A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə18/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   14   15   16   17   18   19   20   21   ...   116

52 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xatirə abidələri. XII əsrdə olduğu kimi XIII-XV əsrlərdə də Azərbaycan 
memarlığının  inkişafında  xatirə  abidələri  son  dərəcə  əhəmiyyətli  mövqe  tuturdu. 
XII  əsrdə  müəyyənləşən  bürcvari  türbələr  XIII-XIV  əsrlərdə  Azərbaycanda  geniş 
surətdə tikilirdi. 
Bərdə,  Qarabağlar,  Xaçıntürbətli,  Salmas,  Xiyav,  Füzuli  bölgəsi  Aşağı 
Veysəlli  kəndində  tikilən  abidələr,  Zəngilan  bölgəsindəki  abidələr  dövrün  maraqlı 
xatirə  tikintiləridir.  XII  əsr  qülləvari  türbələrilə  XIV  əsrin  qülləvari  türbələri 
arasında nə fərq vardır? Bunların bədii-memarlıq ideyasında böyük dəyişiklik nəzərə 
çarpmır.  Bu  abidələrin  tikilməsində  əsas  məqsəd  hakim  zümrəyə  mənsub  şəxslərin 
xatirəsini əbədiləşdirmək idi.  İrəlidəki fəsildə  müfəssəl  izah etdiyimiz kimi, islam 
dininin  ehkam  məhdudiyyətləri  nəticəsində  heykəl  yaratmaq  qadağan  olunduğundan 
hakim zümrəyə  mənsub  şəxsiyyətlər  öz  xatirələrini  əbədiləşdirmək üçün  memarlıq 
vasitələrindən istifadə edirdilər. Beləliklə, yaradılmış qülləvari türbələr öz mahiyyəti 
etibarilə  qəbir  tikintisindən  daha  çox,  memarlıq,  memorial  abidə  səciyyəsini 
daşıyır. 
Belə  tikintilərin  üzərində  təsvir 
motivləri  verilmədiyi  üçün  şəxsiyyətlərin 
xatirəsi  kitabələr  vasitəsilə  əbədiləşdirilir, 
abidənin  görkəmli  yerlərində  dəfn  edilən 
şəxsin  adı  çəkilir,  onun  yüksək  şəxsi 
keyfiyyətləri qeyd olunur. 
Abidələrin 
bədii-memarlıq 
təsvirini 
artırmaq 
üçün 
müvafiq 
vasitələrdən və  kompozisiya  üsullarından 
geniş  şəkildə  istifadə  edilir.  XIV  əsrdə 
tikilmiş  bir  sıra  qülləvari  türbələr  üçün 
səciyyəvi  olan  cəhət  onların  xarici 
səthlərinin çox rəngli olması, həcmli portal 
baştağ  quruluşlarında  naxışvari  hörgüdən 
bir  kompozisiya  vasitəsi  kimi  istifadə 
edilməsi idi. 


53 
 
Bu dövrün ən qiymətli türbələrindən bir neçəsi haqqında ətraflı məlumat 
verək. 
Olcaytıı Xudabəndin türbəsi. Planda səkkiztərəfli həcmi, əzəmətli plastik 
quruluşu,  daxili  bəzəkləri  və  cəsarətli  mühəndis  quruluşuna  görə  Olcaytu 
Xudabəndə məqbərəsi orta əsr memarlığında  çox əhəmiyyətli bir mövqeyə malikdir. 
Tədqiqatçılar türbənin əsas günbəzinin ətrafında yerləşən, bir növ kontrfors vəzifəsini 
daşıyan  minarə  şəkilli  qurğuları,  mərkəzi  günbəzin  ikiqat  quruluşunu  diqqətlə 
öyrəniblər.  Günbəzin  ikiqat  quruluşundakı  diqqəti  cəlb  edən  cəhət  bu  iki  qatın 
arakəsmə şəklindəki qurğularla bir-birinə bağlanmasıdır. Sonralar İtaliyada intibah 
dövründə  təsadüf  etdiyimiz  bu  quruluş,  bəzi  tədqiqatçıların,  xüsusən  O.Şüazinin 
dediyinə  görə,  məhz  Olcaytu  Xudabəndə  türbəsi  ilə  əlaqədardır.  Olcaytu 
Xudabəndə türbəsi ilə Mərvdəki Soltan Səncər türbəsinin kompozisiya quruluşu və 
ümumi  dekorativ  həlli  tamamilə  fərqli  olsa  da,  mənşə  etibarilə  onların  arasında 
müəyyən əlaqə vardır. Biz bu əlaqəni xüsusən Mərv türbəsinin mərkəzi günbəzini 


54 
 
əhatə edən tağlı eyvan quruluşu ilə Olcaytu Xudabəndə türbəsindəki  mərkəzi günbəzin 
ətrafındakı  minarəni  xatırladan  dayaqların  ideya  etibarilə  eyni  olmasında  görürük. 
Olcaytu Xudabəndə türbəsinin daxili bəzəklərində gəcdən oyma və kaşı ilə örtülmüş son 
dərəcə zəngin təsvirləri olan ornament quruluşu diqqəti cəlb edir. 
Bərdə türbəsi. Vaxtilə XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki, 
onlardan  biri  bizim  dövrümüzə  qədər  qalmışdır.  Elmi  ədəbiyyata  1322-ci  il  tarixli 
Bərdə qülləvari türbəsi adı ilə daxil olan Bərdə türbəsinin nə vaxt və kim tərəfindən 
tikildiyi  abidənin  üzərindəki  kitabələrdən  aydındır.  Bərdə  türbəsi  hələ  XIX  əsrdən 
tədqiqatçıların  diqqətini  cəlb  edir.  1848-ci  ildə  Bərdəni  ziyarət  etmiş  məşhur 
şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş  və  bu kitabələr daha  sonra 
1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfındən nəşr edilmişdir. Akademik Dorn 
eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr etmişdir. 
Bərdə türbəsi qülləvari türbələrə xas olan quruluşda olub yeraltı və yerüstü 
hissələrdən ibarətdir. Türbənin  yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə 
hissəsini,  yəni  meyitin  basdırıldığı  hissəni  təşkil  edir.  Türbənin  bu  hissəsi  vaxtilə 
günbəzlə  örtülü  olmuş  və  içərisi  kaşıdan  quraşdırma  ornamentlə  bəzədilmişdir. 
Sərdabəyə şimal tərəfdən dromos quruluşlu yol vasitəsilə daxil olurmuşlar. 
Türbənin  yerüstü  hissəsi  isə  3  əsas  memarlıq  bölgüsündən  əmələ  gəlir: 
daşdan  hörülmüş  kürsülük,  dairəvi  gövdə  və  çadırvari  günbəz.  Sahəsi  etibarilə  ən 
çox yer tutan bəzək ünsürü silindrik gövdəni örtən və firuzəyi kaşıdan quraşdırılmış 
kitabədir.  Kürsülükdən  başlayaraq  yuxarıdakı  haşiyəyə  qədər  8  metr  yarımlıq  bir 
hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir 
kompozisiyadan  əmələ  gələn  bu  kitabə  200  dəfədən  artıq  "Allah"  sözünü  naxış 
şəklində  təkrarlayır.Türbənin  gövdəsini  örtən  yazılı  səthdən  sonra  ornament,  daha 
sonra bir metr hündürlüyündə geniş kitabə qurşağı yerləşir. Bu kitabənin yeri qara rəngli 
kaşıdan,  yazılar  isə  ağ  rəngli  kaşılardan  quraşdırılmışdır.  Kitabə  qurşağından  sonra 
günbəzə keçid təşkil edən 3 yaruslu stalaktit kəməri yerləşdirilmişdir. Bu stalaktitlərin 
daxili səthləri rəngli həndəsi ornamentlə örtülü olmuşdur. Stalaktit qurşaqdan sonrakı 
konusşəkilli günbəzin səthinin də qırmızı və firuzəyi kaşıdan ibarət həndəsi ornamentlə 
örtülü olduğu müəyyənləşir. 
Öz  quruluşu  və  bəzəyi etibarilə  Bərdə  türbəsinin ən  maraqlı kompozisiya 
ünsürlərini şimal və cənub tərəflərdə yerləşmiş iki portal (baştağ) təşkil edir. Ümumi 
sxemi  etibarilə  bir-birinə  uyğunlaşsalar  da,  bu  iki  baştağ  bir-birindən  bir  qədər 
fərqlənir. 
Şimal  portalında,  stalaktit  qurşağından  yuxarıdakı  bu  kitabə  son  dərəcə 
bədii  şəkildə  yerinə  yetirilmişdir.  Kitabənin  abidənin  belə  gözəçarpan  bir  yerdə, 
demək  olar  ki,  əsas  kompozisiya  mərkəzində  yerləşdirilməsi  memarın  yüksək 
ictimai  mövqeyinə  dəlalət  edir.  Kitabənin  məzmunu  belədir:  "Əməli  Əhməd  bin 
Eyyub əl-Hafiz, Əlbənnayi ən-Naxçıvani". 
Beləliklə,  Bərdə  kitabəsi  Naxçıvan  memarlarının  hələ  XIV  əsrdə  məsul 
binaları  tikmək  üçün  başqa  şəhərlərə  də  dəvət  edildiyini  göstərməklə,  Naxçıvan 
memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə