A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə21/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   17   18   19   20   21   22   23   24   ...   116

59 
 
keramik dekorlarının Əndəluzun və Şimali Afirika memarlığındakı kaşı bəzəklərindən 
üstün olduğunu qeyd etmişdir. 
Məscidin kufi və nəsx xətlərilə yazılmış yazıları onun memarlıq bəzəyinin 
mühüm  cəhətlərindəndir.  Dini  məzmunlu  yazılar  ya  medalyonların  daxilində 
yerləşdirilmiş,  ya  da  ki,  bordyur  formasında  nümayiş  etdirilmişdir.  Göy  məscidin 
keramik dekorları ona dünya şöhrəti qazandırmışdır. 
Bu dövrün görkəmli abidələrindən biri də Şirvan-Abşeron məktəbinə aid 
olan Pirsaatçay xanəgahıdır. 
1939-1940-cı  illərdə  hərtərəfli  ölçülmüş  və  tədqiq  edilmiş,  daha  sonralar, 
1956-1965-ci  illərdə  bu  kompleksdə  bir  sıra  bərpa  işləri  yerinə  yetirilmişdir. 
Pirsaatçayda xanəgah  kompleksi  abidəsinin  üzərindəki  kitabələrdən  məlum  olduğu 
üzrə  Şirvanşahların  Kəsrani  nəslindən  olan  üçüncü  Fəriburz  və  II  Axsitan  zamanı, 
yəni XIII əsrdə əmələ gəlməyə başlamışdır. Kompleksin əsas binası burada XIII əsrdə 
tikilmiş Pirhüseyn Rəvananın məqbərəsidir. 
Əvvəla,  Pirhüseyn  Rəvananın  türbəsinin  içərisində  qəbir  sənduqəsinin 
üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Təəssüf ki, bu kaşılar hələ XIX 
əsrdən başlayaraq dağılmağa başlamış, müxtəlif tədqiqatçı, yaxud  təsadüfi adamlar 
tərəfindən  qopardılaraq  aparılmış  və  dünyanın  müxtəlif  muzeylərinə  yayılmışdır. 
Pirhüseyn kaşılarının böyük bir qrupu Dövlət Ermitajında, kiçik hissəsi isə  Bakıda, 
Nizami  muzeyində  saxlanmaqdadır.  Pirhüseynin  kaşılarının  üzərində  olan 
ornamental  bəzəklər  və  kitabələr  olduqca  diqqəti  cəlb  edən  tarixi  əhəmiyyətli 
materiallar  olduğu  üçün  görkəmli  rus  şərqşünası  V.A.Kraçkovskaya  tərəfindən 
ətraflı  şəkildə  tədqiq  edilmiş  və  bir  monoqrafik  əsər  şəklində  nəşr  edilmişdir. 
Pirhüseynin  kaşılarının  bir  xüsusiyyəti  də  ondan  ibarətdir  ki,  o  zaman 
Azərbaycanda  əsas  etibarilə  kəsmə  kaşı  tətbiq  edildiyi  halda  bu  binanın  kaşı 
bəzəyi,  əvvəlcə  müəyyən  naxışlar  formasında  çəkilib  üzəri  şirələndikdən  sonra 
böyük  təbəqələr şəklində bişirilmiş  kaşı  növündəndir.  Belə  kaşılar  böyük  parçalar 
şəklində olduğu üçün onların quraşdırılması kəsmə kaşıya nisbətən daha  asanlıqla 
başa gəlirdi. 
Pirsaat  xanəgahının  çox  qiymətli  bir  qismini  də  onun  məscidinin 
içərisindəki  mehrab təşkil  edir. Gəc  üzərindəki  oyma  üsulu  ilə işlənmiş bu  mehrab 
həm ornament bəzəyi, həm də üzərindəki kitabələr cəhətdən çox qiymətli bir sənət 
əsəridir. Gəcin arasına daxil edilmiş firuzə rəngli kaşı parçaları bu məqbərənin şərq 
hissəsini  daha  da  zənginləşdirir.  Bu  mehrab  yüksək  bədii  keyfiyyətlərini  nəzərə 
alaraq,  mühafizəsini  təmin  etmək  üçün  Bakıya  köçürülmüş  və  Nizami  muzeyinin 
salonlarının birində divarda yenidən quraşdırılmışdır. Pirsaatçay xanəgahının XIII əsr 
tarixli  minarəsi  də  Şirvan  memarlığındakı  minarə  tikintisinin  inkişafında  çox 
əhəmiyyətli bir pillədir. 
Saray  tikintiləri.  XV  əsrin  ortalarında  formalaşmış  Şirvanşahlar  sarayı 
kompleksi  Yaxın  Şərqin  görkəmli  daş  memarlıq  abidələrindəndir.  Bu  memarlıq 
kompleksinə  Şirvanşahlar  sarayı  (XIII-XV  əsrlər),  Divanxana  (XV  əsr), 
Şirvanşahlar  türbəsi  (1435-1436),  Şah  məscidi  (XV  əsr),  Seyid  Yəhyə  Bakuvi 


60 
 
məqbərəsi  (XV  əsr)  Şərq  (Murad)  darvazası  (1585),  Qala  divarları  (XIX  əsr) 
daxildir. 
Şirvanşahlar türbəsi. Şirvanşahlar memarlıq kompleksinin aşağı həyətində 
yerləşmiş  Şirvanşahlar  türbəsi  ilə  saray  məscidi  birlikdə,  yuxarı  həyətin  memarlıq 
kompleksindən fərqlənən, kiçik bir tikinti kompleksini yaratmışdır. 
Düzbucaqlı  prizma  formasında  olan  Şirvanşahlar  türbəsinin  şərq  fasadı 
portal (baştağ) kompozisiyası ilə qeyd edilmiş və dekorativ ünsürlərlə bəzədilmişdir. 
Bu binanın  ifadəli görkəm almasına kompozisiya aydınlığı və memarlıq formalarının 
ciddiliyi  səbəb  olmuşdur.  Türbə  tikintisində  işıq  kölgə  ləkələrinə,  şaquli  memarlıq 
hissələrilə üfüqi formalar arasındakı kontrastlığa və ustaların məharətlə yaratdığı daş 
üstündəki oyma naxışlara geniş yer verilmişdir, 
Binanın  daxili  hissəsi  çatma  günbəzlə  nəhayətlənib  Cənub  və  şimal 
tərəflərdə  yerləşmiş  xidmət  otaqları  tağtavanla  örtülmüşdür.  Şimal  tərəfdəki  otaqda 
dama aparar dolama pilləkənlər yerləşdirilmişdir. 
Daxili  quruluşun  əsas  hissəsi  salona  verilmişdir.  Salonun  divarlarında 
çatmatağlı, dərin taxçalar yerləşdirilmişdir Salonun üstü itibucaqlı təpəsi olan günbəzlə 
örtülmüşdür.  Bu  günbəz  kürəvi  formalı  yelkənlər  üzərində  yerləşdirilmişdir. 
Günbəzin  daxili  səthi  zərif  dilim  hissələrə  parçalanmışdır. Salonun qərb tərəfindəki 
iki kiçik otaqda türbə əmlakı saxlanırmış. Salonun ciddi üslublu memarlıq görkəmində 
nəzərə  çarpan  cəhət  interyerlə  qamətli  günbəzin  düzgün  nisbətdə  tikilməsidir. 
Günbəz vaxtilə firuzə rəngli kaşı lövhələrilə örtülmüş idi. 
Bu türbəni fərqləndirən əlamətdar xüsusiyyətlərdən biri onun yeraltı sərdabə 
hissəsinin  olmasıdır.  Meyitlər  salonun  döşəməsində  yerləşdirilmiş  sərdabədə  dəfn 
edilmiş və sərdabə daş lövhələrlə örtülmüşdür. 
Türbənin  baştağı  Azərbaycan  portallarının  ən  gözəllərindəndir.  Bu 
baştağın dilimli tavanı yuxarıdan çatma yarımgünbəzlə nəhayətlənmiş, aşağıdan isə 


61 
 
stalaktitlərlə bəzədilmişdir. Yarımgünbəz dörd cərgədə yerləşmiş stalaktit kəmərinə 
söykənmişdir. 
Baştağda,  çatmatağın  üstündə  stilləşmiş  nəbati  naxışlar,  sol  və  sağdakı 
medalyonda  isə  güzgü  əksliyilə  təkrar  olunan  "memar  Əli"  sözləri  verilmiş,  portalın 
yuxarı  hissəsində  isə  nəsx  xəttilə,  iki  sırada  Quran  yazıları  qabarıq  formada  daşlarda 
oyulmuşdur. 
Baştağı  salondan  ayıran  çatmatağlı  giriş  qapısının  üstündəki  ikisətirli  daş 
kitabə abidənin tikilmə tarixindən  xəbər verir: "Ən böyük sultan, əzəmətli Şirvanşah, 
Allahın  nəbisinin  adaşı,  dinin  köməkçisi  Xəlilullah  -  Allah  onun  dövlət  və 
hökmranlığını həmişəlik etsin, anası və oğlu üçün - Allah onların hər ikisinə də rəhmət 
etsin - bu nurlu türbənin tikilməsinə 939 (1435-1436)-cu ildə əmr etdi". 
Divanxana.  Divanxana  Şirvanşahlar  sarayı  kompleksinin  şimal-qərb 
hissəsində, divarla əhatə edilmiş kvadrat həyətdə yerləşdirilmişdir. Həyətin ortasında 
1,5  m  hündürlüyündə  olan  bünövrənin  üstündə  divanxananın  səkkizguşəli  mərkəzi 
pavilyonu  ucaldılmışdır.  Bu 
pavilyonun mərkəzi salonu beş 
tərəfdən  açıq  eyvana  baxır. 
Divanxananı təşkil edən xüsusi 
formalı  sütunlar  və  onların 
yaratdığı 
çatmatağlı 
arka 
abidənin  mərdlik,  qüvvət  və 
müdriklik ifadə edən memarlıq 
obrazını yaratmışdır. 
Abidənin  damı  ikiqat 
örtüklə 
örtülmüş, 
xarici 
görünüşü 
dilim-dilim 
memarlıq formasındadır. 
Divanxana  həyətinin 
divarları 
boyu 
sütunlar 
üzərində  qurulmuş  çatmatağlı 
arkaların 
yaratdığı 
uzun, 
düzbucaqlı  eyvan  mərkəzi 
binanı,  pavilyonu  üç  tərəfdən 
əhatə  edir.  Həyətin  günbatana 
baxan  xarici  giriş  yolu  küçə 
tərəfdən  dərin  baştağla  qeyd 
edilmişdir.  Abidənin  ikinci 
baştağı  pavilyonun  çatmatağlı 
eyvanına 
qərb 
tərəfdən 
bitişərək, 
darısqal 
yerdə, 
pavilyona əzəmətlilik, vüqar və 
ucalıq  təsiri  bağışlayır.  Bu  portalın  çatmatağlı  taxçası  zərif,  dilim-dilim  formalı 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə