A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə8/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   4   5   6   7   8   9   10   11   ...   116

25 
 
biri  sayılır.  Skif,  Hun,  Avar, Xəzər,  türk  tayfalarının  qərbə doğru  axını  nəticəsində 
yayılmış  yüksək  ekspressiyaya  malik  olan  bu  üslubun  Azərbaycan  ərazisinin  ən 
ucqar yerlərində belə qədim sənət əsərlərimiz üzərində əksi xüsusi maraq doğurur.  
 
Ziviyə  dəfinəsinə  daxil  olan  Manna  sənətinin  nadir  inciləri  1947-ci  ildə 
Ziviyə təpəsində gizlədilmiş tunc qabın içində yerli əhali tərəfindən tapılaraq taraş 
edilmişdir.  Urmiya  gölünün  cənub-şərqində,  Saqqızın  40  km-liyində  yerləşən 
Ziviyənin qədim sənət abidələrinin bir hissəsini toplaya bilmiş fransız alimi A.Qodar 
1950-ci ildə "Ziviyə dəfinəsi" adlı əsər nəşr etdirmişdir. A.Qodar e.ə. VIII əsrə aid 
olan bu zərgərlik əsərlərinə əsasən hesab edir ki, Midiya "heyvan stilinin" vətənidir 
və  bu  stil  e.ə.  VI  əsrdən  başlayaraq  skif  çöllərinə  yayılmağa  başlamışdır. 
A.Qodarın  bu  fikrini  əsaslandıran  rus  şərqşünası  İ.M.Dyakonov  "Heyvan  stilinə" 
misal olaraq yuxarıda yad edilən qızıl sinəbəndin təsvirlərini göstərib qeyd edir ki, 
Ziviyə  dəfinəsinin  əsas  əsərləri  "yaradılanda  skiflər  və  hətta  kimmerlər  də  Yaxın 
Asiyada görünməmişdilər". 
Bütün  bu  qeyd  olunan  faktlar  onu  göstərir  ki,  e.ə.  I  minillikdən  başlayaraq 
Azərbaycan  sənəti  dar,  yerli  çərçivədə  yox  başqa  ölkələrin  mədəniyyəti  ilə  sıx 
əlaqədə inkişaf etmişdir. 
Bu cəhətləri biz xüsusilə bundan sonra yaradılan sənət  əsərlərimizin bədii 
və texnoloji xüsusiyyətlərində açıq-aydın görə bilirik. 
Bu  dövrdə  yerli  ustalar  nəinki  başqa  ölkələrin  yüksək  sənət  praktikası, 
hətta estetik norma və qanunları ilə də qarşılaşırlar. 
E.ə. I minillikdə kamilləşmiş sənət üslubumuz tək bu dövr üçün xarakterik 
olmayaraq,  sonralar  da  inkişaf  etmiş,  feodalizm  dövründə  öz  yüksək  mərhələsinə 
çatmışdır. 
 
 
 
 
İLK ORTA YÜZİLLİKLƏRDƏ İNCƏSƏNƏT 
 
VII  yüzilliyin  ikinci  yarısında  Azərbaycan  Xilafətin  tərkibinə  daxil  edilir. 
Azərbaycanda  islam  dininin  yayılması  xalqın  taleyində  dönüş  oldu,  onun  mənəvi-
mədəni  inkişafına təkan verdi. İslamaqədərki mədəniyyətin məzmunu dəyişərək yeni 
keyfiyyət  kəsb  etdi.  Azərbaycan  mədəniyyəti  ümumislam  mədəniyyəti  ilə  qovuşdu. 
Ölkənin  şimali  və  cənubunun  xilafətin  tərkibində  birləşdirilməsi  siyasi  sabitlik  üçün 
zəmin yaratdı, xalqın birləşməsinə kömək etdi. 
IX  əsrin  ortalarında  xilafətin  əsaslarının  sarsılması  Azərbaycanda  yeni  feodal 
dövlətinin  yaranması  üçün  əlverişli  şərait  yaratmışdı.  Feodal  dövlətlərinin 
qüvvətlənməsi və inkişafı ilə əlaqədar olaraq Azərbaycanın iqtisadi və mədəni əlaqələri 
xeyli  güclənmişdi.  Yaxın,  Orta  Asiya  və  Avropa  ölkələri  ilə  geniş  ticarət  əlaqələri 
ölkənin iqtisadiyyatının canlanmasına, inkişaf yoluna düşməsinə səbəb olurdu. 
Xarici  ölkələrlə  və  ölkə  daxilində  şəhərlərarası  ticarət  əlaqələri  orta  əsr 


26 
 
Azərbaycan  şəhərlərinin  inkişafına,  onların  çoxlu  əhalisi  olan  iri  şəhərlərə  çevrilməsinə 
şərait yaradırdı. IX əsrdən başlayaraq böyük bazar meydanları olan yeni tipli iri şəhərlər 
formalaşırdı. Bərdə, Bakı, Gəncə, Şamaxı, Beyləqan, Naxçıvan, Ərdəbil, Təbriz, Marağa, 
Urmiya və digər şəhərlər ölkənin təsərrüfat həyatında böyük əhəmiyyəti olan ticarət 
və sənətkarlıq mərkəzləri kimi məşhur idilər. 
İri  şəhərlərin  əhalisinin  əsasını  sənətkarlar  təşkil  edirdi.  Müxtəlif  sənətkarlıq 
sahələrinin  şəhərlərdə  mərkəzləşməsi  və  istehsal  edilən  məmulatın  ticarəti  ölkənin 
iqtisadiyyatının inkişafı üçün xüsusi əhəmiyyətə malik idi. Feodal hakimiyyətdən asılı 
olan sənətkarlar şəxsi və mülki təhlükəsizliklərini qorumaq üçün həmkar (eyni peşə 
sahibi)  adı  ilə  məşhur  təşkilatlarda  cəmləşirdilər.  Onlara  baş  usta  (ustad)  rəhbərlik 
edirdi.  Həmkarlar  orta  əsr  şəhərlərinin  siyasi  və  iqtisadi  həyatında  çox  böyük  rol 
oynamaqla  bərabər  həm  də  peşəyə  tam  mənasında  yiyələnməkdə,  peşənin  sirlərinin 
mühafizə  edilib  saxlanılmasında  və  nəsildən-nəslə  keçirilməsində  çox  böyük 
əhəmiyyətə malik idi. 
Əsasən  qala  divarları  və  şəhər  ətrafında  yerləşən  sənətkarlıq 
emalatxanalarında  metal,  gil,  şüşə,  yun  və  s.  materiallardan  müxtəlif  sənətkarlıq 
məhsulu  istehsal  edilirdi.  Sənətkarlığın  müxtəlif  sahələrinin  inkişafı  üçün  mövcud 
xammalın  böyük  əhəmiyyəti  var  idi.  Ticarət  yolları  üzərində  yerləşən  orta  əsr 
Azərbaycan  şəhərləri  nadir  xammalın  alınması  və  istehsal  edilən  məhsulun  ticarəti 
üçün  çox  əlverişli  şəraitə  malik  idilər. Toxuculuq  bu  dövrün  ən  inkişaf  etmiş  sənət 
sahələrindən  idi.  X  əsrin  ərəb  coğrafiyaşünaslarından  əl-Müqəddəsi  və  Məsudinin 
verdiyi məlumata görə, Azərbaycan sənətkarları satış üçün yun və pambıqdan çoxlu parça 
və  geyim  hazırlayırdılar.  Gəncədə  istehsal  edilən  yun  parçalar  xüsusilə  məşhur  idi. 
Şamaxı, Bərdə, Şəki, Gəncə ipək istehsalı mərkəzləri kimi şöhrət qazanmışdı. Təbriz 
xalçalarının sorağı çox uzaq ölkələrdən gəlirdi. 
Orta  əsr  dekorativ  sənət  nümunələrinin  ən  çox  yayılmış  və  inkişaf  etmiş 


27 
 
sahələrindən  birini  dulusçuluq  sənəti  təşkil  edirdi.  Məişətlə  sıx  bağlı  olan  bu  sənət 
növü demək olar ki, Azərbaycanın bütün şəhər və kəndlərində istehsai edilirdi. VIII-
X  əsr  dulusçuluq  sənəti  əsasən  bir  istiqamətdə  inkişaf  etmişdir.  Bu  da  məişət 
məmulatı istehsalı ilə əlaqədar olmuşdur. Məişət və təsərrüfatla sıx bağlı olan şirsiz 
saxsı  məmulatı  ilə  yanaşı  yüksək  bədii  keyfiyyətli,  müxtəlif  dekorativ  üslublu  və 
mürəkkəb dekorlu şirli saxsı məmulatı paralel olaraq inkişaf etmişdir. 
 
 
 
ŞİRSİZ SAXSI MƏMULATI 
 
Şirli  keramika  məmulatının  texnoloji  və  bədii  cəhətdən  formalaşıb  inkişaf 
etdiyi dövrə qədər orta əsr əhalisinin məişətində şirsiz saxsı məmulatının xüsusi rolu 
olmuşdur. 
Ucuz materialı və çox da mürəkkəb olmayan texnoloji prosesinə görə VIII-
X  əsrlərdə  şirsiz  məişət  keramikası  şirli  keramikaya  nisbətən  daha  çox  istehsal 
edilirdi. Sənətkar ustalar tərəfindən əsasən dulus təkərində hazırlanan bu dövr şirsiz 
keramika  məmulatı  başlıca  olaraq  məişət  və  təsərrüfatda  istifadə  edilirdi.  Sadə 
formalı  bu  qabların  bəzəyində  adi  bəzək  üsulları  tətbiq  edilir  və  onlar  adi  dekor 
motivləri ilə bəzənirdi. Bakı, Beyləqan, Şabran, Şamaxı, Mingəçevir və digər orta 
əsr  şəhərlərindən  məlum  olan  şirsiz  keramika  öz  forma, bəzək  üsulları  və  ümumi 
dekor quruluşunu uzun əsrlər boyu saxlamış, demək olar ki, çox  az dəyişilmişdir. 
Sırf  məişət  və  təsərrüfatla  bağlı  olduğundan  onların  materialı  və  bəzəyi  çox  vaxt 
səliqəsiz və kobud işlənmişdir. 
IX  əsrdən  başlayaraq  şirsiz  keramika  məmulatının  keyfiyyəti  xeyli 
yaxşılaşmağa başlayır və onların bədii görünüşü müxtəlif dəyişikliyə məruz qalır. Bu 
dövrün keyfiyyətli gildən hazırlanmış nazik divarlı qabları plastik formalarına, dəqiq 
işlənmələrinə görə xüsusilə seçilirlər. IX əsrdən başlayaraq, keramika məmulatının 
bəzəyində müxtəlif dekor vasitələrindən daha geniş istifadə edilirdi. 
IX-X əsrin yarımşar formalı iki və ya dörd lentvari qulpları olan qazanlar, 
qabarıq gövdəsi oturacağa doğru nazikləşən iri küplər, mərkəzində qulpu olan disk 
formalı  qazan  qapaqları,  səhəng,  kuzə,  kasa,  nimçə  və  digər  sadə  formalı  məişət 
məmulatının dekorunda əsasən bir neçə xarakter bəzək üslubundan istifadə edilirdi. 
Dekorativ  vasitə  kimi  cızma  bəzək  üslubu  xüsusilə  geniş  yayılmışdı  və 
əsasən  qabların  boğaz  və  çiyin  hissələrində  şaquli,  ya  da  dalğavari  naxışlarla 
cızılırdı.  Tək,  paralel zolaqlar, yaxud da daraq dişlərinin izini xatırladan  dalğavari 
naxışlar xüsusilə səciyyəvidir. Nadir qab nümunələrində cızma bəzəyi ritmik surətdə 
təkrarlanan batıqlar, çox da dərin olmayan oyuqlar əvəz edir. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə