A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə11/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   7   8   9   10   11   12   13   14   ...   116

34 
 
əsrlərdə qəliblərdə hazırlanmış şüşə məmulatı nümunələri də az deyil. Zaqafqaziya və 
Orta Asiyada hələ eramızın birinci əsrindən məlum olan üfürmə üsulundan  -  metal və 
ya  gil  ucluqlu  qarğı  borulardan  istifadə  edilirdi.  Borunun  ucuna,  sorulmuş  şüşə 
kütləsinə  dərhal  hava  üfürüldüyündən  yumşaq  şüşə  kütləsi  qovaqlaşır,  şar  şəkli 
alırdı. Boru hərləndikcə şüşəyə istənilən forma verilir, sonra şüşə formanı borudan 
kəsib  onun  üstündə  bədii  əməliyyat  aparılır,  qabın  ayrılıqda  hazırlanmış  detalları 
yapışdırılırdı. 
Qəliblə  tökmə  üsulunda  isə 
içərisi 
xüsusi 
formaya 
malik 
qəliblərdən  istifadə  edilirdi.  İsti  şüşə 
kütləsi  qəliblərin  içərisinin  formasını 
alırdı. 
Üfürülmə  üsulu  ilə  nazik 
divarlı, tökmə üsulu ilə isə qalın divarlı 
şüşə  predmetlər  və  bəzək  şeyləri  - 
bilərziklər, üzüklər və s. hazırlanırdı. 
Orta  əsr  əhalisinin  həyatında 
şüşədən 
bəzək 
predmetləri 
hazırlanması  üçün  çox  geniş  istifadə 
edilmişdir. 
Şüşədən 
hazırlanmış 
bilərzik,  muncuq,  üzük  və  üzük 
qaşlarının  forma  və  rəng  müxtəlifliyi, 
eləcə  də  onların  küllü  miqdarda 
istehsalı göstərir ki, metala nisbətən şüşə bəzək predmetləri içərisində bilərziklərə daha 
çox təsadüf edilir. En kəsiyi dairəvi, yanmdairəvi və üçbucaq formalı bu bilərziklərin 
əsasən iki növünə təsadüf edilir: saya və eşmə bilərziklər. Yaşıl, sürməyi, qara, ağ, 
abı,  firuzəyi  və  s.  rəngli  bilərziklərin rəngi  şüşə  kütləsinə qabaqcadan əlavə  edilmiş 
metal  oksidləri  vasitəsilə  əldə  edilirdi.  Bəzən  isə  bilərziklərin  üstü  əlavə  olaraq 
rənglənirdi. 
Uzunsov,  şar  və oval formalı, üzəri dilimlənmiş  müxtəlif rəngli muncuqlar 
bütün  orta  əsr  şəhərlərinin  qazıntıları  üçün  xarakter  olub,  bəzək  şeyləri  kimi  geniş 
yayılmışdır. 
Şüşə  kütləsindən  üzük  və  üzük  qaşlarının  hazırlanmasında  da  istifadə 
edilmişdir.  Çox  sadə  formalı  (en  kəsiyi  dairəvi)  üzüklərlə  yanaşı  qaş  yeri  oval  və 
dairəvi çıxıntı şəklində həll edilmiş üzüklərə təsadüf edilir. 
Orta əsr şəhərlərindən tapılmış çoxlu dairəvi, oval,  kvadrat və düzbucaqlı 
forması olan şüşə lövhəciklər onlardan üzük qaşı kimi istifadə edilməsini göstərir. 
 
 
 
 
 


35 
 
BƏDİİ METAL 
 
Azərbaycanın  Təbriz,  Gəncə,  Naxçıvan,  Marağa,  Ərdəbil  və  başqa 
şəhərlərində olmuş səyyahların gündəliklərində bu yerlərin mədənlərindən çıxarılan 
mis, qızıl, gümüş və s. metallardan düzəldilən qab-qacaq və zinət əşyalarından bəhs 
edilir.  Bu  dövrdə  yaradılmış  məişət  əşyaları  içərisində  Mingəçevirdən  arxeoloji 
qazıntılar  zamanı  tapılmış  və  hazırda  Bakıda  Azərbaycan  tarixi  muzeyində  nümayiş 
etdirilən  qab-qacaqlar  xüsusi  maraq  doğurur.  Gümüşdən  düzəldilmiş  nimçə  öz  incə 
naxışları  və  gözəl  forması  ilə  həmişə  tamaşaçıların  nəzərini  cəlb  edir.  Ölçülərinə 
görə  adi  müasir  nimçələri  xatırladan  bu  nimçə  üç  tərəfdən  qabarıq  xətlərlə  və 
bunların arasında ustalıqla  yerləşdirilmiş üzüm salxımı rəsmləri ilə bəzədilmişdir. 
Nimçənin üzərindəki ardıcıl təkrar olunan qabarıq xətlər onu çox baxımlı edir. Bu 
xətlər  işıq  və  kölgə  əmələ  gətirməklə  nimçəyə  bədiilik  verir.  Azərbaycan  tarixi 
muzeyində  nümayiş  etdirilən  həmin  dövrə  aid  çox  zərif  aftafa  da  belə  qabarıq 
xətlərlə  bəzədilmişdir.  Haqqında  bəhs  etdiyimiz  əşya  üslub  xüsusiyyətinə  görə 
"Sasani  incəsənəti”nə  aid  edilən  və  bir  çox  dünya  muzeylərində  saxlanan  sənət 
nümunələrini  xatırladır.  Bu  da  əbəs  deyildir,  çünki  islamla  əlaqədar  olan  sənət 
nümunələrimizə biz yurdumuzda çox sonralar rast gəlirik. Hətta XII-XIII yüzillikdə 
belə  sənət  nümunələrimizin 
üzərində "Sasani incəsənəti"nə 
xas  süjet  və  kompozisiya 
üsullarını izləmək olur. 
Vaxtilə  Dağıstandan 
tapılmış, 
hazırda 
Sankt-
Peterburq 
Ermitajında 
saxlanan  bürünc  məcməyi 
milli məişət əşyalarımızdandır. 
Diametri  73,5  sm  olan  bu 
məcməyinin bəzək elementləri 
onun 
ilkin  orta  əsrlərdə 
hazırlandığını 
göstərir. 
Məcməyinin  üzərinə  döymə 
üsulu  ilə  həkk  edilmiş  gül, 
çiçək,  budaq  rəsmləri  və  onların  ümumi  kompozisiyası  öz  üslub  xüsusiyyətlərinə 
görə bu orijinal sənət əsərini VII-X yüzilliyə aid edir. Məcməyinin ortasında böyük 
medalyonda  verilən  nəbati  ornament  motivləri  xüsusi  maraq  doğurur.  Burada 
simmetrik  olaraq  altı  ədəd  üç  şaxəli  yarpaq  rəsmi  həkk  edilmişdir.  Aparılan  elmi 
araşdırmalar göstərir ki, bu tipli təsvirlər ilk orta əsrlərdə "Müqəddəs ağac"ın rəmzi 
olmuşdur. 
Azərbaycan  sənətkarları  bu  əsrlərdə  metaldan  təkcə  məişət  əşyaları  yox, 
zərif  zinət  işləri  də  hazırlayırdılar.  Mil  düzündə,  Qəbələdə,  Mingəçevirdə, 
Naxçıvanda  və  s.  yerlərdə  qazıntı  işləri  zamanı  əldə  edilmiş  qızıl,  gümüş  kəmər 


36 
 
hissələri, üzük, qolbaq və s. şeylər zərgərliyin Azərbaycanda hələ ilk orta əsrlərdə 
nə qədər yüksək səviyyədə olduğunu göstərir.  
 
 
 
 
1956-1960-cı  illərdə  Mil  düzündəki  Üçtəpə  kurqanlarından  tapılmış 
zərgərlik nümunələri xüsusilə maraqlıdır.  Zərgərliyin ən  mürəkkəb texniki üsulları 
(şəbəkə,  basma,  qələm  işi  və  s.)  ilə  bəzədilmiş  bu  sənət  nümunələri  öz  orijinal 
formaları  və  zərif  işlənməsi  ilə  fərqlənir.  Maraqlı  orasıdır  ki,  bu  əsr  zərgərlik 
nümunələri üzərində rast gəlinən bəzək ünsürləri, məsələn, aypara beşguşəli ulduz və 
s.  motivlər  dövrümüzə  qədər  gəlib  çatmış  və  müasir  sənətkarlarımız  tərəfindən 
işlənməkdədir. 
İlk  orta  əsrlərdə  bürüncdən  düzəldilmiş  plastik  sənət  nümunələri 
dövrümüzədək gəlib çatmışdır. 
Həmin sənət nümunələri varlı təbəqələrin məişətində geniş istifadə edilirdi. 
Bu  nümunələrdə  qədim  əsatir  obrazları  getdikcə  öz  dini  mərasim  məzmununu 
itirmiş, daha çox bəzək xarakteri almışdır. Mingəçevirdən tapılmış bürünc toqqalar 
qrifon  (qartal  başlı,  aslan  bədənli  antik  əfsanəvi  heyvan)  şəklində  işlənilmişdir. 
Kiçik  ölçülü  bu  fiqurların icrasında ön plana dekorativ  xüsusiyyətlər  çıxır.  Burada 
əməli əhəmiyyətə malik olan əşya ilə qədim motivin qarşılığı abidəyə yüksək bədii 
xüsusiyyət  verir.  Toqqanın  məhz  bu  heyvan  obrazında  işlənməsi  də 
diqqətəlayiqdir.  Araşdırmalar  göstərir  ki,  bədii  sənətkarlıqda  ən  qədim  və  geniş 
yayılmış sinkretik obrazlardan biri qrifon olmuşdur. Bu surətdə uzaq keçmişlərdən 
bəri Yaxın, Orta Şərq və Qədim Altay incəsənətində təsadüf edilir. Qrifon təsvirli 
ən qədim tapıntı Şumerlərin adı ilə bağlı olub, e.ə. III minilliyə aiddir. Azərbaycan 
incəsənətində də bu obraz qədim tarixə malikdir. Onun ən qədim  təsvirləri Cənubi 
Azərbaycanın  Ziviyə  mahalından  tapılmış  qızıl  döşlük  üzərində  verilmişdir. 
Görkəmli  özbək  alimi  Q.A.Puqaçenkovanın  fikrincə,  qrifonlar  keçmişdə  cəmiy-
yətdə yüksək vəzifə tutan şəxslərə aid əşyalar üzərində  işlənmiş və onun sahibinin 
mühafizəkarı  kimi  rəmzi  məna  kəsb  etmişdir.  Bu  baxımdan  Naxçıvanın  Zağallı 
kəndindən tapılmış və ilk orta əsrlərə aid edilən iki eyni tipli qrifon fiquru xüsusilə 
diqqətəlayiqdir. Hazırda onlardan biri Sankt-Peterburqda Dövlət Ermitajında, digəri isə 
Bakıda Nizami adına Ədəbiyyat muzeyində nümayiş etdirilir. Zağallıdan tapılmış bu 
fiqurlar  qartal  başlı,  aslan  bədənlidir.  Fiqurun  sinəsində  aşağıya  doğru  ensizləşən 
nəbati  ornamentli  medalyon  verilmişdir.  Fiqurun  başı  daha  cazibədar  işlənmişdir. 
Qrifonun ağzı üzərinə qatlanmış ağır dimdiyi, geniş açılmış gözləri, onların üzərinə 
qabarmış  qapaqları,  dik  qulaqları,  ağzının  qırağında  sanki  gərilmiş  güclü  əzələləri 
vardır.  Bütün  bu  detallar  birlikdə  təsviri  bir  tərəfdən  vahiməli,  digər  tərəfdən  isə 
möhtəşəm edir. 
Qrifonun  beli  şaquli  istiqamətdə  işlənmiş  yoğun  bürünc  dirəyə  söykənib. 
Onun  sinəsi  irəliyə  gərilmiş,  boynu  və  ayaqları  isə  bir  qədər  arxaya  çəkilmişdir. 
Beləliklə,  fiqurun  təsvirində  müəyyən  bir  dalğavarilik  nəzərə  çarpır.  Bu  yolla 
sənətkar obrazın işlənməsində  məğrurluq, qüvvə  və  canlılığı vəhdətdə göstərməyə 
nail  ola  bilmişdir.  Alimlərin  fikrincə,  bu  fiqurlar  vaxtilə  hansısa  bir  hökmdarın 
taxtının ayaqları olmuşdur. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə