A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə10/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   6   7   8   9   10   11   12   13   ...   116

31 
 
tünd-bənövşəyi  rənglərlə  (marqanes  boyası)  işlənmiş,  haşiyələr  isə  kərpici-qırmızı 
anqobla  çəkilmişdir.  İkinci  fraqmentdə  isə  əlavə  olaraq  tünd-yaşıl  anqob  boyadan 
istifadə edilmişdir. 
Nisbətən  böyük  sahəli  ikinci 
kasa  parçasının  həndəsi  xarakterli 
dekorunu daha yaxşı təsəvvür etmək olur. 
Qabın  kənar  və  mərkəzində  yaşıl  disklər 
çəkilmişdir.  Mərkəzdəki  diskdə  içərisi  ağ 
anqoblu  bənövşəyi  ləkələr  olduğu  halda, 
qabın  kənarındakı  diskin  bənövşəyi 
konturu ağ anqob ləkələrlə işlənmişdir. 
Hər  iki  qab  fraqmentləri  istər 
forma  və  materialı,  istərsə  də  bəzək 
üsuluna  görə  çox  oxşardırlar.  Qabların 
oturacağından  kənara  doğru  çox  açılmış 
tərəfləri,  kobud  qəhvəyi-qırmızı  rəngli 
gili, dekorundakı oxşar motivlər və rəng 
koloriti göstərir ki, onlar eyni vaxtda və 
eyni mərkəzdə istehsal edilmişdir. 
Bu  növ  keramika  məmulatı 
Azərbaycanın  digər  şəhərlərindən  və 
eləcə  də  Zaqafqaziyadan  məlum  deyil. 
Həndəsi üslublu dekoru və qırmızı anqob 
boyası  Orta  Asiyanın  uzaq  Əfrasiyab  və  Xarəzm  keramikasının  eyni  dekorlu 
növlərini  xatırladırsa  da,  bu  fraqmentlər  yerli  keramika  istehsalı  ilə  əlaqədardır. 
Bənövşəyi  rəngli  dekorun  ağ  anqobla  birgə  işlənməsinə  anqoblanmış  keramika 
nümunələrində çox rast gəlinir. 
Anqob  yerlik  üzərində  boyalarla  rəsm  edilmiş  keramika  məmulatı 
içərisində Beyləqan keramikası xüsusi yer tutur. Onların özünəməxsus xüsusiyyətləri 
vardır.  Beyləqan  keramikasının  dekorunda  işlədilmiş  yeni  və  keyfiyyətli  anqob 
rənglər  və  çəhrayı  anqob  yerlik  tamamilə  fərqli  kolorit  və  dekor  üslubu 
yaratmışdır.  Açıq-yaşıl,  sarı  və  bənövşəyi  rənglərin  birgə  tətbiqi  çox  şux  və  saf 
rəng  koloriti  yaranmasına  səbəb  olmuşdur.  Üslubu  etibarilə  Bakıdan  tapılmış 
keramika növünə oxşar nümunələr belə yerli xüsusiyyətləri ilə fərqlənir. 
Boyalarla  rəsm  edilmiş  Beyləqan  keramikasının  ikinci  qrupunu  xüsusi 
dəqiqliklə  işlənmiş,  çox  şux,  təmiz  və  dolğun  koloritə  malik  keramika  məmulatı 
təşkil edir. Onların dekorunda çox geniş tətbiq edilən bənövşəyi mühitli açıq-sarı və 
şux yaşıl rəngli naxışlar xüsusi ilə qüvvətli bədii təsir buraxır. Açıq-çəhrayı anqob 
fonda bu rənglərin birgə tətbiqi təravətli və şux görkəm yaradır. 
Əsasən  stilizə  edilmiş  nəbati  və  həndəsi  dekoru  olan  bu  qabların 
dekorunda nadir hallarda təsvirlərə də təsadüf edilir. 
Geniş  yayılmış  dekorativ  motiv  palmetka  (xurma  ağacı  yarpağı)  və  stilizə 


32 
 
edilmiş  sərv  ağacı  müxtəlif  variasiyalı  kompozisiya  quruluşunda  istifadə 
edilmişdir.  Fiqurların  əyrilərinin,  nazik  xətlərlə  ustalıqla  çəkilməsi  göstərir  ki, 
onların dekoru bacarıqlı ustaların əlindən çıxmışdır. Zəngin dekoru və gözəl koloriti 
olan bu qab nümunələri yüksək bədii keyfiyyətlərinə görə seçilir. Onların dekoru bir 
tərəfdən qədim ənənələrdən qidalanırsa (arxaik palmetka  motivi  Sasani  mədəniyyəti 
nümunələrinin dekorunu xatırladır), digər tərəfdən yaxın ölkələrin müasir keramika 
məmulatı ilə çox oxşardı. 
Rəngli  boyalarla  işlənmiş  keramika  məmulatında  canlı  təsvirlərin  nadir 
nümunələrinə rast gəlinir. Bakıdan tapılan qab fraqmentində quş, Beyləqandan məlum 
olan qab fraqmentində pələng və heyvan başının bir hissəsinin təsviri istisna edilsə, 
XII-XIII  əsr  keramikası  üçün  səciyyəvi  olan  insan,  quş  və  heyvan  təsvirlərinə  bu 
dövrdə demək olar ki, çox az rast gəlinir. 
Beyləqandan  tapılan  bir  qab  fraqmentində  təsvir  olunmuş  ov  edən  atlı 
fiquru bu cəhətdən çox  maraqlıdır. Bu fraqmentdə  atlının  bədəninin aşağı  hissəsi 
salamat  qalmışdır.  Ov  səhnəsi  təsvir  edilmiş  süjetli  kompozisiyada,  şərti  üslubda 
işlənmiş  atlı  fiquru  (böyük  atın  üstündə  çox  kiçik  insan  fiquru)  şərti  rənglərlə  də 
rənglənmişdir. At yaşıl, it bənövşəyi, qaçan heyvanlar sarı rəngdə verilmişdir. Atlının 
sarı  yəhər  üstündə  çəkilmiş  ayağı  və  atın  sarı  qotazlı  bəzəyi  xüsusi  kontrastlıqla 
qeyd  edilir.  Qabın  rəng  kontrastlığı  prinsipi  əsasında  qurulmuş  koloriti,  fiqurların 
hərəkətindəki  mürəkkəb  ritm  və  fondakı  əlavə  böyük  motivləri  (yaşıl  yarpaq  və 
qönçələr) onu bədii cəhətdən xüsusilə görkəmli edir. 
IX-X əsr Yaxın Şərqin şirli saxsı məmulatında insan təsviri, xüsusən onun 
süjetli təsviri məlum deyildir. Beyləqandan 1957-ci ildə tapılmış at başı, Qəbələdən 
məlum  olan,  anqobla  rəsm  edilmiş  quş  təsviri  göstərir  ki,  canlı  təsvirlərinə 
Azərbaycanın  ilk  dövr  şirli  keramika  məmulatında  az  da  olsa  təsadüf  edilir. 
Beyləqan və Qəbələ keramikasındakı təsvirlərin ustalıqla işlənməsi göstərir ki, şirli 
keramikanın ilk inkişaf mərhələsində  ustaların müəyyən bədii təsvir vərdişi olmuş 
və onlar yüksək bədii zövqlü sənət əsəri yaratmaq bacarığına malik olmuşlar. 
VIII-X  əsrin  dekorlu,  boyalarla  işlənmiş  şirli  keramikası  Beyləqanda 
özünün  yüksək  inkişafını  keçirmişdir.  Bu  növ  keramika  Zaqafqaziya,  İran,  Orta 
Asiya, Xəzər xaqanlığının Sarkel şəhərindən tapılan analoji keramika növlərilə çox 
oxşar  xüsusiyyətlərə  malikdir.  Əgər  Beyləqan  keramikası  İran  və  Orta  Asiya 
keramikasının yeniliklərinə biganə qalmamışsa, Vizantiyada və Xəzər xaqanlığının 
keramikasına  böyük  təsiri  olmuşdur.  Zaqafqaziyadan  bu  növ  keramikanın  nadir 
nümunələri məlumdursa, Beyləqanda o yüksək inkişaf səviyyəsinə çatmışdır. 
 
 
 
 
 
 
 


33 
 
BƏDİİ ŞÜŞƏ 
 
Azərbaycanın  VIII-X  əsr  tətbiqi  sənət  növlərinin  xarakter  qrupunu  bədii 
şüşə məmulatı təşkil edir. Şəffaf, parıldayan və istehsal prosesi zamanı plastikliyi ilə 
seçilən  (şüşə  kütləsini  isti  halda  istənilən  formaya  salmaq  olur)  şüşə  kütləsi  bu 
dövrün sənətkarlığında çox geniş istifadə edilmişdir. Qədim Gəncə, Bakı, Mingəçevir, 
Qəbələ, Beyləqan, Şamaxıdan tapılan müxtəlif formalı rəngli şüşə məmulatı orta əsr 
əhalisinin məişətində şüşə qabların geniş yer tutduğunu sübut edir. 
Bədii  şüşə  məmulatının  ilk  orta  əsr  nümunələrinin  mürəkkəb  forması  və 
dekor üsulları Azərbaycanda şüşə istehsalının çox qədim ənənələri olduğunu göstərir. 
Lakin  VIII  əsrdən  başlayaraq  şüşə  məmulatının  forma  və  dekorunda  əsaslı 
dəyişikliklər  baş  verir.  Bu  dəyişiklikləri  Şamaxı,  Mingəçevir  və  Qəbələdən  tapılan 
şüşə fraqmentlərində aydın izləmək olur. VIII əsrə aid Şamaxı nümunələri öz forma və 
dekoruna görə əvvəlki dövr şüşə məmulatı ilə çox sıx bağlıdırsa, Mingəçevirdən tapılan 
şüşə  məmulatı  bu  cəhətdən  fərqli  görünüşə  malikdir.  Forma  və  dekorundakı  lokal 
xüsusiyyətlərlə  yanaşı,  Mingəçevirin  ilk  orta  əsr  şüşə  məmulatında  Qəbələ  və 
Beyləqanın VIII-X əsr şüşə məmulatı ilə bədii şüşə nümunələrini xarakterizə etməkdə 
Qəbələ və Beyləqanın şüşə məmulatı xüsusilə qiymətlidir. Digər orta əsr şəhərlərinə 
nisbətən burada şüşə məmulatının müxtəlif formalı növləri tapılmış və onların isteh-
sal tarixi dəqiq müəyyənləşdirilmişdir. 
VIII-X  əsr  bədii  şüşə  məmulatının  iki  növü  məlumdur  -  məişət  və  bəzək 
predmetləri.  Vaza  formalı  qablar,  piyalələr,  qrafinlər,  ətir  qabları  kimi  məişət 
predmetləri çox yayılmışdır. 
Bəzək predmetlərindən ən çox müxtəlif rəngli və quruluşlu bilərziklərə təsadüf 
edilir.  Üzük,  üzük  qaşı,  muncuqlar  da  bəzək  predmetləri  kimi  geniş  istifadə 
edilmişdir. 
VIII-X əsrlərdə müxtəlif çalarlı yaşıl rəngi olan şüşə məmulatı əsas yer tutur. 
Bəzən sarı, sürməyi və qırmızımtıl qəhvəyi rəngli şüşə qab nümunələrinə də təsadüf 
edilir. 
Şüşənin əsas tərkib hissələrindən olan təbii kvarsdakı (təbii süxur) gil torpaq 
və  dəmir  oksidi  şüşənin  rəngini  sarı  və  yaşıl  edir.  Tamamilə  rəngsiz  şüşə  əldə 
edilməsi  üçün  bu  rəngləri  dəf  etmək  lazımdır.  Onun  üçün  şixta  (şüşə kütləsi) bişən 
zaman  buraya  marqanes  peroksidi  qatılır.  Rəngli  şüşə  alınması  üçün  şüşəyə  müxtəlif 
metal oksidləri qatılırdı. 
Müxtəlif metal oksidlərindən müxtəlif rənglər alındığı kimi, eyni metal oksidi 
şüşəni bir neçə rəngə boyaya bilirdi. Misal üçün marqanes-bənövşəyi və qara, mis-mavi və 
yaşıl,  dəmir-sarı,  yaşıl,  boz-mavi  rənglərə  boyayırdı.  Dəmir  birləşmələrindən  boyaq 
kimi istifadə edilmirdi. Göstərildiyi kimi torpağın və əhəngin tərkibindəki dəmir şüşəni 
onsuz da rəngləyirdi. Lakin şüşəyə çoxlu miqdarda dəmir birləşmələri qatıb, qara az 
əlavə olunduqda isə qəhvəyi rəngə boyanmış şüşə əldə edilirdi. Şüşənin rənglənməsi 
üçün istifadə edilən bu boyaqlar çox qədimdən məlum idi. 
Əsasən  üfürmə  üsulu  ilə  hazırlanmış  bədii  şüşə  məmulatı  ilə  yanaşı,  VIII-X 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə