A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə15/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   11   12   13   14   15   16   17   18   ...   116

45 
 
memarlıq - bədii məktəb yaradır. İndi demək olar ki, Naxçıvan memarlıq məktəbinin 
yaranmasının  mənbələrindən  biri  də  yuxarıda  qeyd  etdiyimiz  Aran  memarlığı 
daxilində  əmələ  gələn  xüsusiyyətlər  idi.  Qısa  bir  müddət  ərzində  naxçıvanlı 
sənətkarlar  nəinki  qarşılarında  duran  memarlıq  -  inşaat  problemlərini 
müvəffəqiyyətlə  həll  etmək  səviyyəsinə  qalxırlar  və  hətta  o  dövrdə  Azərbaycan 
memarlığının ən yüksək zirvələrini təşkil edən əsərlər yaratmağa nail olurlar. 
Naxçıvan  memarlıq  məktəbi  üçün  kərpic  hörgüsü,  kərpicdən  quraşdırılmış 
inşaat quruluşları, müxtəlif biçimli kərpicin məharətlə  tətbiqi və  kərpicin birrəngli 
yeknəsəqliyindən  uzaqlaşmaq  üçün  rəngli  kaşı  və  gəc  ünsürlərinin  memarlıq 
bəzəyinə daxil edilməsi səciyyəvidir. 
Binaların  kompozisiya  və  həcm  quruluşunda  da  Naxçıvan  memarları 
ümumşərq  memarlığında  görkəmli  yer  tuta  bilən  üsullar  yaradır  və  tətbiq  edirlər. 
Naxçıvan memarlıq kompozisiyaları üçün monumentallıqla bərabər zəriflik də diqqəti 
cəlb  edən  bir  xüsusiyyətdir.  Naxçıvan  sənətkarlarının  həndəsi  ornament  quruluşu 
yaratmaq məharətləri və inşaatda ondan çox səmərəli yollarla istifadə edilməsi də bu 
məktəbin daxilində yaradılan memarlıq-inşaat üsullarına daxildir. 
Böyük memar Əcəmi Əbubəkr oğlu Naxçıvani Naxçıvanda anadan olmuş, 
orada  yaşamış  və  yaratmışdır.  Naxçıvan  memarlıq  məktəbinin  banisi  və  ən 
görkəmli  siması  olaraq  Əcəmi  Naxçıvani  orta  əsr  Azərbaycan  memarlığının 
inkişafında dərin və silinməz izlər buraxmış, özündən sonrakı Azərbaycan memarlıq 
sənətinə  istiqamətverici  təsir  göstərmişdir.  Görkəmli  sənətkarın  Yaxın  Şərq 
ölkələrindəki memarlıq fəaliyyətinə də təsir olduğu asanlıqla izlənir. 
Qərbdə  memarlıq  əsərlərinin  hələ  anonim  şəkildə  yaradıldığı  vaxtda 
Əcəmi Əbubəkr  oğlu bariz  fərdi yaradıcılıq  siması  olan  nəhəng  bir  sənətkar  kimi 
yüksəlir. 
Yusif  Küseyir  oğlunun  türbəsi.  Naxçıvan  şəhərində,  xalq  arasında 
"Atababa  günbəzi"  adı  ilə  məşhur  olan  türbə  8  yüz  illik  yaşını  tamamlamasına 
baxmayaraq, hələ də Naxçıvanın mərkəzində yüksəlir. 
Abidə  yeraltı  sərdabədən  və  yerüstü  bürcvari  hissədən  ibarətdir.  Sərdabə 
planda səkkizbucaqlı şəklindədir. Abidənin yerüstü hissəsi də daxildən və xaricdən 
səkkizbucaqlı şəklindədir. 
Türbənin  səkkizbucaqlı  gövdəsi  piramidaşəkilli  kərpic  günbəzlə 
örtülmüşdür. Daxildə isə türbənin günbəzi çatmatağ şəkilli günbəzlə örtülmüşdür. 
Beləliklə,  Yusif  Küseyir  oğlunun  türbəsində  biz  ikiqat  günbəz  quruluşunun  ən 
görkəmli, bizim zəmanəmizə qədər əvvəlki şəklini mühafizə etmiş bir nümunəsini 
görürük. 
Türbənin  bütün  səkkiz  səthi  müxtəlif  şəkilli  həndəsi  ornamentlə 
bəzənmişdir. Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılmış, sonra gəc məhlulu ilə 
tavalar  şəklində  bərkidilərək  səthlərin  üzərində  möhkəmləndirilmişdir.  Quruluşu 
etibarilə türbənin yalnız bir səthi, qərb tərəfə baxan səthi, başqa şəkildə həll edilmişdir. 
Burada  türbənin  giriş  qapısı  yerləşdirilmişdir.  Çatmatağ  şəkilli  bu  qapı  üzərində 
haşiyələr  formasında  verilmiş  həmin  hissə  çıxıntılar  vasitəsilə  bir  portal  şəklini 


46 
 
almışdır.  Türbənin  rəis,  xoca  Yusif  Küseyir  oğlu  üçün  hicri  557-ci  ildə,  yəni  miladi 
1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilmişdir. 
Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində  ayrılmış və burada da 
kitabə yerləşdirilmişdir. Kufi xətlə yazılmış bu kitabənin giriş qapısından sol tərəfdəki 
hissəsində memarın adı yazılmışdır: "Naxçıvanlı memar Əcəmi Əbubəkr oğlu". 
Yusif  Küseyir  oğlunun  türbəsi  həcmi  etibarilə  bir  o  qədər  böyük  tikinti 
olmasa  da,  memarlıq  bəzəyi  sadə olsa  da, öz  ümumi  kompozisiyasının  aydınlığı  və 
hissələrinin  mütənasibliyi  etibarilə  və  eləcə  də  inşaat  işlərinin  diqqətlə  aparılması 
cəhətdən gözəl bir memarlıq abidəsidir. 
Möminə xatın türbəsi. Əcəmi Əbubəkr oğlunun Naxçıvanda zəmanəmizə 
qədər qalmış ikinci bir əsəri olan  Möminə  xatın  türbəsi  orta  əsr  Naxçıvan  şəhərinin 
əzəmətini əks etdirir, Naxçıvan memarlıq məktəbinin, bədii-memarlıq səviyyəsinin bir 
şahidi kimi Naxçıvanın mərkəzində yüksəlir. 
Abidənin  üzərindəki  kitabədən  türbənin  1186-cı  ildə  Atabəy  Şəmsəddin 
Eldəgəzin oğlu Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə xatının şərəfinə tikildiyi 
məlum olur. Monumental, əzəmətli bir tikinti olan Möminə xatın  türbəsi Naxçıvana 
gələn səyyah və alimlərin diqqətini çoxdan bəri özünə cəlb etmiş və abidə bir çox 
əsərlərdə  öz  əksini  tapmışdır.  Hələ  XIX  əsrin  əvvəllərində  Naxçıvana  gələn 
Dübua-de  Monpere  abidəyə  diqqət  yetirmiş  və  onun  kitabələrini  Peterburqda 
akademik  Frenə  göndərmişdi.  O  zamandan  bəri  müxtəlif  alim  və  şərqşünaslar  (şərq-
şünas Xanıkov, səyyah Dyelafua və başqaları) türbənin  özü və kitabələri haqqında 
öz qeydlərini dərc etdirmişlər. 
Möminə  xatın  türbəsi  bürcvari  Azərbaycan  türbələrinin  ən  görkəmli  bir 
nümunəsidir. Zəmanəmizə qədər qalmış hissəsinin hündürlüyü 26 m olan Möminə 
xatın  türbəsinin  xarici  örtüyü  hazırda  dağılmışdır.  Onun  da  səkkiz  metr 
hündürlükdə  olduğu  nəzərə  alındıqda  Möminə  xatın  türbəsinin  keçmişdə  34  m 
hündürlüyü olan abidəvi bir tikinti olduğu aydınlaşır. 
Abidə  yeraltı  hissədən  və  yerüstü  qurğudan  ibarətdir.  Yeraltı  sərdabə 
hissəsi planda onbucaqlıdır. Sərdabənin quruluşu burada olduqca maraqlı bir şəkildə 
həll edilmişdir. Mərkəzdə  yerləşmiş sütundan onbucaqlının  hər küncünə  doğru bir 
tağ atılmışdır. 
Möminə xatın türbəsinin əsas hissəsini təşkil edən yerüstü abidə xaricdən 
onguşəli,  daxildən  isə  dairəvidir.  Kərpicdən  tikilmiş  Möminə  xatın  türbəsinin 
quruluşu Yusif Küseyir oğlu türbəsinə oxşardır. Yəni burada da türbənin bucaqları 
çıxıntı  şəklində  həll  edilmiş,  səthlər  isə  batıq  vəziyyət  almışdır.  Lakin  Möminə 
xatın  türbəsində  bu  memarlıq  sxemi  olduqca  zəngin  bir  surətdə  işlənmiş  və 
türbənin  bütün  səthləri  rəssamlıqla  memarlığın  sintezi  şəklində  təzahür  edir. 
Möminə  xatın  türbəsi  səthlərinin  və  bucaqlarının  kitabə  və  həndəsi  ornamentdən 
ibarət  olan bəzəyi,  gəc  üzərindəki nəbati təsvirləri özü-özlüyündə  monoqrafik bir 
əsərin  mövzusunu  təşkil  edə  bilər.  Lakin  biz  burada  bu  ornament  bəzəyindən  və 
kitabələrdən ümumi şəkildə bəhs edəcəyik. Türbənin bucaqlarındakı çıxıntılar əsas 
etibarilə kufi xətlə işlənmiş kitabə ilə örtülmüşdür. Bu kitabələrin türbənin ümumi 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə