A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə12/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   8   9   10   11   12   13   14   15   ...   116

37 
 
Hələ  XIX  yüzilliyin  axırlarında  Naxçıvandan  tapılmış  ilkin  feodalizm 
dövrünə  aid  digər  plastik  sənət  nümunəsi  hazırda  Sankt-Peterburq  Dövlət 
Ermitajında  saxlanır.  VII  yüzilliyə  aid  bürünc  atlı  fiquru  çoxdandır  ki,  alimlərin 
diqqətini  cəlb  edir.  35,6  sm  hündürlükdə  olan  həmin  fiqur  Azərbaycanın  erkən 
feodalizm  dövrünün  tanınmış  tədqiqatçısı  K.Treverin  fikrincə,  Qafqaz 
Albaniyasının  hökmdarı  Cavanşirin  (638-670)  fiqurudur.  Cavanşir  dəbdəbəli, 
zəngin naxışlı libasda atın üstündə oturmuşdur. 
Atın əzəmətliyi, möhkəmliyi Cavanşirin qüdrətini və  məğlubedilməzliyini 
tərənnüm  edir.  Ümumiyyətlə,  türkdilli  xalqlarda  at  bir  totem  olub,  sudan  törəyən, 
yaxud günəşdən gələn müqəddəs heyvan sayılırdı. Belə ki, bir sıra türkdilli xalqların 
rəvayətlərinə  görə,  igidlərin  atları  Günəşdən  gəlmişdir.  Bizcə,  Cavanşirin  atının  bu 
səpkidə verilməsi yuxarıda deyilənləri təsdiq edir. 
Fiqurun dördkünc altlığında da təsvirlər vardır. Onun üz tərəfində iki aslan və 
dağ keçisi, yan tərəfində isə ovçunun aslan ilə mübarizə səhnəciyi, fil, tülkü və bitki 
ornamentləri  verilmişdir.  Təsvirlər  xeyli  şərti  şəkildə  icra  olunub.  Fiqurun  altlığı, 
oradakı təsvirlərin məzmunu Cavanşirin plastik obrazının açılışına xeyli kömək edir. 
Arxeoloq  Q.Əhmədov  alban  tarixçisi  Musa  Kalankatukluya  əsaslanaraq 
göstərir  ki,  Cavanşirin  başındakı  tac,  qulağındakı  sırğa  və  əynindəki  gözəl  paltar 
vaxtilə ona Sasani hökmdarları tərəfindən bəxş edilmişdir. 
Altlıqda  olan  aslan  təsvirləri  Cavanşirin  hərbi  bayrağındakı  surətlərə 
işarədir.  Həmin  bayrağı  ona  Sasani  hökmdarı  Ş.Yəzdəgird  (632-651) 
bağışlamışdır.  Altlığın  yan  tərəfindəki  fil  təsviri  isə  Cavanşirin  ərəb  xilafəti  ilə 
siyasi  ittifaqının  rəmzidir.  Mənbələrdən  məlumdur  ki,  bu  fili  ona  məhz  ərəb 
əyanları bəxş etmişdilər. 
İlk  orta  əsrlərə  aid  olan  digər  bədii  sənət  nümunəsi  Azərbaycan  Tarixi 
muzeyində  saxlanılır.  Bürüncdən  hazırlanmış  bu  fiqur  irəli  atılan  aslanı  təsvir  edir. 
Aslanın hərəkəti, xüsusilə onun qabağa atılmış pəncələri çox canlı təsir bağışlayır. 
Aslanın  ağzı  və  gözü  dərin  oyma  xətlərlə,  tükləri  isə  bəzi  yerlərdə  iti  alətlərlə 
cızılaraq işlənmişdir. 
Fiqurun arxa hissəsi səthidir. Ola bilsin bu fiqur vaxtilə hansısa bir əşyanın 
qabartma şəkilli bəzəyi olmuşdur. 
Masallı rayonunun Boradigah kəndindən tapılmış bürünc aslan heykəlciyi 
hazırlanma  tarixi  etibarilə  yuxarıda  qeyd  etdiyimiz  fiqura  yaxındır.  Lakin  ondan 
görünüşü,  işlənmə  üsulu  ilə  fərqlənir.  Bu  fiqur  həcmlidir  və  əvvəlkindən  daha 
sxematik işlənmişdir. Onun başına günəşi andıran dairə bənd edilmişdir. 
İlk orta əsrlərdə aslan təsvirinə tez-tez təsadüf edilməsi səbəbsiz olmamışdır. 
Aslan hələ uzaq keçmişlərdə günəş allahını təmsil edən bir heyvan idi. Xalq arasında 
onu yerin hökmdarı, işığı adlandırırdılar. 
VII-VIII  əsrlərdə  hazırlanmış  və  hazırda  Sankt-Peterburq  Dövlət 
Ermitajında  saxlanılan  bir  neçə  heyvan  (dağ  keçisi,  qaz  və  ördək)  fiqurlu 
lüləyənlərin  də  Azərbaycan  sənətkarları  tərəfindən  hazırlanması  şübhə  doğurmur. 
Dağ  keçisinin  və  qazın  statik  tərzdə  və  bəzəksiz  icra  olunmasına  baxmayaraq,  hər 


38 
 
ikisi monumentallığı və möhtəşəmliyi ilə diqqəti cəlb edir. Ördək heykəlciyi isə xeyli 
dekorativ səpkidə işlənmişdir. Onun balaca başı, iri gövdəsi  və  böyük quyruğu  vardır. 
Fiqurun  qanadları  və  quyruğu  stilizə  olunmuş  halda  təsvir  edilmişdir.  Bu  sənət 
abidəsində dekorativ xüsusiyyətlər ön planda verilmiş və canlandırılan surətin daxili 
məzmunu ona tabe edilmişdir. 
Məşhur  rus  alimi,  professor  K.V.Trever  hesab  edir  ki,  bu  tipli  bürünc 
fiqurların Mingəçevirdən tapılmış fiqurlu gil qablarla genetik yaxınlığı vardır. 
 
 
DAŞ OYMALAR 
 
İlkin  orta  yüzillikdə  Azərbaycanda  müxtəlif  formalarda  hazırlanmış  və 
bəzədilmiş  daş  abidələrə  təsadüf  edilir.  Onlar  qabarıq  relyeflər,  həcmli  (dairəvi) 
heykəllər səpkisində olmuşdur. 
Hazırda  Qarabağda,  Mil,  Muğan  düzlərində  köhnə  qəbiristanlıq  və  dağ,  təpə 
üzərində rast gəlinən bu plastik sənət nümunələri azəri xalqının adət-ənənə, dini-əqidə 
və estetik zövqü haqqında məlumat verən qiymətli amillərdəndir. 
Bu  günədək  məlum  olan  azəri  plastik  sənəti  nümunələri  içərisində  tarix 
etibarilə ən qədimini insan fiqurları təşkil edir. 
Qazax,  Ağdam,  Bərdə,  Şamaxı  və  Astara  şəhərləri  ətrafından  tapılmış  bu 
monumental sənət nümunələri dünya alimləri arasında maraq oyatmışdır. 
Tovuz şəhərindən bir xeyli aralı Qəribli kəndi yaxınlığından tapılmış heykəl 
çox böyük deyildir. Ağ qum daşdan yonulmuş  bu  heykəl  baş,  bədən  və  ayaqları  ilə 
birlikdə 83 sm-dir. 
Fiqurun  ağzı,  çənəsi,  gözləri,  qulaqları  və  burnu  çox  simmetrik  şəkildə 
yonulmuş, başına isə 28 sm hündürlükdə konusvari papaq qoyulmuşdur. 
Stilistik  baxımdan  və  baş  geyimindən  bu  fiqur  Qazaxıstanda  və 
Semireçiyedə  tapılmış  heykəlləri  xatırladır.  Lakin  onlardan  nisbətən  dəqiq 
işlənilməsi ilə fərqlənir. 
Bu baxımdan Şamaxının Xınıslı və Dağkolanı kəndi yaxınlığından tapılmış 
kişi  heykəlləri xüsusilə diqqəti  cəlb edir. Bunların ən böyüyünün  hündürlüyü 2,26 
m, ən kiçiyi isə 1,35 m ucalığındadır. 
Şamaxının Dağkolanı yaxınlığında Allahəkbər deyilən yerdən tapılmış heykəl 
daha  maraqlıdır.  Bu  heykəlin  ümumi  hündürlüyü  1,35  m,  kürəklərinin  eni  60  sm-dir. 
Fiqurun  bir  az  böyük  ölçülü  başı,  ümumiyyətlə,  yaxşı  yonulmuşdur.  Sifəti  monqol 
tipini  xatırladır.  Sol  əli  ürəyinin,  sağ  əli  isə  qarnının  üstündədir.  Bədənində  geyim 
olduğunu  bildirən  xətlər  vardır.  Kürəyinin  yuxarı  hissəsindən  başa  tərəf  uzanan 
dalğavari xətlər, təsvir olunan şəxsin uzun saç saxladığını göstərir. Heykəlin dairəvi 
yonulmuş  altlığı  da  var.  Arxeoloqlar  tərəfindən  ilk  orta  əsrlərə  aid  edilən  bu  daş 
fiqurda yuxarıda qeyd etdiyimiz abidə kimi mərkəzi Asiya və cənubi rus çöllərində 
rast gəlinən monumental heykəltəraşlıq əsərlərini xatırladır. 
İnsan  fiqurunu  təsvir  edən  heykəllər  içərisində  1971-ci  ildə  Ağdamın 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə