A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə13/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   9   10   11   12   13   14   15   16   ...   116

39 
 
Boyəhmədli kəndi yaxınlığında Gavur-Qala adlanan yerdən tapılmış abidələr xüsusi 
ilə maraqlıdırlar. 
Cürətlə  demək  olar  ki,  insan  fiqurlarını  təsvir  edən  bu  heykəllər  indiyə 
qədər Azərbaycan ərazisində tapılan ən orijinal plastik sənət örnəklərindəndir. Çox 
sxematik,  real  proporsiyalardan  xeyli  kənar  bir  tərzdə  yonulub  düzəldilməsinə 
baxmayaraq,  bu  plastik  sənət  nümunələri  öz  əzəmətli  görünüşü  ilə  insana  güclü 
təsir bağışlayır. 
İndi  təsəvvür  etmək  olar  ki,  azı  min,  min  beş  yüz  il  bundan  əvvəl 
yolayrıcına  və  ya  hündür  təpə  üzərinə  qoyulmuş  bu  heykəllər  öz  dövrünün 
adamlarına  necə  təsir  edərmiş.  Xüsusilə  fiqurun  göylərə  baxan  gözü,  döşünün 
üstündə qatlanıb yuxarı asılmış əlləri çox orijinal təsvir edilmişdir. 
Bu heykəllərin ən böyüyünün hündürlüyü 3 m-ə yaxındır. Bu heykəllər ilk 
nəzərdə  üslub  etibarilə  Tovuz  və  Şamaxıdan  tapılmış  fiqurlardan  fərqlənsələr  də, 
onları bir-birinə bənzədən çoxlu şərtlər də vardır. Bunları onların statik duruşunda, 
əllərinin vəziyyətində, etnik tipində, uzun saçlı olmalarında və s. görmək olur. 
Azərbaycan  ərazisində  tapılmış  daş  insan  fiqurlarının  maraqlı 
xüsusiyyətlərindən  biri  onların  bəzəklərində  yazı  nümunələrinin  aşkar  edilməsidir. 
Məsələn, Bərdənin Şatırlı kəndi yaxınlığındakı insan fiqurlarında alimlərimiz "Tanrı 
əfv etsin, ay atacan...", "Kaqan Şakir" və s. sözləri oxuya bilmişlər. 
VII əsrin tarixçisi Musa Kalankatuklu "Ağvan tarixi" əsərində Azərbaycan 
ərazisində  yaşayan  tayfaların daşdan  heykəllər  yonub  ona  sitayiş  etdiyini,  onların 
şərəfinə  qurbanlar  verdiklərini,  bu  tayfaların  uzun  saç  saxlayıb  mahir  ox  atan 
olduqlarını xüsusi qeyd edir. 
Şübhəsiz, VII əsrin axırlarından başlayaraq, Azərbaycanda ərəb istilası ilə 
əlaqədar insan fiqurlarının düzəldilməsi dayandırılır. 
Həmin  heykəlləri  bu  ərazidə  yaşamış  əcdadlarımızın  hərbi-quldarlıq 
ideologiyası  əsasında  yaradıldığını  zənn  etmək  olar.  Bu  ideologiyanın  başlıca 
prinsipləri  köçəri  qəbilə  başçıları  və  igidlərinin  qəhrəmanlığını  təbliğ  etmək  və 
əbədiləşdirməkdən  ibarət  olmuşdur.  Belə  heykəllər,  çox  güman  ki,  vuruşmalarda 
qəhrəmanlıqla  həlak  olmuş  döyüşçülərin  və  eləcə  də  qəbilə  başçılarının  qəbirləri 
üstündə qoyularmış. Onların öldürdükləri düşmənlərin sayı qədər yonulmamış daşlar 
(bal-ballar)  isə  qəbrin  önündə  sıra  ilə  düzülərmiş.  Belə  daşların  hər  biri  döyüşdə 
məğlub  edilmiş  düşməni  təmsil  edirmiş.  Bu  daşların  qalib  döyüşçünün  qəbri 
üstündə düzülməsi ayinindən sonra, həmin daşların sahibləri, yəni məğlub edilmiş 
düşmənlər, axirət dünyasında əbədi olaraq heykəlin sahibinə - qalib döyüşçüyə qul 
kimi xidmət etməli imişlər. Belə bir dini ayin daha sonrakı dövrdə, VII-IX əsrlərdə 
şərqi türklərin yaşadığı Mərkəzi Asiyada geniş miqyasda yayılmışdı. 
İlk  orta  əsrlərə  aid  edilən  daş  bəzəklərindən  danışarkən  1948-ci  ildə 
Mingəçevirdə aparılan qazıntı işləri zamanı bir dini məbədin qalıqları arasında əldə 
edilmiş,  elm  aləmində  alban  kapiteli  adını  almış  abidəni  xüsusi  qeyd  etməliyik. 
Arxeoloqlarımız  tərəfindən  V-VI  əsrlərə  aid  edilən  bu  abidə  bizim  üçün  xüsusilə 
maraqlıdır, çünki onun üzərində olan ornamental kompozisiyaya sonralar el sənəti-


40 
 
mizin bir çox növlərində rast gəlirik. 
Qabartma  səpgisində  yonulmuş  bu  abidənin  yan  üz  tərəfində  dik  uzanan 
bir  bitki  ətrafında  simmetrik  səpkidə  qurulmuş  iki  tovuz  quşu  fiquru  təsvir 
olunmuşdur.  Tovuz  quşlarının  hər  ikisinin  boyunlarından  elə  bil  havada  yellənən 
uzun  baftalar  asılmışdır.  Bu  detala  xüsusi  fikir  vermək  lazımdır,  çünki  alimlərin 
fikrincə, ilk orta əsrlərdə bu baftalar simvolik məna kəsb edərək, onu daşıyan quş 
və  heyvanın  müqəddəs  olduğunu 
bildirirdi. 
Tovuz  quşunun  keçmişdə 
müqəddəs  sayılması,  onun  od  və 
günəş 
ilahəsinin 
rəmzi 
olması 
haqqında  çox  maraqlı  məlumatlar 
vardır. 
Hələ 
VII-VIII 
əsrlərdə 
Mərkəzi  Asiyada  yaşayan  türk 
xaqanlarının  qəbulunda  olmuş  əcnəbi 
səyyahlar  onların  bu  quşu  müqəddəs 
sayaraq  ona 
sitayiş  etdiklərini 
bildirmişlər. 
Bu barədə böyük Azərbaycan 
şairi  Nizami  Gəncəvinin  fikri  də 
qiymətlidir.  Nizami  "İskəndərnamə" 
poemasında  Nüşabənin  Bərdədəki 
sarayını  təsvir  edərkən  bir  neçə  dəfə 
ipək  parçalar  üzərinə  salınmış  tovuz 
quşları 
rəsmlərindən 
danışaraq 
onların 
türk 
xalqları 
arasında 
müqəddəs sayıldığını bildirir. 
Təsvir  etdiyimiz  abidədəki 
tovuz  quşları  arasından  uzanan bitki də bu nöqteyi-nəzərdən diqqətimizi cəlb edir. 
Araşdırmalar göstərir ki, insanlar uzaq keçmişdə kainatın varlığını təmsil edən "su, 
od, torpaq və hava" kimi dörd təbii ünsürün məhsulu olan bitkiyə sitayiş etmişlər. 
Zaman  dəyişdikcə  bu  hər  dövrün  öz  ideoloji  və  estetik  xüsusiyyətlərinə  uyğun 
olaraq  müxtəlif  forma  və  şəkillərdə  olmuşdur.  Məlum  olduğu  kimi,  keçmiş 
zamanlarda  "Müqəddəs  ağacı"  palıd,  zeytun,  əncir,  sərv  ağacı,  bəzən  isə  hətta  adi 
çiçək və ya yarpaq da təmsil etmişdir. 
Bitki  müqəddəs  xarakter  daşıdığı  üçün  dekorativ-tətbiqi  sənət  növləri 
üzərindəki  kompozisiyalarda  həmişə  diqqət  mərkəzində  olurdu.  Bitki  ətrafında 
simmetrik  şəkildə  verilən  quş,  heyvan,  insan  fiqurları  isə,  adətə  görə,  müxtəlif 
cinslərdən (erkək, dişi) olmalı idi. 
 
 
 


41 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə