərbaycanın şəhər və kəndlərində külli miqdarda müxtəlif formalı və bəzəkli saxsı 
qablardan istifadə edilirmiş. Bunlardan küp, kuzə, sürahi,  kasa,  nimçə, çıraq  və  s. 
göstərmək olar. Bu dövr saxsı məmulatları həm şirli, həm də şirsiz olurdu. Şirsiz 
saxsı  məmulatların  əksəriyyəti  böyük  küplər,  bardaqlar  və  çıraqlardan  ibarət  idi. 
Şirsiz  saxsı  məmulatların  istehsalında  boyadan  istifadə  olunmadığı  üçün  bəzəklər, 
əsasən  cızma  və  qabartma  üsulu  ilə  edilirdi.  Belə  bəzəklər  içərisində  biz  nəbati, 
həndəsi  ornamentlərlə  bərabər,  müxtəlif  heyvan,  quş,  hətta  insan  fiqurlu  motivlərə 
rast gəlirik. 
Şirsiz  saxsı  məmulatlarındakı  bu  bəzəklər  şirli  qablardakı bəzəklərdən  heç 
də fərqlənmirdi. Bu da Azərbaycanda vahid bir bədii keramika üslubunun olmasını 
sübut edir. 
Lakin  bədii  üslubun  ümumiliyinə  baxmayaraq,  ayrı-ayrı  saxsı  istehsalı 
mərkəzlərinin  sırf  özünəməxsus  bəzi  elementləri  də  var  idi.  Məsələn,  bu  vaxtlar 
Beyləqan  saxsı  məmulatı  üzərində  daha  çox  aslan  və  qoç  təsvirlərinə  rast  gəlinirdi. 
Çox  maraqlıdır  ki,  aslan  və  qoç  təsvirləri  bu  dövrdə  Eldəgiz  dövlətinin  pullarında 
həkk edilmiş və Atabəylərin şəxsi damğası olmuşdur. 
Azərbaycan  keramika  sənətinin  ən  böyük  zirvəsi  şirli  saxsı  məmulatları 
istehsalıdır.  Başqa  ölkələrdə  olduğu  kimi,  Azərbaycanda  da  saxsı  məmulatları  istiyə, 
soyuğa daha davamlı olması və gözəl  görünməsi  üçün  şüşəyəbənzər  rəngli maye ilə 
örtülürdü. Azərbaycanda şirə adı ilə məşhur olan bu maye öz şəffaflığı və davamlılığı ilə 
geniş şöhrət tapmışdır. Şirli saxsı məmulatlarının anqobsuz və anqoblanmış iki növünə 
təsadüf olunur. Azərbaycan ərazisində tapılmış dulusçuluq sənəti nümunələri içərisində 
anqobsuz  saxsı  məmulatları  say  etibarilə  çoxluq  təşkil  etsə  də,  öz  bədii 
xüsusiyyətlərinə  görə  anqoblanmış  saxsı  məmulatlarından  keyfiyyətcə  xeyli  aşağı 
səviyyədədir.  Araşdırdığımız  dövrün  saxsı  məmulatları  içərisində  anqoblanmış  şirli 
qablar  mühüm  yer  tuturlar.  Əgər  əvvəlki  dövrlərdə  saxsı  məmulatları  üzərinə 
çəkilmiş  anqobdan  gil  qabların  üzərindəki  məsamələri  örtmək  və  onun  rəngini 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə