A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə23/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   19   20   21   22   23   24   25   26   ...   116

65 
 
dəyişdirmək  üçün  istifadə  olunurdusa,  XII-XV  yüzilliklərdə  isə  naxış  vurmaq  üçün 
astar kimi istifadə edilirdi. 
Kimyəvi  analizlər  göstərir  ki,  bu  dövrdə  hazırlanmış  anqobun  tərkibi  də 
əvvəlki dövrlərə nisbətən xeyli mürəkkəb və keyfiyyətli olmuşdur. Anqob - ağ, yağlı 
gilin  tərkibinə  zəy,  un,  şorotu  və  s.  qatmaqla  düzəldilirdi.  Anqoblanmış  saxsı 
məmulatları  düzəldilən  qabı  bəzəmək  üçün  böyük  imkanlar  yaradırdı.  Anqoblanmış 
saxsı məmulatları, adətən, duru birrəngli və ya çoxrəngli qatı şir mayesi ilə örtülürdü. 
Əgər çoxrəngli əlvan şir mayesi az bəzəkli qablar üzərinə  tökülürdüsə, duru birrəngli 
şəffaf şir daha çox zəngin bəzəkli saxsı məmulatlarına çəkilirdi ki, anqob üzərindəki 
naxışlar  şir  altından  daha  aydın  və  qabarıq  görünsün.  Araşdırmalar  göstərir  ki, 
Azərbaycanda bu əsrlərdə saxsı məmulatları həm forma, həm də bəzək motivləri ilə 
çox  zəngin  olmuşdur.  Saxsı  məmulatları  üzərində  bəzəklər  onun  forma  və 
məzmunundan  asılı  olaraq  ayrı-ayrı  texniki  üsullarda  icra  edilirdi.  Bunlar  boya, 
oyma, cızma və qabartma üsullarıdır. 
Azərbaycanda  saxsı  məmulatların  müxtəlif  boyalarla  bəzədilməsində, 
əsasən, iki texniki üsul tətbiq edilirdi: birincisi, şirüstü boya, ikincisi isə şiraltı boya. 
Şiraltı boya birbaşa gil qabın üzərinə çəkilir, sonra isə şirə batırılaraq odda qızdırılırdı. 
Şir altında yüksək hərarətə davamlı boyalardan (yaşıl, göy, qara, bənövşəyi) istifadə 
edilirdi. Bu  üsulla şirlər daha  şəffaf hazırlanırdı  ki, onun altında olan boyalar aydın 
görünsün.  Çox  vaxt  xalq  ustaları  şirin  öz  rəngindən  də  məharətlə  istifadə  edirdilər. 
Məsələn,  qabın  üzərinə  elə  rəngdə  şir  tökürdülər  ki,  altdakı  boyalar  yeni  bir  rəng 
alırdı. Şirüstü boya nisbətən az inkişaf etmişdi. Saxsı məmulatlarını oyma üsulu ilə 
bəzəmək  Azərbaycanda  xüsusilə  geniş  yayılmışdı.  Bu  üsulla  əsasən  açıqağızlı  qablar 
(nimçə, kasa və s.) bəzədilirdi. Ustalıqla oyulmuş və sonra boyadılmış bu qabların 
üzərində  müxtəlif  növlü  ornamentlər:  heyvan,  quş,  hətta  insan  fiqurları  olurdu. 
Oyma  bəzəkli  saxsı  məmulatlarını  əsasən  yaşıl,  sarı,  bənövşəyi  rənglərlə 
boyayırdılar.  Bu  boyalar  üzərində  oyulmuş,  dərin  bir  cığırı  xatırladan  bəzəklər 
dövrün metal məmulatlarındakı rəsmləri yada salır. 
Azərbaycanda nisbətən az da olsa, ikiüzlü oyma saxsı məmulatlarına da rast 
gəlinir. İkiüzlü oyma işləri bu dövrdə,  əsasən,  Gəncə  saxsı  məmulatlarında  təsadüf 
edilirdi. 
Qabarıq  formalı  bəzəklər  saxsı  məmulatları  üzərində  xüsusi  qəliblərlə 
tətbiq  edilirdi.  Çox  halda  bu  qəliblərdən  saxsı  məmulatları  istehsal  edən 
emalatxanaları  bir-birindən  fərqlənmək  üçün  damğa  kimi  də  istifadə  edirdilər. 
Məsələn,  Beyləqan  saxsı  məmulatlarına  adətən  yarımdairə  xonça,  Qəbələ 
saxsılarına isə şir, quş təsvirləri və s. vururdular. Bu texniki üsullarla yanaşı, orta əsr 
Azərbaycan  saxsı  məmulatları  üzərində  biz  nəinki  zərif  oraamentlər-quş,  heyvan, 
insan  təsvirləri  görürük,  hətta  təbiət  təsvirləri  və  ya  əsil  mənada  süjetli 
kompozisiyalara da rast gəlirik. 
Xalq  ustaları  düzəldilən  əşyanın  bütün  konstruktiv  və  bədii 
xüsusiyyətlərini  nəzərə  alaraq  forma  ilə  məzmun  arasında  çox  düzgün  və  gözəl 
vəhdət yaradırdılar. Bu dövrdə yaradılmış şirli qablardan birinə nəzər salaq. Məsələn, 


66 
 
XII-XIII yüzilliklərə aid olan bir Beyləqan  nimçəsinin üstündə ova çıxmış gəncin 
təsviri verilmişdir. Ritmik hərəkətlə addımlayan gözəl bir at üzərində oturmuş bu 
gənc  zadəganlara  məxsus  yaşıl  əba  geymiş  və  başına  tac  qoymuşdur.  Naməlum 
şəxsin ova getməsini atın tərkində oturan bəbir də təsdiq edir. 
Bu dövr Beyləqan keramikasında atlı ov səhnələri ilə yanaşı, piyada ovçu 
təsvirlərinə də rast gəlmək olur. Belə qablardan biri hazırda Azərbaycan xalçası və 
xalq tətbiqi sənətinin dövlət muzeyində nümayiş etdirilir. 
XII-XIII yüzilliklərə aid edilən bu qab parçası üzərində uzunsaqqallı piyada 
döyüşçü təsvir olunub. Onun əynində xələt, başında isə şiş papaq vardır. Döyüşçü 
bir  əli  ilə  çiyninə  qoyulmuş  nizəni,  o  biri  əli  ilə  nazik  zəncir  tutub.  Zəncir  şərti 
işlənmiş  bəbirin  boynuna  bağlanmışdır.  Bəbir  hansısa  bir  heyvan  üzərinə  atılmış 
anda  göstərilmişdir.  O  dövrün  yazılı  mənbələrinin  araşdırılması  göstərir  ki,  burada 
əyan  və  feodal  deyil,  sadə döyüşçü  və  ya  nökər  təsvir  olunmuşdur.  Həmin  dövrün 
məşhur  nəsihət  kitabı  "Qabusnamə"də  deyilir  ki,  ovda  vəhşi  heyvanları  nökər  və 
qullar  saxlamalıdır.  Əynindəki  geyimi  də  burada  göstərilmiş  şəxsin  nökər  və  ya 
sıravi döyüşçü olduğunu göstərir. 
XI  yüzillikdə  yaşamış  görkəmli  dövlət  xadimi  Nizam  əl-Mülkün 
"Siyasətnamə"  əsərində  səlcuq  qoşunlarının  ayrı-ayrı  hərbi  hissələrinin 
geyimlərinin təsvirində belə tipli paltarlara rast gəlmək olar. 
Bu  əsr  Beyləqan  keramikasında  ov  səhnələri  ilə  yanaşı,  feodalların 
əyləncələrini əks etdirən mövzuları da görmək olur. Belə qablardan biri Azərbaycan 
xalçası  muzeyində  nümayiş  etdirilən  əlvan  boyalı  keramika  nümunəsidir.  Burada 
əlində çövkən oyununda işlənən ağac çubuq tutmuş  şəxs  təsvir  edilib.  Oyunçu  sağ 
tərəfə çapan at üstündə əyləşmişdir. Oyunçunun fiquru bir qədər kobud, at isə daha 
canlı  halda  işlənmişdir.  Kompozisiyanın  fonu  açıq-yaşıl  rəngdə  olub,  xırda,  sarı 
rəngli dairələrlə zənginləşdirilmişdir. Bu qabda verilən səhnədən aydın olur ki, orta 
əsr  Azərbaycan  feodallarının  ən  sevimli  əyləncələrindən  biri  çövkən  oyunu 
olmuşdur. Qabda onu hazırlayan ustanın adı - "Nəsir" sözü də yazılmışdır. 
Sulu  boya  üsulunu  andıran  gül-çiçək  rəsmləri  arasında  yerləşdirilmiş  bu 
süjet  XVI  yüzillikdə  bədii  Azərbaycan  parçalarındakı  təsvirləri  xatırladır.  Süjet 
xarakteri  daşıyan  rəsmli  kompozisiyalara  bu  dövrdə  biz  əsasən  Beyləqan  saxsı 
məmulatlarında rast gəlirik. Gəncə və Bakı keramikasında isə adətən bir-biri ilə bağlı 
olmayan  ayrı-ayrı  insan  və  heyvan  fiqurlarına  təsadüf  edilir.  Əgər  biz  XI-XII 
yüzilliklərdə  saxsı  məmulatları  üzərində  tətbiq  olunmuş  təsvirlərin  məzmununa 
nəzər  salsaq,  onların  hələ  də  ilk  orta  əsr  Azərbaycan  incəsənətində  geniş  yayılmış 
mövzularla qidalandığını görərik. Buna misal şirsiz saxsı məmulatları  üzərində tez-tez 
təsadüf  edilən  stilizə  olunmuş  aslan  rəsmini,  şirli  qabların  bəzəkləri  içərisində 
geniş yayılmış iti caynaqlı quş və ya vəhşi bir heyvanı oxla vuran cəngavər rəsmini 
və  s.  göstərmək  olar.  Axırıncı  rəsm  keçmişdə  Sasani  metalları  üzərində  ən  çox 
yayılmış süjetlərdəndir. 
Son zamanlara kimi belə hesab olunurdu ki, Azərbaycanda bu dövrdə süjet 
səhnəli şirli məmulat ancaq Beyləqan şəhərində istehsal edilirdi. Lakin son vaxtlarda 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə